42
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
www.aliyevheritage.org
onları respublikamıza sərmayə qoymağa dəvət etdim. Mən onlarda Azərbaycana
olan çox böyük marağı hiss etdim. Bu, onu göstərir ki, Azərbaycan ilə Norveç ara-
sındakı əlaqələrin geniş imkanları və böyük perspektivləri var.
Ümumiyyətlə, bu ölkə mənim çox xoşuma gəldi. Ərazisi böyük, amma əhalisi az
olan bir ölkədir. Eyni zamanda Avropada yerləşən, keçmişdə çox kasıb, bu gün isə
çox zəngin olan bir ölkədir. Yəni qısa müddətdə kasıblıqdan zənginliyə keçmək, de-
mokratiyanı inkişaf etdirmək, yüksək texnologiyanı mənimsəmək və ondan istifadə
etmək çox maraqlıdır. Təsəvvür edin, burada 800-ə qədər su elektrik stansiyası var.
Ölkədə istifadə edilən elektrik enerjisi bu stansiyalarda istehsal olunur. Şübhəsiz ki,
bizdə bu qədər çaylar və bu qədər su elektrik stansiyası tikmək imkanı yoxdur. Biz
Kür üzərində “Yenikənd” Su Elektrik Stansiyasını tikmək istəyirik. Bunun üçün
Avropa Yenidənqurma və Inkişaf Bankından kredit almışıq. Norveçin şirkətləri
platformanın tikilməsində bizə çox kömək edə bilərlər. Onlar hələ bir əməkdaşlığa
maraq göstərirlər. Yəni demək istəyirəm ki, biz onlarla həm iqtisadi, həm ümum-
xalqlar, millətlər, dövlətlər arasında əməkdaşlıq edə bilərik və bu, bizim üçün çox
əhəmiyyətli olar.
Bütün bu səfərimin, görüşlərimin müsbət nəticələrindən biri ondan ibarətdir ki,
Avropanın inkişaf etmiş bu dövlətlərində - həm Lüksemburqda, həm Belçikada,
həm də Norveçdə Azərbaycanın demokratiya sahəsində əldə etdiyi nailiyyətləri
qiymətləndirirlər. Bütün çıxışlarda, məsələn, xanım Brundtlandın, yaxud Jak San-
terin çıxışlarında və başqa çıxışlarda Azərbaycana olan münasibət, respublikamızda
demokratik dövlətin qurulması və demokratiyanın inkişaf etdirilməsi qeyd olundu.
Nailiyyətlərimiz, iqtisadiyyat sahəsindəki potensial imkanlarımız onları cəlb edir
və onlar bu sahədə əldə etdiyimiz nailiyyətləri yüksək qiymətləndirirlər. Bu da həm
Avropa Birliyi ilə, həm də Avropanın demokratik dövlətləri ilə Azərbaycan arasında
münasibətlərin inkişaf etdirilməsi üçün çox yaxşı əsasdır.
Ümumiyyətlə, mən bu səfərimdən və görüşlərimdən çox məmnunam. Hesab
edirəm ki, Azərbaycanın dünya miqyasında, xüsusən Avropa qitəsində mövqelərinin
möhkəmləndirilməsi, respublikamızın geniş miqyasda tanınması üçün lazımi qədər
iş görülübdür və bunlar da hamısı dövlət müstəqilliyimizin möhkəmlənməsinə
kömək edə bilər. Sağ olun.
43
wap.aliyevheritage.org
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin
Avropa Birliyi İqtisadi Komissiyasının sədri
Jak Santer ilə görüşdə söhbətindən
Strasburq, Avropa sarayı, 10 oktyabr 1997-ci il
Hörmətli cənab Santer! Məni səmimi salamladığınıza və ünvanıma söylədiyiniz
xoş sözlərə görə təşəkkür edirəm. Brüsseldə Sizinlə görüşümüzü xatırladaraq apar-
dığımız danışıqlardan razı qaldığımı bildirirəm. Biz Avropa strukturlarına daxil ol-
mağımıza çox şadıq, Avropa Şurasının bugünkü zirvə görüşündə biz qonaq kimi
iştirak edirik, ancaq ümidvarıq ki, yaxın gələcəkdə bu təşkilatın bərabərhüquqlu
üzvü olacağıq. Bildirirəm ki, şəxsən mən Avropa strukturları ilə Azərbaycan arasın-
da əlaqələrin indiki səviyyəsindən prinsip etibarilə razıyam.
Respublikamız Avropa Birliyinin komissiyası ilə əlaqələri daha da genişləndirmək
istəyir. TRASEKA proqramı uğurla həyata keçirilir. Transqafqaz nəqliyyat dəhlizi
qısa müddət ərzində Azərbaycanı, bütünlükdə Qafqazı, Avropanı birləşdirmişdir.
Xatırladıram ki, Azərbaycan, Gürcüstan, Türkmənistan və Özbəkistan həmin
dəhlizin yaradılması haqqında saziş imzalamışlar.
Xəzər dənizinin Azərbaycan sektorundakı yataqlardan çıxarılacaq neftin
nəqli məsələsinə toxunarkən bunları demək olar: biz xarici neft şirkətləri ilə ilk
müqaviləni 1994-cü ilin sentyabrında imzalamışdıq. Ilkin neftin ixracı üçün iki boru
kəmərinin marşrutları müəyyən edilmişdir. Hazırda neft boru kəmərinin marşrutu
müzakirə olunur. Azərbaycanın imzaladığı neft müqavilələrində Avropa ölkələrinin
iri şirkətləri də iştirak edirlər. Ona görə də istəyirik ki, əsas kəmər nefti Avropaya
nəql etməyə imkan versin.
Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlardan danışarkən vurğulamaq olar
ki, MDB-yə daxil olan digər ölkələrə nisbətən Azərbaycanda islahatlara müəyyən
səbəblərə görə gec başlanmasına baxmayaraq, mühüm nəticələr əldə edilmişdir. Iq-
tisadiyyatda dirçəliş başlanmış, inflyasiyanın səviyyəsi sıfır həddinə endirilmişdir.
Özəlləşdirmə proqramı həyata keçirilir və bu prosesdə xarici ölkələrin hüquqi və
fiziki şəxsləri də iştirak edə bilər. Torpaq islahatı haqqında radikal qanun qəbul edil-
mişdir. Azərbaycan dünya iqtisadiyyatına qovuşmaq xətti götürmüşdür. Xarici in-
vestisiyaları ölkəmizə cəlb etmək üçün əlverişli hüquqi-normativ baza yaradılmış-
dır. Biz Avropa Birliyi ilə əlaqələrin daha da genişləndirilməsinə xüsusi əhəmiyyət
veririk.
Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması ilə bağlı məsələlər
barədə danışarkən bunları demək olar ki, ATƏT-in Lissabon Zirvə görüşündə
bu problemin sülh yolu ilə həllinə dair qəbul olunmuş prinsiplər, Minsk qrupu
həmsədrlərinin təklifləri münaqişənin sülh yolu ilə həll olunacağına ümidləri artır-
44
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
www.aliyevheritage.org
mışdır. Azərbaycan tərəfi hərbi əməliyyatların yenidən başlanmaması, münaqişəyə
Lissabon prinsipləri əsasında sülh yolu ilə son qoyulması üçün əlindən gələni
edəcəkdir. Biz istəyirik ki, Avropanın bu hissəsində də sülh və əmin-amanlıq olsun.
Bizim Xəzər dənizinin statusu ilə bağlı mövqeyimizə gəlincə onu deyə bilərəm
ki, biz sektor bölgüsünü düzgün hesab edirik. Bir daha xatırladıram ki, Xəzər
dənizindəki neft yataqları vaxtilə məhz Azərbaycan alimləri və mütəxəssisləri
tərəfindən kəşf olunmuşdur və dənizdən ilk nefti də yarım əsr əvvəl biz çıxarmışıq.
Bildirirəm ki, Xəzərin statusu ilə bağlı fikir ayrılıqlarını biz danışıqlar yolu ilə həll
etməyin tərəfdarıyıq.
Jak Santer: Hörmətli cənab Prezident, ətraflı məlumat üçün Sizə təşəkkür
edirəm. Əmin ola bilərsiniz ki, biz Azərbaycanla həmişə maraqlıyıq. Sizin ölkənizə
Avropada maraq çox yüksəkdir. Biz əməkdaşlığımızı davam etdirəcəyik.
Heydər Əliyev: Cənab Santer, ölkəmiz haqqında söylədiyiniz xoş sözlərə görə
sizə təşəkkürümü bildirirəm və Sizi Azərbaycana səfərə dəvət edirəm.