Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə91/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   87   88   89   90   91   92   93   94   ...   112

Nazim Tapdıqoğlu
məntəqələri daşnaq terrorçuları tərəfindən atəşə tutulur. Az sonra ermənilər tə­
rəfindən Xocavəndə basqm olunur.  Kənd sakinləri doğma yurd yerlərini tərk 
etmək məcburiyyətində qalırlar.  Əmirallar kəndinin orta məktəb binası və  bir 
neçə  evləri  raket  mərmilərindən  yanaraq  ciddi zədələnir.  Ağır  yaralananlar 
olur...
30  oktyabr  1992-ci il - Qara qaya uğrunda ermənilərlə qanlı döyüşdə Rafiq 
Əhəd oğlu Quliyev həlak olur...
30 
oktyabr  1993-cü il - Uzun və üzücü döyüşlərdən sonra strateji əhəmiyy­
əti  olan Zəngilan rayonu  da erməni  hərbi  birləşmələri  tərəfindən işğal edilir. 
Zəngilanlı igidlər təpədən-dırnağadək silahlanmış düşmənlə döyüşə-döyüşə, bir 
sıra hallarda özlərini təhlükəyə atıb  çoxlu  sayda itkilər  verərək  dinc əhalinin 
Araz çayına yetişməsinə şərait yaradırlar.  10 nəfərdən çox adam Arazın sula­
rında  boğulur.  Ətraf əraziləri  adamların dəhşətli  fəryadı,  naləsi,  hönkürtüsü 
bürüyür.  Zəngilanlılar  həyatlarında  ən  faciəli  günlərindən birini yaşayırlar. 
Zəngilan rayonunun işğalı ilə Azərbaycanın tarixinə daha bir qara səhifə yazı­
lır...
30  oktyabr  2003-cü il - Daşnaq erməni faşizminin yetirməsi  olan sadvalçı 
Qurban Muradovun terrorçu qrupu Azərbaycanın şimal bölgəsində 2 evə və  2 
mağazaya basqm edir.  1  nəfər azərbaycanlı günahsız mülki şəxs  qətlə yetiri­
lir...
31 
oktyabr  1914-cü il - Qafqazda hərbi əməliyyat başlayır.  Türk qoşunu 
Qars və Batum tərəfdən Qafqaza girir...
31 
oktyabr  1942-ci il - Saat 7/-də 4438 saylı iş üzrə Cinayət Məcəlləsinin 72- 
ci maddəsinin II hissəsi ilə ittiham olunan aşağıdakı azadfikirli gənclər - Azər­
baycan Sənaye İnstitutunun (ASİ) 2-ci kurs tələbəsi Süleyman Əli Abbas oğlu 
İsgəndərli (1922), elektrik montyoru işləyən vətənpərvər Ələsgər Səttar oğlu Ta- 
ğıyev (1921),  Bakı Dəmiryol Texnikumunun tələbəsi Çingiz Seyfulla oğlu Mu­
stafayev (1923), ADU-nun 3-cü kurs tələbəsi Məmmədhüseyn Həbib oğlu Rzayev 
(1921), ASİ-nin  tələbəsi Hüseynağa  Mirhaşım oğlu Ağayev  (1921),  ADU-nun 
4-cü kurs tələbəsi Ağa Ələsgər Rza oğlu Məmmədov (1921), ADU-nun 4-cü kurs 
tələbəsi  Saleh  Əbdülhüseyn  oğlu  Rzayev  (1921),  ASİ-nin  2-ci  kurs  tələbəsi 
Zaman Zeynal oğlu Mehdiyev (1923)  10 il müddətinə azadlıqdan məhrum edi­
lirlər...
31 
oktyabr  1991-ci il  -  Tuğ  kəndini  işğal edən  ermənilər evləri  qarət edir, 
bəzilərini yandırırlar...
31  oktyabr  1991-ci il - Azərbaycan Respublikası Ali Sovetinin deputatı, Ağ­
252
Azərbaycan faciələrinin təqvimi
damın vətənpərvər oğlu, 37 yaşlı Eldar Teymur oğlu Bağırov Bakıda bacısıgilin 
evi qarşısında  "öz ermənilərimiz" tərəfindən vəhşicəsinə qətlə yetirilir...
31 
oktyabr  1992-ci il -  Milli Qəhrəman Nicat Xıdır  oğlu Həsənov Ağdam 
rayonu ərazisində,  Qazançı  yaşayış məntəqəsi  yaxınlığında erməni  yaraqlıları 
ilə döyüşdə həlak olur...
31  oktyabr  1992-ci il - Milli Qəhrəman Ənvər Talış oğlu Arazov Sırxavənd 
yaxınlığında erməni yaraqlıları ilə döyüşdə həlak olur...
253


Nazim Tapdıqoğlu
N O Y A B R
1  noyabr  1988-ci il  - Şuşa yaxınlığında,  Topxana adlı yerdə ermənilər tərə­
findən Ermənistan SSR-in Kanaker alüminium zavodu filialının və onun işçiləri 
üçün kooperativ əsasında pansionatın qanunsuz tikintisinə başlanılır.  DQMV 
İcraiyyə  Komitəsi Stepanakertə  köçən Sumqayıtın  keçmiş sakinlərinə  gərək 
olan mənzil tikintisi bəhanəsi ilə bu obyektin tikintisinə icazə verir...
1  noyabr  1991-ci il - Xocalı  özünümüdafiə  dəstəsinin  döyüşçüləri,  kəş­
fiyyatçılar və polis əməkdaşları erməni yaraqlılarının basqınlarını çətinliklə də 
olsa, dəf edə bilirlər...
1  noyabr  1992-ci il - Cəbrayıl rayonunun ermənilərlə sərhəd kəndləri atəşə 
tutulur. Dağıntılar olur...
1  noyabr  1993-cü  il -  Ağdam  və Füzuli  rayonlarının  ərazilərində döyüşlər 
gedir.  Həlak olan, yaralanan və itkin düşənlər vardır.
2  noyabr  1803-cü  il  -  Rus  qoşunları  Gəncə xanlığı  ərazisinə  işğalçı yürüş 
edir.  Yüzlərlə günahsız adam həlak olur...

noyabr  1917-ci il - Bakı Sovetinin geniş iclasında Sovet Hakimiyyəti elan 
edilir...
2  noyabr  1988-ci il -  DQMV Dİİ-nin rəhbərliyi milis  kapitanı Musa  Vəli 
oğlu Camalovu çağırıb xidməti silahını və sənədlərini əlindən alırlar...
2  noyabr  1989-cu il - Martuni  (Xocavənd)  şəhərində qərar tutan erməni ter­
rorçuları  şəhərin  azərbaycanlılar yaşayan məhəlləsinə  -1 2  evə basqın  edirlər. 
500  nəfərə yaxın azərbaycanlı əhali ev-eşiyindən didərgin düşür...
2  noyabr  1991-ci il - Hadrut rayonunun Salakətin kəndi və kəndin yaxınlı­
ğındakı bir sıra mövqelər tam olaraq ermənilərin əlinə keçir...
3  noyabr  1990-cı il - Ağbulaq kəndinə ermənilər silahlı basqın edir...

noyabr  1990-cı il - Laçın rayonunun Zabux kəndində daşnaqlarm basqını 
nəticəsində  3  nəfər azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetiri­
lir...

noyabr  1991-ci il - Füzuli rayonunun Arış kəndi istiqamətində hücum edən 
ermənilər kənd sakini Mehman Hüseynovu,  eləcə də milis əməkdaşları İlqar İb­
rahimovu, Nadir  Qardaşovu girov götürürlər...
254
Azərbaycan faciələrinin təqvimi
3  noyabr  1992 -ci  il -  Füzuli rayonunun ermənilərlə sərhəd kəndləri güclü 
atəşə tutulur.  Dağıntılar olur...
4 noyabr  1042-ci il - Təbrizdə  güclü zəlzələ  baş  verir.  40 000  adam həlak 
olur...

noyabr  1214-cü il - Atabəy Özbək Qarabağa yürüş edir. Xaçın knyazlığı 
ərazisində  çoxlu  qırğın  törədilir,  zəngin  hərbi  qənimət  əldə  olunur.  Atabəy 
Özbək qələbə qazanır...
4  noyabr 1920-ci il - Qafqaz Bürosu Dağlıq Qarabağa muxtariyyət verilmə­
sini həyata keçirməyə çağırır...

noyabr  1988-ci il -  İrəvanda keçirilən mitinqdə Ermənistanı  onun köklü 
sakinləri olan azərbaycanlılardan təmizləmək haqqında şüarlar səsləndirilir...

noyabr  1992-ci il - Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının əraziləri 
ermənilər tərəfindən güclü atəşə tutulur...
4  noyabr  2000-ci il - Mahaçqalada erməni diasporunun  Qarabağ hərbi qa­
nadı  ilə  "Sadval"çüarə məxsus  ləzgi  diasporunun  hərbi  qanadı  arasında əlaqə 
yaradılır...
ШсШ?'
5  noyabr  1720-ci il - Rusiya ilə Türkiyə arasında daimi sülh haqqında saziş 
bağlanır.  Amma bu saziş  hər iki dövlət arasındakı gərgin münasibətləri yaxşı­
laşdırmır...
5  noyabr  1814-cü il  - İngiltərə ilə İran  arasında  Tehran müqaviləsi imzala­
nır...
5  noyabr  1991-ci il -  Erməni  terrorçuları  Şuşa rayonunun  Nəbilər kəndinə 
basqın  edirlər.  Kənd sakini  Vahid  Qara  oğlu  Sevindikov qətlə  yetirilir;  milis 
əməkdaşı Elxan Fərhad oğlu Ələkbərov ağır yaralanır...
5  noyabr  1991-ci il - Qazax rayonunun Xeyrimli və Aşağı Əskipara kəndlə­
rinə erməni yaraqlıları basqın edir. Aşağı Əskipara kəndinin 2 nəfər dinc sakini 
qətlə yetirilir,  4 nəfər yaralanır...

noyabr  1992-ci il - Füzuli və Ağdam rayonlarının əraziləri ermənilər tərə­
findən  atəşə tutulur. Tələfat  və dağıntılar olur...
5  noyabr  1992-ci il - Zəngilan rayonunun Qaragölkəndinə erməni silahlıları 
basqın edir.  Dinc sakinlər  - Qənt> və Pərviz Nəcəfovlar amansızlıqla qətlə yeti­
rilirlər...
5  noyabr  1992-ci il - Ağdərənin polis əməkdaşlarını aparan avtobus Qozlu 
adlanan  sahədə ermənilərin  silahlı hücumuna  məruz qalır.  5  polis  əməkdaşı
255


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə