75
Çünki o sərvərlik səmasının
günəşi qəflətən öldü,
Ölümün tarixi oldu “qəsdi-Təbriz” (“Təbrizin qəsdi”)”
383
.
İlkaniyyə (Cəlairi) sultanlarının dövləti süquta uğradı. Bu sülalədən bu minvalla dörd nəfər səltənət
sürmüşdür: Əmir Şeyx Həsən Bozorg, Sultan Üveys, Sultan Hüseyn və Sultan Əhməd. Onların səltənətləri-
nin müddəti yetmiş dörd il olmuşdur.
Sultan Əhmədin qətlindən sonra Sultan Məhəmməd ibn Şahvələd ibn Şeyx Əli ibn Sultan Üveys
Bağdadda qərar tutdu. O əsnada Qara Yusifin
oğlu Şah Məhəmməd Ərbili
384
ondan aldı.
814-CÜ İLDƏ (25.04.1411 – 12.04.1412) BAŞ VERMİŞ HADİSƏLƏR HAQQINDA SÖHBƏT
Rum diyarında baş vermiş hadisələr və Sultan Məhəmmədin Musa Çələbi ilə müharibə etməsi
Bu il Sultan Məhəmməd istədi ki, qardaşı Musa Çələbinin üstünə getsin. Buna görə də Bayəzid paşa-
nı çağırıb dedi:
- Çoxlu qoşunlarla bu bədkirdar zalımı dəf etmək üçün tələsmək lazımdır. Çünki iki qılınc bir qına
sığmaz və bir yaydan iki ox atmaq olmaz. Gərək sudan keçid
yeri tapasan ki, Ədirnəyə yollanaq.
Buna görə də əmirlər məşvərətdən sonra Şahməlikin məsləhəti ilə Qazı Fəzlullanı İstanbul valisi-
nin
385
yanına göndərib ondan gəmi istədilər və o diyarın hakimi onlar üçün çoxlu gəmi göndərdi. Musa Çələ-
bi bu xəbəri eşitdikdən sonra vilayəti tərk edib Las diyarına
386
qaçdı. Əli bəy Evrenosoğlu və Əli bəy Mixal-
oğlu
387
, Musa Çələbidən üz döndərib, Sultan Məhəmmədə xidmətkarlıq ehramını bağlayaraq onun dərgahına
tələsdilər. Buna görə də Musa Çələbi Las diyarında qərar tuta bilməyib başqa bir yerə getdi. Əksər əmirlər
onun yanından fərar edib Sultan Məhəmmədə qoşuldular. Belə ki, axtaçıdan başqa onun xidmətində heç kəs
qalmadı. Sultan Məhəmməd Ədirnədən keçib Sofiyaya
388
gəldi. Musa Çələbi igidlik meydanının bahadırla-
rından ibarət bir dəstə ilə sultanın qarşısında səf çəkdi. Mərd igidlər və savaş meydanının bahadırları bir-biri-
nə qarışdılar və bir-birinin başına qılınc (“tiğü-şəmşir”) vurdular. İti qılıncların gövhərləri adlı-sanlı igidlərin
qanından qırmızı yaqut rəngini aldılar, atəş yağdıran oxlar isə güclü sərkərdələrin ürəyinin yanğısından Bə-
dəxşan
389
ləlinin rənginə döndülər. Meydanın tozu Fərqədan
390
[ulduzlarının] başına qondu.
Nəzm
“Bəhmən kimi heybətli süvarilərin tozundan,
Yer göyə qalxdı, göy yerə endi.
O tozanaqda, cahanı gəzən atlar,
Atəşin altındakı kül kimi görünməz oldu”.
Axırda [Allahın] əbədi lütfü və sonsuz qayğısı Sultan Məhəmmədin halına şamil oldu. Musa Çələbi-
nin ordusu çini kasa kimi sınıb dağıldı, onun özü isə fərar yolunu tutdu. Sultan Məhəmmədin ordusu onu tə-
qib edib əksər mülazimlərini itinəfəs qılıncın zərbəsi ilə gedər-gəlməzə göndərdilər. Qaçış əsnasında əzəmət-
li Tanrının təqdiri ilə Musa Çələbinin atı palçığa batdı. Onun atını təqib edən Saruca adlı qulam onu tutub
Sultan Məhəmmədin hüzuruna gətirdi və onun fərmanı ilə öldürüldü. Onun mülazimlərinin əksəri aləmin ət-
383
Burada tarix əbcəd hesabı ilə göstərilmişdir. Əbcəd – klassik ədəbiyyatda sayları ifadə etmək üçün rəqəmlərdən savayı, bəzən
hərflərdən də istifadə olunur və bu hesablama üsuluna “əbcəd hesabı” deyilir. Əbcəd hesabına əsasən, ərəb əlifbasına daxil olan 28
hərfin hər biri müəyyən bir ədədi ifadə edir. Əbcəd hesabından ayrı-ayrı şəxslərin təvəllüdü və vəfatını, əsərlərin yazıldığı və ya bit-
diyi ili, əlamətdar hadisələrin tarixini göstərmək üçün poeziyada istifadə olunmuşdur. “Qəsdi-Təbriz” = 813 h.
384
Ərbil – Şimali İraqda, Böyük və Kiçik Zab çayları arasında yerləşən şəhər.
385
İstanbul valisi adı altında Bizans imperatoru II Manuil nəzərdə tutulmuşdur (Nəvai, şərhlər, s.189).
386
Las (Laz) diyarı – Lazar Qrilyanoviçin və övladlarının hakimiyyəti altında olan Serbiya torpaqları nəzərdə tutulur.
387
Türklərin Kosa Mixal adlandırdıqları Mixail adlı bir yunan sərkərdəsi Osmanlı dövlətinin banisi Osman Qazi zamanında islamı
qəbul etmiş və onun nəslindən olanlar Mixaloğlu adı ilə tanınaraq Osmanlı dövlətində yüksək mənsəblər daşımışlar (Nəvai, şərhlər,
s.189).
388
Sofiya – indiki Bolqarıstan Respublikasının paytaxtı.
389
Bədəxşan – indiki Tacikistanın şərqini və Əfqanıstanın şimal-şərqini əhatə edən tarixi vilayət. Qiymətli qırmızı yaqut (ləl) mə-
dənləri ilə məşhur olan bu vilayətin adı klassik Şərq ədəbiyyatında dönə-dönə tərənnüm olunmuşdur.
390
Fərqədan ulduzları – Şimal qütbünə yaxın, Kiçik Ayı bürcündə iki parlaq ulduz.
76
rafına və yan-yörəsinə təfriqə və pərakəndə oldular. Əzəb bəy Əflaq hakiminə pənah apardı. Simavna qazı-
sı
391
ilə Məhəmməd bəy Mixaloğlu isə əsir tutuldular. Sultan Məhəmməd bütün Rumeli vilayətini ələ keçirdi.
Məhəmməd bəy Qaramanoğlunun Bursa şəhərini mühasirə etməsi haqqında söhbət
Sultan Məhəmmədin Musa Çələbinin üstünə getdiyi zaman Qaramanoğlu da müxaliflik edib hərəkət
bayrağını Bursaya doğru qaldırdı. Yol əsnasında Sivrihisarı
392
(“Hisari-Sivri”) ələ keçirib Bursa ətrafına gəl-
di.
Hacı Əvəz paşa şəhərətrafı bölgələrin (bölükat) əhalisini şəhərə gətirdi və qala müdafiəsi ləvazimatı-
nı mükəmməl bir tərzdə tərtib etdi. O əsnada Qaramanoğlu izdihamlı ordu ilə qalanı bir mərkəz kimi dövrəyə
alıb bütün şəhəri yandırdı və xəndəyə su buraxdı. Əvəz paşa içəridən lağım vurub suyu başqa bir tərəfə yö-
nəltdi. O əsnada xəbər gətirdilər ki, Musa Çələbinin cəsədini Bursadakı əcdadlarının məqbərəsində dəfn et-
mək üçün Kaplucaya (“Qapuluca”) gətirmişlər. Ona görə də Qaramanoğlunun ürəyini tamamilə qorxu bürü-
dü. O, Bursanın ətrafından köçüb öz diyarına tərəf fərar etdi. Yanında olan nədimi ona dedi:
- Biz Rum padşahının ölüsündən belə qaçırıqsa, onun dirisi gəlsəydi bizim halımız nə cür olacaqdı?
Məhəmməd bəy Qaramanoğlunun müxalifliyi xəbəri Sultan Məhəmmədə çatdıqda çoxlu ordu və as-
lan ovlayan igidlərlə, İsfəndiyaroğlu və Gərmiyan
393
valisi ilə birlikdə Qaraman diyarına yönəldi. Akşehir
394
(Ağşəhər) ətrafı Bəhram kimi qəhredici qoşunların dayanacaq yerinə çevrildikdə qalibiyyətli qoşun (çərik)
bir həmlədə o şəhəri ələ keçirdi. O şəhərin fəthindən sonra Konya tərəfə yollandı. O tərəfdən Məhəmməd
bəy cürət edib, savaş meydanına qədəm qoyaraq çox döyüşdü. Axırda üləmanın məsləhəti ilə iki tərəfin kin-
küdurəti sülh və səfa ilə əvəzləndi. [Məhəmməd bəy Qaramanoğlu] Bəyşəhri, Sivrihisarı və Nigdeni
395
ona
təslim etdi.
Sultan bəxşiş caməxanasından (qarderobundan) onun qabiliyyət qamətinə ənam və ehsan bəxşişi
geydirdikdən sonra öz diyarına yola düşdü.
Beləliklə, Sultan Məhəmməd Bursaya qayıtdı.
Müxtəlif əhvalatlar
Həmçinin bu il Şahvələd oğlu Sultan Məhəmməd Bağdad valisi idi. Əmisindən sonra onunla yaxın-
ları arasında ixtilaf çıxdı
396
. Bu vaxt Qara Yusif oğlu Şah Məhəmməd Ərbildə idi. O, Bağdaddakı pərişanlığı
eşitdikdən sonra oraya sürətli yürüş edib gözlənilmədən Suqüs-sultan (Sultan bazarı) darvazasına gəldi. Tale
elə gətirdi ki, Sultan Əhməd dövründə [Bağdadın] daruğası
397
olmuş Əmir Bəxşeyiş həmin vaxt Sultan [Mə-
həmməd] tərəfindən oranın şihnəsi
398
olan Əbdürrəhim Məllahı qətlə yetirdi və orada çaxnaşma baş qaldırdı.
Sultan Məhəmməd Şüştərə qaçdı və Bağdad şəhəri Şah Məhəmmədin əlinə keçdi.
Həmçinin bu il Mirzə Rüstəm Təbrizə gəldi. Qara Yusif ona böyük hörmət və ehtiram göstərdi. Onu
İraqa göndərmək üçün Marağaya getdi və onunla oradan çoxlu qoşun yolladı.
Bu il Dəşti-Qıpçaq padşahının elçiləri və Şirvandan Əmir Şeyx İbrahimin nümayəndələri Şahrux sul-
tanın dərgahına gəldilər.
391
Simavna qazısı adı altında Qazı Bədrəddin Mahmud nəzərdə tutulmuşdur. Simanva – Anadoluda, Kütahya əyalətində bir şəhər-
dir
(Nəvai, şərhlər, s.190).
392
Sivrihisar – Ankara ilə Eskişehir arasındadır.
393
Gərmiyan – XIII əsrin sonlarında Kütahya və ətrafında qurulmuş türk bəyliyi
(M.Ç.Varlık. Germiyanoğulları // TDVİA, cilt: 14,
yıl: 1996, s.33-35).
394
Akşehir – Konyadan şimal-qərbdə yerləşən şəhər.
395
Beyşehir – Konyadan qərbdə yerləşən Beyşehir gölünün cənub-şərq sahilində şəhər; Niğde – Konyadan şərqdə və Kayseridən
cənub-qərbdə yerləşən şəhər.
396
“Mətləüs-səədeyn”ə görə, Sultan Əhmədin ölümündən sonra şahzadə Vələd ibn şahzadə Şeyx Əli ibn Sultan Üveysin övladları
Sultan Məhəmməd və Sultan Üveys Bağdadın hakimi oldular və onların arasında böyük bir ixtilaf meydana gəldi
(Nəvai, şərhlər,
s.192).
397
Daruğa – moğolca “rəis” deməkdir. Şəhər idarəçiliyinin başında duran məmur “daruğa” adlanırdı. Daruğa şəhərin inzibati və
hərbi-siyasi rəhbəri sayılırdı. Onun ixtiyarında silahlı dəstələr olurdu. Bundan əlavə, bazar daruğası, dəftərxana daruğası, mühasibat
daruğası, fərraşxana daruğası kimi vəzifələr də vardı (bax: V.F.Minorsky. “Tadhkirat al-Muluk”: A Manual of Safavid Administra-
tion circa 1137 / 1725. London, 1943, p.141; Ş.K.Məmmədova. “Xülasətüt-təvarix” Azərbaycan tarixinin mənbəyi kimi, s.55;
М.Х.Гейдаров. Социально-экономические отношения, с.84-85,132; З.Г.Байрамов. Местное и городское управление, с.17-19).
398
Şihnə – bugünkü deyimlə polis rəisi anlayışına uyğun gəlir.