87
M.S.Ordubadi N.N
ərimanov haqqında xatirələrində yazırdı ki, “onun
n
əzəriyyəsində kommunizm ilə islamiyyəti barışdırmaq fikri mühüm bir yer
tuturdu”. N.N
ərimanov din xadimləri ilə birbaşa ünsiyyətə girmiş, onları öz iş
otağında qəbul etmişdır. M.S.Ordubadi buzovnalı Molla Mirzə Əli ilə
N.N
ərimanovun mehriban və dostcasına görüşünün şahidi olmuşdur.
M.S.Ordubadinin dediyin
ə görə, “partiya bu nəzəriyyəni məhv
etmək üçün bütün
qüvv
əsini sərf edirdi” (424, 1990, 13 aprel). Hətta Mirzəbala Məmmədzadənin
etirafına görə, N.Nərimanov sovet respublikalarında dinlə aparılan mübarizənin
Şərqə heç bir xeyir vermədiyini təkidlə irəli sürmüşdür (78, 1 avqust 1924, № 21,
s.11).
N.N
ərimanovun İslam dini və dövlət arasında münasibətinə aid maraqlı
fikirl
əri Çiçerinə yazdığı məktubdan aydın olur. Məktubda xüsusi qeyd olunur ki,
sovet hakimiyy
əti dövründə solçu kommunistlərin səyi nəticəsində müsəlman din
xadiml
əri ilə hökumət arasında müəyyən qarşıdurma əmələ gəlmişdir. Bu
qarşıdurmanı aradan qaldırmaq üçün N.Nərimanov bir neçə təklif irəli sürmüşdür.
Onun t
əkliflərinin əsas mahiyyəti ondan ibarət olmuşdur ki, sosializm və İslam bir-
birin
ə qarşı durmadan fəaliyyət göstərə bilərlər. N.Nərimanov din məsələləri ilə
əlaqədar Məhəmməd Peyğəmbərin kəlamlarını da xatırlatmışdır: “Cənnət anaların
ayağı altındadır”, “Elmin arxasınca get, hətta o, Çində olsa da”.
Bu fikirlər nəinki
bizim qanunlara zidd deyil, h
ətta uyğundur. N.Nərimanov Azərbaycan
c
əmiyyətində hökm sürən daha bir kəskin problem haqqında da danışmışdır. O
deyirdi ki, çoxarvadlılığın aradan qaldırılması nəinki Qurana zidd deyil, hətta onun
t
ələbləri ilə səsləşir. N.Nərimanov Avropada ruhanilərlə sıx əlaqədə olan
dövl
ətlərin fəaliyyətini xüsusi qeyd etmişdir. O, misal gətirirdi ki,
Avropa din
xadiml
əri xüsusi dövlət məktəblərini bitirirlər və fəaliyyət dövründə dövlətdən
maaş alırlar. İslam din xadimləri isə ancaq əhalidən aldıqları pul hesabına
dolanırlar. Bizim hakimiyyət İslam din xadimlərinin fəaliyyətinə məhdudiyyət
qoyaraq
əslində onların gəlirini kəsir, bu da onlarda narazılıq yaratmaya bilməz.
Biz İslam din xadimlərini inandırmalıyıq ki, onlar bizim hakimiyyətimiz dövründə
heç bir t
əqibə məruz qalmayacaqlar. N.Nərimanov yazırdı ki, sovet hökuməti
onlara yas m
ərasimlərində iştirak etməyi, məsciddə dua etməyi, kiminsə xahişi ilə
Quran oxumağı qadağan etməməlidir. Biz hər bir şəxsə icazə verməliyik ki,
m
əktəbdən kənarda öz övladına Quranı və dinin əsaslarını öyrətsin. Biz icazə
verm
əliyik ki, yeni evlənənlər dövlət qeydiyyatından sonra məscidə gedib kəbin
k
əsdirsinlər. Kəbinin
bir üstünlüyü var, o da ondan ibarətdir ki, ailə pozularsa, kişi
qadın qarşısında maliyyə öhdəliyi götürür. Belə bir öhdəliyin dövlət tərəfindən də
bir qayda olaraq q
əbul olunmasını biz fikirləşməliyik.
N.N
ərimanovun mövqeyinə görə hökumət çoxpilləli dini şuralar yaratmalı,
h
ər məscidin dindarları öz mollasını seçki yolu ilə müəyyənləşdirməli, hər milli
respublikanın ali ruhanisi ruhanilər
tərəfindən seçilməli, hər bir ərazidə Ali dini
şura yaradılmalıdır.
88
N.N
ərimanov dinin məktəbdə öyrənilməsi məsələsini yolverilməz hesab
etmiş və bunu hər hansı ruhani-müəllimin öz dinini başqasından daha üstün kimi
q
ələmə verəcəyi və hətta ola bilsin, digər dini pisləyəcəyi ehtimalı ilə izah etmişdir.
N.N
ərimanov insanları panislamizmdən qorxmamağa çağırmışdır. Onun
fikrinc
ə, panislamizm dini düşüncənin deyil, ziyalı düşüncəsinin məhsuludur.
N.N
ərimanov deyirdi ki, bu yolda bizim əsas vəzifəmiz
siyasətimizin mahiyyətinin
aydın olmasıdır. O, müsəlman dövlətlərinin ilk növbədə müstəmləkəçilikdən azad
olunmasının tərəfdarı olmuşdur. N.Nərimanov belə fikirləşirdi ki, müsəlman
dövl
ətləri olan Türkiyə, İran, Əfqanıstan öz milli hökumətlərindən başqa heç kim
t
ərəfindən idarə olunmamalıdır.
N.N
ərimanov açıqca deyirdi ki, biz gərək bəzi müsəlman ərazilərində
(Kazan, Krım və Bakı) İslam din xadimlərinin qurultaylarını keçirək və
qaldırdığım bütün məsələləri, xüsusən də “azad məscid”, “sovet hakimiyyətinin
İslam dövlətlərinə yönəlik siyasəti” kimi vacib problemləri oralarda müzakirə edək
(321, v.49-58).
Bel
əliklə, N.Nərimanov sovet dövlət sistemi şəraitində yaşamasına
baxmayaraq, İslam dini problemlərinin həllinə, din xadimlərinə,
dini ocaqlara,
müq
əddəs yerlərə, dini bayramlara və günlərə xüsusi hörmətlə yanaşmış,
islamiyy
əti kommunizmlə barışdırmağa səy göstərmiş, dini baxımdan müqəddəs
sayılan yerlərin qorunması üçün əlindən gələni etmişdir.
N.N
ərimanovun Azərbaycan dilinin dövlət dili statusu alması uğrunda
apardığı siyasət. N.Nərimanovun milli dövlətçilik baxışlarında Azərbaycan dilinə
qayğı başlıca yer tutmuşdur. Onun maarifçilik fəaliyyətində ana dili bir problem
kimi daim ön planda olmuşdur.
N.N
ərimanov hələ 1899-cu ildə Bakıda “Türk-Azərbaycan dilinin
müxtəsər
s
ərf-nəhfi” əsərini çap etdirmişdir. Sonralar N.Nərimanov yazırdı: “Mən bu sərf və
n
əhvi o vaxtlar yazmışam ki, “millətçilər” o vaxt hələ türk (Azərbaycan) dilinin
s
ərf və nəhfi olduğunu bilmirdilər” (361, aprel 1917, № 18).
1919-cu ild
ə Moskvada çalışarkən ona Əfqanıstanın sovet Rusiyasındakı
s
əfirini qəbul etmək tapşırılmışdır. N.Nərimanov onunla Rusiya hökumətinin
adından danışsa da, Azərbaycan dilində söhbət aparmışdır (307, t.2, s.231).
Hakimiyy
ətə gələndən sonra N.Nərimanovun ana dilinə sədaqəti qüvvədə
qalmışdır. Azərbaycan dili N.Nərimanovun fərmanı ilə dövlət dili statusu almışdır.
N.N
ərimanov bütün idarələrdə yazı işinin rus dili ilə yanaşı, Azərbaycan
dilində də
aparılması barədə sərəncam vermişdir. 1920-ci ilin avqustunda İnqilab Komitəsinin
xüsusi dekreti il
ə məktəblərdə “Ana dili”nin tədris olunması qərara alınmışdır.
Kadr çatışmazlığı ilə əlaqədar olaraq, bəzən məktəblərdə Azərbaycan dilini
bilm
əyənlər bu dilin tədrisi ilə məşğul olurdular (204, v.54; 232, v. 1). 1921-ci ilin
avqustunda İnqilab Komitəsinin qərarı ilə bütün dövlət idarələrində kargüzarlığın
Az
ərbaycan dilində aparılması haqqında qərar qəbul olunmuşdur. Azərbaycan
dilind
ə savadlı məmurlar hazırlamaq üçün xüsusi dərnəklər təşkil edilmişdir (211,