Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə98/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   94   95   96   97   98   99   100   101   ...   112

Nazim Tapdıqoğlu
24  noyabr  1992-ci il - Əlavə kömək gəlmədiyinə görə azərbaycanlılar Sırxa- 
vəndmüdafiə xəttini təhvil verərək geri çəkilmək məcburiyyətində qalırlar...
24 
noyabr  1992-ci il - Ağdam cəbhəsində vəziyyət gərgin olaraq qalmaqda­
dır. Azərbaycan Respublikasının Prezidenti Əbülfəz  Elçibəy Ağdamdadır...
24 
noyabr  1992-ci il - Sur müdafiə postu ermənilər tərəfindən atəşə tu tu ­
lur...
24  noyabr 1993-cü il - Ermənistan Respublikası silahlı qüvvələrinin bölmələri 
uzunmüddətli raket-top  atəşindən sonra Azərbaycanın  əvvəllər  işğal etdikləri 
Cəbrayıl rayonunun ərazisindən Azərbaycan Respublikasının İran İslam Res­
publikası ilə dövlət sərhədini qoruyan sərhəd qoşunlarının IX, X və XI zasta- 
vaları istiqamətində zirehli texnikanın köməyi ilə hücuma keçirlər. Ermənistan 
təcavüzünün yenidən belə davam etməsi onunla nəticələnir ki, düşmən qüvvələri 
Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin  161 
kilometrini nəzarət altına alır.  Sərhəddəki mühəndis-texniki qurğular və tikil­
məkdə olan Xudafərin su qovşağının material obyektləri ermənilər tərəfindən 
dağıdılır, yandırılır və talan edilir...
25  noyabr  1814-cü il- Rusiyaya qarşı Tehranda İngiltərə - İran müqaviləsi 
imzalanır...
25  noyabr  1905-ci il - Bakı Fəhlə Deputatları Soveti yaradılır...
25  noyabr  1918-ci il - Ermənilər Mehri dərəsinin Lehvaz,  Tey,  Mülk,  Var- 
tanizor,  Əldərə,  Tuğut,  Məzzəcat,  Hortagiz,  Dəstəkert müsəlman  kəndlərinə 
hücum edir, kəndləri dağıdır, yüzlərlə əhalisini qırırlar...
25  noyabr  1988-ci il -  Axşam çağı  Əlibayramlı  (Şabran)  şəhərinin girəcə­
yində magistral yolda ağır qəza baş verir. 4 nəfər həlak olur, 15 nəfər ağır yara­
lanır.  Qarşıdakı  yük  maşınını  ötüb  keçən  "Jiquli"
 
sürətini  azaltmağa  imkan 
tapmamış özünü 250 nəfərlik izdihama vurur...
25  noyabr  1988-ci il - Zəngəzurun  Mehri rayonunun Aldərə,  Leyvaz,  Var- 
tanizor, Maralzəmi kəndlərinin əhalisi dədə-baba yurdlarını tərk etmək məcbu­
riyyətində qalırlar...
25  noyabr  1988-ci il  -  Amasiya  rayonunun  Əzizbəyov  kənd  sakini,  Böyük 
Vətən müharibəsi iştirakçısı və əlili,  75 yaşlı Abdulla Aydınov rayon mərkəzində 
ermənilərin təhqir və söyüşlərinə cavab qaytardığına görə daşnaq terrorçusu tə­
rəfindən vəhşiliklə öldürülür. 87 yalı Kalinino rayon sakini, Böyük Vətən müha­
ribəsinin  iştirakçısı,  əlil  Məhəmməd Sadıqov doğma yurdunu tərk etmədiyinə 
görə daşnaq terrorçusu tərəfindən vəhşicəsinə qətlə yetirilir...
25  noyabr  1988-ci il - Ermənilər gecə azərbaycanlılarla ermənilərin birgə ya­
270
Azərbaycan faciələrinin təqvimi
şadıqları Quqark rayonunun  Vartanlı kəndinə basqın edirlər.  Kəndin 14 nəfər 
azərbaycanlı  sakini  -  Mehralı,  Xanım,  Alim  İsgəndərovlar,  Qərib Bayramov, 
Leyli Hüseynova, Süleyman Məmmədov və başqaları vəhşicəsinə qətlə yetirilir, 
13 nəfər kənd sakini itkin düşür...
25 
noyabr  1988-ci il - Tuğ kəndində ermənilərlə azərbaycanlıların münaqişəsi 
baş  verir.  Azərbaycanlıların  evlərinə  çoxlu ziyan dəyir.  Bir neçə  azərbaycanlı 
tutularaq  Hadrut  şəhərinə aparılır...
25 
noyabr  1988-ci il - Xüsusi vəziyyət rejimi həyata keçirilməsinə baxmaya­
raq,  Bakıda,  Azadlıq meydanında  (keçmiş Lenin meydanı)  keçirilən  mitinqin 
qarşısım almaq mümkün olmur...
25 
noyabr  1990-cı il  -  Erməni  yaraqlıları  Gürcüstan  SSR  ərazisində azər­
baycanlılar yaşayan məntəqələrə işləyən  marşrut avtobusunu  partladırlar.  20 
nəfər mülki azərbaycanlı şəxs qətlə yetirilir...
25  noyabr  2000-ci il - Bakı və Sumqayıt şəhərlərində 6,5 bal gücündə zəlzələ 
baş  verir.  Zəlzələnin  episentri  Bakıdan  50 kilometr  aralıda.  Xəzər  dənizində 
qeydə almır.  Çoxsaylı evlər zədələnərək dağılır. 23 nəfər həlak olur...
26  noyabr  1462-ci il  -  Dövrünün  nüfuzlu şəxsiyyəti,  alim,  baş  vəzir Fətulla 
Muinoddin Təbrizi  Herat şəhərində müəmmalı şəkildə ölür...
26  noyabr  1905-ci il - Naxçıvanın Cəhri kəndinə hücum edən ermənilər ka- 
zaklarla  birlikdə dəhşətli  faciələr  törədirlər.  4 ailə ermənilər tərəfindən  məhv 
edilir.  Naxçıvan  şəhərinin  bazarına  basqın edən  erməni  quldurları  85 dükanı, 
75 anbarı və başqa tikililəri  yandıraraq məhv edirlər...
26  noyabr  1918-ci il - Terrorçu daşnaqlar Mehri bölgəsinin Lehvaz kəndində 
70, Teybədə  75,  Mülkdə 30,  Güldə 10,  Bənövşənuşda 5,  Tağalifdə 25,  Varta- 
nazurda 100, II Vartanazurda 65 evi dağıdaraq 200 nəfər azərbaycanlını vəhşi­
cəsinə qətlə  yetirirlər.  Lehvaz kənd  sakini  Kərbəlayı  Mehdinin  başı  kəsilərək 
yolun ortasında iri bir daşın üzərinə qoyulur. Lök kəndində qaçıb canlarını qur­
tara  bilməyən  qocalar,  qadınlar,  uşaqlar  güllələnərək  dərədən  axan  çaya 
tökülür...
26 
noyabr  1924-cü il - Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında Əsasnamə 
verilir.  Əsasnaməyə görə Şuşa qəzasından Şuşa və Xankəndi şəhərləri,  eləcə də 
115 kənd, Cavanşir qəzasından 62 kənd, Qaryagin qəzasından 30 kənd, Qubadlı 
qəzasından isə  Qaladərəsi kəndi  DQMV-a verilir. Beləliklə, imperiyamn hakim 
dairələri Qarabağ adlı münaqişə ocağının əsasını qoymuş olurlar...
26 
noyabr  1988-ci il -  Erməni ekstremistləri tərəfindən  Sevan  rayonunun 
Çubuqlu kəndində Nəsrəddin və Həbib  Əliyevlər vəhşicəsinə döyülərək ölümcül
271


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə