Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə89/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   85   86   87   88   89   90   91   92   ...   112

Nazim Tapdıqoğlu
ərazisinə basqm edirlər.  Dinc əhalini çıxarmağa  çalışan Mərcanlı kənd  sak in i 
Fazil Seyidəliyevin təkərli traktoru gülləbaran edilir. Lafetə yığılanlardan G öy­
çək Xəlil qızı Seyidəliyeva, Gözəl Mehdi qızı İmanova, Xanım Qərib qızı Əmra- 
hova,  Faiq Fazil oğlu Seyidəliyev,  Seyidəli İsmayıl oğlu  Məmmədov, Mübariz 
Fərmayıl oğlu Məmmədov, Tamella Fərmayıl qızı Məmmədova qətlə yetirilir. 
Vəhşicəsinə öldürülmüş  Elvin və Elgün Hüseyn oğlu  Quliyev qardaşlarının  v ə 
Rasim Yolçu oğlu İsgəndərovun tikələri ələ gəlmir. Allahyar İsrafil oğlu Həsənov 
Arazı üzüb keçmək istəyərkən çayda boğulur.  Fazil Seyidəliyev  və Aminə  Q a- 
rayeva ağır qəlpə yarası alırlar. K-700 markalı rezin təkərli traktora hücum z a ­
manı ermənilər sürücü işləyən Böyük Mərcanlı kənd sakini İsmayıl Şükür oğlu 
Mehdiyev və onun  İlyas adlı oğlunu amansızlıqla qətlə yetirirlər...
25 
oktyabr  1917-ci il - Petroqradda bolşevik üsyanı nəticəsində Müvəqqəti 
Hökumət devrilir...
25 
oktyabr  1928-ci il - Bir raporta görə, həyata keçirilən tədbirlər nəticəsində 
Melitopola 3, Həştərxana 1, Kurska 4, Mahaçqalaya 1, Kremennayaya 2, K ri- 
voy Roqa 3  bəy və xan sürgün olunur...
25  oktyabr  1989-cu il - Erməni yaraqlı quldurları Gorus rayonu ərazisindən 
Laçın rayonu istiqamətində yürüş edirlər...
25  oktyabr  1993-cü il - Ermənilərlə döyüşdə zəngilanlı döyüşçülər - Baloğlan 
Süleyman  oğlu  Süleymanov  (Rəzdərə  k.),  Bəhram  Bahadur  oğlu  Adıgözəlov 
(Mincivan q ),  Emin Famil oğlu Nəsibov  (Zəngilan  ş ),  Əlibaba Xürrəm  oğlu 
Məmmədov (Ağalı k.) həlak olurlar...
25  okyabr  1993-cü  il  -  Erməni  terrorçuları  Cəbrayıl rayonunun  Qumlaq 
kəndi  yaxınlığında  UAZ-469  markalı  maşını  gülləbaran  edirlər.  Nəticədə 
Mincivan qəsəbə sakinləri  Bəhram  Adıgözəlov  və  Emin  Nəsibov qətlə yetiri­
lirlər...
25  oktyabr  1993-cü il Cəbrayıl rayonunun Qumlaq və Zəngilan rayonunun 
Bartaz  yaşayış  məntəqələri  istiqamətlərindən  ağır  texnikalarla  həmlə  edən 
düşmən çoxlu sayda tələfat versə də, Zəngilan alayı da 9 nəfər igid əsgərini itirir. 
Gecə ermənilər Zəngilana gedən yolu kəsirlər...
26  oktyabr  1738-ci il - Car və Tala ləzgiləri Nadir şahın qardaşını və digər 
sərkərdələri öldürürlər...
26 
oktyabr  1738-ci il  - Nadirin  kiçik  qardaşı,  sərkərdə,  1736-cı il Azər­
baycan hakimi İbrahim xan Qarabağ, Şəki, Şirvan və Balakəndə İran əsarətinə
248
Azərbaycan faciələrinin təqvimi
qarşı baş verən üsyanları yatırmaq məqsədilə böyük yürüşə başlayır. Cənik dağı 
dərə-sindəki vuruşmada İran qoşunu mühasirəyə düşür və məhv edilir; atışma 
zamanı İbrahim xan özü də öldürülür...
26  oktyabr  1992-ci il - Cəbrayıl rayonunun 1973-cü il təvəllüdlü vətənpərvər 
oğlu Qürbət Səmərqənd oğlu Qəhrəmanov ermənilərlə döyüşdə həlak olur...
26  oktyabr  1992-ci il - Ağdam  şəhəri, Əliağalı, Əlimədədli,  Xaçındərbətli, 
Mollalar,  Kürdlər  kəndləri  toplardan  və  raket  qurğularından  atəşə  tutulur. 
Çoxlu dağıntılar var...
26  oktyabr  1993-cü il -Füzuli rayonunun Arazqırağı bir neçə kəndi də erməni 
silahlı birləşməsinin güclü hücumları nəticəsində işğal edilir. Ölənlər, yaralanan­
lar və dağıntılar olur...
26  oktyabr  1993-cü il - Ermənilər ratsiya ilə zəngilanlılara xəbərdarlıq ulti­
matumu verirlər:  "Qonşuluq xatirinə arvad-uşağı dəmir yolu ilə çıxarmağa icazə 
veririk".  Amma heç bir saat keçməmiş onlar azərbaycanlılara qarşı hücuma ke­
çirlər...
26  oktyabr  1993-cü il - Erməni silahlıları Zəngilan rayonunun Ağbənd- Vej­
nəli istiqamətindən tanklarla və piyadalarla hücuma keçir.  "Koroğlu daşı" de­
yilən yerdə  qanlı  döyüşlər  gedir.  Zəngilan alayı  müdafiə  olunur.  Çoxlu  sayda 
itkilər olur. Tağbənddə 4 azərbaycanlı əsgəri ağır yaralanır. Mahrızlı kəndi yan­
dırılır.  Seyid nəslindən olan  Qəfəs nənə  və onun bacısmı ermənilər vəhşicəsinə 
yandırırlar...
27
 
oktyabr  1620-ci il 
- 1
 
Şah Abbasın fərmanı ilə Qafan və  Üçtəpə kəndləri 
Kunkan adlı bir erməninin mülkiyyətinə verilir...
27 
oktyabr  1922-ci il - Zaqafqaziya Ölkə Komitəsinin iclasında Azərbaycan 
K(b)P MK-nə 5 iyul 1921-ci il tarixli qərarın həyata keçirilməsi təklif olunur...
27  oktyabr  1957-ci il - Axşam saat 21 radələrində Qaryagin rayonunun  (in­
diki Füzuli rayonu) Horadiz kəndində dağlardan süzülüb-gələn gur yağışın çox­
luğu səbəbindən qıjıltı ilə axıb sellənən Dəli çay kənddə 11 nəfərin həyatına son 
qoyur. Həmin gün analoji faciə hadisəsi rayonun digər kəndlərində də baş verir. 
Ölənlər və yaralananlar olur...
27  oktyabr  1991-ci il - Saat 18 radələrində Xocavənd rayonunun Xocavənd 
yaşayış  məntəqəsi  erməni  terrorçuları  tərəfindən güclü atəşə tutulur.  Yusif və 
İlyas Paşayevlər, eləcə də Rübabə Novruzova ağır güllə yarası alırlar. Sürücü İs- 
mixan Misir oğlu Allahverdiyev ermənilər tərəfindən girov götürülür...
27 
oktyabr  1992-ci il - Ağdam şəhəri, Əliağalı, Əlimədədli, Mollalar və Cinli 
kəndləri növbəti dəfə atəşə tutulur. Yaralananlar, ölənlər və dağıntılar olur...
249


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə