14
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
www.aliyevheritage.org
hazırlıq işləri çərçivəsində etnik münasibətlərin normallaşması üçün səyləri ar-
tırmağa çağırmışdır. Qətnamədə Ermənistandan silahlı qüvvələrini işğal etdiyi
Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və onun ətrafındakı rayonlardan dərhal
çıxarması tələb edilmiş, münaqişənin beynəlxalq prinsiplər və dövlətlərin ərazi bü-
tövlüyü çərçivəsində həllinin vacibliyi vurğulanmış və Dağlıq Qarabağın yekun
statusu müəyyənləşdirilənədək ona müvəqqəti status verilməsi qeyd olunmuşdur.
Bildirilmişdir ki, bu, bölgənin azərbaycanlı və erməni əhalisinin dinc yanaşı yaşa-
masına və əməkdaşlığına töhfə verəcəkdir.
Azərbaycan hazırda Avropa Ittifaqı ilə həm də “Şərq Tərəfdaşlığı” proqramı
çərçivəsində əməkdaşlıq edir. “Şərq Tərəfdaşlığı”nda məqsəd proqramı əhatə edən
dövlətləri Avropa Ittifaqına daha da yaxınlaşdırmaq, sabitlik, yaxşı idarəçilik və
iqtisadi inkişafı təşviq etməkdir. Bu təşəbbüs demokratiya, qanunun aliliyi, insan
hüquqlarına və əsas azadlıqlara hörmət, bazar iqtisadiyyatı və davamlı inkişaf kimi
ümumi dəyərlərə əsaslanır.
Bu ilin yanvarında Avropa Komissiyasının sədri Joze Manuel Borrozonun
Azərbaycana səfəri əməkdaşlığın inkişafında yeni üfüqlər açmışdır. Cənab Borro-
zo səfər dövründə Avropa Ittifaqının Prezident Ilham Əliyevin rəhbərliyi altında
Azərbaycanda həyata keçirilən islahatları dəstəklədiyini bəyan etdi.
Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin qeyd etdiyi kimi: “Bu
gün, nəhəng neft və qaz ehtiyatları, müasir infrastruktur, boru kəmərləri və önəmli
məkanda yerləşən Azərbaycan əlbəttə ki, regional enerji təhlükəsizliyi və Avropa-
nın enerji təhlükəsizliyində mühüm rolunu davam etdirir. Avropa Azərbaycanın
böyük tərəfdaşıdır.”
Hazırda Azərbaycan Avropa Ittifaqı ilə bir sıra sahələrdə faydalı əməkdaşlıq
edir. Avropa Ittifaqı Azərbaycanın ümumi xarici ticarətində təxminən 30 faizi təşkil
edərək, ölkəmizin əsas ticarət tərəfdaşıdır. Bu əlaqələrin genişləndirilməsində və
inkişaf etdirilməsində isə 15 il əvvəl imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi
möhkəm bünövrədir.
Buna görə də hesab edirəm ki, Heydər Əliyev Irsini Araşdırma Mərkəzinin
növbəti nəşri olan “Bakı-Brüssel (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)” kita-
bı bu münasibətlərlə maraqlananlar üçün dəyərli mənbə olacaqdır. Azərbaycan və
ingilis dillərində nəşr olunan kitaba mövzu ilə bağlı Azərbaycan xalqının ümum-
milli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti Ilham
Əliyevin çıxışları, məktubları və görüşlərinin mətni, rəsmi sənədlər, tarixi arayışlar
və məlumat-soraq materialları daxil edilmişdir.
Əli Hüseynli,
Azərbaycan Respublikası Milli Məclisinin hüquq siyasəti
və dövlət quruculuğu komitəsinin sədri
15
wap.aliyevheritage.org
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
Avropa Birliyi Komissiyasının sədri
zati-aliləri Jak Santer cənablarına
1 avqust 1994-cü il
Hörmətli cənab Jak Santer!
Avropa Birliyi Komissiyasının sədri seçilməyiniz münasibətilə Sizi ürəkdən
təbrik edir, Sizə möhkəm cansağlığı, səadət, Avropa xalqlarının tərəqqisi naminə
yorulmadan göstərdiyiniz fəaliyyətdə müvəffəqiyyətlər arzulayıram. Ümidvaram
ki, regionda sülhün və əmin-amanlığın bərqərar olması, iqtisadi dirçəlişin təmin
edilməsi ucun səylərinizi əsirgəməyəcəksiniz.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
16
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
www.aliyevheritage.org
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin
Avropa Birliyi rəhbərləri ilə görüşmək üçün Belçikaya yola
düşərkən Binə Hava Limanında jurnalistlərə müsahibəsi
17 aprel 1995-ci il
Azərbaycanın Avropa Birliyinə qoşulması respublikamız üçün çox böyük im-
kanlar verir. Ümumiyyətlə, indi qitədə və dünyada Avropa Birliyinin fəaliyyəti
bütün sahələrdə - həm iqtisadi, həm də siyasi sahədə çox genişdir. Ona görə də
indi Avropa Birliyi ilə əlaqələrimizin inkişaf etməsi respublikamız üçün hərtərəfli
mənfəətlidir.
Bu birlik və onun iqtisadi komissiyası Azərbaycana xeyli kömək-humanitar
yardım edib, respublikamıza xüsusən taxıl məhsulları və başqa ərzaq malları
göndəribdir. Onlar ölkəmizin böhran vəziyyətindən çıxmasına kömək edirlər. Bu
yardımın indən sonra da davam etdirilməsi üçün onların geniş bir proqramı var.
Ona görə də Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqelərinin daha da
möhkəmləndirilməsi və qarşımızda duran bütün məsələlərin, siyasi məsələlərin, o
cümlədən Ermənistan - Azərbaycan münaqişəsinin aradan qaldırılması və Avropa
Birliyinin, onun iqtisadi komissiyasının ölkəmizə köməyinin daha da artırılması
üçün bu səfər çox əhəmiyyətlidir.
17
wap.aliyevheritage.org
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
Azərbaycan Prezidenti Heydər Əliyevin Brüsseldən
Vətənə dönərkən təyyarədə müsahibəsi
18 aprel 1995-cı il
Heydər Əliyev: Avropa Birliyi beynəlxalq aləmdə çox böyük nüfuzlu bir
təşkilatdır. Onun böyük imkanları vardır. Bu birliyə inkişaf etmiş 15 ölkə daxildir.
Avropa Birliyi öz fəaliyyətini həyata keçirmək üçün bu ölkələrin imkanlarından
istifadə edir.
Avropa Birliyinin fəaliyyətinin dünya siyasətinə, iqtisadiyyatına, beynəlxalq
aləmdə gedən proseslərə çox böyük təsiri var. Ona görə də bilavasitə Avropa Birliyi
ilə Azərbaycan arasında əlaqələr yaranması bütün cəhətlərə görə lazımdır, zəruridir
və mənfəətlidir. Mənim Brüsseldə səfərimin əsas məqsədi də bundan ibarət idi ki,
Azərbaycan Avropa Birliyi ilə daha sıx əlaqə yaratmaq imkanı qazansın.
Avropa Birliyinə hər altı ayda bir ölkə rəhbərlik edir. Onun daimi fəaliyyət
göstərən strukturlarının rəhbərləri isə beş ildən bir seçilir. Cənab Santer də Avro-
pa Birliyi komissiyasının prezidentliyinə beş il müddətinə seçilib. Bu komissiya
ilə bizim sıx əməkdaşlığımız üçün şəxsi münasibətlər yaratmaq, Azərbaycanla Av-
ropa Birliyi arasındakı əlaqələri nizama salmaq çox vacibdir. Mən bu səfərimin
nəticələrindən çox razıyam.
Səfər zamanı cənab Santerlə, cənab Bruk və başqaları ilə çox səmərəli danı-
şıqlar, söhbətlər, müzakirələr apardıq. Respublikamızın iqtisadi, sosial vəziyyəti
ölkəmizdə gedən proseslər, Ermənistanla müharibə nəticəsində Azərbaycanın düş-
düyü vəziyyət, torpaqlarımızın bir hissəsinin işğal altında olması bir milyondan çox
qaçqının çətin şəraitdə yaşaması haqqında mən orada geniş məlumat verdim, bu
sahədə ölkəmizdə aparılan işlərdən söhbət açdım. Mən respublikamızdakı demok-
ratik dəyişikliklər, proseslər, dövlət quruculuğu, iqtisadiyyat, siyasət sahəsində apa-
rılan işlər haqqında, o cümlədən iqtisadi islahatların həyata keçirilməsi, demokratik
prinsiplərin bərqərar olunması haqqında, siyasi plüralizm, insan azadlığı, söz azad-
lığı, insan hüquqlarının qorunması məsələləri haqqında da ətraflı məlumat verdim.
Bu ilin oktyabrında respublikamızda parlament seçkiləri keçirilməsi nəzərdə
tutulur. Seçkilərin demokratik şəraitdə aparılması haqqında mən orada söhbət
açarkən Avropa Birliyini də bu seçkilərdə müşahidəçi kimi iştirak etməyə dəvət
etdim. Biz bu il yeni demokratik Konstitusiya hazırlığı və qəbul etməyi nəzərdə tu-
turuq. Mən bu barədə də Avropa Birliyinə məlumat verdim. Bunlar çox əhəmiyyətli
məsələlərdir. Avropa Birliyi demokratik dəyişikliklərin, islahatların aparılmasında
çox maraqlıdır və respublikamıza da bununla əlaqədar öz münasibətini, köməyini
göstərir.
Bunlarla yanaşı, Avropa Birliyinin respublikamıza indiyədək etdiyi yardım,
Dostları ilə paylaş: |