134
batda xərcə yazılır. Satıla bilən maliyyə aktivləri və mənfəət və ya zərərdə ədalətli
dəyərdə əks etdirilən maliyyə aktivləri sonradan ədalətli dəyərlə uçota alınır.
Kreditlər və debitor borcları effektiv faiz metoduna əsasən amortizasiya olunmuş
dəyərdə uçota alınır.
“Mənfəət və ya zərərdə ədalətli dəyərdə əks etdirilən maliyyə aktivlərinin” ədalətli
dəyərində dəyişikliklərə görə yaranan gəlir və ya zərər onların yarandığı dövrdə
ümumi gəlir haqqında hesabatda “sair gəlir/(zərər)” sətrində əks etdirilir. Mənfəət
və ya zərərdə ədalətli dəyərdə əks etdirilən maliyyə aktivlərindən yaranan dividend
gəlirləri Qrupun ödənişləri almaq hüququ müəyyən edildikdə ümumi gəlir haqqında
hesabatda sair gəlirlərin tərkibində uçota alınır.
Xarici valyutada ifadə olunan və satıla bilən qiymətli kağızlar kimi təsnifləşdirilən
monetar qiymətli kağızların ədalətli dəyərindəki dəyişikliklər qiymətli kağızların
amortizasiya edilmiş dəyərində və balans dəyərində baş verən dəyişikliklər
nəticəsində yaranan məzənnə fərqləri kimi təhlil edilir. Monetar qiymətli kağızlar
üzrə məzənnə fərqləri mənfəət və ya zərərdə uçota alınır; qeyri-monetar qiymətli
kağızlar üzrə məzənnə fərqləri kapitalda uçota alınır. Satıla bilən qiymətli kağızlar kimi
təsnifləşdirilən monetar və qeyri-monetar qiymətli kağızların ədalətli dəyərindəki
dəyişikliklər kapitalda uçota alınır.
Satıla bilən maliyyə aktivləri kateqoriyasında təsnifləşdirilən qiymətli kağızlar
satıldıqda və ya dəyərsizləşdikdə, kapitalda qeydə alınan ədalətli dəyər üzrə
yığılmış düzəlişlər ümumi gəlir haqqında hesabatda investisiya qiymətli kağızlarının
satışından yaranan gəlir və zərər kimi əks etdirilir. Satıla bilən qiymətli kağızlar üzrə
effektiv faiz metoduna əsasən hesablanmış faizlər ümumi gəlir haqqında hesabatda
sair gəlirlərin tərkibində uçota alınır. Satıla bilən pay alətləri üzrə dividendlər Qru-
pun ödənişləri almaq hüququ müəyyən edildikdə ümumi gəlir haqqında hesabatda
sair gəlirlərin bir hissəsi kimi uçota alınır.
Sərbəst surətdə alınıb-satılan investisiya qiymətli kağızlarının ədalətli dəyəri cari
bazar qiymətlərinə əsaslanır. Maliyyə aktivləri bazarı (həmçinin birjaya çıxarılmayan
qiymətli kağızlar üzrə) aktiv olmadığı təqdirdə, Qrup, ədalətli dəyəri qiymətləndirmə
üsullarından istifadə etməklə müəyyən edir. Bu üsullara bazar göstəricilərindən
maksimum istifadə etmək və müəssisənin göstəricilərindən daha az asılı olmağı
nəzərdə tutan, müstəqil tərəflər arasındakı ən son əməliyyatlar, mahiyyət etibarı
ilə eyni xarakter daşıyan sair maliyyə alətlərinə istinad, diskontlaşdırılmış pul
vəsaitlərinin hərəkətinin təhlili və opsiyonların qiymətləndirilməsi modelləri daxildir.
Qrup hər bir maliyyə vəziyyəti haqqında hesabat tarixində maliyyə aktivlərinin
və ya maliyyə aktivləri qrupunun dəyərsizləşməsinə dair obyektiv sübutun olub-
olmamasını müəyyən edir. Satıla bilən qiymətli kağızlar kimi təsnifləşdirilən pay
qiymətli kağızlar ilə əlaqədar qiymətli kağızın ədalətli dəyərinin onun maya dəyərindən
əhəmiyyətli dərəcədə və ya davamlı şəkildə azalması, həmin qiymətli kağızların
135
dəyərsizləşməsi əlaməti kimi nəzərə alınır. Satıla bilən maliyyə aktivləri üzrə bu cür
dəlil olduqda, alış dəyəri ilə cari ədalətli dəyər arasında fərq kimi qiymətləndirilən
ümumi zərər, əvvəlki dövrdə mənfəət və ya zərərdə həmin aktiv üzrə qeydə alınmış
hər hansı dəyərsizləşmə üzrə zərər çıxılmaqla, kapitaldan silinərək ümumi gəlir
haqqında hesabatda qeydə alınır. Ümumi gəlir haqqında hesabatda pay alətləri üzrə
qeydə alınan dəyərsizləşmə üzrə zərər mənfəət və ya zərərdə bərpa edilmir.
Maliyyə öhdəlikləri. Qrup öz maliyyə fəaliyyətini aşağıdakı kateqoriyalara
təsnifləşdirir: (a) satış üçün nəzərdə tutulan maliyyə öhdəlikləri, həmçinin maliyyə
derivativləri daxil olmaqla və (b) sair maliyyə öhdəlikləri. Satış üçün nəzərdə tutulan
öhdəliklər ədalətli dəyərdə uçota alınır. Həmin öhdəliklərin dəyərindəki dəyişikliklər
onların yarandığı dövrdə konsolidasiya edilmiş ümumi gəlir haqqında hesabatda
uçota alınır. Sair maliyyə öhdəlikləri amortizasiya olunmuş dəyərdə uçota alınır.
Maliyyə aktivlərinin uçotdan silinməsi. Qrup aşağıdakı hallarda maliyyə
aktivlərini uçotdan silir: (I) aktivlər geri alındıqda və ya bu aktivlərlə əlaqədar pul
vəsaitlərinin hərəkəti üzrə hüquqların müddəti başa çatdıqda və ya (II) Qrup bu
aktivlər üzrə mülkiyyət hüququ ilə əlaqədar bütün risk və faydaları əsas etibarilə
başqa tərəfə ötürdükdə və ya (III) Qrup bu aktivlərin mülkiyyət hüququ ilə əlaqədar
bütün risk və faydaları əsas etibarilə ötürmədikdə və ya saxlamadıqda, lakin həmin
aktivlər üzrə nəzarət hüququnu özündə saxlamadıqda. Nəzarət qarşı tərəfin öz
mülkiyyətində olan aktivi satış üzrə əlavə məhdudiyyətlər qoymadan əlaqəli olma-
yan üçüncü tərəfə satmaq üçün praktiki imkana malik olmadığı hallarda saxlanılır.
Maliyyə öhdəliklərinin uçotdan silinməsi. Qrup maliyyə öhdəliyini bu öhdəlik
üzrə məsuliyyətdən azad olduqda, həmin öhdəlik ləğv edildikdə və ya müddəti
başa çatdıqda uçotdan silir. Mövcud maliyyə öhdəliyi eyni borcverən tərəfindən
əhəmiyyətli dərəcədə fərqli şərtlər ilə başqa bir öhdəlik ilə əvəz edildikdə və ya
mövcud öhdəliyin şərtləri əhəmiyyətli dərəcədə dəyişdirildikdə, bu cür mübadilə
və ya dəyişiklik müvafiq balans məbləğindəki fərqin hər hansı çəkilmiş xərclər və
komissiya haqları ilə birlikdə mənfəət və ya zərərdə uçota alınması şərtilə, ilkin
öhdəliyin uçotdan silinməsi və yeni öhdəliyin uçota alınması kimi nəzərə alınır.
Maliyyə zəmanəti razılaşmaları. Maliyyə zəmanəti razılaşmaları maliyyə
aləti üzrə şərtlərə əsasən ödənilməli olan vaxtda borclu tərəfin ödəməni yerinə
yetirə bilmədiyi zaman yaranan zərərin əvəzinin Qrup tərəfindən ödənilməsini tələb
edən razılaşmalardır. Maliyyə zəmanəti razılaşmaları ilkin olaraq birbaşa zəmanətin
emissiyası ilə bağlı olan sövdələşmə xərcləri nəzərə alınmaqla ədalətli dəyər
əsasında öhdəlik kimi uçota alınır. Daha sonra, öhdəlik hesabat tarixinə olan cari
Dostları ilə paylaş: |