20
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
www.aliyevheritage.org
vəzifəsindən azad etdim. Çünki bir tərəfdən işlər pis gedirdi, həmin şirkətdə olan
imkanlardan lazımınca istifadə olunmurdu, digər tərəfdən də o, vəzifəsindən
istifadə edərək cinayət edirdi və bu cinayətə görə də məsuliyyət daşımalıdır. Başqa-
ları da bundan ibrət götürməlidirlər. Axı bəzi insanlar bu cinayət yolu ilə nə qədər
yaşayacaqlar, vəzifələrindən nə qədər sui-istifadə edəcəklər. Bax, bütün bunların
nəticəsində respublika iqtisadiyyatında gərgin vəziyyət yaranmışdır. Doğrudur, yol-
lar bağlıdır, iqtisadi əlaqələr qırılıb, başqa obyektiv səbəblər də var. Amma eyni
zamanda respublikamızda mövcud potensialdan səmərəli istifadə olunmur. Ona
görə də nazirlər, şirkət, müəssisə rəhbərləri özləri üçün nəticə çıxarmalı, sənaye
müəssisələri işləməlidir.
Əgər mövcud imkanlardan səmərəli istifadə olunsa, istehsalın səviyyəsi yuxa-
rı qalxar, bu da büdcənin sağlamlaşdırılmasına şərait yaradar. Yenə də deyirəm,
büdcənin sağlamlaşdırılması məsələsinin təkcə kreditlər vasitəsilə həll etmək ol-
maz. Biz gərək respublikamızdakı potensialı hərəkətə gətirək. Güman edirəm ki,
biz bunu edəcəyik.
Sual: Cənab prezident, soydaşlarımızla görüşdə deyildiyi kimi, Azərbaycan pre-
zidenti hər gün təxminən 19-20 saat işləyir, onun ətrafındakılar isə yox. Bu yaxın-
larda keçirdiyiniz müşavirədə də siz bu məsələyə toxundunuz və dediniz ki, belə
davam edə bilməz. Biz çox vaxt demokratiya ilə anarxiyanı qarışıq salırıq. Buna yol
verməmək üçün Heydər Əliyevin dəmir əlinin qalxmasına ciddi ehtiyac olduğunu
söyləyirlər. Bu belədirmi?
Cavab: Bilirsiniz, həqiqət bundadır ki, demokratiyanı heç anlamayan adamlar
“demokratiya” deyə-deyə respublikada anarxiya yaradıblar. Demokratiya bərqərar
olmalıdır, iqtisadiyyat inkişaf etməlidir. Söhbət sağlam, həqiqi demokratiyadan ge-
dir. Bizim cəmiyyətdə demokratiya pərdəsi altında çirkin işlər görənlərə yer olma-
malıdır. Biz bu istiqamətdə iş aparmalıyıq. “Demokratiya” deyib qışqıra-qışqıra
cinayət edənlərə, dövlətimizin əleyhinə gedənlərə cəmiyyətdə yer verilməməlidir.
Bundan sonra belə hal olmayacaq, onlar öz cəzalarını alacaqlar. Bu son hadisələr
göstərdi ki, heç bir şey cəzasız qalmır və qalmayacaqdır.
Ancaq eyni zamanda vəzifəli şəxslərin çoxu son illər məsuliyyətsizliyə
öyrənibdir. Bəziləri məsuliyyətsizlik, vəzifəsindən sui-istifadə və cinayət edərək
vəzifəsində qaldığına görə elə hesab edirlər ki, belə yaşamaq olar. Onlar bizim
cəmiyyətə nə qədər zərər vururlar. Bir tərəfdə kasıb kütlə, o biri tərəfdə qeyri-qanu-
ni, cinayət yolu ilə zənginləşmiş ayrı-ayrı vəzifəli şəxslər - bu ədalətsizlikdir. Mən
bu ədalətsizliyə dözə bilmirəm və xalq da dözə bilmir, dözməyəcəkdir. Mən də
dözməyəcəyəm, xəbərdarlıq da etmişəm.
Güman edirəm, bu söhbətimiz televiziya vasitəsilə hamıya çatacaq, ona görə də
bir daha deyirəm ki, mən bütün bunlara dözməyəcəyəm. Kim xalqına sədaqətlə, na-
musla, saf ürəklə, mənəviyyatla xidmət edəcəksə, onlar bizimlə bərabər işləyəcəklər.
21
wap.aliyevheritage.org
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
Cinayətkar yolla, vəzifəsindən sui-istifadə edərək rüşvət alanlar, cürbəcür pis
əməllər törədərək varlananlar elə hesab edirlərsə ki, bu varla yaşayacaqlar, - səhv
edirlər. Yaşamayacaqlar! Bizim cəmiyyət onları kənara atacaq, sağlamlaşacaq,
mənəviyyat yüksələcək və orada belə adamlara yer olmayacaqdır. Nə qədər gec
deyil, qoy o adamlar düzgün yol tutsunlar.
Sual: Cənab prezident, sizə və sizin siyasətinizə qarşı ən qatı müxalifətdə duran-
lar da beynəlxalq aləmdəki müvəffəqiyyətlərinizi inkar etmək imkanında deyillər,
lakin daxili siyasətinizi tənqid edirlər. Bu məsələyə münasibətiniz necədir?
Cavab: Bilirsiniz, onlar nədən danışdıqlarını heç bilmirlər. Əslində isə danış-
mağa söz tapmırlar. Görəsən onlar anlayırlarmı ki, daxili siyasət nədir? Anlamırlar.
Məgər iqtisadi islahatlar haqqında qanunların qəbul edilməsi asan məsələdirmi?
Görəsən, bu iqtisadi islahatları aparmağa onlara kim imkan vermirdi? Axı indi ba-
ğıran o adamların əlində hakimiyyət var idi, bəs nə üçün onlar bu islahatları apar-
madılar? Aparmadılar, hakimiyyətdən gedəndən sonra isə istədiklərini danışırlar.
O, tərəfdən, bu tərəfdən olan bir-birinə zidd çıxan adamlar indi, necə deyərlər, eyni
havanı çalırlar, eyni səslə bağırırlar ki, o yoxdur, bu yoxdur.
Azərbaycanda iqtisadi islahatlar, demokratiya prosesi gedir və gedəcəkdir. Orda
-burda qışqırırlar ki, seçki nə vaxt olacaqdır. Fevral ayında parlamentin səlahiyyəti
qurtarır. Indidən qışqırmağın nə əhəmiyyəti var? Ora-bura getdilər ki, guya res-
publikada seçki keçirmək istəmirlər. Necə ola bilər ki, seçki aparılmasın? Seçki
keçiriləcəkdir. Indi seçki qanunu hazırlanır. Seçkinin vaxtı üç ay qabaq elan olu-
nacaqdır. Amma bu adamların ağzını yummaq üçün bir daha deyirəm ki, seçkilər
oktyabr ayında keçiriləcəkdir. Qərarı mən qəbul etmirəm. Ancaq yəqin ki, mənim
də fikrim müəyyən qədər nəzərə alınacaqdır.
Məlumdur ki, daxili həyatımız o qədər də asan deyil. Azərbaycanda il yarım
ərzində üç dəfə dövlət çevrilişi cəhdi olub. Hansı ölkədə belə şey ola bilər? 1993-cü
ilin iyununda biz Azərbaycanı böyük bir faciədən xilas etdik. O vaxt Azərbaycan
dağılmışdı, parçalanmışdı. Azərbaycanı belə faciəli hala salan adamlar nəticə çı-
xarmaq əvəzinə, üzərlərindən təhlükə götürülən kimi özlərini yenə də köhnə əhval-
ruhiyyə ilə aparmağa başladılar.
Yaxud, o vaxt vəzifə alan adamlar. Məgər bu vəzifə onlar üçün bəs deyilmi? Yox,
onlara daha böyük vəzifələr lazım imiş. Keçən ilin oktyabrında yeni bir çevriliş
hazırladılar. Çevriliş edənlərin bir hissəsini dağıtdıq, bir hissəsini bağışladıq ki, res-
publikamızda əmin-amanlıq olsun. Lakin əmin-amanlıq olmadı. Bütün o müxalifət
qüvvələri Xüsusi Təyinatlı Polis Dəstəsinin başına toplaşdılar. Doğrudur, XTPD-də
olanların da ağlı yox idi. Bir də deyirəm, bir-birinə zidd olan qüvvələr həmin bu
XTPD-dən hərəsi öz məqsədləri üçün istifadə etməyə çalışdılar. Dəstənin başında
duranlar da belə fikirləşdilər ki, XTPD dövləti devirə bilər. Gəlib qan tökdülər. Bu
çevrilişin də qarşısı alındı. Bayaq dediyim kimi, Azərbaycan il yarım içərisində üç