Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə82/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   78   79   80   81   82   83   84   85   ...   112

Nazim Tapdıqoğlu
ilə antisovet fəaliyyətinə görə güllələnirlər...
26 
sentyabr  1988-ci il -  Yevlax-Laçın avtomobil yolunda avtomaşın erm ə­
nilər tərəfindən partladılır;  2  nəfər həlak olur,  14  nəfər yaralanır...
26  sentyabr  1989-cu il - Ağbulaq kəndində öz toyundan sonra evə qayıdan 
23 yaşlı Barxudar Əsgərov erməni terrorçusu tərəfindən qətlə yetirilir...
26  sentyabr  1991-ci il - Xocalı polis şöbəsinin cəsur əməkdaşları Əli Vəliyev 
və Natiq  Əhmədov ermənilərin  "sarı  BTR" adlandırdıqları Əliyə məxsus  o lan  
72-07 AQS nömrə nişanlı  "VAZ-2106" markalı  "Jiquli" minik avtomobilində 
Əsgəran  rayonunun çıxacağmdakı kiçik  elektrik  yarımstansiyasının yaxınlı­
ğında ermənilər tərəfindən  amansızcasına  qətlə yetirilirlər.  Avtomaşına  baxış 
keçirilərkən 57 güllə yeri aşkar edilir...
26  sentyabr  1991-ci il -  Yevlax-Laçın yolunda erməni terrorçuları tərəfindən 
azərbaycanlılara məxsus avtomaşın partladılır. 2 nəfər həlak olur,  14 nəfər ya­
ralanır...
26  sentyabr  1991-ci il - Şuşa şəhəri Topxana, Daşaltı və Şuşikənd istiqamət­
lərindən ermənilərin raket atəşinə məruz qalır...
26  sentyabr  1991-ci il - Erməni terrorçuları Şuşa şəhərini  raket atəşinə tu ­
turlar.  Şəhər sakini Füzuli Fərhadov həlak olur; 9 nəfər dinc sakin ağır yarala­
nır,...
27  sentyabr  1534-cü il - Sultan 1 Süleyman Azərbaycanda səfəvilərin ciddi 
müqavimətinə rast gəlsə də tezliklə Təbrizi ələ keçirir...
27 
sentyabr  1905-ci il - Peterburqda neft sənayeçilərinin müşavirəsi keçiri­
lir...
27  sentyabr  1917-ci il - Bakıda ümumi tətil elan olunur...
27  sentyabr  1937-ci il - Azərbaycan SSR XDİK idarəsinin 3-cü dərəcəli döv­
lət təhlükəsizlik komissarı Sumbatovun əmri ilə 16 nəfər güllələnir...
27 
sentyabr  1991-ci il - Ermənilər Şuşanı Topxanadan güclü atəşə tuturlar 
və ardınca şəhər ətrafına həmlə  edirlər.  1 nəfər  (Şuşa şəhər sakini- Füzuli Fər­
hadov)  həlak  olur;  9  nəfər yaralanır,  1  nəfər girov düşür...
27  sentyabr  1992-ci il - Füzuli və Cəbrayıl rayonlarında  "Fövqəladə vəziyyət 
rejimi müddətinin uzadılması haqqında" fərman verilir...
28  sentyabr  1603-cü il - 1 Şah Abbas Təbrizə yaxınlaşır. Təbrizlilərin üsyan 
qaldırması Şah Abbasa kömək edir...
28  sentyabr  1918-ci il - Zəngəzurun Domu kəndində məskən salan ermənilər
228
Azərbaycan faciələrinin təqvimi
azərbaycanlıları  aldadıb kənddən kənara çıxararaq,  onları daşnaq terrorçula­
rının mühasirəsinə salırlar.  Dornunun azərbaycanlı əhalisi kiçikdən böyüyə er­
mənilər tərəfindən qətlə yetirilir...
28 
sentyabr  1937-ci il - Azərbaycan SSR XDİK-nin xüsusi üçlüyünün qərarı 
ilə Azərbaycanın mərd ziyalı qızı Mədinə xanım Mehdi qızı Qiyasbəyli güllələnir. 
Onun ölüm aktını DTİ-nin  10-cu bölməsinin leytenantı Suxanov və 8-ci bölmə­
nin rəisi Koqan imzalamışlar...
28 
sentyabr  1937-ci il -  Azərbaycan XDİK idarəsinin  3-cü dərəcəli dövlət 
təhlükəsizlik komissarı Sumbatovun əmri ilə 41 nəfər güllələnir...
28  sentyabr  1988-ci il - Ermənistanda və DQMV-da azərbaycanlılar ermə­
nilər tərəfindən kütləvi surətdə işdən qovulurlar...
28 
sentyabr  1991-ci il  -  Erməni  terrorçusu  ağdamlı  bir  qadını  qəbir üstə 
gedərkən snayperlə qətlə yetirir...
28  sentyabr  1992-ci il - Ağdam şəhəri, eləcə də rayonun Əliağalı,  Əlimədədli, 
Kürdlər, Mollalar və Xaçındərbətli kəndləri ermənilər tərəfindən güclü atəşə tu­
tulur. Yanğınlar baş verir. Yaralananlar olur;  20-dən çox ev dağılır...
29  sentyabr  1619-cu il - Osmanlı sultanı II Osman  “Səfəvi-Osmanlı ” müqa­
viləsim təsdiq edir...
29 
sentyabr  1877-ci il  -  Azərbaycan maarifçiliyinin  görkəmli  nümayəndələ­
rindən biri Həsənbəy Məlikov Zərdabinin nəşr etdirdiyi milli mətbuatımızın qa­
ranquşu  olan  "Əkinçi"  qəzeti  hakim  qüvvələrin  fitnə-fəsadı  nəticəsində 
bağlanır...
29  sentyabr  1930-cu il - Naxçıvanın Dizə kənd sakinləri - Mütəllib Fətulla 
oğlu Məmmədov, Nəcəf Əlibəy, Göynük kənd sakinləri - Ağaəli Şükür oğlu Hə­
sənov, Zöhrəli Şükür oğlu Həsənov, Teyvaz kənd sakini Ələsgər Mir Əsəd oğlu 
Seyidov, Ləkətağ kənd sakini Allahqulu Həsənxan oğlu Hüseynov, Nəhəcir kənd 
sakinləri - Kərbəlayı Baba Əbil oğlu Babayev, Molla İbrahim Nurməmməd oğlu 
Xanməmmədov, Paşa Şükür oğlu Həsənov, Məzi Şıxməmməd oğlu Xanməmmə- 
dov, Kərbəlayi Muxlar Səfərəli oğlu Yaqubov, Qafar Kərbəlayi Əli oğlu Həmzə­
yev,  Həsənxan  Həsənqulu  oğlu  Ramazanov,  Teymur  Şirməmməd  oğlu 
Xanməmmədov,  Mustafa  İmaməli oğlu  Ramazanov  Fövqəladə  Üçlüyün  qərarı 
ilə antisovet fəaliyyətlərinə görə güllələnirlər...
29 
sentyabr 
1991-ci il -  Şuşa şəhəri və Kərkicahan qəsəbəsi ermənilər tərə­
findən raket atəşinə tutulur. Ciddi dağıntılar olur. Həsənov soyadlı bir nəfər qə­
səbə sakini ermənilər tərəfindən qətlə yetirilir...
29  sentyabr  1991-ci il -  Goranboy rayonunun Şəfəq və Zeyvə kəndləri er­
229


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə