Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə80/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   76   77   78   79   80   81   82   83   ...   112

Nazim Tapdıqoğlu
Həsənovun başçılığı ilə Xocalıya gəlir. Görüşlər zamanı bir sıra fikir a y rılıq la rı 
olur...
21 
sentyabr  1988-ci il - Xankəndində azərbaycanlılar yaşayan evlər e rm ə n i­
lər tərəfindən yenidən yandırılır, adamlar döyülərək Şuşaya qovulurlar...
21 
sentyabr  1988-ci il - Dağlıq Qarabağ və Ağdam rayonunun ərazilərində 
xüsusi vəziyyət elan olunur...
21  sentyabr  1989-cu il - Xankəndində yaşayan azərbaycanlılar ermənilər t ə ­
rəfindən döyülərək şəhərdən tamam qovulurlar.  Bu hadisə Bakıda və G əncədə 
vəziyyəti gərginləşdirir...
21  sentyabr  1991-ci il - Ermənistan Respublikası xalq referendumu keçirir. 
Bununla da Ermənistan Respublikası 23 avqust 1990-cı il tarixli  “M üstəqillik 
Bəyannaməsi”hin özünə aid hissəsini bir daha təsdiq etmiş olur...
21  sentyabr  1991-ci il - Goranboy rayonunun Todan kəndinin sakini erm əni 
terrorçusu tərəfindən atılan güllə nəticəsində ağır yaralanır...
21  sentyabr  1991-ci İl - B.Yeltsin,  N.Nazarbayev,  A.Mütəllibov Gəncədə 
ictimaiyyətin nümayəndələri ilə görüşürlər...
21  sentyabr  1992-ci il - Keçmiş Ağdərə rayonunun Qırmızıkənd və Çıldıran 
kəndləri uğrunda gedən döyüşlərdə  "Tərtər " özünümüdafiə batalyonunun igid 
əsgərləri Tofiq Zakir oğlu Quliyev, Vüqar Mədət oğlu Hətəmi həlak olurlar...
21  sentyabr  1993-cü il - Tovuz və Ordubad rayonlarının kəndləri ermənilər 
tərəfdən müxtəlif növ silahlardan atəşə tutulur...
21  sentyabr  2003-cü il - Roma Papası Ermənistana gəlir. O, Qarabağın işğalı 
zamam həlak olan ermənilərin məzarım ziyarət edir...
22  sentyabr  1930-cu  il  - Antisovet  təbliğatlarına  görə Fövqəladə  Üçlüyün 
qərarı ilə Naxçıvanın Keçili kənd sakinləri - Məmmədəli Cəfərəli oğlu, Salan İs­
mayıl oğlu, Şahsuvar Kərim oğlu, Eyvaz Kərim oğlu, Məmmədəli Məmmədhüseyn 
oğlu, Ələkbər Məmi oğlu, Müslüm Gülməli oğlu, Şahbuz sakinləri - Məmmədh­
üseyn Mazan oğlu, Paşan Hüzeynəli oğlu (Kükü kəndi), Xəlil İbrahim oğlu, Bay­
ram  Əli  oğlu, Məmmədhəsən  Nəsir oğlu  (Biçənək  kəndi)  əmlakları  müsadirə 
edilməklə  güllələnirlər.  Ümumiyyətlə,  üçlüyün  qərarı  ilə  azərbaycanlılardan 
Keçili kəndindən 10 nəfər, Kükü kəndindən nəfər, Biçənək kəndindən nəfər, 
Ərəfsə kəndindən 9  nəfər,  Ləkətağ kəndindən nəfər, Nahacir kəndindən  12 
nəfər, Göynük kəndindən 6  nəfər, Dizə kəndindən 1 nəfər,  Teyvaz kəndindən 1 
nəfər güllələnmə cəzasına məhkum edilir...
22 
sentyabr  1988-ci il -  İrəvan,  Leninakan,  Abovyan,  Eçmiədzin  və digər 
şəhərlərdə Qarabağın  Ermənistana birləşdirilməsi,  azərbaycanlıların Erməni­
224
Azərbaycan faciələrinin təqvimi
standan çıxarılması tələbləri ilə kütləvi tətillər,  mitinqlər keçirilir...
22 
sentyabr  1988-ci il - DQMV-m mərkəzi Xankəndində erməni ekstremist­
ləri yerli milisin köməyi ilə 44 azərbaycanlılar yaşayan evi dağıdıb yandırırlar. 
Onlar bu yolla azərbaycanlıların buradan zor ilə çıxarılmasını təşkil edirlər...
22  sentyabr  1990-cı il - Xankəndində  komendant saatı  tətbiq edilir...
22 
sentyabr  1991-ci il - B.Yeltsin, N.Nazarbayev, A.Mütəllibov hərbi ver­
tolyotlarla Xankəndi  (Stepanakert)
 
şəhərinə yola düşürlər...
22  sentyabr  1992-ci il - Cəbrayıl rayonu ərazisində, Şişqaya yüksəkliyi isti­
qamətində əməliyyat keçirilir...
23  sentyabr  1722-ci il  -  Əfqan  tayfaları  Mir Mahmud  xanın  başçılığı ilə 
üsyan qaldıraraq İsfahanı ələ keçirir...
23  sentyabr  1918-ci  il  - Andranikin quldur  dəstəsi  Tat kəndinə soxularaq 
kəndi viran edirlər.  Əhalinin bir hissəsi böyük kahalara doldurularaq ağzında 
gərmədən  ocaq  çatılır.  Əhali  tüstüdə  boğdurularaq  odda  yandırılır.  Girov 
götürülənlərin başları daşların üstünə qoyularaq gürzlərlə əzilir. Cəsədlər Zabux 
çayma  atılır.  Qadm və  qızların  saçlarından  kəsilərək  özlərinə çatı toxudulur; 
sonra  isə onlar işgəncələr verilərək  çılpaq  halda  həmin  çatılar vasitəsilə ağac­
lardan asılır...
23 
sentyabr  1930-cu il - Fövqəladə Üslüyün qərarı ilə antisovet fəaliyyətlərinə 
görə  Şahbuz  sakinləri  Səfi İsmayıl oğlu,  Novruzəli Məmmədqulu oğlu
 
(Kükü 
kəndi), Naxçıvanın Biçənək kənd sakinləri  Əli Qurban oğlu Qurbanov,  Novruz 
Məmiş oğlu Babayev,  Zülfüqar Dünyamalı oğlu  Əsgərov, İmamqulu Dünyamalı 
oğlu Məmmədəliyev
 
güllələnmə cəzasına layiq görülürlər...
23  sentyabr  1988-ci il - DQMV və Ağdam rayonunda xüsusi vəziyyət və qa­
dağan saatı tətbiq edildikdən sonra azərbaycanlılardan soyuq silahlar da müsa­
dirə olunur...
23  sentyabr  1988 -ci il - DQMV-m mərkəzi olan Xankəndi şəhərində azər­
baycanlılara qarşı erməni ixtişaşları davam edir.  Daha  30  ev də yandırılaraq 
dağıdılır...
23  sentyabr  1991-ci il  - Erməni  terrorçuları  tərəfindən Ağbulaq  (Əsgəran 
rayonu)  kəndinə doğru istiqamətlənən azərbaycanlı milis işçilərini aparan maşın 
atəşə tutulur.  Sürücü qətlə yetirilir, bir nəfər milis işçisi ağır yaralanır...
23  sentyabr  1991-ci il - Goranboy rayonunun Todan kəndindəki milis postu 
atəşə tutulur;  1  nəfər yaralanır...
23 
sentyabr  1991-ci il - Erməni terrorçuları tərəfindən  Yevlax-Laçın
 
yolunda 
içərisində azərbaycanlılar olan avtomaşın partladılır. nəfər həlak olur, 14 nəfər
225


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə