Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə88/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   84   85   86   87   88   89   90   91   ...   112

Nazim Tapdıqoğlu
23  oktyabr  1993-cü il - Terrorçu daşnaqlar Cəbrayıl rayonunun Sarıcallı 
kəndinə basqın edirlər. Kəndin dinc sakinlərindən olan Pili Dilavər oğlu Əliyev 
həyətində ermənilər tərəfindən amansızlıqla  qətlə yetirilir.  Ramiz  Əyyub oğlu 
Hacıyev  (8 avqust 1994-cü il tarixdə o,  ermənilər tərəfindən Xankəndində vəhşi­
cəsinə qətlə yetirilir)  isə girov götürülür...
23  oktyabr  1993-cü il  - Terrorçu  daşnaqlar  Cəbrayıl  rayonunun Mehdili 
kəndinə basqın  edirlər.  16 yaşlı Rəşad Əhliman oğlu  girov götürülür.  500 baş 
qoyun sürüsü,  çoxlu  sayda nəqliyyat vasitəsi  ermənilərin  əlinə  keçir.  Həm in 
kəndə sığınmış Daşveysəlli kənd sakini Ayaz Vəli oğlu Xudiyev erməni hücumu 
nəticəsində İrana adlayarkən Araz çayında boğulur...
23 
oktyabr  1993-cü il - Silahlı erməni birləşmələrinin Cəbrayıl rayonunun 
Arazboyu kəndlərinə basqını zamanı Safarşa kənd sakinləri Sabir Hüseyn oğlu 
Həsənquliyev və həyat yoldaşı Cəmilə Yaqub qızı Əkbərova Araz çayında  b o ­
ğulurlar.  Nüzgər  kənd  sakini,  Zəngilanda  fizika-riyaziyyat  müəllimi işləyən 
Məmməd Yunus oğlu Məmmədov  Stansı Mahmudlu  kəndində,  //orovlu kənd 
orta  məktəbinin müəllimi  Əkbər Məhəmməd oğlu Quliyev Füzuli rayonunun 
Arayatlı kəndi ətrafında ermənilər tərəfindən güllələnərək qətlə yetirilirlər.  Şı- 
xalıağalı kənd sakini Zabitə Əhməd qızı Zalova  erməni  yaraqlıları  tərəfindən 
qətlə yetirilir; onun oğlu - Təbriz Novruz oğlu İsgəndərov girov götürülür. Əhali 
yurd- yuvasından didərgin salınır. Doşulu kənd sakinləri Şirin Bilal oğlu Şirinov, 
oğlanları Nazim və Tahir, həmkəndliləri Cavanşir Ərşad oğlu Hüseynov, Məzrə 
kənd  sakini Nisə Xanlar  qızı  Əliyeva  Horadiz-Daşburun  avtomobil yolunda, 
Şükürbəyli kəndi yaxınlığında ermənilər tərəfindən girov götürülürlər. İndiyədək 
də onlardan bir xəbər yoxdur...
23  oktyabr  1993-cü il -Cəbrayıl rayonunun Niyazqulular kənd sakini Meh- 
diqulu Mədət  oğlu  Quliyev idarə  etdiyi  yük  maşınında  həyat  yoldaşı  Ofelya 
Məmiş qızı, oğlanları 13 yaşlı Ceyhun və 11  yaşlı Xürrəm, yaşlı qızı Ceyhunə 
ilə birlikdə Füzuli rayonunun Horadiz qəsəbəsi ərazisində erməni terrorçuları 
tərəfindən girov götürülür.  İndiyə qədər onlardan bir xəbər yoxdur...
23  oktyabr  1993-cü il - Füzuli rayon sakini Vaqif Sədri oğlu Rəhimov “VAZ- 
2106” markalı,  58-54 AQL dövlət  nişanlı  şəxsi minik avtomobilində Zəngilan 
rayonundan qayıdarkən Arazboyu ərazilərdə daşnaq terrorçularının həmləsinə 
tuş  gəlir.  Maşında  olan  Vaqif Rəhimov,  atası  Sədri Rəhim oğlu,  anası  Şərqiyə 
Mirəzim  qızı,  qardaşları  Müsəddin  və  Bəhlul  terrorçular  tərəfindən  girov 
götürülür...
23  oktyabr  1993-cü il - Strateji əhəmiyyətə malik olan  Cəbrayıl rayonunun 
ərazisi axşama yaxın demək olar ki, tamamilə işğal olunur...
246
Azərbaycan faciələrinin təqvimi
24  oktyabr  1813-cü il - Rusiya ilə İran  arasında Qarabağın Gülüstan kən­
dində müqavilə bağlanır. İran tərəfindən şahın vəkili Mirzə Əbdülhəsən xan Şi­
razinin,  Rusiya tərəfindən  Qafqazın baş  komanadnı  Rtişşevin  12  oktyabrda 
imzaladıqları barışıq aktı 12 gün sonra sülh müqaviləsi kimi imzalanır. Rusiya­
dan sülh bağlamağı İran dövləti xahiş edir. Bu müqavilə 1804-1813-cü illər Ru­
siya-İran müharibəsinə  son qoyur.  "Gülüstan" müqaviləsinin  şərtlərinə görə 
Gəncə,  Qarabağ, Şəki, Şirvan, Quba, Bakı və Talış xanlıqları Rusiyaya birləş­
dirilir,  İran dövləti  Dağıstana və  Şərqi Gürcüstana olan  iddiasından əl çəkir, 
Rusiyaya Xəzər  dənizində  hərbi  donanma  saxlamağa ixtiyar verilir.  Azər­
baycanın iki yerə bölünməsinin başlanğıcı olan  "Gülüstan müqaviləsi" 15 sent­
yabr 1814-cü il tarixdə qüvvəyə minir...
24  oktyabr  1919-cu il - Naxçıvanda  ABŞ general-qubernatorluğu yaradılır. 
EdmurdDelli qubernator təyin edilir...
24  oktyabr  1991-ci il - Ağdam rayonunun  Cinli kəndi ermənilər tərəfindən 
atəşə tutulur.  Dağıntılar olur...
24  oktyabr  1991-ci il - Yevlax-Laçm avtomobil yolunda, Zərin bağı adlanan 
yerdə avtomobil ermənilər tərəfindən atəşə tutulur.  Sürücü girov götürülür...
24 
oktyabr  1992-ci il  -  ABŞ  Konqresi  "Azadlığı müdafiə aktına 907 saylı 
əlavə"m qəbul edir. Bununla da Azərbaycan ABŞ-m dövlət yardımından məh­
rum olur...
24 
oktyabr  1993-cü il - Cəbrayıl rayonunun Arazboyu ərazidəki 40-a qədər 
kəndi,  Füzuli  rayonunun  Horadiz qəsəbəsi  də  daxil  olmaqla  rayonun  əksər 
Arazqırağı yaşayış məntəqələri ermənilər tərəfindən tamamilə işğal edilir. Cəb­
rayıl rayonunun irili-xırdalı bütün 90 yaşayış məntəqəsi, Füzuli rayonunun in­
zibati  mərkəzi  olan  Füzuli  şəhəri  də  daxil  olmaqla  74  kəndindən  65-i  artıq 
düşmən  əlindədir.  Xeyli  sayda  ölənlər,  yaralananlar  və  girov  düşənlər  olur. 
Qərbdən Xudafərin,  şərqdən Horadiz keçidləri tutulduğundan dinc əhali Araz 
çayından İran ərazisinə keçmək məcburiyyətindədir. Bu günün dəhşətli faciələri 
ilə zəngin anları Azərbaycan tarixinin qara səhifələrindən birini təşkil edir...
24 
oktyabr  1993-cü  il -  Cəbrayıl rayonunun  Arazboyu  kəndlərinə  erməni 
silahlılarının basqınları zamanı sərhəd kəndlərə sığınmış Şəybəy kənd sakinləri 
Vəliş Allahverdi oğlu Məmmədov, həyat yoldaşı Fatma Adış qızı Məmmədova, 
Quycaq  kənd  sakini  Oruc  Əziz  oğlu  Paşayev şəxsi minik maşınında Füzuli 
rayonunun Qazaxlar kəndi ərazisində ermənilərin atdıqları mərmiyə tuş gələrək 
həlak olurlar...
24  oktyabr  1993-cü il - Erməni silahlıları Füzuli rayonunun Qazaxlar kəndi
247


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə