Həsənbala Sadıqov Erməni məsələsi



Yüklə 15,47 Mb.
Pdf görüntüsü
səhifə33/142
tarix16.08.2018
ölçüsü15,47 Mb.
#63396
1   ...   29   30   31   32   33   34   35   36   ...   142

Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımım və işğalını pərdələyən yalan
alırdılar.  Ortodoksların  Avropada  və  Osmanlı  dövlətində 
qoruyucuları  Rusiya  idi.  Buna  görə  hadisələrin  gedişində 
ortadokslar Rusiyaya müraciət etdikdə gözlənildiyi kimi, onlar 
da bu məsələ ilə məşğul olmağa başladılar.
Ortadoksların müraciətindən sonra Osmanlı hökumətinin 
Müqəddəs  yerlər  ilə  əlaqədar  qərarına  Rusiya  etirazını  bildir­
mişdi.  Lakin  Müqəddəs  yerlər  məsələsini  xarici  siyasətinin 
gündəliyinə  daxil etmiş  olan ölkə  təkcə  Rusiya deyildi.  Fransa 
da  Osmanlı dövlətində olan katolikləri müdafiə etdiyindən bu 
haqların  onlarda  qalmasını  tələb  edirdi.  Beləliklə,  Müqəddəs 
yerlər  məsələsi  Osmanlı  dövlətində  iki  xristian  qrupu  arasında  olan 
məsələdən çıxaraq beynəlxalq xarakterli bir məsələyə çevrildi.
Osmanlı  hökuməti  bu  mübahisəni  aradan  qaldırmaq 
üçün  bir  komissiya  təşkil  etdi.  Müqəddəs  yerlərin  tarixini, 
mövcud  vəziyyəti  tədqiq  edərkən,  bu  yerlərin  xristian  qrup­
lardan  birinə  verilməsinin  imkansız  olduğu  qərarına  gəlirlər. 
Bunu  gördükdə  münaqişəni  həll  etmək  üçün  Müqəddəs  yer­
lərin açarı və oramn təmizlənməsinin  cavabdehliyi müsəlman­
lara həvalə edilir. Beləliklə, vəziyyət bu şəkildə qərarlaşdırılır.
Belə  bir  vəziyyətdə  rus  çarı  xüsusi  tapşırıqla  admiral 
Menşikovu İstanbula göndərdi. 28 fevral 1853-cü ildə İstanbula 
gələn  Menşikov  Osmanlı  hökumətinə  bir  ultimatum  verdi. 
Ultimatumda  Müqəddəs  yerlər  məsələsi  ilə  əlaqədar  olaraq 
Osmanlı dövlətindən tələb edilirdi ki, vaxt itirmədən bu məsələ 
Rusiyamn  tələb  etdiyi  şəkildə  həll  edilməlidir.  Bundan  başqa 
ortodoks  kilsəsinin  imtiyazları haqqında  qərar  və  onun  dəyiş- 
məyəcəyi barədə Rusiyaya təminat verilməsi tələb edilirdi.
Rusiyanın „xəstə  adam"  adlandırdığı  Osmanlı  dövləti  ilə 
bu  şəkildə  danışması  heç  də  təsadüfi  deyildi.  Rusiya  artıq 
Avropa  dövlətləri  ilə  olan  müqavilələrində  və  müxtəlif 
məclislərdə  Osmanlı  dövlətinin  parçalanmasını  dəfələrlə 
gündəliyə  açıq  və  ya  gizli  şəkildə  daxil  etməyə  çalışmışdı. 
Bunları  Osmanlı  dövləti  də  bilirdi.  Rusiyamn  bu  fəaliyyəti 
haqqında  İngiltərənin  o  zaman  Peterburqdakı  səfiri  Hamilton
130
Seymoura  təklif  də  edilmişdi.  Bu  təkliflərə  aid  sənədlər 
sonralar ingilislər tərəfindən nəşr edilmişdi.
Osmanlı  dövləti  Rusiyanın  ortodoks  təəbələr  haqqında 
olan  ultimatumunun  tələblərini  qəbul  etmədi.  Osmanlı 
dövlətinin  bu  cavabından  sonra  iki  dövlət  arasında  müna­
sibətlər birdən-birə kəskinləşdi.  Bu, əslində Rusiya ilə Osmanlı 
dövləti  arasında  münasibətlərin  kəsilməsi  ilə  nəticələnəcəkdi. 
Lakin burada bir məsələni də qeyd etmək lazım gəlir. Bu yalnız 
Müqəddəs yerlərlə əlaqədar olmayıb, fərqli səbəbləri də var idi. 
21  may  1853-cü  il  tarixində  rus  çarının  xüsusi  səlahiyyətli 
nümayəndəsi  Rusiyamn  Osmanlı  dövlətində  olan  səfirliyinin 
işçilərini də götürərək iki ölkə arasında münasibətlərin kəsilmiş 
olduğunu bəyan edərək ölkədən ayrılmışdı.
Bundan  sonra  ortaya  çıxan  müharibə,  tarixi  ədəbiyyatda 
Krım  müharibəsi  adlamr.  Müharibənin  gedişinin  mövzu  ilə 
əlaqəsi  yoxdur.  Müharibəyə  son  vermək  məqsədi  ilə  1  fevral 
1856-cı  il  tarixində  Vyanada  bir  protokol  imzalandı.  Bu 
protokolun 4-cü maddəsi Osmanlı dövlətinin  tabeliyində olan xrisian- 
lara  müsəlmanlarla  hüquq  bərabərliyi  verilməsi  və  onların  təminatı 
məsələsi idi.  Bu məsələlər Paris konfransından sonra 18 fevral  1856-cı 
ildə verilmiş Hətti Humayunda İslahat fərmanında öz əksini tapmışdı.
Ermənilər daxilində mübarizələr
Müxtəlif  tarixlərdə  Osmanlı  dövlətində  yaşayan  erməni 
qrupları arasında ziddiyyətlər də olmuşdur.  Buna misal olaraq 
onların  hakimiyyət  uğrunda,  din  və  məzhəb  mübarizələrini 
göstərmək  olar.  Hər  yerdə  olduğu  kimi  bu  mübarizələr 
erməniləri  də  çətin  vəziyyətlərə  salmışdı.  Çox  halda  dini  və 
məzhəb mübarizələri ölkənin sərhədlərindən xaricdə meydana 
çıxmışdı.  Erməni  qrupları  tərəfdarlar  axtarmış,  sonunda 
müxtəlif  Avropa  dövlətlərinin  dəstəyini  tapa  bilmişdilər. 
Məsələnin  Avropa  dövlətləri  ilə  Osmanlı  dövləti  arasındakı 
münasibətlərə təsir etdiyi vaxtlar da olmuşdu.
Həsənbala Sadıqov
131


Erməni məsələsi: xəyanəti, deportasiuanı, soyqırımını və işğalını pərdələyən yalan
Ermənilər  mövcud  iqtidara  qarşı  uzun müddət  gizli  olsa 
da  sonralar  açıq  mübarizəyə  keçmişdilər.  Bu  yöndə  Avropa 
dövlətlərinin  də  diqqətini  cəlb  etmişdilər.  Onların  dəstəyi  ilə 
dövlətdən  müxtəlif  imtiyazlar  ala  bilmişdilər.  Bu  imtiyazlara 
əsaslanaraq  Osmanlı  dövlətində  olan  vəziyyətlərini  daha  da 
yaxşılaşdırmışdılar.  Onların  mübarizəsinin  ikinci  istiqaməti 
erməni xalqından olan şəxslərə və zümrələrə qarşı çevrilmişdi.
Osmanlı  dövləti  tabeliyində  olan  erməniləri  təsnif  etmək 
lazım  gələrsə  onların  etnik  bir  azlıq  olduqlarını  söyləməliyik. 
Lakin  bu  azlığın  daxilində  də  fərqli  qruplar  var  idi.  Osmanlı 
dövləti  sərhədləri  içərisində  yaşayan  ermənilər  arasında  məz­
həb  ayrılığı vardı.  Müxtəlif qrupların  ticarət  rəqabəti  də  mey­
dana  əsaslı fərq  gətirirdi.  Son zamanlarda ermənilər içərisində 
siyasi hadisələrin  inkişafı onlar arasında fərqli siyasi qrupların 
da  meydana  gəlməsinə  səbəb  olmuşdu.  Bunlar  həqiqətdə 
səsləndiyi  kimi  xəyali  fərqlər deyildi.  Ermənilər  arasında  olan 
münaqişələri  təhlil  etdikdə  bu  fərqlərdə  hər  birinin  öz  payı 
olduğu ortaya çıxır.
1823-cü  ildə  İran  şahı  ermənilərin  Rusiya  ilə  əlbir 
olduqları  haqqında  Osmanlı  sultamna  məlumat  vermişdi. 
