Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə86/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   82   83   84   85   86   87   88   89   ...   112

Nazim Tapdıqoğlu
dulla oğlu Eminbəyli güllələnir...
13 
oktyabr  1937-ci il - SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Səyyar ses­
siyası üzvlərinin  (Matuleviç, Zaryanov, Jiqur) bir gün öncə keçirilmiş məhkəmə 
iclasının  hökmü ilə  görkəmli Azərbaycan ziyalısı, Azərbaycan  SSR-in  keçmiş 
maarif komissarı, Azərbaycan K(b)P MK-nin üzvü, Nuxa şəhər PK-nin birinci 
katibi Məmməd İsmayıl oğlu Cuvarlı güllələnir...
13 
oktyabr  1937-ci il - SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarı ilə 
tanınmış  türkoloq,  SSRİ  EA-nm  Azərbaycan  filialının  elmi  əməkdaşı Xalid 
Seyid Xocayev güllələnir...
13 
oktyabr  1937-ci il - SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Səyyar ses­
siyasının (Matuleviç, Zaryanov, Jiqur) qərarı ilə Azərbaycan EA-nm əməkdaşı, 
tarixçi, professor Əziz Qubaydullin güllələnir...
13  oktyabr  1937-ci il - SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası  (Matule­
viç, Zaryanov, Jiqur)  Səyyar sessiyasının qərarı ilə Azərbaycan milli 77-ci Atıcı 
diviziyasının 230-cu alayının zabiti, rota komandiri, kapitan Kəbi Hacı Murad 
oğlu Saniyev güllələnir...
13 
oktyabr  1937-ci il -  SSRİ Ali  Məhkəməsi  Hərbi Kollegiyasının hökmü 
ilə görkəmli hərbi xadim, diviziya komandiri Qambay Məmməd Əli oğlu Vəzirov 
güllələnir...
13  oktyabr  1943-cü  il -  Azərbaycanın igid  oğlu,  Sovet İttifaqı  Qəhrəmanı 
(ölümündən sonra, 26.10.1943), serjant Mikayıl Məmməd oğlu Ələkbərov Dne­
propetrovsk vilayətinin Şerbinovka kəndi uğrunda döyüşdə həlak olur...
13  oktyabr  1990-cı il - Yaraqlı ermənilər Laçın rayonunun Malbinəsi kən­
dinə hücum edirlər.  Cəfərov soy adlı 80 yaşlı kənd sakini  və onun 2 nəvəsi ağır 
qəlpə yarası alırlar...
13  oktyabr  1992-ci il -  "Tartar”  özünümüdafiə  batalyonunun  könüllü 
əsgərləri - İlham Hüseyn oğlu Nəcəfov, Rizvan Nəsib oğlu Nəbiyev, Zəka Abbas 
oğlu Kamalov  keçmiş  Ağdərə  rayonunun  Drmbon,  Vang kəndləri uğrundakı 
döyüşlərdə həlak olurlar...
13  oktyabr  2001-ci il - Xankəndidə şərti olaraq  "Hərbi daira" adlandırılan 
alimlər qrupu ermənilər tərəfindən işğal olunmuş Ağdam, Füzuli,  Cəbrayıl, Qu­
badlı rayonlarının coğrafi xəritəsini Fransadakı  "VİK Nuklears LNÇ" Şirkəti­
nin nümayəndələrinə təqdim edir...
14  oktyabr  1406-cı il -Q ara Yusif Naxçıvanın qərbində, Araz çayı sahilində 
Əbubəkrə qalib gəlir...
14  oktyabr  1937-ci il - Azərbaycan SSR XDİK idarəsinin 3-cü dərəcəli döv­
240
Azərbaycan faciələrinin təqvimi
lət təhlükəsizlik komissarı Sumbatovun əmri ilə 26 nəfər güllələnir...
14 
oktyabr  1992-ci il - Ağdam şəhəri və rayonun bir sıra kəndləri ermənilər 
tərəfdən müxtəlif növ silahlardan atəşə tutulur.  Dağıntılar olur...
14  oktyabr  1992-ci il - Keçmiş Ağdərə rayonunun Xramord və Çıldıran kənd­
ləri ətrafında gedən döyüşlərdə tərtərli əsgərlər - Şahin Məhəmməd oğlu Eyvazov 
və Azər Salman oğlu Məmmədov həlak olurlar...
14  oktyabr  1993-cü il - BMT TŞ Qarabağ münaqişəsi ilə bağlı 874 saylı qət­
namə qəbul edir. Lakin erməni tərəfi bu qətnamənin tələblərini də yerinə yetir­
mir...
15 
oktyabr  1830-cu il - Zaqatala üsyançıları ruslara qalib gəlsələr də, sonra 
bəzi səbəblərə  görə  (çar generalı  Şeyx Şabanla  Həmzət  bəyi ələ aldı)  məğlub 
olurlar...
15 
oktyabr  1918-ci il - Xınzirəkdə fəaliyyət göstərən daşnaq qruplaşmaları 
Yazı düzündə payızlıq taxıl səpini ilə məşğul olan Zəngəzurun Əliquluuşağı kən­
dinin əkinçilərini  gülləbaran edirlər.  Kənd  ağsaqqalı Alı  Cəfər oğlu başda  ol­
maqla 23 nəfər azərbaycanlı vəhşicəsinə qətlə yetirilir...
15  oktyabr  1990-cı il - Erməni terrorçuları  “Simferopol-Bakı” sərnişin qa­
tarında partlayış törədirlər. Qəza nəticəsində  11  nəfər ağır bədən xəsarəti alır...
15  oktyabr  1991-ci il - Ağdərə rayonunun azərbaycanlılar yaşayan İmarət- 
Qərvənd kəndi erməni silahlı dəstələri tərəfindən işğal olunur. Onlarla dinc kənd 
sakini həlak olur...
15 
oktyabr  1992-ci il - Ağdam rayonunun zəbt olunmuş  ərazilərinin azad 
edilməsi əməliyyatları davam etdirilir. İtkilər olur...
15  oktyabr  1993-cü il - Ağdam rayonunun Qərvənd kəndi ermənilər tərəfin­
dən qrad qurğularından atəşə tutulur.  1
 
qadın və  2
 
yaşlı uşaq həlak olur...
16  oktyabr  1613-cü  il  -  Şah  Abbas  Azərbaycanın  şimal  vilayətlərinə  və 
Gürcüstana yürüş edir.  Baş verən döyüşlərdə çoxlu sayda itkilər olur...
16 
oktyabr  1921-ci il - İran milli azadlıq hərəkatının görkəmli xadimi, azər­
baycanlı  Heydərxan  Əmioğlu  (Tarıverdiyev  Heydər  Ələkbər oğlu)  xaincəsinə 
öldürülür...
16  oktyabr  1991-ci il - Rusiya və Qazaxıstan  müşahidəçilər qrupu Jelezno- 
vodsk sənədinə uyğun olaraq  "vasitəçilik missiyasını yerinə yetirmək üçün "Xan­
kəndinə gəlirlər...
16  oktyabr  1991-ci il - Ağdərə rayonunun İmarət-Qərvənd kəndi erməni si­
241


Nazim Tapdıqoğlu
lahlı dəstələri tərəfindən yandırılır; onlarla dinc sakin həlak olur...
16  oktyabr  1991-ci il - Erməni terrorçusu Tuğ kəndində 1 nəfər dinc sakini 
qətlə yetirir;  bir milis əməkdaşı - E. Safarov ağır güllə yarası alır...
16  oktyabr  1993-cü il - Füzuli rayonunun Horadiz kəndini tam ələ keçirən 
daşnaq  terror birləşməsi  rayonun Horadiz qəsəbəsi istiqamətində  irəliləməyə 
cəhd göstərirlər.  Bir neçə dinc sakin və əsgərlər qətlə yetirilir...
17  oktyabr  1612-ci il -  Osmanlılarla  Səfəvilər arasında Sərabda  1555-ci  il 
Amasiya sülh şərtlərinə uyğun müqavilə bağlanır. Bu, əslində 1555-ci il sülhünün 
bərpası idi. İndiki Azərbaycan, Ermənistan, Gürcüstan ərazilərinin Səfəvi döv­
lətinə mənsubluğu Osmanlı imperatorluğu tərəfindən rəsmən təsdiq olunur...
17 
oktyabr  1922-ci il - Zaqafqaziya Ölkə Komitəsinin muxtar vilayətin ic ­
raiyyə komitəsi sədrliyinə Karagözovu tövsiyə edir. S.Şaduns Dağlıq Qarabağda 
məsul iş üçün Azərbaycana göndərilir...
17  oktyabr  1991-ci il - Yuxarı Qarabağın  Tuğ kəndi yaxınlığında yerləşən 
milis  postu erməni  yaraqlıları  tərəfindən  atəşə  tutulur.  1  nəfər  azərbaycanlı 
mülki şəxs öldürülür, 1 milis işçisi yaralanır...
17  oktyabr  1991-ci il - Ağdam rayonunun Cinli kəndi növbəti dəfə erməni­
lərin atəşinə məruz qalır...
17 
oktyabr  1991-ci i l -Ağdərə yaylağında ermənilər tərəfindən azərbaycanlı 
çobanlara basqın edilir. Baş Güney kənd sakini, çoban  Q. Abdullayev qətlə ye­
tirilir, daha  1  nəfər çoban ağır yaralanır. Ermənilər qoyun sürülərini çəkib apa­
rırlar...
18 
oktyabr  1812-ci il -  General  Kotlyarevskinin  komandanlığı ilə rus  qo­
şunları Araz çayı yaxınlığında - Aslandüzdə baş verən döyüşdə Abbas Mirzənin 
ordusunu darmadağın edir...
18  oktyabr  1992-ci il - Cəbrayılın Quşçular və Qışlaq kəndləri ərazilərindəki 
postlar ermənilər tərəfindən atəşə tutulur...
18 
oktyabr  1992-ci il - Erməni-rus birləşmiş hərbi qüvvələri səhər saat 5-də 
Füzuli rayonunun  Qacar  kəndinə hücum edirlər. İtkilər olur...
18  oktyabr  1993-cü il - Cəbrayıl rayonunun  Quycaq və Səfərşa kəndləri er­
mənilər tərəfindən işğal edilir...
18  oktyabr  1993-cü il - Füzuli rayonunun Horadiz qəsəbəsi yaxınlığında er­
məni hərbi birləşmələri ilə Azərbaycan əsgərləri arasında şiddətli döyüşlər baş 
verir.  İtkilər olur...
242
Azərbaycan faciələrinin təqvimi
19  oktyabr  1905-ci il -  Bakıda əzəmətli siyasi nümayiş keçirilir.  Polislər və 
kazaklar nümayişçiləri atəşə tuturlar.  1 7 nəfər öldürülür...
19 
oktyabr  1938-ci il - Azərbaycan SSR XDİK-in xüsusi üçlüyünün qərarı 
ilə tanınmış ziyalı Xədicə xanım Osman qızı Qayıbova güllələnir. Onun ölüm ak­
tına DTK Birinci Xüsusi Şöbəsinin rəisi, leytenant  Sovçenko  qol çəkir...
19  oktyabr  1938-ci il - Azərbaycanın  SSR XDİK-in  Üçlüyünün  (Şneyder, 
Rayev, Savçenko)  qərarı ilə görkəmli aktyor, rejissor, Azərbaycanın xalq artisti 
Abbas Mirzə Rəsul oğlu Şərifzadə əmlakı müsadirə edilməklə güllələnməyə məh­
kum olunur...
19 
oktyabr  1942-ci il - Böyük Yətən müharibəsində misilsiz qəhrəmanlıqlar 
göstərmiş Azərbaycanın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı (ölümündən sonra, 
31.03.1943) Qafur Nəsir oğlu Məmmədov həlak olur...
19  oktyabr  1991-ci  il  -  Ağdərə  rayonunun  Sırxavənd kəndi  yaxınlığında 
"UAZ-469" markalı avtomaşın ermənilər tərəfindən partladılır. 3 nəfər (sürücü 
Nazim Bəşirov, sərnişin Yelmar Cəfərov və daha  1  nəfər) həlak  olur;  2  nəfər 
isə (Allahverdi Həsənov və başqa bir şəxs) ağır yaralanır...
19  oktyabr  1992-ci il - Ağdam şəhəri ermənilər tərəfindən güclü raket atəşinə 
tutulur. 3 nəfər həlak olur.  Dağıntılar olur...
19  oktyabr  1992-ci il - Cəbrayıl rayonunun  Quşçular kəndi yaxınlığındakı 
post ermənilər tərəfindən atəşə tutulur...
20  oktyabr  1830-cu il - Rusiyadan Azərbaycana təriqətçi və bidətçi əhalinin 
köçürülməsi haqqında fərman verilir...
20 
oktyabr 1905-ci il - Xəzər donanmasının inqilabçı matrosları qaragüruh­
çuların Bakıda düzəltdiyi nümayişi silahla dağıdır. Dənizçilər tərksilah olunur. 
Matroslar həbsə alınır. 11 nəfər hərbi məhkəməyə verilir...
20  oktyabr  1914-cü il - Rusiya Osmanlı dövlətinə müharibə elan edir...
20  oktyabr  1992-ci il - Milli Qəhrəman Vasili Əhməd oğlu Əliyev və onun 
Bəhmən adlı baş leytenant olan dostu erməni yaraqlıları ilə döyüşdə həlak olur­
lar...
20  oktyabr  1992-ci il- Ağcabədinin Hindarx kəndinin vətənpərvər oğlu Yal­
çın Yolçu oğlu Hüseynov döyüş zamanı itkin düşür...
21  oktyabr  1508-ci il - 1 Şah İsmayıl  Bağdadı tutarkən çoxlu sayda itkilər
243


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə