Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə85/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   81   82   83   84   85   86   87   88   ...   112

Nazim Tapdıqoğlu
Gülüstan kəndində  "Gülüstan " adlanan barışıq aktı imzalanır. İran tərəfindən 
şahın  vəkili  Mirzə  Əbdülhəsən  xan  Şirazi,  Rusiya  tərəfindən  Qafqazın  baş 
komandanı Rtişşev bu müqaviləyə imza atırlar.  İngiltərənin səfiri ser  Qravzli 
burada iştirak  edir.  Bu barışıq  aktı 12 gün  sonra -  24 oktyabrda  "Gülüstan " 
sülh müqaviləsi kimi imzalanır. Qarabağ, Gəncə, Şəki, Şirvan, Quba, Bakı, Talış 
xankqları, habelə, Şərqi Gürcüstan və Dağıstan əraziləri Rusiyaya birləşdirilir...
12  oktyabr  1930-cu il- Naxçıvanın Ərəfsə kənd sakini Əliqulu Hacı Cabbar 
oğlu, Kulis kənd sakinləri Mürşüd Mirzə Məmməd oğlu, Eyniş Əlixan oğlu M ə­
hərrəmov, Novruz Kərbəlayi Həsən oğlu Məhərrəmov Fövqəladə Üçlüyün qərarı 
ilə antisovet fəaliyyətlərinə görə güllələnirlər...
12 
oktyabr  1937-ci il - Azərbaycan SSR XD İK idarəsinin 3-cü dərəcəli döv­
lət  təhlükəsizlik komissarı Sumbatovun əmri  ilə  görkəmli  ziyalı  Vəli  Məm- 
mədhüseyn  oğlu  Xuluflu  ilə  bərabər  digər  45  nəfər  tanınmış  şəxsiyyətlər 
güllələnir...
12 
oktyabr  1937-ci il - Azərbaycanın mücadilə, azadlıq mübarizəsi tarixində 
öz dəst-xətti olan və bütün türk dünyasında tanınan vətənpərvər şair, istibdada, 
sosial ədalətsizliyə qarşı mübarizədə  “pantürkist ’’ damğası alan böyük düşüncə 
sahibi, Azərbaycan Dövlət Himninin müəllifi Axundzadə Cavad Məhəmmədəli 
oğlu  (Əhməd Cavad)  güllələnir...
12 
oktyabr  1937-ci il - SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarı ilə 
tanınmış Azərbaycan ziyalısı Məmmədkazım Ələkbər oğlu Ələkbərli güllələnir...
12  oktyabr  1937-ci il - SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası səyyar sessi­
yasının qərarı ilə tanınmış ziyalı, SSRİ EA Azərbaycan filialı Tarix İnstitutunun 
doktorantı Əbdüləziz Heydər oğlu Salamzadə güllələnir...
12 
oktyabr  1937-ci il - SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı 
ilə  Azərbaycanın  tanınmış  ziyalısı,  Azərbaycan  K(b)P  MK-nin  məsul  işçisi, 
Azərbaycan MK-nin plenum üzvü,  respublika  təbliğatçıları kursunun müdiri 
Mikayıl Namaz oğlu Hüseynov güllələnir...
12  oktyabr  1937-ci il - Bir gün əvvəl keçirilmiş SSRİ Ali Məhkəməsi Hərbi 
Kollegiyası Səyyar məhkəməsinin qərarı ilə Azərbaycanın görkəmli ziyalısı, uni­
versitetin rektoru,  professor Balabəy Cabbar oğlu Həsənbəyov Bakı  şəhərində 
güllələnir...
12  oktyabr  1991-ci il - Goranboy rayonunun  Todan kəndi ermənilər tərə­
findən atəşə tutulur.  1 nəfər həlak olur, 12 nəfər yaralanır...
12 oktyabr  1991-ci il - Saat  10.00-da M artuni  (Xocavənd)  rayonunun Aşan 
kəndi istiqamətindən Qaradağlı kəndinə ermənilər tərəfindən hücum edilir. Yerli 
milis işçisi Rayət Mütəllim oğlu Quliyev ağır yaralanır...
12  oktyabr  1992-ci il - Erməni silahlı hərbi  birləşmələri Füzuli rayonunun
238
Azərbaycan faciələrinin təqvimi
Qacar kəndinə güclü hücuma keçir. Kəndin müdafiəsi uğrunda şiddətli döyüşdə 
çoxlu sayda ölənlər və yaralananlar olur...
12  oktyabr  1992-ci il - Ağdamın işğal olunmuş kəndlərini geri qaytarmaq 
üçün Xocavənd rayonu istiqamətində güclü döyüş əməliyyatları keçirilir. İtkilər 
olur...
12  oktyabr  1993-cü il - Ağdamın Göytəpə kəndi yaxınlığında döyüşdə azər­
baycanlı əsgərlərdən - Habil Nəsibov, Vüqar adlı bir gənc və zəngilanlı  1  nəfər 
döyüşçü yaralanırlar...
13  oktyabr  1827-ci il - Təbrizin qəhrəmancasına müdafiə olunmasına bax­
mayaraq ruslar onu işğal edirlər. Polkovnik Burtsev Təbrizə komendant təyin 
olunur. Təbrizin fəthindən sonra Abbas Mirzə  ilə Paskeviç arasında sülh danı­
şıqları başlayır...
13 
oktyabr  1918-ci il - 33 evli Salakətin kəndi  (hazırda Xocavənd rayonunun 
tabeliyindədir)  ermənilər tərəfindən tamamilə yandırılır;  kəndin  bütün əmlakı 
və mal-qaraları qarət edilir...
13 
oktyabr  1921-ci  il -  Qars  şəhərində  RSFSR-in  iştirakı  ilə Azərbaycan, 
Ermənistan və  Gürcüstan Sovet Sosialist Respublikaları  ilə Türkiyə  arasında 
müqavilə imzalanır...
13  oktyabr  1937-ci il - Fövqəladə Üçlüyün qərarı ilə tanınmış ziyalı İbrahim 
Tağıyev güllələnir...
13 
oktyabr  1937-ci il - Bir gün əvvəl keçirilmiş SSRİ Ali Məhkəməsi Hərbi 
Kollegiyası Səyyar  sessiyasının  (Matuleviç,  Zaryanov,  Jiqur)  bağlı  məhkəmə 
iclasının qərarı ilə Azərbaycanın görkəmli ziyalısı, sovet Şərqinin ilk professoru
SSRİ EA Azərbaycan filialının baş elmi işçisi, APİ və ADU-nun dil və ədəbiyyat 
kafedrasının müdiri Bəkir Vahab oğlu Çobanzadə güllələnir...
13 
oktyabr  1937-ci il - SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Səyyar ses­
siyasının  (Matuleviç,  Zaryanov,  Jiqur)  qərarı ilə görkəmli ziyalı,  Azərbaycan 
SSR EA Ədəbiyyat və Dilçilik İnstitutunun elmi katibi, dil-ədəbiyyat şöbəsinin 
müdiri Hənəfi Baba oğlu Zeynallı güllələnməyə məhkum olunur.  İstintaq işinin 
392-ci səhifəsindəki arayışa görə hökm 
13 
oktyabrda Bakıda icra edilmişdir...
13  oktyabr  1937-ci il -  Bir gün öncə keçirilmiş SSRİ Ali  Məhkəməsi Hərbi 
Kollegiyasının bağlı məhkəmə iclasının qərarı ilə  (Matuleviç, Zaryanov, Jiqur) 
Azərbaycanın görkəmli ziyalısı, Yazıçılar İttifaqının, Azərbaycan  MİK-nin və 
Bakı Sovetinin üzvü Böyükağa Mirqasım oğlu Talıblı güllələnir...
13 
oktyabr  1937-ci il - Fövqəladə Üçlüyün qərarı ilə Azərbaycanın görkəmli 
ziyalısı, Mətbuatda dövlət sirlərini mühafizə edən baş idarənin rəisi İbrahim Ab­
239


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə