31
wap.aliyevheritage.org
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin
Avropa Konfrans Mərkəzində Zaqafqaziyanın digər iki
respublikasının prezidentləri ilə birgə mətbuat konfransı
Lüksemburq, 22 aprel 1996-cı il
Sual: Cənab Ter-Petrosyan, Ermənistanın da üzv olduğu BMT və ATƏT-in
prinsiplərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımaqda
nə üçün çətinlik çəkirsiniz? Axı məlum olduğu kimi, Zaqafqaziyanın üç dövləti
liderlərinin bəyannamə imzalaması yolunda əngəl məhz budur. Koçaryanın Dağlıq
Qarabağa müstəqillik verilməsinin zəruriliyi barədə verdiyi, əslində ikinci erməni
dövləti yaratmaq demək olan bəyanatlara münasibətiniz necədir?
Levon Ter-Petrosyan: Birinci sualınıza - Azərbaycanın ərazi bütövlüyünü
Ermənistanın nə üçün tanımaması haqqında suala cavab verim. Sizə əks sualım var
- Azərbaycan Dağlıq Qarabağın öz müqəddəratını təyin etmək hüququnu nə üçün
tanımır?
Jurnalistin cavabı: Azərbaycan BMT-nin prinsiplərinə uyğun olaraq Azərbaycan
Respublikasının ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın öz müqəddəratını
təyin etmək hüququnu tanıyır.
Sual: Cənab Ter-Petrosyan, Ermənistan birliyin iştirakçısı olan dövlətlərin
suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına əməl edilməsi
haqqında bəyannaməni imzalamaqdan boyun qaçırmışdır. Azərbaycan da daxil ol-
maqla MDB dövlətlərinin ərazi bütövlüyü məsələsində Ermənistanın mövqeyini
necə izah edərdiniz? Bildiyiniz kimi, vasitəçilər belə hesab edirlər ki, Ermənistan
ilə Azərbaycan arasındakı münaqişəyə son qoymaq üçün tərəflər qarşılıqlı güzəştə
getməlidirlər. Azərbaycan prezidenti dəfələrlə bəyan etmişdir ki, onun ölkəsi
güzəştə getməyə hazırdır və Azərbaycan Dağlıq Qarabağa ən yüksək muxtariyyət
statusu verir. BMT-nin üzvü kimi Ermənistan Azərbaycanın ərazi bütövlüyünü
tanımağa hazırdırmı? Sonrakı sualım prezident Heydər Əliyevə və Ermənistan
prezidentinədir: dünənki rəsmi məlumatda qeyd olunmuşdur ki, münaqişənin
aradan qaldırılması beynəlxalq prinsiplərə əməl edilməsinə əsaslanmalıdır. Bunu
deyərkən nəyi nəzərdə tutursunuz?
Levon Ter-Petrosyan: Birinci suala cavab vermişəm. Ikinci sual barədə onu deyə
bilərəm ki, beynəlxalq hüquqlar deyərkən hamımızın hörmət etdiyimiz on prinsipi
nəzərdə tuturuq. Bunların hamısının eyni qüvvəsi var. O ki qaldı, Dağlıq Qarabağın
statusuna, bu məsələni Dağlıq Qarabağın əhalisi həll etməlidir.
Heydər Əliyev: Beynəlxalq hüquq normalarına əməl edilməsi ifadəsi altında,
şübhəsiz ki, bütün beynəlxalq hüquq normalarını nəzərdə tuturuq. Buraya çox anla-
yışlar daxildir və onlardan heç biri istisna edilmir.
32
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
www.aliyevheritage.org
Sual: Sovet Ittifaqını keçmiş sərhədləri daxilində bərpa etmək barədə Moskvada
göstərilən cəhdlərə necə baxırsınız?
Eduard Şevardnadze: Mən bunu yolverilməz sayıram. Yəqin ki, Dövlət Du-
masının prezident Yeltsin tərəfindən rüsvayçı qərar adlandırılan qərarını nəzərdə
tutursunuz. Zənnimcə, bu, çox dəqiq qiymətdir. Onu da əlavə edim ki, Dövlət
Duması özünün bu qərarı ilə NATO-nun Şərqə doğru genişlənməsi prosesinin
sürətlənməsinə kömək edir.
Levon Ter-Petrosyan: Bilirsiniz, keçmiş Sovet Ittifaqında, məhz Rusiyada
kommunistlərin qayıtmaq təhlükəsi var. Ölkəmin adından əmin etmək istəyirəm ki,
Ermənistan heç vaxt öz suverenliyindən imtina etməyəcək və keçmiş Sovet Ittifaqı
hüdudlarında heç bir yeni ittifaqa daxil olmayacaqdır. Lakin kommunistlərin qayıt-
ması təkcə keçmiş Sovet Ittifaqı respublikaları üçün deyil, zənnimcə, həm də Avro-
pa və bütün dünya üçün böyük təhlükədir. Cənab Şevardnadzenin dediyi məsələyə
toxunaraq qeyd etmək istəyirəm ki, Rusiyada demokratiyanın qorunub saxlanması
Avropanın təhlükəsizliyi üçün NATO-nun genişlənməsindən daha mühümdür. Indi
dünyanın təhlükəsizliyi üçün başlıca məsələ Rusiyada kommunistlərin qayıtmasına
yol verməməkdən ibarətdir.
Heydər Əliyev: Açıq deyirəm və hesab edirəm ki, bununla bütün Azərbaycan
xalqının rəyini ifadə etmiş oluram. Bir prezident kimi mən Sovetlər Ittifaqı-
nın bərpasına və şübhəsiz ki, kommunist rejiminin bərpasına dair Rusiyada özü-
nü göstərən meyllərə qəti şəkildə mənfi münasibət bəsləyirəm. Azərbaycan öz
müstəqilliyindən heç vaxt geri çəkilməyəcəkdir. Azərbaycanın müstəqilliyi onun
tarixi nailiyyətidir və biz keçmiş Sovetlər Ittifaqı kimi hər hansı bir ittifaqa da-
xil olmağı özümüzə heç vaxt rəva bilməyəcəyik. Hesab edirəm ki, bu niyyətin
müəllifləri nəyəsə nail olmağa ümid bəsləyirlərsə, son dərəcə yanılırlar. Rusiyada
kommunistlərin qayıtması təhlükəsi var və zənnimcə, demokratik qüvvələr bunun
qarşısına sipər çəkməlidirlər. Rusiyada demokratik proseslərin inkişaf etməsinin
təkcə onun özü üçün deyil, həm də keçmişdə Sovetlər Ittifaqının tərkibində olub
indi demokratiya yolu ilə gedən ölkələrin hamısı üçün böyük əhəmiyyəti var.
Sual: Cənab Əliyev, siz bəyan etdiniz ki, Azərbaycanda demokratik seçkilər
keçirilib, 30 partiya və azad mətbuat var. ATƏT-in beynəlxalq müşahidəçiləri
Azərbaycanda keçirilmiş parlament seçkilərini qeyri-demokratik və qeyri-azad
seçkilər kimi səciyyələndirmişlər. Siyasi partiyalar qadağan olunub, azad mətbuat
yoxdur. Burada ziddiyyət nədən ibarətdir?
Heydər Əliyev: Sizin sualınız qərəzli xarakter daşıyır. Mən dedim ki, qeydiy-
yatdan keçmiş 30 partiya sərbəst fəaliyyət göstərir, demokratik yolla seçilmiş
parlamentdə 9 partiya təmsil olunub və bunlardan bəziləri müxalifət partiyaları-
dır. Azərbaycanda bütün sahələrdə demokratiya bərqərar olur. Istinad etdiyiniz
mənbələrdən xəbər alın ki, onlar nə üçün belə bəyanatlar verirlər.