Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə84/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   80   81   82   83   84   85   86   87   ...   112

Nazim Tapdıqoğlu
qələrində azərbaycanlılara qarşı vəhşicəsinə basqınlar edilir, onlar amansızlıqla 
döyülür və köçüb getmələri tələb olunur...
4  oktyabr  1991-ci U - Ağdam rayonunun Cinli,  Qalayçılar, Papravənd və X ı­
dırlı  kəndləri ermənilər tərəfindən müxtəlif silah növlərindən atəşə tutulur...

oktyabr  1992-ci il -  Milli  Qəhrəman Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov 
Çıldıran kəndi yaxınlığında erməni yaraqhları ilə döyüşdə həlak olur...
4  oktyabr  1994-cü il - Dövlət çevrilişinə cəhd edilir.  Gəncədə Surət Hüsey­
novun tərəfdarları icra hakimiyyətinin binasını tuturlar.  Baş nazir qiyamçıları 
müdafiə edir.  Prezident yaranmış vəziyyətlə bağlı  televiziya və  radio  ilə xalqa 
müraciət edir...
5  oktyabr  1921-ci il -  1920-ci ilin mayından Camal paşanın başçılığı ilə baş­
layan üsyan oktyabrın 5-də yatırılır...
5  oktyabr  1958-ci il - Xəzər dənizinin Makarov Sayı adlanan hissəsində güclü 
zəlzələ baş verir. Dağıntılar olur...
5  oktyabr  1989-cu  il -  Gorusdan  gələn Mİ-26 vertolyotu Hadrut rayonuna 
enir. Vertolyotdan silah və döyüş sursatı - partladıcı qurğular, ov tüfəngləri, h a ­
belə partladıcı  qurğular və zenit topları üçün xeyli miqdarda  döyüş  sursatı və 
hissələri tapılır. Onun ardınca 2-ci vertolyot da oraya enmək istəyir, lakin enmə 
meydançasında hərbi qulluqçular olduğunu görən pilotlar vertolyotu hündürə 
qaldırıb  Gorus  tərəfə  uzaqlaşırlar.  Ən  qəribəsi  odur  ki,  Azərbaycanın  rəsmi 
dövlət qurumları bu kimi məsələlərə etinasız yanaşmaqda davam edirlər...

oktyabr  1990-cı il  -  Qafan  şəhərində yuva  salmış  erməni terrorçuları  3 
nəfər Zəngilan şəhər sakinini girov götürürlər...
5  oktyabr  1992-ci il  -  Ağdam  rayonunun  Yuxarı  Qarabağla  həmsərhəd 
kəndləri ermənilər tərəfindən müxtəlif silah növlərindən atəşə tutulur. Dağıntılar 
olur...
6  oktyabr  1944-cü  il  -  Qvardiya  leytenantı,  Sovet  İttifaqı  Qəhrəmanı 
(ölümündən sonra, 24.03.1945) Cəmil Məmməd oğlu Əhmədov həlak olur...
6  oktyabr  1917-ci il - Müvəqqəti hökumət tərəfindən duma buraxılır...
6  oktyabr 1991 -ci il - Erməni terrorçuları Qazax rayonunun Xeyrimli kən­
dinə basqın edirlər. 1 nəfər azərbaycanlı dinc sakin qətlə yetirilir,  1 nəfər yara­
lanır...
6  oktyabr  1991-ci il -Ağdam rayonunun Abdal vs Gülablı kəndləri ermənilər 
tərəfindən atəşə məruz qalır.  Gülablıda 2 nəfər yaralanır...
234
Azərbaycan faciələrinin təqvimi
7  oktyabr  1931-ci il - Xəzər dənizinin Bakı şəhərinə yaxın hissəsində güclü 
zəlzələ baş verir...
7  oktyabr  1987-ci il - Akademik Abel Aqanbekyan Fransanın  “Fiqaro” qə­
zetində Dağlıq Qarabağ Muxtar  Vilayətinin Ermənistan Respublikasının ərazisi 
olmasını iddia edir...

oktyabr  1989-cu il - Erməni terrorçusu Artur Artaşoviç Abramyan Ağdam 
-Şuşa şose yolu və Xəlfəliçay üzərindəki  Ağa  körpüsünü  partladır...
7 oktyabr 1989-cu il - Konstitusiya günü Martuni  (indiki Xocavənd) rayonu­
nun Qaradağlı kəndinə məxsus olan 2 yük maşını ermənilər tərəfindən yararsız 
hala salmır; yaralananlar olur...
7  oktyabr  1991-ci il - Ağdam rayonunun  Cinli kəndi ermənilər tərəfindən 
atəşə tutulur. Ciddi dağıntılar olur...
7  oktyabr  2000-ci  il  -  Erməni  diasporunun  Qarabağ  hərbi  qanadı  ilə 
"SadvaVçılara məxsus ləzgi diasporunun hərbi qanadı Xankəndidə əlaqə yara­
dırlar. ..
8  oktyabr  1509-cu il - Dövrünün görkəmli mütəfəkkiri Möhyəddin Mövlana 
Seyid Əhməd oğlu öldürülür...

oktyabr  1821-ci il - Çar fərmanı ilə Cənubi Qafqazda güzəştli ticarət tari­
finin  tətbiq  edilməsinə  görə  buraya  gətirilən əcnəbi  malların  yalnız 50 %-dən 
gömrük haqqı alınmasına icazə verilir...
8  oktyabr  1991-ci il - Ağdam rayonunun Abdal və Gülablı kəndləri növbəti 
dəfə ermənilər tərəfindən atəşə tutulur...

oktyabr  1991- ci il - Xocalı şəhəri daşnaq terrorçuların toplaşdığı Noraguh 
tərəfdən  atəşə tutulur.  Xocalı şəhər DİŞ-nin milis nəfəri Vaqif Yusif oğlu Beh­
budov həlak olur...

oktyabr  1992-ci il -  Erməni hərbi  birləşmələri növbəti  dəfə  böyük qüvvə 
ilə Füzuli rayonunun  Qacar kəndinə hücum edir. Hücum nəticəsində Milli Or­
dunun 17  əsgəri  şəhid  olur...
8  oktyabr  1992-ci  il -  Füzuli şəhəri  "naməlum qüvvələr" tərəfindən bomba­
lanır.  8  nəfər həlak olar,  10  nəfər yaralanır...
8  oktyabr  1992-ci il - Laçmlı igidlər, qardaşlar - Cavanşir Cəmil oğlu Ağayev, 
Fazil  Cəmil oğlu  Ağayev doğma kəndləri olan  Qazıdərə yaşayış məntəqəsi uğ­
randa gedən döyüşlərdə həlak olurlar...
235


Nazim Tapdıqoğlu
9  oktyabr  1989-cu il - Laçm rayonunun Kalafahq kənd sakini,  1960-cı il t ə ­
vəllüdlü Rza Cəlal oğlu Sadıqov şəxsi maşınında odlu silahla ermənilər tərəfin­
dən Qaladərəsi kəndinə gedən zaman qətlə yetirilir...

oktyabr  1989-cu il - Qaradağlı kəndi  (Xocavənd rayonu)  yaxınlığında e r­
mənilər 1 xüsusi maşını zədələyib yararsız hala salır və 2 yük maşınını dağıdır­
lar...

oktyabr  1991-ci il - Kərkicahan qəsəbəsi Xankəndi şəhəri istiqamətindən 
ermənilər tərəfindən  atəşə tutulur.  Qəsəbəyə  qonaq  gəlmiş  dinc  sakin Nadir 
Qoçaq oğlu Əliyev həlak olur...

oktyabr  1991-ci il - Kərkicahan qəsəbəsi, Cəmilli kəndi və Xocalı yaşayış 
məntəqəsi müxtəlif istiqamətlərdən ermənilər tərəfindən atəşə tutulur...
9  oktyabr  1991-ci il - Füzuli rayon hərbi komendantlığmda Füzuli, Cəbrayıl, 
Hadrut rayonlarının hüquq-mühafizə  orqanlarının rəhbərlərinin,  SSRİ  D İN , 
DQ, rayonların hərbi komendantlarının və sərhəd zonası komendantlığı nüma­
yəndələrinin görüşü keçirilir...
9 oktyabr  1991-ci il - Goranboy rayonunun Şəfəq və Zeyvə kəndləri erməni­
lər, tərəfindən atəşə tutulur. 1 nəfər azərbaycanlı mülki şəxs həlak olur,  2 nəfər 
yaralanır...

oktyabr  2006-cı il  -  ATƏT-in ekoloji  vəziyyəti qiymətləndirən  missiyası 
ilə  görüşən  «Dağlıq  Qarabağ»m  «xarici  işlər  naziri»  Masis  Mailyan  hazırda 
«Dağlıq  Qarabağ» ərazisinin  15%-nin  - Martuni  (Xocavənd)  rayonunun şərq, 
Mardakert  (Ağdərə) rayonunun şimal-şərq hissəsinin və Şaumyan  (Ağcakənd) 
rayonunun bütünlüklə Azərbaycan «işğalı» altında olduğunu bildirir...
10 
oktyabr  1812-ci il - Aslandüz yaxınlığında baş verən döyüşdə ruslar iran­
lılar üzərində əhəmiyyətli və həlledici qələbə qazanır...
10 
oktyabr  1918-ci il - Zəngəzurun Balahəsənli  kəndinə  basqın edən daş- 
naqlar kəndi viran qoyurlar.  Dinc kənd sakinləri öldürülərək oda atılır...
10 
oktyabr  1989-cu il - Erməni terrorçuları Qaladərəsi kəndində 1 nəfər azər­
baycanlını -  Laçın  rayonunun  Kalafahq kənd  sakini  Rza  Cəlal oğlu Sadıqovu 
şəxsi minik maşınında odlu silahla  namərdcəsinə qətlə yetirirlər...
10 
oktyabr  1989-cu  il  -  Ağdam  rayon  taksimotor parkına  məxsus  87-96 
AQD  dövlət nişanlı  QAZ-24 markalı  maşın  Qaradağlı  kənd  (keçmiş Martuni 
rayonu)  sakinlərini apararkən kənddən 6 kilometr məsafədə,  Qişi yolunda er­
məni quldurları tərəfindən saxlanılır. Sürücü və sərnişinlər vəhşicəsinə döyülür.
236
Azərbaycan faciələrinin təqvimi
Firudin Hüseynovun pulu,  pasportu,  digər  sənədləri  əlindən alınır.  Müqəddəs 
nemət olan çörəyi ayaqları altında tapdayan ermənilər taksi maşınını əzib sın­
dırırlar...
10  oktyabr  1989-cu il  - Turşsu kəndi istiqamətində  hücuma  keçən  erməni 
yaraqlıları 14 yaşlı  Kamil  Axundovu qətlə yetirirlər...
10  oktyabr  1993-cü il - Zəngilan rayonunun bir sıra yaşayış məntəqələri er­
mənilər tərəfindən güclü atəşə tutulur.  İtkilər olur...
10  oktyabr  1994-cü il - Erməni Silahlı Qüvvələri atəşkəsi pozaraq Goranboy 
rayonunun  Tapqaraqoyunlu kəndi istiqamətində irəliləyir.  Neytral zona  100 
metrə qədər ixtisar olunur...
11  oktyabr  1743-cü il - Surxay xanın yardımı ilə  Yeni Şamaxını  (Ağsu)  tut­
muş I  Sam  Mirzənin  üsyanından  Mosulda  ikən  xəbər  tutan  Nadir  şah  onun 
üstünə  oğlu Nəsrullah  Mirzəni  göndərir;  o  da  yalançı  şahzadəni  ələ  keçirərək 
öldürür və Heydər xanı Şamaxıya hakim təyin edir...
11 
oktyabr  1937-ci il - Azərbaycan SSR XDİK idarəsinin 3 -cü dərəcəli döv­
lət təhlükəsizlik komissarı Sumbatovun əmri ilə 51 nəfər güllələnir...
11 
oktyabr  1937-ci il - SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının bağlı məh­
kəmə  iclasının  çıxardığı  qərara  görə  (Matuleviç,  Zaryanov,  Jiqur)  görkəmli 
Azərbaycan ziyalısı,  Azərbaycan  Partiya  Tarixi  İnstitutunun  baş  elmi  işçisi, 
ADU-nun tarix müəllimi Hüseynəli Süleyman oğlu Biləndorli güllələnir...
11 
oktyabr  1941-ci il - Sovet Ordusu əsgərləri Cənubi Azərbaycanda yerləş­
dirilir...
11  oktyabr  1988-ci il - Azərbaycan  və  Ermənistan  I  katiblərinin  növbəti 
görüşləri də müsbət bir nəticə vermir...
11  oktyabr  1989-cu il - Martuni rayonunun Qaradağlı kənd kolxozunun ya­
xınlığındakı ferma ermənilər tərəfindən  atəşə tutulur.  İşçiləri fermadan qovan 
ermənilər ot və saman tayalarına od vururlar...
11 
oktyabr  1992-ciil - Füzuli rayonunun Yuxarı Qarabağla həmsərhəd əra­
zisində yerləşən bəzi kəndləri ermənilər tərəfindən atəşə tutulur...
11  oktyabr  1992-ci il - Milli Qəhrəman Zakir Tofiq oğlu Yusifov döyüş əmə­
liyyatı zamanı qəhrəmancasına həlak olur...
11  oktyabr  1992-ci il - Milli Qəhrəman Tahir Əminağa oğlu Bağırov döyüş 
tapşırığını yerinə yetirərkən dünyasını dəyişir...
12  oktyabr  1813-cü il - İran ilə Rusiya arasında Qarabağın tabeliyində olan
237


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə