Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə81/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   77   78   79   80   81   82   83   84   ...   112

Nazim Tapdıqoğlu
yaralanır...
23  sentyabr  1992-ci il - Cəbrayıl istiqamətindəki  "Şişqaya " döyüş əməliyyatı 
hava şəraiti ilə əlaqədar olaraq dayandırılır. 2 nəfər yaralanır...
23  sentyabr  1992-ci il - Ağdam rayonunun Abdal və Gülablı kəndlərini azad 
etmək məqsədi ilə döyüş əməliyyatı keçirilir...
23 
sentyabr  2005-ci il - Ermənistanın müstəqilliyi  günü münasibətilə Yere­
vana dəvət olunmuş qondarma "Dnestryam Respublika
 
"nm, Cənubi Osetiyanm, 
Abxaziyanın (Moskvadakı ofisin nümayəndəsi), Qarabağın yüksək rütbəli təm­
silçiləri  "MDB-2"nin  "Təhlükəsizlik qurumu" deyilən hərbi sazişə  imza  atır. 
Qondarma  "respublikalar "m
 
generallarının imzaladıqları bu sazişdə bir-birinə 
si-lahlı  dəstələrin  göndərilməsi,  hərbi qarşıdurmalarda iştirakı...  və  s.  barədə 
xüsusi bəndlər özünə yer alır...
24  sentyabr  1907-ci il -  "Naftalan"
 
şirkətinin çilingəri Xanlar Səfərəliyevin 
öldürülməsinə qarşı ümumi etiraz tətili keçirilir...
24 
sentyabr  1991-ci il - Xocalı yaşayış məntəqəsi iriçaplı pulemyotlardan və 
müxtəlif tipli raketlərdən atəşə tutulur, dağıntılar olur...
24 
sentyabr  1991-ci il - Erməni silahlı dəstələri 366-cı alayın hərbi texnikası­
nın köməyi ilə İmarət Qərvənd kəndinə basqın edərək, kəndi xarabalığa çevirir. 
nəfər kənd sakini yandırılaraq qətlə yetirilir. Kənd yerlə yeksan olunur.  1.200 
nəfər kənd sakini meşələrə qaçmaq məcburiyyətində qalır...
24  sentyabr  1991-ci il - Milli Qəhrəman Fazil Umud oğlu Mehdiyev Əsgəran 
(Xocalı)  rayonunun Ağbulaq  kəndi ərazisində erməni  yaraqlıları ilə atışmada 
həlak olur.  Qarayev soyadlı bir nəfər polis əməkdaşı isə ağır yaralanır...
24 sentyabr 1991-ci il - Ağdam rayonunun Gülablı kəndi yaxınlığında  "UAZ- 
469" markalı avtomaşın ermənilər tərəfindən atəşə tutulur.  1 nəfər həlak olur, 
/  nəfər yaralanır...
24 
sentyabr  1992-ci il - Fərrux kəndi və Daşbaşı yüksəkliyi azad olunur. İt­
kilər olur...
24  sentyabr  1992-ci il -  "Tərtər" batalyonunun  könüllü igid  əsgərləri  Oruc 
Umud oğlu Qaytaranov və Elnur Rəcəb oğlu Muradov keçmiş Ağdərə rayonunun 
Çıldıran kəndi uğrunda gedən döyüşlərdə şəhid olurlar...
24 sentyabr 1993-cü il - Azərbaycan Respublikası MDB-yə daxil olur...
25  sentyabr  1908-ci  il  -  İrtica  qüvvələri  tərəfindən  Təbriz  üzərinə  2  gün 
davam edən hücum başlanır. İtkilər olur...
226
Azərbaycan faciələrinin təqvimi
25 
sentyabr  1937-ci il - Azərbaycan SSR XDİK idarəsinin 3-cü dərəcəli döv­
lət təhlükəsizlik komissarı Sumbatovun əmri ilə 9 6 nəfər güllələnir...
25 
sentyabr  1988-ci il - DQMV-də və Ağdam rayonunda asayişi qorumaq 
üçün mühafizə orqanları  "müəyyən tədbirlər" görür...
25  sentyabr  1991-ci il - Milli Qəhrəman Sərdar Mədət oğlu Səfərov Əsgəran 
rayonu ərazisində erməni yaraqlıları tərəfindən amansızlıqla qətlə yetirilir...
25 
sentyabr  1991-ci il - Ağdamdan Xocalıya fəhlə gətirən avtobus Əsgəranda 
ermənilər tərəfindən aşırılır.  Sürücü və sərnişinlər döyülərək yaralanır...
25  sentyabr  1991-ci il - Kərkicahan qəsəbəsinin  (Xankəndinin yaxınlığında) 
daşnaq erməni terrorçuları tərəfindən atəşə tutulması nəticəsində 1 nəfər azər­
baycanlı  həlak olur,  7  nəfər isə ağır yaralanır...
25  sentyabr  1992-ci il - Ağdam rayonunun Abdal və Gülablı kəndlərini azad 
etmək istəyən qüvvələr geri çəkilir...
25  sentyabr  1992-ci il - Xanabad kəndi uğrunda döyüşlər davam edir. İtkilər 
olur...
25  sentyabr  1992-ci il - Erməni silahlıları Qazax rayonunun Fərəhli kəndinə 
hücum edirlər.  Kənd sakini Sayad Allahverdiyev qətlə yetirilir...
25  sentyabr  1992-ci il - Keçmiş Ağdərə rayonunun  Çıldıran kəndi uğrunda 
gedən  qanlı  döyüşdə əslən  füzulili  olan Yasamal  rayon  sakini,  igid  komandir 
Rahib Vahid oğlu Tağıyev  faciəli şəkildə həlak olur...
25  sentyabr  2000-ci il -  Roma papası  II İohan  Ermənistanda  olur.  Qon­
darma  "Dağlıq Qarabağ respublikası"nm başçısı Arkadi  Qukasyana  ordunun 
"İnternet"
 
şəbəkəsindən geniş istifadəsini tövsiyə edir...
26  sentyabr  1618-ci il - Mərənddə  Səfəvi-Osmanlı  sülhü imzalanır...
26  sentyabr  1666-cı il - Dövrünün  görkəmli  şəxsiyyəti Sani Şah Səfi Səfəvi 
oğlu II Şah Abbas Damqanm Xosrovabad qəsəbəsində 35 yaşında öldürülür...
26  sentyabr  1827-ci il - İrəvanın ruslar tərəfindən mühasirəsi başlayır...
26 sentyabr 1905-ci il - Erməni daşnaqları Cavanşir qəzasında ixtişaş törədə­
rək Əsəd adlı bir müsəlmanı  öldürürlər...
26 
sentyabr  1921-ci il - Azərbaycan K(b) P MK-nin siyasi və təşkilat bürosu 
yenidən «Qarabağ işi» deyilən məsələni müzakirə edərək qərar qəbul edir: «Qaf­
qaz bürosundan xahiş edilsin ki,  Dağlıq  Qarabağın ayrılması haqqında qərarına 
yenidən baxsın,  hələlik muxtariyyət elan olunmasın»...
26  sentyabr  1930-cu il -  Naxçıvanın Ərəfsə kənd sakinləri  - Molla Haşım 
Əlməmməd,  Şahvələd Əbdülhəsən oğlu,  Aslan Məmməd oğlu,  Kərbəlayi Rəhim 
Qafarəli oğlu, Kərbəlayi Nəcəfqulu Abbasqulu oğlu  Fövqəladə Üçlüyün  qərarı
227


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə