Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə96/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   92   93   94   95   96   97   98   99   ...   112

Nazim Tapdıqoğlu
Koçerov (polkovnik-leytenant),  Vyaçeslav Kotov (vertolyot heyətinin koman­
diri),  Gennadi Domov (vertolyot heyətinin üzvü),  Dmitri Yarovenko (vertolyot 
heyətinin üzvü) həlak olurlar...
20  noyabr  1991-ci il - Şuşa rayonunun Malıbdyli kəndinin nəfər dinc sakini 
ermənilər tərəfindən girov götürülür...
20  noyabr  1992-ci il - Ağcabədinin igid döyüşçüləri  -İlqar Heydər oğlu İs­
mayılov, Mübariz Zalış oğlu Sarıyev, Fuad Dərgah oğlu Verdiyev Xocavənd ray­
onu ərazisində ermənilərlə döyüşdə həlak olurlar...
21  noyabr  1905-ci il - Tiflisdə ermənilər səhər bir nəfər azərbaycanlını qətlə 
yetirirlər...
21 
noyabr  1905-ci il -  «Daşnaksütyun» beynəlxalq erməni terror təşkilatının 
saqqallıları Tiflis sakinlərinə Gürcüstan tarixində ən qanlı və amansız divan tu­
taraq, onları, eləcə də azərbaycanlıları  qırıb-çatırlar. Nə uşaqlara, nə qadınlara, 
nə qocalara, nə də əlillərə rəhm edilmir. Yaralıların nəfəsini kəsirlər. Həmin gün 
axşam erməni quldurları Tiflisdə çoxlu sayda azərbaycanlıları vəhşicəsinə qətlə 
yetirirlər.  Yalnız  bir  meyxanada  10  nəfər  müsəlman  cəsədi  tapılır.  Onlarla 
müsəlmanın  meyidi məscidlərə daşmır...
21  noyabr  1914-cü  il  -  Rusiya  imperatoru  Fransanın  Rusiyadakı  səfiri 
M.Polsoloqla görüşündə erməni məsələsini nəzərə alacağını, onlar üçün müstəqil 
dövlət yaradacağını bildirir...
21  noyabr  1937-ci il - Azərbaycan SSR XDİK idarəsinin 3-cü dərəcəli dövlət 
təhlükəsizlik komissarı Sumbatovun əmri ilə tərkibində azərbaycanlıların da ol­
duğu 113 nəfər güllələnir...
21 
noyabr  1988-ci il -  Bakıda və Gəncədə iğtişaşlar baş verir; 3 nəfər hərbçi 
öldürülür,  xeyli  adam yaralanır.  Bakı,  Gəncə  və Naxçıvanda xüsusi vəziyyət, 
qadağan saatı elan olunur...
21  noyabr  1990-cı il -  Laçm  rayonunun Seyidlər kənd sakini Elxan Kərim
oğlu Məmmədov kənd yolunda  erməni basqını nəticəsində qətlə yetirilir...
21  noyabr  1990-cı il - Cəbrayıl rayonunun  Qışlaq kəndinin milis postu er­
mənilər yaşayan məntəqələrdən atəşə tutulur. Kənd müdafiəçilərindən bir nəfər 
ağır güllə yarası alır; dağıntılar olur...
21 
noyabr  1991-ci il - Abdal və Gülablı kəndləri ermənilər tərəfindən müxtə­
lif silahlardan atəşə tutulur.  3 nəfər yaralanır...
21  noyabr  1991-ci il - İordaniyadakı  "Erməni cəmiyyəti"nin ideoloqları Aram 
Yasaulyan və Harri Mar atla (Ambarsumyan) Əmmandakı  "Jordan press" Fon­
dunda İordaniya təhlükəsizlik xidmətinin başçısı  SəidBeno  görüşürlər...
266
Azərbaycan faciələrinin təqvimi
21 
noyabr  1991-cı il - Mİ-8 vertolyotunda həlak olanların meyidləri Ağdam 
məscidinə gətirilir.  Hər tərəf qan ağlayır...
21  noyabr  1991-ci il - Erməni yaraqlıları Ağdam rayonunun Abdal-Gülablı 
kəndinə basqın edir.  1  nəfər dinc kənd sakini həlak olur,  2  nəfər yaralanır...
21 
noyabr  1992-ci il - Sırxavənd kəndi yenidən ermənilərin əlinə keçir.  Ba­
talyon komandiri, cəsur döyüşçü Asif Atakişiyev ağır yaralanır. Goranboy-Ağ- 
dərə əməliyyatı başa çatır...
21  noyabr  1999-cu il İbrahim bin Laden Gülablı və Malıbəyli kəndləri əra­
zisində məskunlaşan  "Çeqakron " erməni terrorçu təşkilatının liderlərindən olan 
Vartan Aruşanyan ilə görüşür...
21  noyabr  1999-cu il - Eçmiədzində ermənilər azərbaycanlı qadın Roza Bək- 
taşini və onun qızını çox dəhşətli şəkildə qətlə yetirirlər. Belə ki, erməni vəhşilər 
onların hər üçünü çoxlu sayda ilanların olduğu xəndəyə atır, xəndəyin kənarla­
rında dayanaraq onların ilanlar tərəfindən hansı dəhşətlərlə öldürülməsini müşa­
hidə edirlər...
22  noyabr  1066-cı il - Türk Qara Təkin ikinci dəfə Şirvana yürüş edir. Çoxlu 
adam qırılır, yaşayış məntəqələri viran qalır...
22 
noyabr  1803-cü il -  Sisianov  başda  olmaqla  rus  ordusu  Gəncə üzərinə 
yürüşə başlayır...
22 
noyabr  1905-ci il - Tiflisdə erməni yaraqlılarının atəşi nəticəsində 10 nəfər 
azərbaycanlı öldürülür. Daşnaq terrorçular - Armen, Kara Bağdasaryan,  Tiqran 
Stepanyan və Durbaxın rəhbərlik etdiyi terrorçu  dəstələr  Borçalıda və Tiflisdə 
çoxlu sayda azəri türkünü qətlə yetirirlər...
22 
noyabr  1918-ci il - Erməni Andranikin qoşunu azərbaycanlılar yaşayan 
kəndlərdə qətliamlar törədərək  ingilis-fransız  missiyasının  yerləşdiyi  Gorusa 
gəlib  burada Zaqafqaziyada Antanta qoşunlarının  baş  komandanı,  general- 
mayor  V.M.Tomsonun sərəncamına əsasən qubernatorluq yaradır.  İrəvan qu­
berniyasından Naxçıvan qəzasınadək olan ərazi Andranikin qubernatorluğuna 
həvalə edilir.  Bu hadisə onun daha da əl-qol  açmasına,  azərbaycanlılara qarşı 
daha çox qətliamlar törətməsinə şərait yaradır...
22 
noyabr  1953-cü il - Azərbaycan xalqının işıqlı oğullarından biri, repres­
siyanın günahsız qurbanlarından biri olan Alı Qələndər oğlu Aliyev Krasnoyarsk 
vilayətinin Boquçak rayonu  ərazisində  ağac  qıran zaman  (o,  rayonda  ağacqı- 
ranlarm briqadiri idi)  faciəli şəkildə həlak olur...
22 
noyabr  1988-ci il - Ermənistan SSR Ali Sovetinin sessiyasında respublika 
rəhbərliyinin  məxfi  göstərişinə əsasən  1  həftə  ərzində  200 mindən  artıq  azər-
267


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə