81
bir məktub göndərdi və ona xəbər verdi ki, “əgər Qumun idarəçiliyini mənə versəniz və bunu öz əhdiniz və
andınızla təsdiq etsəniz, şəhəri [sizə] təslim edərəm”. Elə ki aralıqda əhd-peyman bağlandı, o nankor məkr və
hiyləyə başladı. O, Xoca Məhəmmədi razı saldı ki, əksəriyyəti qalada olan Qum əhalisini mühafizə üçün şə-
hərə göndərsin və beləliklə, camaatı şəhərdə pərən-pərən saldı. Özü isə say-seçmə adamlar və xocanın qarda-
şı oğlu Əmir Mahmudla mühafizə üçün şəhərdə oturub hər yerdə bir bəhanə ilə Əmir Mahmudun mülazimlə-
rini qoydu. Belə ki, Əmir Mahmudun yanında beş-altı nəfərdən artıq adam qalmadı. Bu zaman o, Kəngan
darvazasından çıxıb Əmir Mahmudu tutdu. Mirzə İsgəndərin qoşununun bir dəstəsi nankor Müzəffərin məs-
ləhəti ilə həmin darvazanın bayırında yerləşən Xoca Əli Səfi xanəgahında
420
məskən salmışdı. Onlar məkr
pusqusundan çıxıb onu İsfahana apardılar və xocanı qardaşı oğlu ilə birlikdə qətlə yetirdilər. Qumun idarəçi-
liyi Abdulla Pərvanəçiyə
421
həvalə edildi və razılaşmaya əsasən, malların idarəsi (vergilərin toplanması) Mü-
zəffərə tapşırıldı. Mirzə İsgəndər bu il İsfahanı paytaxt etdi. İsfahanda bir başqa səfa peyda oldu.
İran padşahı Qara Yusif Türkmanın əhvalının təsviri
Bu il Qara Yusif Türkman Diyarbəkr tərəfə getdi və Pirbudaq üçün şahanə bir toy və padşahlara la-
yiq bir ziyafət tərtib etdi. Pirbudaq xan yaxınlarından və xüsusi adamlarından ibarət bir dəstə ilə məclisdə
oturub fərəh və sevinc qapılarını açdı. Xoş ahəngli mütrüblərdən ud və çəng nəğməsi yüksəldi. Ay üzlü sa-
qi
422
əqiq rəngli saf şərab qədəhini payladı və şərab piyaləsini günəşin zərli camı kimi dolaşdırdı. Belə ki,
min qoyun və yüz madyan kəsildi. Digər ləvazimatı da bununla müqayisə etmək gərək. Türkman əmirlərinə
və Azərbaycan əyanlarına şöhrətli atlar və zərnigar kürklər hədiyyə etdi. Ondan sonra hərəkət bayrağını Bit-
lis tərəfə qaldırdı. O diyarın hakimi Əmir Şəmsəddin qohum-əqrəbası ilə birlikdə xidmətkarlıq və fədakarlıq
şərtlərini yerinə yetirdi. Qara Yusif, Tərcanın idarəçiliyini Qara Bahadıra həvalə edib sədd kimi əsgərlərlə
oradan Həmidə
423
yönəldi. Yol əsnasında Cermük
424
qalasını ələ keçirib onların əksər adamlarını qətlə yetirdi.
Ondan sonra Qəni (Erqani)
425
qalasına yönəldi. Qara Osman da onu qarşılamağa çıxıb, çoxlu döyüşdən sonra
məğlub olaraq qalaya sığındı. Qara Yusif oradan geri dönüb, Əmir Bistamın müxalifliyi səbəbindən İraqa
yönəldi. Sultaniyyəni xarab edib, rəcəb [ayının] 20-də (16.10.1413) Təbriz şəhərinə gəldi.
Müxtəlif əhvalatlar
Bu il Day Ming xanın yanından Herata elçilər gəldilər və Zağan bağında
426
Şahrux padşahın hüzuru-
na çıxmaq şərəfi ilə baş ucalığı qazandılar. O həzrət Şeyx Məhəmməd Bəxşini onlarla birlikdə Xətaya gön-
dərdi.
Həmçinin bu il Qara Yusif Türkman Təbrizdən Qəzvinə gəldi və oradan Həmədana yönəldi. Mirzə
İsgəndər bəla əlamətli ordu ilə onu qarşıladı və ordusunun ətrafında xəndək qazdırdı. Qara Yusifin ordusu
göründü. Mirzə İsgəndərin qoşunu çox qorxdu. O əsnada Qara Yusifi ağır bir xəstəlik tutdu və Azərbaycana
tərəf qayıtdı. Elə ki Gavəruda çatdı, o diyarın hakimi Baba Hacı bəy onun hüzuruna gəlib tam hörmətlə qar-
şılandı. Ondan sonra Qara Yusif Təbrizə yollandı. Cəmadiyülaxır ayının 10-da (07.09.1413) o şəhərə daxil
oldu.
Həmçinin bu il Şahrux padşah Azərbaycana yürüş iradəsi ilə Heratdan Nişapura
427
gəldi. Oradan İs-
gəndərə bir məktub yazdı. Məzmunu belə idi: “Ali bayraqlarımız Qara Yusif Türkmanı dəf etmək üçün
Azərbaycana doğru hərəkət etməkdədir. Ey oğul, gərəkdir ki, sən də türkman ordusunun şövkətini qırmaq və
bu xanədanın məmləkətinin düşmənlərini dəf etmək üçün səy göstərib çalışasan, heç bir bəhanə və üzrxahlıq-
420
Xanəgah, təykə, zaviyə – bir şeyx və ya mürşidin rəhbərliyi altında olan dərvişlərin yaşadıqları və ibadət etdikləri yer, sufi təri-
qətlərinin məkanı.
421
Pərvanəçi – sarayda fərman yazmaq işi ilə məşğul olan məmur.
422
Saqi – su verən, su paylayan və satan; içki məclisində şərab paylayan.
423
Həmid (Amid) – Türkiyənin Diyarbəkr şəhəri nəzərdə tutulur.
424
Cermük (Çermik) – Diyarbəkrdən şimal-qərbdə, Erqanidən cənub-qərbdə yerləşir.
425
Erqani – Diyarbəkr şəhərindən şimal-qərbdə, Elazığ və Diyarbəkr şəhərləri arasında yerləşir.
426
Zağan bağı (Qarğalar bağı) – Heratın qala divarlarının şimal-qərb bucağının xaricində yerləşirdi
(Seddon, şərhlər, s.254).
427
Nişapur – İranın şimal-şərqində, Xorasan vilayətində, Məşhəd və Səbzəvar şəhərləri arasında yerləşən şəhər.
82
la özünü bizə kömək göstərmək yolundan çəkindirməyəsən, Fars və İraq qoşunlarını cəmləyib, Rey nahiyə-
sində fələk şövkətli ordumuza qoşulasan”.
Sözügedən məktubu mütaliə edən Mirzə İsgəndər elə təsəvvür etdi ki, Şahrux padşah İraqı zəbt et-
mək iddiasına malikdir. Ona görə də müxaliflik edərək, öz adına sikkə vurdurub xütbə oxutdu və bir dəstəni
Simnana basqın etməyə, başqa bir dəstəni isə Quhistanı
428
talamağa göndərdi. Kafi İslamı yaxşı xələtlər və
rəğbət doğuran atlarla
429
Qəndəhar və Sistan hakimlərinə göndərdi və onlara yolladığı məktubların başında
bu ibarələri yazdı: “əl-qaim bi əmril-müslimin və vəliyyi-əmirülmöminin Sultan İsgəndər”
430
.
Sistan hakimi (Məlik Qütbəddin) onun elçisini tutub Şahrux padşahın dərgahına göndərdi. O həzrət
həmin qışda Mazandaranda qışlaq etdi.
Həmçinin bu il Qara Yusif Türkmanın oğlu Şah Məhəmməd Bağdaddan Şəhrizura
431
gəldi. Məhəm-
məd Sarı Türkman çox döyüşdükdən sonra əsir alınıb Hit qalasında
432
məhbus edildi.
Bu il Baba Hacı bəy Gavərudi əhd-peymandan sonra oğulları və qardaşları ilə Qara Yusifin dərgahı-
na gəldi. O həzrət mürüvvətinin çoxluğu üzündən Gavərud bölgəsini altı yüz kəndlə birgə adı çəkilən şəxsə
bağışladı. Hökmdarın fərmanı verildi ki, o, hökmdarın nişanlarına möhür vursun, onun razılığı olmadan döv-
lət ərkanı külli və cüzi işlərdən heç birini həll etməsinlər və onun qardaşı Hacı Məhəmmədə də güman etdi-
yindən daha artıq hörmət göstərdi.
Ölümlər
Bu il seyid mənşəli cənab, [biliklərini] ifadə etməyin ustası, feyz bəxş edən, üləmanın ümdəsi, şərəf-
lilərin və mütəfəkkirlərin öndəgedəni Əmir Seyid Şərif Əllamə Cürcani fani aləmdən əbədi cahana köçdü.
779-cu ildə (10.05.1377 – 29.04.1378) Məhəmməd Müzəffərin oğlu Şah Şüca Qəsri-Zərddə olarkən
Əmir Seyid Şərif onun ordusunun həndəvərinə gəldi. İstədi ki, şahla görüşsün və onu heç kimin vasitəçiliyi
olmadan öz halından agah etsin. O əsnada Şah Şücanın hüzuruna getməkdə olan Mövlana Səədəddin Məsud
Ünsini
433
gördü. Özünü döyüşçü libasında ona göstərib dedi:
- Mən qərib və oxatan (oxçu) bir adamam. Ümidim odur ki, fürsət düşdükdə mənim xahişimi [şaha]
ərz edəsən.
O, Mövlana Səəddinin üzəngisinin yanında bargahın qapısına qədər piyada getdi. Mövlana dedi:
- Burada gözlə ki, mən içəri daxil olmaq üçün izin alım.
Mövlana padşahın hüzuruna çıxmaq şərəfi ilə feyzləndikdə qərib oxatanın sözünü də ərz etdi. Şah
Şüca dərhal onu çağırdı və Əmir Seyid Şərif dərgaha gəldi. Şah oxatanın halını soruşdu. O, öz şərəfli təbinin
nəticəsi olan və [müxtəlif] əsərlərin müəlliflərinə qarşı etirazlarından ibarət olan bir dəftəri qoltuğundan çıxa-
rıb Şah Şücanın əlinə verdi. Şah Şüca bu səhifələri oxuyub Mir Seyid Şərifin halından agah oldu. Ona hör-
mət və ehtiram göstərdi, çoxlu nağd (pul) və cins (mal) ənam verdi və o cənabı özü ilə bərabər Şiraza aparıb
öz darüşşəfasının tədris mənsəbini həmin fəzilətli seyidə həvalə etdi. Əmir Seyid Şərif on il Farsda fəzilət və
kamal əhlinə dərs dedi.
789-cu (1387) ildə Əmir Teymur Kürəkan Şirazı fəth etdikdə hökm buyurdu ki, o cənab Səmərqəndə
təşrif aparsın. Seyidliyin pənahı olan, ifadə məharətinə və həqiqət sərvətinə malik cənab itaəti vacib olan fər-
mana əsasən, o şəhərə tələsib o həzrətin ölüm zamanına qədər orada qaldı. Həmin dövrdə onunla Mövlana
428
Quhistan (Kuhistan) – mənası “dağlıq ölkə” demək olub, Xorasan vilayətinin bir bölgəsi idi; Məşhəddən cənubdakı əraziləri,
Turşizi və onun ətraf yerlərini əhatə edirdi (Seddon, şərhlər, s.249).
429
Mənbənin Nuruosmaniyyə və Paris nüsxələrində müvafiq surətdə “əsbab” və “əsbabha” (mallar) yazılmışdır. Lakin Ə.Nəvai
(s.204) “Mətləüs-səədeyn”ə əsasən, bu ifadəni əsbha (atlar) kimi təshih etmişdir.
430
Ə.Nəvai
(Şərhlər, s.205) hesab edir ki, “vəliyyi-əmirülmöminin” ifadəsi İsgəndərin müstəqil bir padşah olaraq Misirdəki Abbasi
xəlifəsinə beyət etdiyini və ya beyət etmək istədiyini göstərir.
431
Şəhrizur – müasir İran – İraq sərhədi yaxınlığında, İraqın Süleymaniyyə şəhərindən cənub-şərq istiqamətdə, Diyala çayı vadisin-
də yerləşən qədim şəhər.
432
Hit qalası – Bağdadın şimalında, Fərat çayı sahilində yerləşirdi
(F.Sümer. Kara Koyunlular, s.64).
433
Bu şəxs, Şah Şücanın Məlik İzzəddin Lurun qızı ilə kəbinini kəsmiş, bundan əlavə, Şah Şücanın ərəbcə və farsca nəzm və nəsr
əsərlərindən ibarət divanını tərtib etmişdir (Nəvai, şərhlər, s.206).