Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə92/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   88   89   90   91   92   93   94   95   ...   112

Nazim Tapdıqoğlu
həlak olur,  10  nəfər isə ağır yaralanır...
6 noyabr  1412-ci il - Qara Yusif ilə Şirvanşah İbrahim arasında döyüş baş 
verir. Hər iki tərəfdən çoxlu sayda itkilər olur...

noyabr  1989-cu il - Erməni terrorçuları Ağdam ilə Şuşanı birləşdirən Qar­
qar çayı üzərindəki körpünü partladırlar.  Şuşa ilə nəqliyyat əlaqəsi kəsilir...

noyabr  1991-ci il - Qazax rayonu ərazisinə basqın edən erməni yaraqhları 
Yuxarı Əskipara kəndinin bir nəfər dinc sakinini qətlə yetirir...

noyabr  1992-ciil- Ağdam rayonunun Yuxarı Qarabağla həmsərhəd kənd­
ləri atəşə tutulur...
6  noyabr  1992-ci il - Böyük xanəndə,  "Rast" muğamının mahir ifaçısı Şah­
malı Mürsəqulu (Əlif) oğlu Hacıyev - Kürdoğlu 7 yaşlı oğlu Şahiməli ilə bir yerdə 
ermənilərin  "Qrad" qurğusundan atdıqları mərminin qurbanı olurlar...
7  noyabr  1605-ci il - Qızılbaşlar ilə osmanlılar arasında Təbriz yaxınlığında 
qanlı döyüşlər baş verir.  Osmanlı sərdarı Cığaloğlu darmadağın edilir. Hər iki 
tərəfdən çoxlu sayda əsgər öldürülür...
7  noyabr  1605-ci il  - 1  Şah Abbas Sufiyan ətrafında  (Təbriz yaxınlığında) 
Osmanlı ordusu üzərində qələbə çalır.  Çoxlu sayda itkilər olur...

noyabr  1605-ci il -  Ərdəbil  və Sərab  arasındakı  döyüşdə türklər məğlub 
olur.  Cığaloğlu  Sinan paşa  Diyarbəkirə  qaçır.  Səfəvilər külli miqdarda hərbi 
qənimətə sahib olur...
7  noyabr  1827-ci il - Abbas Mirzə ilə Rusiya nümayəndələri arasında uğursuz 
danışıqlar başlayır...

noyabr  1917-ci il - Dünyanın ən böyük imperaiyası  olan  SSRİ-nin əsası 
qoyulur...
7  noyabr  1944-cü il - XX əsrin məşhur kəşfiyyatçılarından biri, bakılı Rixard 
Zorge Tokio türməsində öldürülür...
7  noyabr  1989-cu il -  Mardakert  (Ağdərə)  rayonunun Dovşanlı  kəndində 
yuva salan erməni  terrorçuları kənddə azərbaycanlılar  yaşayan 12 evə basqın 
edirlər.  Onlar kəndin  azərbaycanlı əhalisini  1  saat ərzində  kənddən çıxmağa 
məcbur edirlər. Şəxsi əmlaklarından məhrum olan azərbaycanlı əhali ev-eşiyin­
dən didərgin salmır...
7  noyabr  1991-ci il - Erməni terrorçuları Füzuli rayonunun Xələfşə kəndinə 
basqın edirlər.  72 yaşlı Məxmər Hacıyeva kənd yolunda qətlə yetirilir,  70 yaşlı 
Şura Mustafayeva yatağında vəhşicəsinə güllələnir. Milis əməkdaşları İbrahim
256
Azərbaycan faciələrinin təqvimi
Məmmədzadə və Xalıqverdi Əhmədov ağır yaralanırlar...
7  noyabr  1998-ci il - Dağlıq  Qarabağ münaqişəsinin  həllinə dair «Ümumi 
dövlət» adı ilə tanınan  3-cü təklif irəli sürülür.  Bu variant mahiyyət etibarı ilə 
Dağlıq Qarabağı müstəqil dövlətə çevirmək məqsədi güdür...
8  noyabr  1905-ci il - Erməni daşnaqları müsəlmanları müharibəyə çağırmaq 
üçün Dərəbağın bağında təqsirsiz, günahsız Bəhmənli sakinlərini (Abbas Həsən 
oğlu və başqalarını) amansızlıqla qətlə yetirirlər...

noyabr  1914-cü il - Türk qoşunları Cənubi Azərbaycana girir. Onlar rus 
ordusunun arxasına keçmək niyyəti güdürlər...

noyabr  1934-ci il - Görkəmli ictimai və siyasi xadim, tanınmış alim, Azər­
baycan Parlamentinin sədri vəzifəsində  çalışmış  dəyərli ziyalı  Əlimərdan bəy 
Topçubaşov Azərbaycandan kənarda didərgin həyatı sürərək Fransada, Parisin 
Sen-Deni  rayonunda vəfat edir...
8  noyabr  1992-ci il - Cəbrayıl rayonunun bir neçə yaşayış məntəqəsi və ora­
dakı postlar erməni artilleriyasının atəşinə məruz qalır. Dağıntılar olur...
8  noyabr  1993-cü il - ATƏM-in Minsk qrupu Yyanada «Yeniləşdirilmiş cəd- 
vəl
»3
 Azərbaycan tərəfi üçün heç də məqbul olunmayan zəif düzəlişlər edir...

noyabr  1733-cü  il - Ağ-Dərbənddə  Osmanlı qoşunu ilə Nadirin qoşunu 
arasında dəhşətli döyüş baş verir...
9  noyabr  1905-ci il - Gəncənin  Qoşaçinar adlı ərazisində ermənilər heç  bir 
səbəb  olmadan  Əmiraslan Əlipaşa oğlunu, Cabbar Hüseyn oğlunu, Rüstəm İs­
mayıl oğlunu, Rza Cəbrayıl oğlunu, eləcə də Molla Cəlilli kəndinin digər sakin­
lərini gülləbaran edirlər...

noyabr  1991-ci il - Salakətin kəndi (əvvəllər Hadrut rayonunun, indi Xo­
cavənd rayonunun tabeliyndədir) yenidən ermənilər tərəfindən işğal olunaraq 
yandırılır...

noyabr  1992-ci il - Cəbrayıl rayonunun bir sıra yaşayış məntəqəsi ermənilər 
tərəfindən atəşə tutulur...

noyabr  1992-ci il - Ağdam şəhəri və ona bitişik kəndlər ermənilər tərə­
findən qrad qurğularından atəşə tutulur...
10  noyabr  1467-ci il - Muş düzündəki döyüşdə qaraqoyunlular məğlub olur...
10  noyabr  1724-cü il - Rus çarı I Pyotr erməni xalqım öz himayəsinə almaq
257


Nazim Tapdıqoğlu
haqqında fərman imzalayır...
10  noyabr  1918-ci il - Türk ordusu Bakını tərk edir...
10  noyabr  1990-cı il - Ağdam ilə  Şuşa arasındakı avtomobil yolu Əsgəran 
yaxınlığında ermənilər tərəfindən bağlanır...
10 
noyabr  1992-ci il - Erməni yaraqlıları Ağdamın Ergi düzündəki qışlaqlara 
basqın edir. Mərzib kənd sakinləri Sangül Şirinova, Mürsəl Babayev, Avşar Yol- 
çuyev,  Novruzlu kənd sakini ƏbilBayramov girov götürülür...
10  noyabr  1992-ci il  -  Ümummilli Erməni  Hərəkatının lideri,  Azərbaycan 
torpaqlarının işğalında fəal  iştirakına görə  "Müqəddəs  Georgi" ordeni  almış 
Aşot Beloyan Bakıya gəlir...
11  noyabr  1467-ci il - Ağqoyunlularla Qaraqoyunlular arasında Muş döyüşü 
baş verir.  Qaraqoyunlular məğlub  olur.  Cahan  şah öldürülür.  Bağdada qədər 
olan geniş ərazi Ağqoyunluların əlinə keçir...
11  noyabr  1549-cu il - Dövrünün görkəmli söz ustası, xəttat Bəhram Mirzə 
ölür...
11 
noyabr  1724-cü il - 1 Pyotrun göstərişi ilə erməni ailələrinin ilk qrupları 
Gilan,  Mazandaran və Bakıya köçürülür...
11 
noyabr  1917-ci il -  SQÖM milli təşkilatların  iştirakı  ilə OZAKOM ləğv 
edilərək əvəzində Zaqafqaziya Komissarlığı yaradılır...
11 
noyabr  1918-ci il - İngilislərin dolayısı ilə Andranik  Ozanyanm tərəfini 
saxlamaları məlum olur.  Bundan istifadə edən Andranik azərbaycanlılar yaşa­
yan kəndlərə basqın edir; cinsindən və yaşından asılı  olmayaraq əhalini  vəhşi­
cəsinə qətlə yetirir...
11  noyabr  1991-ci il - Erməni terrorçuları Qazax rayonunun Xeyrimli kən­
dinə basqın edirlər. 2 nəfər dinc sakin qətlə yetirilir, 1 nəfər yaralanır...
11  noyabr  1991-ci il -Ağdam rayonunun Abdal və Gülablı kəndləri ermənilər 
tərəfindən güclü atəşə tutulur. Ciddi dağıntılar olur...
11  noyabr  1993-cü il  -  Robert Köçəryan,  Zor i Balayan və Abdulla  Ö calan 
arasında üçtərəfli görüş keçirilir...
12  noyabr  1905-ci il - Gəncədə  Amos Perovun dəyirmanında erməni daş- 
naqları Kərbəlayi Fərəc Həsən oğlu adlı bir müsəlmanı öldürürlər...
12 
noyabr  1988-ciil - Ermənistanın Spitak rayonunun PK-nin birinci katibi 
H.Muradyan, RİK-nin sədri F.Abuçyan,  baş həkim R.Baqdaryan, hakim E.Na- 
zaryan,  milis  rəisi  V.Sarkisyan,  prokuror Araksiyan,  xalq  hakimi  V.Sərkisyan
258
Azərbaycan faciələrinin təqvimi
azərbaycanlı ailələrin mənzillərindən qovulmasını, evlərinin yandırılmasını, bə­
zilərinin ölümlərini təşkil edirlər.  36 nəfər yaşlı sakin öldürülür.  70 uşaq (5 ya­
şından  12  yaşma  qədər)  valideynlərinin  gözləri  qarşısında  1,5  metr 
diametrliyində, 20 metr uzunluğunda olan trubalara doldurulur və trubalar qay­
naqlanır. 27 uşaq müxtəlif istiqamətə aparılır...
12  noyabr  1991-ci il - Xocavənd rayonunun Axullu kəndi ermənilər tərəfin­
dən işğal olunur.  Ölənlər və yaralananlar olur.  Kənd əhalisi doğma ocaqların­
dan didərgin düşür...
12  noyabr  1991-ci  il  -  Ağdam-Xocalı marşrutu ilə  uçan Mİ-8 vertolyotu 
Əsgəran yaxınlığında  atəşə tutulur.  Vertolyotu çətinliklə olsa da Xocalı  aero­
portuna endirmək mümkün olur...
12  noyabr  1991-ci il - Xocalıdan Ağdama gələn  UAZ avtomobili Noraguh 
istiqamətindən atəşə tutulur. T.Məhərrəmov aldığı ağır yaradan ölür...
12  noyabr  1991-ci il - Xocalıdakı 23 saylı SMD-nin rəisi Tahir Məmmədov 
daşnaq terrorçuları tərəfindən qətlə yetirilir...
12  noyabr  1993-cü  il -  BMT  TŞ  Qarabağ  problemi  ilə  bağlı  Zəngilan 
rayonunun  və  Horadiz qəsəbəsinin ermənilər tərəfindən  işğalım  pisləyən  884 
saylı qətnamə qəbul edir.  Lakin erməni tərəfi bu qətnamənin tələblərini də ye­
rinə yetirmir...
13  noyabr  1187-ci il - III Toğrulun qoşunu ilə Qızıl Arslanın qoşunları Hə­
mədan yaxınlığında üz-üzə gəlir. Bir neçə günlük döyüşdən sonra Atabəyin qo­
şunu geri çəkilir...
13  noyabr  1905-ci il - Gəncə ərazisində Məşədi Sadıq  adlı  bir müsəlmanın 
ermənilər tərəfindən doğranmış bədəni tapılır...
13  noyabr  1926-cı il - Azərbaycanın görkəmli ziyalıları Məhəmmədhəsən Ba­
harlının və Rəhim bəy  Vəkilovun istintaq işinə baxılır. Onlar antisovet fəaliyyətdə 
təqsirli bilinərək ciddi rejimli təcridxanaya salınırlar...
13 
noyabr  1992-ci il  -  Cəbrayıl  rayonunun  bir  sıra yaşayış məntəqələri  və 
orada yerləşdirilmiş  postlar ermənilərin  artilleriya atəşlərinə məruz  qalır.  D a­
ğıntılar olur...
14 
noyabr  1830-cü il - Car rus qoşunları tərəfindən tutulur. 32 üsyançı həbs 
olunaraq edam edilir...
14  noyabr  1989-cu il - Qubadlı rayonunun Sey tas kənd sakinləri heyvanla­
rını otararkən erməni yaraqlıları tərəfindən gülləbaran edilirlər. Nobatçılardan
259


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə