33
wap.aliyevheritage.org
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
Sual: Bu gün imzalanmış saziş Avropa ilə əməkdaşlığı və inteqrasiyanı nəzərdə
tutur. Lakin mənə elə gəlir ki, indi Zaqafqaziyanın özündə inteqrasiya bundan heç
də az əhəmiyyətli deyildir. Siz Zaqafqaziyada inteqrasiyanın mümkünlüyünə ina-
nırsınızmı? Bu gün imzalanmış saziş ona necə kömək edə bilər.
Levon Ter-Petrosyan: Zənnimcə, bu suala əvvəlcə “Qafqaz evi” yaratmağın
təşəbbüsçüləri cavab verəcəklər, sonra mən onların fikrinə qoşularam.
Eduard Şevardnadze: Biz hesab edirik ki, bugünkü gün Gürcüstan üçün, Za-
qafqaziyanın bütün dövlətləri üçün tarixi bir gündür. Əvvəla, ona görə ki, biz Av-
ropa ilə inteqrasiyaya başlayırıq; ikincisi, Avropa özü Qafqazın həm Avropa, həm
də bütün dünya üçün əhəmiyyətini dərk etməyə başlayır. Avropa Birliyi müasir
dünyada dövlətlər arasında inteqrasiya proseslərinin həyata keçirilməsinə ən yaxşı
nümunədir. Bu, on illərlə toplanmış təcrübədir. Ona görə də Avropa Birliyi ilə saziş
imzalayarkən, şübhəsiz ki, biz nəzərdə tuturuq ki, Zaqafqaziya regionu daxilində,
bu əsasda da Avropa ilə inteqrasiya mümkündür. Yeri gəlmişkən, onu da əlavə
etmək istəyirəm ki, Avropa Birliyi ilə imzaladığımız saziş MDB çərçivəsində və
Qara dəniz iqtisadi regionu ölkələrinin əməkdaşlığı çərçivəsində üzərimizə götür-
düyümüz öhdəliklərə əsla zidd deyildir.
Heydər Əliyev: Söz yoxdur ki, bugünkü hadisə tarixi əhəmiyyətə malikdir. Avro-
pa ilə inteqrasiya bütün Zaqafqaziya respublikaları üçün bütövlükdə dünya iqtisadi
sistemi ilə inteqrasiyadan, demokratik proseslərin inkişafından, demokratik islahat-
ların həyata keçirilməsindən ötrü çox mühüm vasitədir. Artıq Avropa Birliyindən
aldığımız kömək, humanitar yardım, habelə müxtəlif bazar islahatlarının aparıl-
ması üçün göstərilən kömək ona dəlalət edir ki, inteqrasiya səmərəli və faydalı
olacaqdır. Təbiidir ki, bu inteqrasiya Zaqafqaziya bölgəsində də inteqrasiya həyata
keçirilməsini nəzərdə tutur.
Zaqafqaziya respublikaları arasında inteqrasiyanın mümkünlüyü barədə konkret
suala cavab vermək istəyirəm. Əlbəttə, Zaqafqaziya respublikaları arasında inteq-
rasiya mümkündür. Məsələn, Azərbaycanla Gürcüstan arasında çox sıx inteqrasiya
mövcuddur. Bu yaxınlarda biz Tbilisidə bir sıra sənədlər imzaladıq. Cənab prezi-
dent Şevardnadze və mən, Gürcüstanın və Azərbaycanın digər nümayəndələri in-
teqrasiyaya dair böyük bir proqram nəzərdə tutmuşuq. Şübhəsiz ki, Azərbaycan ilə
Ermənistan arasında da çox sıx inteqrasiya mümkündür. Bununla əlaqədar dünən
axşamdan xeyli keçmiş biz cənab prezident Ter-Petrosyan ilə görüşdükdə dedik ki,
biz münaqişənin aradan qaldırılmasına, sülh yaranmasına, sülh sazişi bağlanmasına
nail olmalıyıq. Mənim heç bir şübhəm yoxdur ki, bunun ardınca iqtisadi əlaqələr
yüksək sürətlə inkişaf edəcəkdir. Mən buna inanıram.
Levon Ter-Petrsoyan: Mən də əlavə etmək istəyirəm ki, Zaqafqaziya dövlətləri-
nin sıx əməkdaşlığına inanıram. Bir tarixçi kimi deməliyəm ki, bu, labüddür. Za-
qafqaziya üç xalqın tarixən təşəkkül tapmış regionudur, bu xalqların taleləri əsrlər
34
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
www.aliyevheritage.org
ərzində qaynayıb qarışıbdır. Indi regionda birliyin olmaması bizim bəlamızdır.
Amma Allaha şükür ki, məsələ, məncə kiçik bir işdən asılıdır. Heydər Əliyeviç dedi
ki, Azərbaycan ilə Gürcüstan arasında gözəl münasibətlər var. Mən bunu Gürcüstan
ilə Ermənistan arasında münasibətlər barəsində də deyə bilərəm. Kiçik bir məsələ
- Azərbaycan ilə Ermənistan arasında münasibətləri tənzimləmək məsələsi qalır.
Bundan ötrü isə yalnız Qarabağ problemini həll etmək lazımdır. Burada hələlik
yeganə bir maneə var. Hətta Abxaziya münaqişəsi - Gürcüstan üçün ağır problem
olan bu münaqişə, şükürlər olsun, Zaqafqaziya dövlətləri arasında münasibətlərə
xələl gətirmir. Biz Qarabağ probleminin həll olunacağı xoşbəxt günə gəlib çıxdıq-
da hesab edə bilərsiniz ki, həmin gündən bu inteqrasiya da olacaqdır. Çünki on-
suz biz mövcud ola bilmərik. Bu yaxınlarda mən Ermənistanda öz çıxışlarımdan
birində dedim ki, istər Azərbaycan, istərsə də Ermənistan özü üçün ən təbii iqti-
sadi tərəfdaşdan əslində məhrum olmuşdur. Bir iqtisadi tərəfdaş kimi Ermənistan
Azərbaycanı itirmişdir, Azərbaycan isə Ermənistanı itirmişdir. Onlar ən təbii iqtisa-
di tərəfdaşdırlar. Bu tərəfdaşlığın zəruriliyi bütün tarix ərzində sübuta yetirilmişdir.
Bu tərəfdaşlığın bərpasından sonra hər iki dövlətimiz iqtisadi yüksəliş üçün böyük
ehtiyat mənbəyi əldə edəcəkdir. Bir sözlə, mən buna nəinki inanıram, həm də hesab
edirəm ki, biz bu məqsəd uğrunda mübarizə aparmalıyıq.
Heydər Əliyev: Əlavə edim ki, Dağlıq Qarabağ məsələsinin həlli üçün hərbi
münaqişəyə son qoymaq, Azərbaycanın işğal olunmuş torpaqlarından silahlı
qüvvələri çıxarmaq, bir milyon qaçqını öz yaşayış yerlərinə qaytarmaq lazımdır.
Qarabağ məsələsinin həllinin açarı məhz bundan ibarətdir. Mən bir daha bəyan
edirəm ki, Azərbaycan Dağlıq Qarabağa Azərbaycan Respublikası çərçivəsində,
Azərbaycanın ərazi bütövlüyü şərti ilə ən yüksək status verməyə hazırdır.
Sual: Cənab prezidentlər, çeçen münaqişəsinə münasibətiniz necədir? Sizin
fikrinizcə, bu münaqişəni necə aradan qaldırmaq olar?
Eduard Şevardnadze: Zənnnimcə, cavab sadədir. Çeçenistan Rusiya dövlətinin
tərkib hissəsidir. Biz hamımız həm öz ölkələrimizin, həm də Rusiyanın ərazi
bütövlüyünə tərəfdarıq. Bilavasitə münaqişəyə gəldikdə, biz, o cümlədən də mən
onun dinc vasitələrlə tezliklə aradan qaldırılmasına həmişə tərəfdar olmuşuq. Belə
düşünürəm ki, Rusiya prezidentinin axırıncı təşəbbüslərində münaqişənin məhz
dincliklə aradan qaldırılması nəzərdə tutulur.
Levon Ter-Petrosyan: Bu suala cavabım standartdır: Qarabağ problemini
indiyədək həll etməyə qadir olmadığımdan, bu suala cavab verməyi özüm üçün
mənəviyyatsızlıq və ya etikaya zidd sayıram. Biz bu problemi həll etdikdən sonra
çeçen probleminin həlli barədə məsləhətlər verə bilərəm.
Heydər Əliyev: Biz həmişə separatizmin əleyhinə çıxmışıq və çıxırıq, hər hansı
bir dövlətin ərazi bütövlüyünə, sərhədlərinin pozulmazlığına, indiki halda Rusi-
yanın ərazi bütövlüyünə və suverenliyinə tərəfdarıq. Çeçenistanda nə baş verirsə,