28
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
www.aliyevheritage.org
Biz Rusiya ilə fəal əməkdaşlıq edirik. Biz MDB-yə daxilik, onun tərkibində də
əməkdaşlığımız uğurla gedir. Xəzərdəki neft yataqlarının birgə işlənməsində də
Rusiya Federasiyası ilə çox fəal əməkdaşlıq edirik, Rusiyanın “LUKoyl” şirkəti
beynəlxalq konsorsiumda böyük yer tutur. Bu ilin yanvarında Moskvada mən və
Rusiyanın Baş naziri cənab Çernomırdin Azərbaycandan ilkin neftin Rusiyanın No-
vorossiysk limanına və oradan Qara dəniz vasitəsilə ixracına dair böyük saziş im-
zalamışıq. Əməkdaşlığa dair çoxlu başqa layihələrimiz də var, bunlar irimiqyaslı,
dövlətlərarası xarakter daşıyır. Rəhim Qazıyevin, yaxud Mütəllibovun şəxsiyyəti
bununla müqayisədə əhəmiyyətsiz şeydir.
29
wap.aliyevheritage.org
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin
Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında
tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişin
imzalanması mərasimində çıxışı
Lüksemburq, 22 aprel 1996-cı il
Hörmətli xanımlar və cənablar!
Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında tərəfdaşlıq və əməkdaşlıq
haqqında bu gün imzalanan saziş gənc müstəqil Azərbaycan dövləti üçün çox bö-
yük əhəmiyyəti olan tarixi bir hadisədir.
Saziş hərtərəfli əməkdaşlığı genişləndirmək və dərinləşdirmək, beynəlxalq sül-
hü və təhlükəsizliyi, inteqrasiya prinsiplərini möhkəmləndirmək, insan hüquqlarını
qorumaq, bütün Avropa qitəsində tərəqqiyə və səmərəli əməkdaşlığa nail olmaq
üçün geniş üfüqlər açır.
Azərbaycan Avropa ölkələri arasında inteqrasiya proseslərinin gələcəyinə bö-
yük ümidlər bəsləyir və bərabərhüquqlu tərəfdaş kimi bu proseslərdə fəal iştirak
edəcəkdir.
Dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikası demokra-
tik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə əzmlə irəliləyir. Qısa bir zaman
ərzində bu sahədə xeyli nailiyyətlər əldə edilmişdir. Respublikada otuzdan artıq
siyasi partiya fəaliyyət göstərir, siyasi plüralizm, söz azadlığı, mətbuat və vicdan
azadlığı bərqərar olmuşdur. Referendum yolu ilə müstəqil Azərbaycanın ilk demok-
ratik Konstitusiyası qəbul edilmiş, respublikanın parlamentinə çoxpartiyalı əsasda
ilk demokratik seçkilər keçirilmişdir.
Biz azad sahibkarlığa və bazar iqtisadiyyatına əsaslanan geniş miqyaslı iqtisa-
di islahatlar aparırıq. Mülkiyyətin özəlləşdirilməsinə dair dövlət proqramı qəbul
edilib və həyata keçirilir. Özəl sektorun yaradılması və xarici investisiyaların cəlb
edilməsi üçün hər cür şərait təmin olunur.
Dünyanın aparıcı şirkətləri ilə imzalanmış sazişlər Azərbaycanın dünya iqtisadi
sisteminə inteqrasiyasında mühüm rol oynayır. Xəzər dənizinin Azərbaycan sekto-
rundakı enerji ehtiyatlarının birgə istismarına dair xarici şirkətlərlə bağlanmış neft
müqavilələri buna əyani sübutdur.
Iqtisadi islahatları həyata keçirmək üçün biz beynəlxalq maliyyə təsisatları və
beynəlxalq təşkilatlar ilə sıx əməkdaşlıq edirik. Avropa Birliyi ilə əməkdaşlığa isə
xüsusi əhəmiyyət veririk.
Avropa Birliyinin topladığı təcrübə və bu birliyə daxil olan dövlətlərin demokra-
tiyanı inkişaf etdirməkdə, səmərəli iqtisadiyyat yaratmaqda, öz xalqlarının firavan-
lığını təmin etməkdə qazandıqları müvəffəqiyyətlər gənc müstəqil dövlətlər üçün
30
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
www.aliyevheritage.org
gözəl nümunədir.
Beynəlxalq sülhü və təhlükəsizliyi qoruyub saxlamaq və möhkəmləndirmək
sahəsində də Avropa Birliyinin böyük nailiyyətləri var. Bir çox kəskin beynəlxalq
problemlər barəsində Avropa Birliyinin tutduğu prinsipial mövqelər istər Avropada,
istərsə də onun hüdudlarından kənarda münaqişələrin ədalətlə aradan qaldırılma-
sına dəfələrlə kömək etmişdir. Biz ümid edirik ki, Cənubi Qafqazda mövcud olan
problemlərin həllində də Avropa Birliyi daha fəal iştirak edəcək və bu da regionu-
muzda sülhün və sabitliyin tezliklə bərpa olunmasına öz təsirini göstərəcəkdir.
Azərbaycana qarşı törədilmiş təcavüz nəticəsində ərazimizin iyirmi faizi işğal
edilmiş, minlərlə kəndlər, şəhərlər, sosial, xalq təsərrüfatı obyektləri, mədəniyyət
abidələri dağıdılmış, yerlə yeksan edilmişdir. Işğal olunmuş ərazilərdən bir milyon-
dan çox Azərbaycan vətəndaşı öz doğma yurdlarından didərgin düşmüş və qaçqın
vəziyyətində yaşayır.
Böyük itkilərə, xalqımıza dəyən maddi və mənəvi zərbələrə baxmayaraq, biz
Ermənistanla münaqişəni sülh yolu ilə, ATƏT-in Minsk qrupu çərçivəsində danışıq-
lar yolu ilə həll etməyin tərəfdarıyıq. Sülhə nail olmaq üçün dövlətlərin suverenliyi-
ni, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanımaq, beynəlxalq hüquq
normalarına əməl etmək lazımdır.
Bu mötəbər məclisdə mən bir daha bəyan edirəm ki, biz bu prinsiplərə bundan
sonra da sadiq olacağıq, Ermənistan ilə Azərbaycan arasında sülhün əldə olunma-
sına çalışacağıq.
Bunun üçün işğal olunmuş bütün Azərbaycan ərazilərindən Ermənistan silahlı
qüvvələri çıxmalıdır.
Yerlərindən-yurdlarından didərgin düşmüş qaçqınlar doğma yurdlarına qayıtma-
lıdırlar.
Azərbaycan Respublikası Dağlıq Qarabağa Azərbaycan dövlətinin tərkibində
müasir dünya təcrübəsində mövcud olan ən yüksək muxtariyyət statusu verməyə
hazırdır. Iki dövlət arasında sülhün əldə olunması regionda sabitliyi və iqtisadi
çiçəklənməni təmin edəcəkdir.
Fürsətdən istifadə edib, Azərbaycana göstərilən humanitar yardım üçün Avropa
Birliyinə öz təşəkkürümü bildirirəm. Humanitar yardım hərbi təcavüz nəticəsində
ziyan çəkmiş yüz minlərlə adamın vəziyyətini yüngülləşdirmişdir. Ümidvaram ki,
Avropa Birliyi gənc dövlətimizin ehtiyaclarının və problemlərinin həll olunmasın-
da bundan sonra da öz xeyirxahlığını əsirgəməyəcəkdir.
Azərbaycan ilə Avropa Birliyinin münasibətlərində yeni səhifə açarkən bir daha
bəyan edirəm ki, sülh və sabitlik naminə, Avropa qitəsinin bütün xalqlarının rifahı
naminə əlimizdən gələni edəcəyik.
Diqqətinizə görə təşəkkür edirəm.