Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə35/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   31   32   33   34   35   36   37   38   ...   146

92

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

hid, sülh şəraitində yaşayan, regional əməkdaşlıqda bulunan, çiçəklənməyə, fira-

vanlığa birlikdə addımlayan region kimi görmək istəyiblər. 

Indi  icazə  verin,  Sizə  bu  region  üçün  arzumu  bildirim. Arzu  edirəm  ki,  sizin 

regionunuzda  da  sülh  bərqərar  olsun,  regional  əməkdaşlıq  inkişaf  etsin,  region 

ölkələri və xalqları firavan həyat şəraitində yaşasınlar. Özünüzü tənha hiss etməyin. 

Siz bu arzuların həyata keçməsi üçün çalışmağa hazır olan, bunu arzulayan çox-

lu  dostlarınızın  əhatəsindəsiniz.  Inanın  ki,  bu  sözlər  mənim  ürəyimin,  qəlbimin 

dərinliklərindən gələn sözlərdir. Sizi böyük işlərə ruhlandırmaq üçün deyirəm, xa-

hiş edirəm ki, sülh, regional inteqrasiya naminə fəaliyyətinizi davam etdirəsiniz, 

genişləndirəsiniz ki, bu da son nəticədə xalqınızın layiq olduğu inkişafa, tərəqqiyə 

və firavanlığa gətirib çıxaracaqdır. Bir daha Sizə təşəkkürlərimi bildirirəm.



Heydər Əliyev: Hörmətli cənab Solana, mənim əziz dostum! Mənim haqqım-

da  dediyiniz  xoş  sözlərə  görə  sizə  təşəkkür  edirəm.  Mən  hesab  edirəm  və  deyə 

bilərəm ki, sizinlə mənim aramda qarşılıqlı, çox yüksək səviyyəli rəğbət yaranıbdır. 

Həqiqətən bu illərdə biz dəfələrlə sizinlə görüşüb çox əhəmiyyətli söhbətlər apar-

mışıq.

Avropa haqqında dediyiniz, yəni  Avropanın  keçdiyi yol və bu gün qarşısında du-



ran perspektivlər haqqında dedikləriniz, təbiidir ki, heyran edir, yəni biz də istəyirik 

ki, regionumuzda da elə olsun. Ancaq Avropa bu yolu asanlıqla keçməyibdir. Lakin 

keçib, indi buna nail olub, indi birləşir. Amma deyə bilmərəm ki, indi Avropada 

separatizm tamamilə götürülübdür. O cümlədən sizin vətəninizdə. Elə burada baş 

verən münaqişələrin də əsasında separatizm durur. Əgər biz bu separatizmin qarşı-

sını ala bilsək, hər şey edə bilərik.

Əmin  ola  bilərsiniz,  sizə  və  bütün  qonaqlara  deyirəm  ki,  mən  həm  bugünkü 

nəsillər, həm də gələcək nəsillər üçün, öz uşaqlarım, öz nəvələrim üçün və xalqımın 

gələcəyi üçün sülh, sülh, bir də sülh yaratmaq istəyirəm. Əgər sülh və təhlükəsizlik 

təmin olunmasa, nə demokratiya, nə iqtisadi inkişaf, nə də insanların rahatlığı ola 

bilər. Ona görə də mən ömrümün böyük bir hissəsini buna həsr etmişəm. Ömrü-

mün qalan hissəsini də buna həsr edəcəyəm. Mən dünyada özüm üçün ən böyük 

xoşbəxtlik onu hesab edirəm ki, Azərbaycanda sülhün, əmin-amanlığın yaranması-

na nail ola bilim. Məndən nə asılıdırsa onu edirəm.

Mən hesab edirəm ki, bəli, kompromislər olmalıdır. Amma hər şeyin bir həddi 

var. Sərhəd vardır, həmin sərhəddən bu tərəfə keçmək olmaz. Əgər keçsən də, bu, 

əks- təsir bağışlayacaqdır. Ona görə də mən çalışıram və çalışacağam da. Mən o 

günü  arzulayıram  ki,  biz  sülh  yaradaq,  işğal  olunmuş  torpaqlar  azad  edilsin.  O 

yerlər  dağılıbdır  və Avropa  Ittifaqı  milyardlarla  dollar  gətirib  bizə  yardım  etsin 

ki, orada bərpa işləri aparaq. Mənim gözlərim qarşısında bu perspektivlər vardır. 

