Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə99/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   95   96   97   98   99   100   101   102   ...   112

Nazim Tapdıqoğlu
hala salmır. Onlara məxsus  "Jiquli" maşını əzilərək dağıdılır...
26 
noyabr  1988-ci il - Yuxarı Necili kənd sakini, Sabir adlı mağaza işçisi er­
mənilər tərəfindən vəhşicəsinə öldürülür...
26  noyabr  1989-cu il - Erməni terrorçuları Mehri rayonunun Nüvədi kəndinə 
hücum edir. 10 nəfər dinc sakin müxtəlif dərəcəli güllə yarası alır...
26 
noyabr  1991-ci il - Azərbaycan Respublikasının Ali Soveti  (yeni yaranan 
Milli Şura)  Dağlıq Qarabağın muxtariyyətini ləğv edir.  Həmin gün DQ-m bir 
sıra yaşayış məntəqələrində azərbaycanlılara qarşı bir neçə qeydə alınan müna­
qişələr baş verir...
26  noyabr  1993-cü il - Erməni silahlı qüvvələri saat 18.00-dən 19.00-a qədər 
Füzuli  rayonunun Şükürbəyli kəndi  tərəfdən  Kərimbəyli  kəndini  «Qrad» 
qurğulanndan atəşə tutur. İşğalçılar Böyük Bəhmənli kəndini qarət edərək ora­
dan sərhəd zastavasma  soxulub  hündür qüllədən kəşfiyyat məqsədilə istifadə 
etməyə başlayır...
27 
noyabr  1905-ci il -  Erməni silahlı dəstələri Naxçıvanda,  Qarabağda və 
Cavanşir qəzasında azərbaycanlılara qarşı qırğınlar törədirlər. Cavanşir qəza­
sının Dəmirli kəndində ermənilər 8 dinc sakini öldürürlər. Camaat evlərini tərk 
etmək məcburiyyətində qalır. Terrorçular kəndi yandırırlar...
27  noyabr  1905-ci il - Bakı fəhlələrinin əzəmətli nümayişi keçirilir...
27 
noyabr  1905-ci il - Erməni yaraqlıları Cavanşir qəzasmdakı müsəlmanlar 
yaşayan Dəmirli  kəndini zəbt edib  ona od vururlar.  Dəmirli faciəsi baş verir. 
Dəmirlinin 8 nəfər  sakini həlak olur.  Kəndin  4 kişisi  özlərinə mövqe seçərək 
1000-dən artıq erməni ilə qəhrəmancasına döyüşür...
27  noyabr  1905-ci il - Erməni silahlı dəstələri Naxçıvanda müsəlman qırğını 
törədirlər...
27 
noyabr  1937-ci il - Azərbaycan SSR XDİK İdarəsinin 3-cü dərəcəli dövlət 
təhlükəsizlik komissarı Sumbatovun əmri ilə tərkibində azərbaycanlılar olan 50 
nəfər güllələnir...
27  noyabr  1988-ci il - Qərbi Azərbaycanın Qaraqışlaq kəndinin Müşfiq adlı 
sakini Çubuğlu kəndində ermənilər tərəfindən balta ilə vurularaq öldürülür...
27  noyabr  1988 -ci il - Kirovakanda at oynadan Samvel Qazanstyanın ter­
rorçu erməni  dəstəsi  Vartana  kəndinə soxulur.  Qara Bayramov qətlə yetirilir. 
Lyova və Lendrum Xaçaturyan qardaşları Leyli Hüseynovam əzabla öldürürlər. 
