22
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
www.aliyevheritage.org
dəfə faciədən qurtarıb. Bəs bunu nəzərə almamaq olarmı? Bir çevrilişdən sonra
məhkəmə prosesi getdi və yarımçıq qaldı. Ikinci çevriliş cəhdindən sonra adam-
lar həbs olundu, indi istintaq gedir. Üçüncü çevriliş cəhdindən sonra adamlar həbs
olundu, eyni zamanda bəziləri qaçıb. Oktyabr hadisələrindən sonra da bəzi adamlar
qaçıb gizləniblər. Onları axtarmaq, tapmaq, cəzalandırmaq lazımdır. Daxili siyasət
barədə bağıran adamlar bütün bunları görürlərmi? Axı onlar özləri bu gərginliyi
yaradan adamlardır. Bir tərəfdən gərginlik yaradır, işləməyə imkan vermirlər, digər
tərəfdən də bağırırlar ki, “daxili siyasətdə çatışmazlıqlar var”. Heç bir şey yox-
dur. Hər şey normal gedir və normal da gedəcək. Hamı da bilsin ki, Azərbaycanda
bərqərar olan demokratiya keçmiş Sovetlər Ittifaqının tərkibində olmuş respubli-
kaların hamısı üçün nümunə olacaqdır. Heç kəsin buna şübhəsi olmasın. Onlar da
bilsinlər ki, bəsdir və çəkilib yerlərində otursunlar.
Biz artıq üç dəfə sübut etdik ki, Azərbaycanı dağıtmaq istəyən adamların qarşı-
sında güc var. Bu, birinci növbədə xalqın gücüdür, iradəsidir. Mən də bura gələn
gündən bir prezident kimi xalqın iradəsinə arxalanmışam, söykənirəm və bundan
sonra da arxalanacağam. Bunlar isə mənə milyon dəfə artıq güc verir.
Mənim Brüsseldə Belçikanın Baş naziri ilə səmərəli görüşüm, çox əhəmiyyətli
söhbətim oldu. Belçika Avropanın mərkəzində böyük bir ölkədir. Bir çox beynəlxalq
təşkilatların baş qərargahı burada yerləşir. Belçika həm iqtisadi cəhətdən, həm də
dövlət quruculuğu sahəsində çox inkişaf etmiş bir dövlətdir. Bu ölkənin Baş naziri
ilə mən keçən dəfə də görüşmüşdüm. Sonra biz Budapeştdə, Kopenhagendə, Da-
vosda da görüşmüşdük. Bu gün bizim ikitərəfli münasibətlər qurulması haqqında
daha ətraflı söhbətimiz oldu. Mən onu Azərbaycanda rəsmi səfərə dəvət etdim. O
da məni Belçikaya rəsmi səfərə dəvət etdi. O bildirdi ki, siz beynəlxalq təşkilatların
rəhbərləri ilə görüşmək üçün buraya gəlirsiniz, amma indi Belçikaya rəsmi səfərə
gəlin.
Belə hesab edirəm ki, apardığımız bu danışıqlar ölkəmiz üçün əhəmiyyətli ola-
caq. Biz Belçika ilə əlaqələri bilavasitə inkişaf etdirə bilərik. Məhz buna görə də
mən Azərbaycanın Belçikada səfirini təyin etdim. O, Brüsseldə qaldı, orda fəaliyyət
göstərəcək. Mən onu Baş nazirə təqdim etdim. Bu isə beynəlxalq təşkilatlarla
əlaqəsinə kömək edəcək, həm də ölkəmizlə Belçika arasında əlaqələri inkişaf
etdirəcəkdir.
Sual: Keçmiş SSRI-nin tərkibində olmuş ölkələrin bir çoxunda, xüsusilə Orta
Asiya və Qazaxıstanda səlahiyyətləri başa çatan prezidentlər öz səlahiyyətlərini re-
ferendum yolu ilə uzatmaq niyyətindədirlər. Prezident Heydər Əliyev isə həmişə
xalqa arxalanıb. Oktyabr çevrilişi cəhdi zamanı bir çağırışınızla meydana bir mil-
yon adam yığıldı. Təkcə televiziyanın xəbərlər baş redaksiyası prezidenti müdafiə
edən minlərlə teleqram alıb. Onların bəzilərində, hələ vaxta 4 il qalsa da, səlahiyyət
müddətinizin uzadılması məsələsi qaldırılır.
23
wap.aliyevheritage.org
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
Cavab: Narahat olmasınlar, mənim səlahiyyət müddətim çoxdur. Səlahiyyət
müddəti başa çatanda seçkilər olacaq. Əgər xalq istərsə, mən yenə də seçilərəm.
Güman edirəm ki, xalq məndən ayrılmayacaq.
Sual: Yəni siz həmin seçkilərə gedəcəksiniz?
Cavab: Bəli, bəli.
24
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
www.aliyevheritage.org
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin
Avropa Birliyi Komissiyasının komissarı Hans Van Den
Brukla birgə mətbuat konfransında bəyanatı
4 oktyabr 1995-ci il
Hörmətli xanımlar və cənablar!
Siz - mətbuat nümayəndələri Avropa Birliyinin nümayəndə heyətinin başçısı
cənab Hans Van Den Brukla və nümayəndə heyətinin üzvləri ilə danışıqlarımız-
da iştirak etmisiniz, onların məzmunu ilə tanışsınız. Ona görə də bu barədə geniş
məlumat verməyə ehtiyac yoxdur. Mən yalnız onu demək istəyirəm ki, Azərbaycan
ilə Avropa Birliyi arasında əməkdaşlıq sürətlə inkişaf edir. Brüsseldə, Avropa Bir-
liyinin baş qərargahında olarkən mən bu birliyin rəhbərləri cənab Jak Santerlə və
cənab Hans Van Den Brukla, habelə başqaları ilə ətraflı söhbətlər aparmışdım. Bun-
dan sonra bizim əməkdaşlığımızda böyük dəyişikliklər əmələ gəlir. Azərbaycanın
iqtisadi vəziyyəti ağır olduğuna görə Avropa Birliyi ölkəmizə ərzaqla və digər yar-
dımlarla kömək edir. Bütün sahələrdə bizim əməkdaşlığımız mütəşəkkil surətdə
həyata keçir.
Ancaq qeyd etmək istəyirəm ki, əməkdaşlığımızın bundan sonra da inkişaf
etməsinə böyük ehtiyac vardır. Bunu nəzərə alaraq mən cənab Van Den Bruku
Azərbaycana rəsmi səfərə dəvət etmişəm. O, mənim dəvətimi qəbul edərək böyük
bir nümayəndə heyəti ilə respublikamıza gəlib. Hesab edirəm ki, burada apardı-
ğımız danışıqlar səmərəli oldu. Nəticədə Azərbaycan ilə Avropa Birliyi arasında
yeni memorandumu indicə imzaladıq. Memorandumu Azərbaycan Respublikası
tərəfindən Baş nazir Fuad Quliyev, Avropa Birliyi tərəfindən isə təşkilatın komissi-
yasının komissarı cənab Hans Van Den Bruk imzaladı.
Bizim əməkdaşlığımız təkcə bu memorandumla bitmir. Bu, sadəcə olaraq hazır-
kı vaxta dair olan sənəddir. Biz Avropa Birliyi ilə daha sıx əməkdaşlıq etmək üçün,
onun tərəfdaşı olmaq üçün öz təkliflərimizi vermişik. Həmin təkliflər qəbul olu-
nubdur. Bu günlərdə danışıqlar aparmaq üçün biz xüsusi nümayəndə heyətini təyin
edəcəyik. Danışıqlar nəticəsində belə razılığa gəlmişik ki, bu nümayəndə heyəti
bu ayın sonunda və ya noyabrın əvvəlində Brüsselə gedəcək. Avropa Birliyi ilə
tərəfdaşlıq səviyyəsində əməkdaşlıq etmək üçün danışıqlar aparacaqdır. Həmin da-
nışıqlar nəticəsində böyük bir saziş imzalanacaqdır. Biz bunu istəyirik və bu sahədə
lazımi işləri görəcəyik. Biz Avropa Birliyi ilə əməkdaşlığın genişləndirilməsinə
tərəfdarıq. Hesab edirəm ki, cənab Van Den Brukun Azərbaycana səfəri bu işə
müsbət təsirini göstərəcəkdir.
Cənab Van Den Bruk Respublikamızda qaçqınların məskunlaşdığı bölgəyə səfər
edib və orada qaçqınlarla görüşüb, Azərbaycanın işğal olunmuş ərazilərindən zor-