143
Dövlət qrantları. Dövlət qrantları onların Qrup tərəfindən alınması və Qrupun
bu qrantlarla bağlı bütün şərtləri yerinə yetirəcəyi haqda əsaslı əminlik yarandıqda
ədalətli dəyərlə uçota alınır. Əsas vəsaitlərin alınması ilə bağlı alınmış qrant-
lar uzunmüddətli öhdəliklərdə təxirə salınmış gəlir kimi uçota alınır və müvafiq
aktivlərin gözlənilən faydalı istifadə müddəti ərzində bərabər çıxılmalar metoduna
əsasən mənfəət və ya zərərdə gəlirə aid edilir.
Gəlirlər ilə bağlı alınmış qrantlar təxirə salınır və onların kompensasiya edəcəyi
xərclərə uyğunlaşdırılması üzrə tələb olunan dövr ərzində mənfəət və ya zərərə
daxil edilir.
Aktivlərin ləğv olunması üzrə öhdəliklər. Qrup qurğu və ya avadanlığın
bir hissəsinin sökülməsi və ya ləğv edilməsi və onların yerləşdiyi ərazini bərpa
etməsi üzrə öhdəliyə malik olduqda və həmin öhdəliklə bağlı əsaslı təxminlər irəli
sürüldükdə aktivlərin silinməsi ilə bağlı xərclər üzrə öhdəliklər uçota alınır. Neft və
təbii qazın hasilatı və ya nəqli üçün nəzərdə tutulan qurğular kimi yeni qurğularla
bağlı öhdəliklər tikinti və ya quraşdırılma zamanı uçota alınır. Aktivlərin ləğv olunması
üzrə öhdəlik qanunvericilikdə baş vermiş dəyişiklik ilə əlaqədar olaraq qurğunun
istismar dövrü ərzində yarana bilər. Uçota alınmış məbləğ yerli şərait və tələblərə
uyğun olaraq müəyyən edilmiş gözlənilən gələcək xərclərin cari dəyərini əks etdirir.
Bundan əlavə, əsas vəsaitlərin maya dəyərində aktivlərin ləğv olunması üzrə
öhdəliklər üçün təxmin edilən öhdəliklərin məbləği həcmində düzəliş aparılır.
Gələcək xərclərin məbləği və müddəti ilə bağlı təxminlərdəki dəyişikliklərə görə
öhdəliyin cari dəyərində baş vermiş hər hansı dəyişiklik ehtiyat və əsas vəsaitlər üzrə
kapitallaşdırılmış müvafiq xərclərə düzəliş kimi göstərilir. Tamamilə köhnəlmiş qurğu
və ya avadanlığın sökülməsi və ya ləğv edilməsi üçün gələcək xərclərin məbləği və
müddəti ilə bağlı təxminlərdəki dəyişikliklər ümumi gəlir haqqında hesabatda uçota
alınır. Diskontlaşdırılmış dəyərə düzəliş nəticəsində öhdəliyin cari dəyərində baş
vermiş dəyişikliklər ümumi gəlir haqqında hesabatda maliyyə xərcləri kimi göstərilir.
Öhdəliklər və məsrəflər üzrə ehtiyatlar. Öhdəliklər və məsrəflər üzrə ehtiyat-
lara qeyri-müəyyən müddət və ya məbləğə malik olan öhdəliklər daxildir. Qrup keçmiş
hadisələr nəticəsində hüquqi və ya işgüzar praktikadan irəli gələn öhdəliklərə malik
olduqda, həmin öhdəliklərin yerinə yetirilməsi üçün Qrupdan iqtisadi resursların sərf
olunmasının ehtimalı böyük olduqda və öhdəliklərin məbləği kifayət qədər dəqiq ölçülə
bildikdə ehtiyatlar uçota alınır. Ehtiyatlar gələcək əməliyyat zərərləri üçün uçota alınmır.
Bir sıra analoji öhdəliklər mövcud olduqda, həmin öhdəliklərin yerinə yetirilməsi
məqsədilə resursların sərf olunması ehtimalı ümumilikdə bütün öhdəliklər üçün
müəyyən edilir. Ehtiyat, hətta öhdəlik ilə eyni sinfə daxil olan hər-hansı bir ayrıca
maddə üzrə resursların sərf olunması ehtimalı az olduqda belə qeydə alınır.
144
Ehtiyatlar vergidən əvvəl faiz dərəcəsindən istifadə etməklə, öhdəliyin yerinə
yetirilməsi üçün zəruri olan xərclərin cari dəyəri ilə qiymətləndirilir. Vergidən əvvəl
faiz dərəcəsi pul vəsaitlərinin vaxt dəyəri üzrə cari bazar qiymətlərini və öhdəliklərə
xas olan riskləri əks etdirir. Vaxtın keçməsinə görə ehtiyatlardakı artım faiz xərcləri
kimi uçota alınır.
Dövlətə ayırmalar. Dövlətə ayırmalar hökumətin xüsusi qərarlarına uyğun olaraq
dövlət büdcəsinə, ayrı-ayrı dövlət agentliklərinə və hökumətin həyata keçirdiyi
layihələrə Qrup tərəfindən pul şəklində qoyuluşları və ya maliyyələşdirməni əks
etdirir. Bu cür ayırmalar kapitalın azalması kimi uçota alınır. Pul şəklində olmayan
ayırmalar köçürülmüş aktivlərin balans dəyərində qeydə alınır.
Əlavə Dəyər Vergisi. Vergi orqanları satış və alış əməliyyatları üzrə əlavə dəyər
vergisinin (“ƏDV”) xalis ödənilməsinə icazə verir.
ƏDV üzrə kreditor borcu: ƏDV üzrə kreditor borcu maliyyə vəziyyəti haqqında
hesabat tarixində əvəzləşdirilmiş alışlar üzrə ƏDV-ni çıxmaqla, müştərilərə satışların
tanınması zaman vergi orqanlarına ödənilməli olan satış üzrə ƏDV məbləğidir.
Maliyyə vəziyyəti haqqında hesabat tarixində əvəzləşdirilməmiş satışlar üzrə
ƏDV (əvəzləşdirilən ƏDV) həmçinin ƏDV üzrə kreditor borcuna daxildir. Debitor
borclarının dəyərsizləşməsi üzrə ehtiyat yaradıldıqda, dəyərsizləşmə üzrə ehtiyat
lazım olduqda ƏDV daxil olmaqla, debitor borcunun ümumi məbləğində qeydə
alınır. ƏDV üzrə müvafiq təxirə salınmış öhdəlik vergi məqsədləri üçün debitor borcu
silinənə qədər saxlanılır.
Büdcədən tələb edilə bilən ƏDV: Büdcədən tələb edilə bilən ƏDV maliyyə vəziyyəti
haqqında hesabat tarixində əvəzləşdirilməmiş alışlara aiddir. Büdcədən tələb edilə
bilən ƏDV alışlar üçün ödəniş aparıldıqda satışlar üzrə ƏDV ilə əvəzləşdirilə bilər.
Gəlirlərin uçotu. Gəlirlər, Qrupun adi fəaliyyət gedişində satılmış mallar və ya
göstərilmiş xidmətlərə görə alınmış və ya alınacaq məbləğin ədalətli dəyərini əks
etdirir. Gəlirlər, Qrup daxilində satışlar silinməklə ƏDV, mənfəət, güzəşt və satışdan
tutulan sair vergilər (əgər mövcuddursa) çıxılmaqla göstərilir.
Xam neftin satışından yaranan gəlirlər adətən neftin tankerə və ya digər nəqliyyat
vasitələrinə yükləndiyi zaman xam neft üzrə mülkiyyət hüququ ilə bağlı risk və
faydaların ötürüldüyü anda qeydə alınır. Neft məhsullarının satışından yaranan
gəlirlər adətən məhsulların yükləndiyi zaman məhsul üzrə mülkiyyət hüququ ilə
bağlı risk və faydaların ötürüldüyü anda qeydə alınır. Təbii qazın satışından ya-
ranan gəlirlər qaz sayğaclarındakı göstəricilərə (hər ay nəzarət edilir) və sonuncu
göstəricidən hesabat dövrünün sonuna qədər istehlakçıların proqnozlaşdırılan qaz
Dostları ilə paylaş: |