Osmanlı  sultanı  bu  məlumatdan  sonra Qriqoryan ermənilərin 
patriarxını çağınb həmin məsələ haqqında onunla damşmış və 
sonda  da Rusiya  ilə  müharibə  başlandığı  təqdirdə  camaatının 
mövqeyi  ilə  maraqlanmışdı.  Bundan  başqa  Osmanlı  sultanı 
Qriqoriyan  ermənilərinin  patriarxından  camaatının  sədaqətinə 
zamin  olmasım  istəmişdi.  Qriqoriyan  ermənilərinin  patriarxı 
„Qriqoriyanlara  zamin  oluram,  digərlərinə  olmuram"  cavabını 
vermişdi.
Osmanlı  sultanı  ilə  söhbətlərinin  davamında  Qriqoriyan 
ermənilərin  patriarxı  sultana  bir  çox  şəhərlərdən  istanbula 
gələn  „digər  məzhəbdən  olan  ermənilərin  əsas  yaşayış 
yerlərinə  qaytarılmasının  lazım  olduğunu  məsləhət  bilmişdi. 
Bu  məsləhətlərdən  sonra  Qriqoriyan  ermənilərin  patriarxı 
digər  məzhəbdən  olan  ermənilərin  İstanbuldan  əsas  yaşayış
132
Həsənbala Sadıqov
yerlərinə qaytarılmaları haqqında fərman almışdı250.
Fərman  tətbiq  edilərkən  patriarx,  Qriqoriyan  keşiş  və 
məmurlar  qeyri-məzhəbdən  olan  ermənilərin  əsas  yaşayış 
yerlərinə  köçürülmələri  zamanı  çox  qəddarlıqlar göstərmişlər. 
Bu  adamlann  geyri-Qriqoriyan  ermənilərinə  tətbiq  etdikləri 
zülm  ətrafda  olanların  etirazına  səbəb  olmuşdu.  İstər 
İstanbulda,  istərsə  də  vilayətlərdə  türk  xalqı  və  məmurlar 
qeyri-Qriqoriyan ermənilərinə kömək edirdilər.  Hətta o zaman 
İspaniyanın  Osmanlı  dövlətində  olan  böyük  elçisi  M.  Maren- 
qonun  məlumatında  bu  hadisələrə  aid  kifayət  qədər  faktlar 
vardır.  Qriqoriyan  patriarx  bu  etmiş  olduğu  müsibətlərlə  kifayət­
lənməmiş,  erməniləri  müdafiə  edən  bir  çox  vəzifəliləri,  hətta  valiləri 
vəzifələrindən aldırmışdı.252
Lakin bu  hadisələri gizlətmək mümkün olmadı.  Osmanlı 
sultanı  vəziyyəti  bildikdən  sonra  cavabdehləri  axtarmağa 
başlayınca,  patriarx  bu  dəfə  ilk  işlərində  ona  köməklik göstərənlər 
haqqında məlumat verərək cəzalandırılmalarına nail olmuşdu.
Sultan Mahmud bu hadisədən sonra Axalkələkdə katolik 
erməniləri,  sürgün  edilmiş  insanları  böyük  itkilər  vermələrinə 
baxmayaraq  ruslara  qarşı  qəhrəmancasına  müdafiə  olunduq­
larına  görə,  Qriqoriyan  olmadıqlarına  görə  bağışlamışdı.  6 
yanvar  1830-cu  il  tarixində  erməni  katolik  camaatına  müstəqil 
camaat  haqqı  vermişdi.  Bu  hadisədən  bir  müddət  əvvəl  də 
qriqoriyan-katolik qarşıdurması əsasında cinayət baş vermişdi. 
Artin  Beciyan  deyilən  birisi  yəhudilərlə  sövdələşmə  qurmuş, 
bunun  nəticəsində  Osmanlı  dövlətində  nüfuzlu  erməni 
ailələrindən olan Düzlərin adamlanmn öldürülməsi ilə məşğul 
olmuşdular.  Bu  cinayətlər  bir  tərəfdən  Düz  ailəsi  üzvlərinin 
yüksək  vəzifələrinə  keçmək  məqsədi  daşıyırdısa,  digər 
tərəfdən Qriqoriyan-katolik mücadiləsinin bir nəticəsi idi.
Qriqoriyanlann  katoliklərə  qarşı  bu  münasibəti  onların 
icma  üzvlərinin  münasibətlərinə  təsir  göstərirdi.  Onların
M.Sadi Koçaş, Tarihte ermenıler ve türk-ermem  ilişkileri,  s.  140 
M Sadi  Koçaş.  Tarihte  ermeniler ve türk-ermeni ilişkileri, s,  140
133


Yüklə 15,47 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə