83
Səədəddin Təftazani
434
arasında mübahisələr baş verdi və əksər məclislərdə Əmir Seyid Şərif təbinin hiddəti
və zehninin zənginliyi səbəbindən cənab Mövlanaya qələbə çaldı.
Nəzm
“Yüksəyi və alçağı yaradan Tanrı,
Hər əldən üstün olan bir əl yaratmışdır”.
Əmir Teymur Kürəkan əbədi cahana köçdükdən sonra o Xeyrülbəşər
435
övladlarının öndəgedəni və
bilikli alimlərin rəhbəri yenidən Mavəraünnəhrdən Şiraza tələsdi. Şərəfli ömrünün müddəti yetmiş altı il ol-
muşdur. Əsərləri sırasında bunlar vardır: kəlam elmi haqqında “Şərhi-müvafiq” (“Müvafiq şərh”), “Haşiyə
bər şərhi-təcridi-qədim” (“Qədim təcrid şərhinə dair haşiyə”), “Şərhi-kafiyə” (“Kifayətedici şərh”), “Haşiyə
bər şərhi-mətale” (“Mətlələr şərhinə dair haşiyə”), “Haşiyə bər şərhi-təvale” (“Talelər şərhinə dair haşiyə”),
“Haşiyə bər şərhi-şəmsiyyə” (“Şəmsiyyə şərhinə dair haşiyə”), “Haşiyə bər təsrif” (“Təsrifə
436
dair haşiyə”),
“Haşiyə bər kəşşaf” (“Kəşşafa dair haşiyə”), “Haşiyə bər mütəvəssit” (“Mütəvəssit” əsərinə dair haşiyə”),
“Haşiyə bər mütəvvəl” (“Mütəvvələ dair haşiyə”), “Haşiyə bər hikmətül-eyn” (“Varlıq hikmətinə dair haşi-
yə”), “Haşiyə bər mühakimat” (“Mühakimələrə dair haşiyə”), “Haşiyə bər şərhi-müxtəsəri-Üzdi dər üsul”
(“Üzdinin üsul haqqındakı müxtəsər şərhinə haşiyə”), Haşiyə bər şərhi-hidayeyi-Mirək Çəngi” (“Mirək Çən-
ginin “Hidayə” əsərinin şərhinə dair haşiyə”), məntiq haqqında farsca “Sərfiyyə və kübra” risaləsi
437
və mə-
nalar haqqında “Şərhi-miftah” (“Açarların şərhi”).
817-Cİ İLİN (23.03.1414 – 12.03.1415) HADİSƏLƏRİ HAQQINDA SÖHBƏT
Mavəraünnəhr diyarında baş vermiş hadisələrin təsviri
Bu il Mirzə Uluğ bəy çoxlu qoşunlarla Əndicana
438
hərəkət etdi. O diyarın hakimi Mirzə Mirək Əh-
məd müqavimət göstərməyə tab gətirməyib Uratəpə dağına
439
pənah apardı. Mirzə Uluğ bəy Əxsi qalasını
440
ələ keçirib, oranın idarəçiliyini Payəndə Bukavula
441
tapşıraraq Əndican tərəfə yönəldi. O diyarın idarəçiliyi
Əmir Musaka ilə Əmir Məhəmməd Tabana verildi. Səadətli şahzadə Səmərqənd tərəfə qayıtdı. Uluğ bəyin
çıxıb getməsindən sonra Mirzə Mirək Əhməd Moğolustan qoşunları ilə Əndican ətrafına gəlib, Əmir Musaka
və Əmir Məhəmməd Tabanla döyüşərək onları qətlə yetirdi. Qalan əmirlər Əndicanı qorudular. Moğollar o
diyarı çapıb-talayıb öz diyarlarına yola düşdülər.
Şahrux padşahın İsfahan tərəfə hərəkət etməsi və Mirzə İsgəndərin dustaq edilməsi haqqında söhbət
Bu ilin əvəllərində yaxşı xasiyyətli padşah Şahrux Mazandarandan çıxıb hərəkət bayrağını İsfahan
tərəfə qaldırdı. Öz çoxluğu ilə çölü və dağı təngə gətirən bir ordu və can alan oxlarının ucu ilə səmadakı
Cövza düyününü açan və qartal qanadlı oxları ilə asimandakı Nəsreyn ulduzlarını yerə salan, pələng yıxan,
aslan ovlayan adlı-sanlı cavanlarla köçə-köçə yola düşdü.