Samvel  Vanesyanın  terrorçu dəstəsi Mehralı İsgəndərovu, arvadı Xanımı və 77 
yaşlı oğlu Alimi  öldürməzdən əvvəl Xanımı ərinin gözləri qarşısında lüt rəqs et­
məyə məcbur edirlər. Sonra onlar parça-parça doğranılır. Qriqori Çavuşyan və
272
Azərbaycan faciələrinin təqvimi
Hamlet Qasparyan adlı adamların rəhbərlik etdikləri silahlı dəstə üzvləri Abdulla 
Əliyevi  (1924-cü il təvəllüdlü)  öldürürlər. Evlərini tərk etmədiklərinə görə Süley­
man Məmmədov Suren  Yosmedyan,  Əhməd Ahyev isə  Vazgenin terror qrupları 
tərəfindən qətlə yetirilir. Terrorçu Suren Zehranyan Fatma Əliyevam minik ma­
şınının təkərləri altma salıb əzir. Ümumilikdə 14 nəfər kənd sakini ermənilər tə­
rəfindən  qətlə  yetirilir;  13  nəfər  itkin  düşür.  Beləliklə,  kənd  əhalisi  doğma 
ev-eşiyini tərk etmək məcburiyyətində qalır...
27 
noyabr  1988-ci il - Daşnaq  terrrorçular  Qərbi  Azərbaycanda  (Ermə­
nistanda) Masis rayonunun Mehmandar, Sarvanlar və Zəhmət kəndlərinə bas­
qın edirlər. Zəhmət  (Masis rayonu)  kəndində 10 yaşlı qız uşağı, 60 yaşlı qadın 
və 3 nəfər digər dinc, günahsız azərbaycanlı azğınlaşmış erməni quldurları tərə­
findən vəhşicəsinə qətlə yetirilir. Masis rayon mərkəzində məscidə ermənilər tə­
rəfindən od vurulur.  Erməni vandalları azərbaycanlıların  qəbiristanlıqlarını, 
evlərini, digər tikililərini viran edirlər...
27  noyabr  1988-ci il - Ermənistanın Quqark rayonunda, Şaumyan kəndində 
erməni quldurları qanlı cinayət törədirlər: Bəsti Əliyeva güllə ilə öldürülür, başı 
kəsilir, cəsədi kənddəki körpüdən yerə atılır; Əhməd Qazaxəliyev qətlə yetirilir
cəsədi yandırılır; Qərib Bayramov öldürülür, cəsədi yandırılır; Oruc Əliyev, onun 
həyat yoldaşı Gülsüm Əliyeva,  oğlu Abdulla vəhşicəsinə öldürülür; Fatimə Ab­
basova öz evində güllə ilə öldürülür; Vaqif Qasımov ağır yaralanır, onun sonrakı 
taleyi məlum olmur...
27 
noyabr  1990-cı il - Xocavəndin  (Martuninin)  azərbaycanlılar  yaşayan 
Rus tağı məhəlləsi ermənilər tərəfindən qumbaraatanlardan və avtomatlardan 
atəşə tutulur.  Şəhər sakini Bidad Əliyevin və Xocavənd kənd  sakini Nadir Nə­
zər ovun evləri yandırılır...
27 
noyabr  1991-ci il - SSRİ Dövlət Şurası DQMV-nin ləğvi ilə bağlı qərarın 
dəyişdirilməsini Azərbaycan rəhbərliyindən tələb edir...
27  noyabr  1992-ci il - Füzuli,  Cəbrayıl, Ağdam rayonlarının Yuxarı Qara­
bağla həmsərhəd  kəndləri ermənilər tərəfindən  müxtəlif növ  silahlardan  atəşə 
tutulur...
28  noyabr  1578-ci il - Ağsu çayı sahilində yerləşən Mollahəsən kəndi yaxın­
lığında 20 minlik ordusu olan Krım xanı Adil Gəray ilə Səfəvi hərbi qüvvələri 
arasında döyüş baş verir. Hər iki tərəfdən çöxlu itkilər olur.  Səfəvilər Şirvanda 
qalib gəlirlər...
28 
noyabr  1905-ci il - Qazax qəzasında qulluq edən strajniklərdən biri, er­
məni əsilli Sevan  Tumanov öz silahlı dəstəsi ilə Atalı kənd sakinlərini (Bəşir 
273


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə