89
v.158). 1922-
ci ilin yanvar ayında dövlət idarələrində məmurların ixtisarı haqqında
q
ərar qəbul olundu. N.Nərimanov ixtisar aparılarkən Azərbaycan dilini bilənlərə
xüsusi qayğı göstərilməsi barədə qərar qəbul etmişdir (211, v.158). Amma bu işi
h
əyata keçirmək yolunda xeyli maneələr var idi. K.Nərimanov Genuya konfransına
ged
ərkən, Bakıda Azərbaycan dili dərslərinin sayını ixtisar etmək,
Azərbaycan dilli
teatr
truppası tamaşalarının sayının azaldılaraq, rus dilli teatr truppasının
tamaşalarının sayını artırmaq haqqında açıq fitnəkar məqalələr və fikirlər irəli
sürülmüşdür. N.Nərimanov qayıdan kimi bu məsələyə müdaxilə etdikdə məsələnin
əks-sədası Moskvaya gedib çıxmışdır.
N.N
ərimanov “Bakinski raboçiy” qəzetində “Bəzi yoldaşlara cavab”
s
ərlövhəsi ilə ana dilimizin Azərbaycanda mövqeyi haqqında sərt bir məqalə ilə
çıxış etmişdir (305, 5 iyun 1922, № 130). O, məqalədə yazırdı: “Türk
(Az
ərbaycan) dili Azərbaycanda dövlət dili elan edilmişdir və Azərbaycanda bu
dilin hüquqlarından və üstünlüklərindən tam şəkildə istifadə olunmalıdır. Heç kim
bunu l
əğv edə bilməz. Azərbaycan öz ana dilindən imtina edə bilməz
və heç kimə
d
ə imkan verməz ki, Azərbaycanda bu dilin mənasını, rolunu azaltsın”. Qeyd
etm
ək lazımdır ki, bu məqalə sovet dövründə də tədqiqat obyekti olmuşdur (50).
N.N
ərimanov bu məsələlər barədə ürək ağrısı ilə yazırdı ki, əhalinin üçdə
iki hiss
əsi yoxsul və savadsız azərbaycanlılar, əhalinin üçdə bir hissəsi isə nisbətən
savadlı rusdilli əhalidir. O, məqaləsində bundan irəli gələn məsələləri qaldırırdı:
“Kim
ə daha çox savadlanmaq lazımdır, lazımınca savadlı olan rus dillilərə, yoxsa
savadsız azərbaycanlılara?” Bu sualı cavablayaraq N.Nərimanov deyirdi: “Biz
g
ərək dövlət vəsaitinin 2/3 hissəsini türklərin (azərbaycanlıların) savadlanmasına
v
ə maariflənməsinə xərcləyək, partiyanın diqqətinin 2/3 hissəsini və ümumiyyətlə,
bütün enerjimizin 2/3 hiss
əsini gərək türklərə (azərbaycanlılara) sərf edək”. O,
fikrini bu sözl
ərlə bitirirdi: “Kim ki, Azərbaycanı sevir, onunla ruhən bağlıdır,
“bütün dünya proletarları birləşin” şüarına sadiqdir, fəaliyyətini məhz belə
qursun”. N.N
ərimanov ruspərəst şovinistlərin mövqeyini belə təsvir etmişdir: “Rus
dili m
ənim xoşuma gəlir, rus dilində mənə hər şey asan və aydın gəlir. Puşkinin
göz
əl şerləri rus dilində yazılıb. Mən
istəyirəm ki, türk (azərbaycanlı) uşaqları
bunları bilsinlər”. N.Nərimanov rus şovinistlərinin bu mövqeyinə qarşı öz
mövqeyini d
ə izah edərək deyirdi: “Türk (azərbaycanlı) uşaqları tək Puşkini deyil,
h
əm də Şekspiri, Şilleri bilməlidir. Ancaq türk (azərbaycanlı) uşağı özünə doğma
olan
əsl proletar şairi Sabirin odlu-alovlu şeirlərini, xalq şairləri Vaqifin, Zakirin,
Vidadinin şeirlərini biləndən sonra bunları bilməlidir”. N.Nərimanovun tövsiyəsi
bu idi ki, “türk (Az
ərbaycan) dilinin tədrisini azaltmaq təklifini
irəli sürənlər özləri
bu dili öyr
ənsinlər ki, Sabiri anlasınlar” (50).
N.N
ərimanov Azərbaycan dilini sıxışdıran kommunistlərin mövqeyinin çar
Nikolayın mövqeyi ilə üst-üstə düşdüyünü vurğulayaraq onları çəkinmədən
şovinist adlandırmışdır. Şovinistlər ancaq Azərbaycan dilini sıxışdırmaqla
kifay
ətlənmirdilər, onların irəli sürdükləri mülahizələr arasında belə bir fikir də var
90
idi ki, sovetl
ərin Azərbaycana gəlməyi “rus torpaqlarının toplanması” ideyasının
reallaşmasıdır. N.Nərimanov bunlara da cavab verərək deyirdi: “Bu, rus
torpaqlarının toplanması deyil, sadəcə müxtəlif millətlərə mənsub fəhlələrin
toplanmasıdır” (50).
N.N
ərimanovun bu sahədəki fəaliyyəti Azərbaycan xalqının düşmənləri və
bir sıra bədxahlar tərəfindən qəzəblə qarşılanmışdır. İlk əvvəl
ermənilər və özlərini
beyn
əlmiləlçi kimi qələmə verən azərbaycanlılar hərəkətə gəlmişlər. Nəhayət,
onlar N.N
ərimanova qarşı açıq mübarizəyə keçmişlər. Levon Mirzoyan Mərkəzə
m
əktub göndərərək bu yazının “əsassız yazıldığını” bildirmişdir (316, s.422). Bir
neç
ə gün sonra Azərbaycan K(b)P MK Rəyasət Heyətinin iclasında
N.N
ərimanovıın məqaləsi “antipartiya” məzmunda qiymətləndirilərək ifşa
olunmuşdur. Burada ifşaçıların cəmi biri erməni idi, o da Levon Mirzoyan idi.
Qalanları isə azərbaycanlılar idi. Bu müzakirə də N.Nərimanovu mövqeyindən
ç
əkindirməmişdir. O, ana dili uğrunda mübarizəsini davam etdirmişdir. Yeri
g
əlmişkən, onu da qeyd etmək lazımdır ki, N.Nərimanov
hətta Moskvada
işləyərkən bəzi rəsmi toplantılarda Azərbaycan dilində çıxış etmişdir.
N.N
ərimanov Azərbaycan dilinin saflığı uğrunda daim çalışmışdır. O
zamanlar qeyri-slavyan dill
ərinə rus sözlərinin keçməsi dəb düşmüşdü. 1924-cü
ilin mayında “Elmləri yeni tamam etmiş müəllimlərə açıq məktub”unda
N.N
ərimanov yazırdı: “Dilimizi lüzumsuz, qeyrisinin dilinin təsiri altına salmaq
işimizi təxirə salar. Bu səbəblərə görə biz dilimizi müstəqil bir şəklə salmaq üçün
ən çox müəllimlərə ümid bağlayırıq” (362, 2 mart 1924, s.39).
N.N
ərimanovun təşəbbüsü və sədrliyi ilə latın qrafikasına keçmək, yaxud
islah etm
ək məsələsi geniş şəkildə müzakirə olunmuşdur. 1922-ci ildə
S.Ağamalıoğlu yazırdı: “1922-ci ilin əvvəllərində Nərimanov yoldaş tərəfindən
qurulmuş yığıncaqda məruzə üzərində iki günlük mübahisədən sonra iki
komissiyon seçildi. Bunlardan biri
ərəb əlifbası yerinə latın əlifbasının keçirilməsi
üçün materiallar hazırlayacaq, digəri ərəb əlifbasını islah edəcəkdir. İkinci
komissiyon... f
əaliyyətsiz göründü və çox yaşamadı. Birinci
isə indi də fəaliyyətdə
olan Yeni Türk Əlifba Komitəsinə çevrildi”.
1920-ci il iyulun 3-d
ə Xalq Maarif Komissarlığı latın qrafikasına keçid
haqqında qərar qəbul etdi (195, v.28). Həmin ilin noyabr ayında Juzenin sədrliyi ilə
Türk Əlifba Komitəsi təşkil olundu (191). Xalq Maarif Komissarlığının 1921-ci il
5 yanvar tarixli
əmri ilə artıq bu keçidin yolu müəyyənləşdirildi (194, v.192). Yazı
qrafikasının dəyişdirilməsi ideyasını xalq arasında yaymaq məqsədi ilə qəzalarda
şöbələr təşkil olundu... ( 347, 1925, № 65).
N.N
ərimanov bu ideyasını Türkiyə vəkilləri ilə də müzakirə edərək belə
n
əticəyə gəlmişdir: “Onlar bu fikrə şərikdirlər. İstanbul yox, Ankara.
Çünki Ankara
solu sevir” (332, 1 yanvar 1922).
N.N
ərimanovun bu təşəbbüsü Azərbaycan ziyalıları tərəfindən
alqışlanmışdır. Təşəbbüsə tərəfdar çıxanlardan ən birincisi C.Cabbarlı olmuşdur.