Nəzm
434
Səədəddin Məsud ibn Ömər Təftəzani (1322-1389) – Nisa bölgəsinin Təftəzan adlı yerində doğulmuş
din alimidir (Öztürk, şərh-
lər, s.104).
435
Xeyrülbəşər (ərəbcə “insanların ən xeyirlisi” deməkdir) – Məhəmməd peyğəmbərin ləqəblərindən biri.
436
Təsrif – qrammatikada felləri zamanlara görə dəyişdirmək
(Ərəb və fars sözləri lüğəti. Redaksiya heyəti: B.T.Abdullyev,
Ə.Ə.Orucov, Y.Z.Şirvani. Bakı, 1985, s.631).
437
Risalə - kitabça, traktat.
438
Əndican – indiki Özbəkistan Respublikasının şərq qurtaracağında, Fərqanə vadisinin cənub-şərq hissəsində, Əndicançay sahilin-
də şəhər.
439
Uratəpə - indiki Tacikistan Respublikasının Soqd vilayətindədir.
440
Əxsi (Axsi) – indiki Özbəkistanın şərqində, Fərqanə vadisində, Nəmənqan şəhərindən cənub-qərb tərəfdə, Kasançayın Sırdərya-
ya töküldüyü yerin yaxınlığında tarixi şəhər.
441
Tarixi ədəbiyyatda bukavul barədə mövcud olan mülahizələr onun şənlik təşkilatçısı, süfrəyə və xörəyin dadına baxan, saqi və s.
olduğunu göstərir. Lakin XIII-XIV əsr mənbələrinin məlumatlarından göründüyü kimi, həmin zaman bukavullar ordu hissələrində
yüksək mövqe tutmuşlar. Onlar ordunun quruluşu və effektli fəaliyyəti üçün dəqiq tədbirlər görməli, baş divandan ordu üçün ayrılmış
təxsisatı almalı, qənimətləri ordu hissələri arasında ədalətlə bölməli, orduda nizam-intizamın möhkəmlənməsinə çalışmalı idilər
(V.Z.Piriyev. Azərbaycan XIII-XIV əsrlərdə, s.323-324). Səfəvilərin dövlət quruluşunu əks etdirən “Təzkirətül-müluk”da bukavul ter-
mininə rast gəlmirik. Bəzi Səfəvi qaynaqlarında bukavul termini birinci mənada, yəni saray təşrifat məmuru, eşikağasının sinonimi
kimi işlədilmişdir.
84
“Hamısı gözəllərin qaşları kimi kaman çəkən,
Qəlblərə eşq kimi atəş vuran.
Hamısı daş kimi adam yıxan və qan tökən,
Hamısı türklərin gözü kimi fitnə salan.
Hamısı yandırıcı atəş kimi ürək odlayan,
Hamısı dilbərin qəmzəsi kimi ciyər deşən.
Aşiqin dilbərdən ötrü axıdılan göz yaşı kimi,
Cahanı bürüyən, qanlı və dilavərdir hamısı”.
Bu möhnətli xəbər Mirzə İsgəndərə çatdıqda, Əmir Yusif Cəlili, Əmir Çolbanşahı, Əmir Abdulla
Pərvanəçini və Əmir Bəyan Quçini
442
şücaətli bahadırlardan ibarət bir dəstə ilə Savədə yerləşən və ona qarşı
müxaliflik naxışını öz xəyal lövhəsinə çəkmiş olan Nəsrulla Səhrayini dəf etməyə göndərdi.
Bu xəbər Həzrət Şahruxa çatdıqda, Əmir Həsən Sufi Tərxanı, Əmir Dövlət Xocanı, Əmir Çaharşən-
bəni və Əmir Seyid Əli Tərxanı on min cavanla Savə əhalisinin köməyinə getməyə təyin etdi. Mirzə İsgəndə-
rin əmirləri ondan üz döndərib, aləmin pənahı olan dərgaha yönəldilər və Şəhriyar qalası ətrafında qələbə
şüarlı orduya qoşularaq böyük lütfkarlıqla qarşılandılar.
İsfahanın ətrafı cahan hökmdarının gəlişinin təntənəsindən cənnət bağının bir nişanəsinə çevrildikdə,
bir dəstə döyüşçü aləmin pənahı olan dərgaha gəlib ərz etdilər ki, “bizim evlərimiz İsfahan darvazasının ba-
yırındadır və əgər o həzrət (Şahrux) bizim köməyimizə bir dəstə [əsgər] göndərsə, onda [şəhərə] hakim ola-
caqdır”. Fərmana əsasən, Əmir Mizrab Bahadır və Əmir Xoca o tərəfə yollandılar. Mirzə İsgəndərin qaravul-
ları şəhərdən çıxıb döyüşə və vuruşa başladılar. Bu tərəfdən Mirzə Bayqara, Lütfulla, Təvəkkül Bavərçi,
Əmir Şeyx Əli və Əmir Çolbanşah Barlas o müqayisəyəgəlməz qoşunu yerindən dəbərdib darvazaya qədər
qovdular və döyüşçülərin ailələrini və köçlərini hökmdarın ordusuna gətirdilər. Səf yaran bahadırların bu
həmləsindən Mirzə İsgəndərin qəlbinə tamamilə qorxu hakim kəsildi. O, etdiklərindən peşman və törətdiklə-
rindən pərişan oldu.
Ertəsi gün o, naçar şəkildə ata minib Şahrux padşahın qarşısında səf çəkdi. Elə ki gözü o həzrətin
bayrağına sataşdı, özündə ona qarşı müqavimət gücünün olmadığını başa düşdü. Çarəsizlik üzündən qaçış
vadisinə tələsdi. Qalib qoşun (çərik) o məğrur güruhdan çoxlarını gedər-gəlməzə göndərdi. Az qaldı ki, Mir-
zə İsgəndər əsir alınsın. Lakin o, min hiylə ilə özünü şəhərə saldı və tısbağa kimi başını o möhkəm qalanın
içinə çəkdi. Qalanın dörd divarını özünə sığınacaq, daldalanacaq, qorunacaq yer və pənahgah etdi. Sərçə ki-
mi əzab qəfəsinin əsiri və bəla tələsinin dustağı oldu. Göyərçin kimi möhnət tələsinə və iztirab toruna düşdü
və bu beytlərin məzmunundan xəbərsiz oldu:
Nəzm
“Quş bostandan qəfəsə gələrsə,
Gərək uçmağa olan həvəsindən əl çəksin.
Bir aslan ki, zəncirə bağlanarsa,
Cüyür və ceyran ovlamaqdan qalar”.
[Dünyanın insanla] məskunlaşmış dörddə bir hissəsinin padşahı İsfahanın ətrafına tələsib bargahının
qübbəsini günəşin və ayın zirvəsinə ucaltdı. O zaman Şəhriyar qalasından Əmir Bistamın oğlu Bayəzid dər-
gaha gəldi və [hökmdarın] hüzuruna çıxmaq şərəfinə nail oldu. O əsnada üç yüz nəfər yaxşı silahlanmış sü-
vari döyüş iradəsi ilə qalanın içindən çıxdı. İlyas Xoca onları məğlub edib əksərini qətlə yetirdi. Amma özü
də yaralandı. Ali mənşəli hökmdarın fərmanı ilə İsfahan divarlarını kəndirlə ölçüb onları əmirlərin arasında
bölüşdürdülər. Sibələr
443
(döyüş mövqeləri) düzəldib, ürək deşən oxların zərbəsi və sinəni odlayan mizrağın
ucu ilə müxalifləri yaralayaraq onları bürclərin və divarların üzərindən uzaqlaşdırdılar.
O əsnada Şirazın böyükləri və əyanları dostlara nəvaziş göstərən və düşmənləri yox edən hökmdarın
tərəfinə keçib, Mirzə İsgəndərin adamlarını dustaq edərək xütbəyə və sikkəyə Şahruxun adı və ləqəbi ilə gö-
442
Ə.Nəvai (Şərhlər, s.209) Bəyan Quçinin h. 809-cu ildə Mirzə Əbu-Bəkr tərəfindən öldürüldüyünü yazmış və “Mətləüs-səə-
deyn”ə əsasən, bu yürüşə qatılan əmirlərin adlarını belə sıralamışdır: Əmir Yusif Cəlil, Əmir Çolbanşah, Əmir Abdulla Pərvanəçi və
Səədulla.
443
Sibə – səngər; qalanı və ya şəhəri mühasirə etmiş qoşunun tutduğu mövqelər.