Təkcə sülh əldə etmək yox, sülhün əldə olunması birinci şərtdir. Amma dağıdıl-

mış yaşayış evlərinin, xəstəxanaların, - hər şey viran olubdur, - insanların yaşama-




93

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

sı üçün bərpa olunması, bu, ən böyük vəzifələrdən biridir. Bunu biz özümüz edə 

bilməyəcəyik. Burada Avropa Ittifaqının yardımı bizim üçün çox əhəmiyyətli ola-

caqdır. Bütün dünyanın beynəlxalq maliyyə mərkəzlərinin yardımı bizim üçün çox 

əhəmiyyətli olacaqdır. Mən bu günləri görürəm. Amma onun üçün sülh yaratmaq 

lazımdır. Bax, biz burada dayanmışıq. Əgər, bax, bu həddi keçə bilsək, ondan sonra 

sizinlə də əməkdaşlığımız yaxşı olacaqdır və Cənubi Qafqazda da əməkdaşlıq, sülh 

yaxşı  təmin  ediləcəkdir.  Gəlin,  səylərimizi  birləşdirək.  Hər  şeyi  mənim  üzərimə 

qoymayın.



Kristofer Patten: Hərçənd ki, çiyinlərinizi verdiyiniz bu qədər ağır yükün altına 

öz çiyinlərimizi verə bilməsək də, Sizi bu işdə əvəz edə bilməsək də hesab edirəm 

ki, Avropa Ittifaqının da bu məsələdə müəyyən rolu ola bilər. Hesab edirəm ki, sülh 

əldə edildikdən sonra biz onun möhkəmləndirilməsinə yardımçı ola bilərik. Hesab 

edirik ki, sülh əldə olunduqdan sonra kasıb, evi olmayan insanların, təhsil, səhiyyə 

xidməti sahəsində vəziyyəti pis olan xalqlara yardımçı olmaqla, o insanları bizlərə 

qulaq asmağa və sülhü möhkəmləndirməyə sövq edə biləcəyik. Baxmayaraq, həyat 

bizə belə öyrədibdir ki, sülh əldə edən şəxslər Allah tərəfindən qorunan və onlara 

yardım edilən şəxslər olublar. Amma bəzən biz öz fəaliyyətimizlə onlara heç də axı-

ra qədər yardımçı ola bilmirik. Mən çox böyük ruh yüksəkliyinə malik bir komissa-

ram. Amma mən bununla bərabər, çox həvəsli, böyük şövqə malik olan bağbanam. 

Məsələn, mən ömrümdə heç vaxt belə gözəl qızılgülləri görməmişdim. Düşünürəm 

ki, qarşımızda olan bu gözəl qızılgüllər bizim Avropa Ittifaqı ilə Azərbaycan arasın-

da əməkdaşlığın rəmzidir. 

Bizim münasibətlərimiz çox güclüdür və istəyirik ki, bu münasibətlər daha da 

genişlənsin. Biz Azərbaycanla bir çox sahələrdə geniş əməkdaşlıq edirik. Son illər 

ərzində  biz Azərbaycana  300  milyon  avro  dəyərində  yardım  göstərmişik.  Hesab 

edirəm ki, bizim birgə fəaliyyət göstərdiyimiz əməkdaşlıq etdiyimiz sahələrin ən 

mühümlərindən biri məhz elə həmin reabilitasiya layihələri olmuşdur.

Sizin çox həssaslıqla vəziyyətlərini təsvir etdiyiniz, qarda, yağışın altında insan-

ların həyat şəraitinin yaxşılaşdırılması üçün onlara yardım göstərilməsi məqsədilə 

biz bir sıra layihələr həyata keçiririk. Biz Azərbaycanda həyata keçirdiyimiz reabi-

litasiya layihələri ilə əlaqədar hətta bir kitabça da buraxmışıq və burada təhsil, kənd 

təsərrüfatı sahəsində, məskunlaşmış insanlara yardım göstərilməsi sahəsində gör-

düyümüz işlər əksini tapıbdır. Baş nazirin müavini də bu kitabçaya çox yaxşı bir ön 

söz yazıbdır. Kitabçada yaxşı şəkillər də vardır. Baş nazirin müavini bu nəşrə yaz-

dığı ön sözdə Avropa Ittifaqı ilə Azərbaycan arasındakı əməkdaşlığın bundan sonra 

da inkişaf edəcəyinə ümid bəslədiyini bildiribdir. Əminik ki, bu, belə də olacaqdır.

Anlayırıq ki, sülh əldə edildikdən sonra bizim tərəfimizdən reabilitasiya layihələri, 

bərpa  işləri  üçün  xeyli  miqdarda  vəsait  ayrılmasına,  sizə  yardım  göstərilməsinə 

ehtiyac olacaqdır. Bu regionda əməkdaşlıq çərçivəsində çoxlu birgə layihələri də 



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə