18
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
www.aliyevheritage.org
kömək haqqında öz minnətdarlığımı bildirdim. Eyni zamanda biz bundan sonra
görüləsi işlər haqqında danışıqlar apardıq. Avropa Birliyinin bu sahədə böyük im-
kanları vardır. Birlik bir neçə istiqamətdə fəaliyyət göstərir, keçmiş sovet ittifa-
qının tərkibində olmuş respublikalara yardım edir. Təəssüf ki, biz Avropa Birli-
yinin bu imkanlarından yalnız son vaxtlarda istifadə etməyə çalışmışıq. Bu im-
kanlar əvvəllər ya respublikamıza məlum olmayıb, yaxud passiv mövqe tutması
nəticəsində Azərbaycan bu istiqamətdə lazımi əlaqə qura bilməyib. Amma son
vaxtlar - təxminən 1994-cü ilin ikinci yarısından və 1995-ci ilin əvvəlindən Avropa
Birliyi ilə bizim əməkdaşlığımız sürətlənmişdir. Nazirlər Kabineti bu sahədə son
vaxtlar çox işlər görüb. Mən bu işləri müsbət qiymətləndirirəm. Məhz görülən bu
işlər nəticəsində Avropa Birliyinin ölkəmizə iqtisadi yardımı güclənmişdir.
Məsələn, Avropa Birliyinin respublikamıza 300 min tona qədər taxıl və un
göndərilməsi qərara alınacaqdır. Bundan başqa əvəzsiz olaraq 2 min ton ət, 2 min
ton yağ verilib. Bildiyiniz kimi, Avropa Birliyi vaxtilə Azərbaycana 66 milyon ekyü
məbləğində kredit ayırıb. Bu kreditin bir hissəsindən istifadə olunub. Amma qalan
hissəsindən istifadə olunması yolları müəyyənləşdirildi.
Avropa Birliyinin bir sıra digər proqramları da var. Məsələn, EKHO proqra-
mı əsasında Avropa Birliyi Azərbaycandakı aztəminatlı adamlara, qaçqınlara,
çətin vəziyyətdə yaşayanlara humanitar yardım göstərir. Belə yardım keçən il də
göstərilib. Amma həmin yardım bundan da artıq ola bilər. Biz bu yardımın daha
səmərəli, mütəşəkkil olması haqqında da Brüsseldə danışıqlar apardıq.
Avropa Birliyinin TASIS proqramı da var. Bu, çox geniş bir proqramdır.
Azərbaycan bu proqram əsasında çox müvəffəqiyyətli müştərək iş görə bilər.
Amma təəssüf ki, bu işlərin hamısına nəzarət edilməyib. Respublikadakı bir sıra
təşkilatların fəaliyyətsizliyi, bir çox sahələrdəki bürokratizm nəticəsində bəzi
təşəbbüslər sönüb. TASIS proqramı haqqında mən indi geniş məlumat aldım və
belə fikirləşirəm ki, bu proqramın çox sahələrində əməkdaşlıq edə bilərik. Biz bu
barədə Avropa Birliyi komissiyasında razılığa gəldik.
Bundan əlavə, 1993-cü ilin ikinci yarısında və 1996-cı ildə Azərbaycana əvəzsiz
ərzaq yardımı göndərilməsi barədə razılıq əldə olundu. Biz öz tələbatımızı Avropa
Komissiyasına bildirdik və bunların ödənilməsi üçün razılıq verildi.
Avropa Birliyinin bütün bunlardan başqa çox güzəştli krediti var. Biz bu krediti
almaq istəyirik. Mən bu barədə də danışıqlar apardım. Əgər bu mümkün olsa, Avro-
pa Birliyinin nümayəndə heyəti may ayında Azərbaycana gələcək, respublikamızda
bu istiqamətdə aparılan işlərə, iqtisadi islahatların həyata keçirilməsi vəziyyətinə
baxacaq, demokratik proseslərin gedişi ilə tanış olacaqdır. Onlar sadəcə olaraq bun-
ları öyrənmək istəyirlər.
Avropa Birliyində respublikadakı vəziyyətlə tanışdırlar. Onlar mənim verdi-
yim məlumatlardan razı qaldılar. Bizim danışıqlarımız çox səmərəli, əhəmiyyətli
19
wap.aliyevheritage.org
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
keçdi. Birliyin nümayəndə heyəti respublikamızda olandan sonra mayın axı-
rında bu məsələlər Avropa Şurasında müzakirə ediləcək, sonra dövlət başçıları-
nın müzakirəsinə veriləcəkdir. Bundan sonra həmin yardımların respublikamıza
göndərilməsinə başlanacaqdır.
Mən belə hesab edirəm ki, bütün bunlar respublikamız üçün geniş perspektivlər
açır və apardığımız danışıqlarda yaxşı əsaslar qoya bilmişik. Güman edirəm ki,
danışıqlarımızın nəticəsi təkcə bunlardan ibarət deyil. Əsas budur ki, Avropa Birli-
yinin rəhbərliyi ilə Azərbaycan prezidenti arasında bilavasitə münasibətlər yarandı
və bu da bizim gələcək işlərimizə çox kömək edəcəkdir. Əminəm ki, Avropa Birliyi
ilə əməkdaşlığımız daha da genişlənəcəkdir.
Mən indicə burada müşavirə keçirdim, məni bu səfərdə müşayiət edən şəxslərlə
söhbət apardım, gördüyümüz işlərin nəticələri ilə bağlı onlara göstərişlər ver-
dim. Fikrim bundan ibarətdir ki, bu işi daha mütəşəkkil aparmaqdan ötrü hər
sahə üçün məsul qruplar yaradılmalı və onlar hamısı bir yerdə mərkəzləşməlidir.
Mərkəzdə həmin işlərə həm nəzarət edilməli, həm də bu işlərin təşkilinə xüsusi fikir
verilməlidir.
Bir sözlə, Avropa Birliyindəki görüşlərimdən, apardığım danışıqlardan çox
məmnunam, razıyam. Hesab edirəm ki, bunlar Avropa Birliyi ilə əməkdaşlıq üçün
yaxşı əsas yaradacaqdır.
Sual: Cənab prezident əlbəttə, respublikamızın vəziyyəti ağırdır, humanitar yar-
dımlar lazımdır. Lakin respublikamızın büdcə kəsirini heç olmasa indiki səviyyədə
saxlamaq, inflyasiyanın dərinləşməsinin qarşısını almaq üçün Avropa Birliyindən
alacağımız kredit kifayət edəcək, yoxsa əlavə tədbirlər lazımdır?
Cavab: Bilirsiniz, bu bizim öz işimizdir. Avropa Birliyindən də, başqa yerlərdən
də aldığımız kreditlər, gəlirlər hesabına yəqin ki, büdcənin kəsirini müəyyən qədər
ödəyəcəyik. Ancaq büdcənin kəsirini təkcə bunlarla ödəmək mümkün deyil. Büdcəni
normal vəziyyətdə saxlamaq, normal maliyyə fəaliyyəti göstərmək üçün gərək is-
tehsal inkişaf etsin və bunun üçün lazımi tədbirlər görülsün. Bilirsiniz ki, aqrar
sahədə istehsalı qaydaya salmaq üçün bir tərəfdən islahatlar aparılır, digər tərəfdən
cari işlərin sürətləndirilməsi üçün mən bu yaxınlarda böyük bir müşavirə keçirdim.
Orada konkret vəzifələr həyata keçiriləcək. Güman edirəm ki, islahatlarla yanaşı,
bunlar öz nəticəsini verəcəkdir. Sənaye sahəsində də istehsalı artırmaq üçün əlavə
tədbirlər görülməlidir. Birincisi, mən hesab edirəm ki, bizim sənaye müəssisələrinin
mövcud imkanlarından lazımi səviyyədə istifadə olunmur. Mənə belə gəlir ki,
sənaye sahəsindəki strukturlara rəhbərlik edənlər, zavodların, fabriklərin başçıları
səhlənkarlıq edirlər. Bu yaxınlarda mən bu işə də diqqəti artıracağam, səhlənkarlıq
edən adamların hamısı ciddi tənbeh olunacaq, cəzalandırılacaqdır. Onların bəziləri
bəlkə də vəzifələrindən azad olunacaqlar.
Məsələn, bu yaxınlarda mən “Metallurgiya” Dövlət Şirkətinin rəhbərini