Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə87/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   83   84   85   86   87   88   89   90   ...   112

Nazim Tapdıqoğlu
verir...
21 
oktyabr  1603-cü il - Təbriz əhalisi türklərin əleyhinə üsyan qaldırır. Şah 
Abbas Təbriz şəhərini tutur...
21  oktyabr  1796-cı il - Rus qoşunu Gəncəyə hücum edib şəhəri tutur...
21 
oktyabr  1921-ci il - Azərbaycan K(b)P MK Təşkilat Bürosu üzvləri ilə 
Qarabağın məsul işçilərinin birgə keçirdikləri konfransda  Dağlıq  Qarabağın 
muxtar vilayət kimi ayrılması xüsusi qeyddə məqsədəuyğun hesab olunur...
21  oktyabr  1990-cı il - Laçın rayonu ərazisində 1  nəfər azərbaycanlı ermə­
nilər tərəfindən vəhşicəsinə qətlə 
yetirilir
21  oktyabr  1990-cı il - Laçın rayonunun Ağanus kənd sakini Təvəkkül Adil 
oğlu Məhərrəmov  Qaladərəsi kəndi  yaxnlığmda erməni yaraqlıları tərəfindən 
amansızlıqla qətlə yetirilir...
21  oktyabr  1991-ci il - Ağdərə rayonunun Baş Güney kəndi erməni yaraqlı­
ları tərəfindən atəşə tutulur. Az snra silahlı ermənilər kəndə basqın edirlər. Kənd 
sakini Həmzə Ələkbərov qətlə yetirilirMüzəffər Nəsibov ağır yaralanır...
21  oktyabr  1991-ci il - Ağdamın Xaçındərbətli kəndinə ermənilər tərəfindən 
basqın edilir.  2 naxırçı yaralanır, çoxlu sayda mal-qara oğurlanaraq aparılır...
21  oktyabr  1994-cü il - Rusiyanın eks-prezidenti B. Yeltsinlə prezident L.Ter- 
Pefrosyan arasında hərbi müqavilə imzalanır
22  oktyabr  1734-cü il - Nadir Şamaxını zəbt edir. Şəhərdə çoxlu sayda ölən­
lər olur...
22 
oktyabr  1806-cı il - Şəki xam Səlim xanla ruslar arasında həlledici döyüş 
baş verir. Şəki tutulur.  Səlim xam Rusiyaya sədaqətli olan  Cəfərqulu xan əvəz 
edir...
22 
oktyabr  1962-ci il - Görkəmli Azərbaycan ziyalısı, milli-azadlıq hərəka­
tının  təəssübkeşlərindən  biri  Ceyhun  Əbdülhüseyn oğlu  Hacıbəyli  vətəndən 
uzaqlarda - Parisdə həyata əlvida deyir...
22  oktyabr  1990-cı il -  Şuşadan Ağdama  sərnişin  aparan  “UAZ” markalı 
minik maşını daşnaq terrorçuları tərəfindən ələ keçirilir.  /  nəfər qadın, 12 yaşlı 
oğlu və 23 yaşlı sürücü girov götürülür...
22  oktyabr  1991-ci il - Daşnaq terrorçuları tərəfindən Füzuli rayonunun Yu­
xarı  Veysəlli  kəndindən  1  nəfər dinc sakin girov götürülür...
22  oktyabr  1992-ci il - Xocavənd  (Hadrul)  rayonunun Xozabert kəndində 
yuva qurmuş daşnaq  terror birləşməsi Qubadlı rayonunun Başarat və Milanlı 
kəndlərinə basqın  edirlər.  Topağac və  Qantəpərli yüksəklikləri ermənilər tərə­
findən ələ keçirilir.  Ölənlər və yaralananlar olur...
244
Azərbaycan faciələrinin təqvimi
22  oktyabr  1992-ci il - Ağdam və Füzuli rayonlarının  şimal və qərb hissə­
sində yerləşən  kəndlər  ermənilər tərəfindən müxtəlif silah  növlərindən  güclü 
atəşə tutulur. Dağıntılar və itkilər olur...
23  oktyabr  1851-ci il  -  Çar hökuməti yeni  vergi sistemi  haqqında qanun 
verir. Qanuna görə dövlət kəndlilərinin mükəlləfiyyətləri 2 hissəyə bölünür:  l)ve- 
rgilər; 2) torpaq bəhəri. Bəhər torpağın miqdarından və keyfiyyətindən asılı olsa 
da, vergi hamı üçün bərabər tutulur. Kəndli vergini pulla ödəməli olur...
23 
oktyabr  1942-ci il - 2 aydan artıq davam edən və yüzlərlə azərbaycanlının 
ölümünə səbəb olan  Əl-Əlameyn döyüşü başlayır...
23  oktyabr  1991-ci il - Ağdamdan  Şuşaya gedən avtomobil ermənilər tərə­
findən atəşə tutulur.  1  nəfər həlak olur,  1  nəfər isə ağır yaralanır...
23 
oktyabr  1992-ci il - Ağdam şəhəri,  Əlimədədli,  Əliağalı,  Xaçındərbətli, 
Mollalar və Kürdlər kəndləri top və qrad qurğularından atəşə tutulur.  Ölənlər 
və yaralananlar olur...
23  oktyabr  1993-cü  il  -  “Daşnaqsütun” təşkilatının  ideologiyasına  uyğun 
fəaliyyət göstərən  DQO-nun  erməni  terror  və  quldur  birləşmələri  Füzuli 
rayonunun Arazboyu kəndlərini, Horadiz qəsəbəsini və stansiyasını ələ keçirir. 
Çoxlu sayda ölənlər  (o cümlədən  qadın  və uşaqlar)  olur.  Bununla  da Zəngilan 
rayonu ilə əlaqə tamam kəsilir...
23  oktyabr  1993-cü il - Ermənilər Füzuli-Horadiz avtomobil yolunda girov 
götürdükləri 40 nəfər  mülki  şəxsin əksəriyyətini  -  26 nəfəri  amansızlıqla qətlə 
yetirirlər...
23 
oktyabr  1993-cü il - Ermənistan Silahlı Qüvvələri atəşin dayandırılması 
haqqında razılaşmanı pozaraq Azərbaycan Respublikasının cənub-qərb rayon­
larına güclü hücum edir. Bir sıra yaşayış məntəqələri düşmən əlinə keçir. Çoxlu 
sayda azərbaycanlı həlak olur...
23  oktyabr  1993-cü il -  Erməni terrorçuları  Füzuli  rayonunun  Yağlıvənd 
kəndinin qəbiristanlığında dəfn mərasimi iştirakçılarından 13 nəfərini qətlə ye­
tirirlər,  15  nəfər yaralanır...
23  oktyabr  1993-cü il  -  Erməni yaraqlıları  Cəbrayıl  rayonunun Arazboyu 
kəndlərinə basqın edirlər. Mahmudlu kənd sakinləri Yurik Bəhlul oğlu Əhmədov, 
Bilal  Həsənəli  oğlu  Əliyev,  Şamil Səlim  oğlu Yəhyayev, 
Aşağı 
Maralyan kənd 
sakinləri Məşi Məmmədalı oğlu Məmmədov,  Cəfər Dadaş oğlu Abbasov, Bəxti­
yar Zülfiqar oğlu Səfərov, Böyük Mərcanlı kənd sakinləri Baha Ağamməd oğlu 
Əzizov, Məmməd İbrahim oğlu Quliyev, Lala Ağahüseyn qızı Məmmədzamanova 
amansızlıqla qətlə yetirilirlər...
245


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə