132
İlkin dəyər alış tarixinə aktivi almaq üçün ödənilmiş pul vəsaitlərini və ya pul
vəsaitlərinin ekvivalentlərinin məbləğini və yaxud verilmiş digər resursların ədalətli
dəyərini əks etdirir və əməliyyat xərclərini ehtiva edir. İlkin dəyərlə qiymətləndirmə
yalnız bazar qiymətləri olmayan və ədalətli dəyəri etibarlı şəkildə ölçülə bilməyən
pay alətlərindəki investisiyalara tətbiq edilir.
Əməliyyat xərcləri əlavə xərcləri əks etdirir və birbaşa olaraq maliyyə alətinin alışı,
buraxılması və ya satışı ilə əlaqəlidir. Əlavə xərclər əməliyyatın həyata keçirilmədiyi
təqdirdə yaranmayan xərclərdir. Əməliyyat xərclərinə agentlərə (satış üzrə agentlər
kimi fəaliyyət göstərən işçilər daxil olmaqla), məsləhətçilərə, brokerlərə və dilerlərə
ödənilmiş haqq və komissiyalar, tənzimləyici orqanlar və fond birjalarına ödəmələr,
eləcə də mülkiyyət hüququnun köçürülməsi üzrə vergilər və rüsumlar daxildir. Borc
öhdəlikləri üzrə mükafat və ya diskontlar, maliyyələşdirmə xərcləri, daxili inzibati və
ya saxlama xərcləri maliyyə xərclərinə daxil edilmir.
Amortizasiya olunmuş maya dəyəri əsas məbləğin qaytarılmasını çıxılmaqla, lakin
hesablanmış faizləri daxil etməklə, maliyyə aktivləri üçün isə dəyərsizləşmə zərərləri
üzrə hər hansı silinməni çıxmaqla aktivlərin ilkin dəyərini əks etdirir. Hesablanmış
faizlərə ilkin uçot zamanı təxirə salınmış əməliyyat xərclərinin və effektiv faiz meto-
dundan istifadə etməklə ödəniş məbləği üzrə hər hansı mükafat və ya diskon-
tun amortizasiyası daxildir. Hesablanmış faiz gəlirləri və faiz xərcləri, o cümlədən
hesablanmış kupon gəlirləri və amortizasiya olunmuş diskont və ya mükafat (verilmə
zamanı təxirə salınmış komissiyalar daxil olmaqla, əgər varsa) ayrıca göstərilmir
və müvafiq maliyyə vəziyyəti haqqında hesabatın aktiv və öhdəliklərinin balans
dəyərinə daxil edilir.
Effektiv faiz-metodu maliyyə alətinin balans dəyəri üzrə sabit faiz dərəcəsinin (ef-
fektiv faiz dərəcəsi) təmin edilməsi üçün faiz gəlirləri və ya xərclərinin müvafiq dövr
ərzində bölüşdürülməsi metodudur. Effektiv faiz dərəcəsi, təxmin edilən gələcək
pul ödənişlərini və ya daxilolmaları (kreditlər üzrə gələcək zərərlər xaric olmaqla)
maliyyə alətinin gözlənilən fəaliyyət müddəti ərzində və ya müvafiq hallarda daha
qısa müddət ərzində maliyyə alətinin xalis balans dəyərinə diskontlaşdıran dəqiq
dərəcədir. Effektiv faiz dərəcəsi maliyyə aləti üçün nəzərdə tutulan dəyişkən faiz
dərəcəsi üzrə kredit spredini əks etdirən mükafatlar və ya diskont və yaxud bazar
qiymətlərindən asılı olaraq müəyyən edilməyən digər dəyişkən amillər istisna ol-
maqla, faiz dərəcələrinin növbəti dəyişdirilmə tarixinə qədər dəyişkən faizli alətlər
üzrə pul vəsaitlərinin hərəkətini diskont etmək üçün istifadə edilən faiz dərəcəsidir.
Bu cür mükafatlar və ya diskontlar maliyyə alətinin gözlənilən tədavül müddəti
ərzində amortizasiya edilir. Diskont dəyərinin hesablanmasına müqavilə tərəfləri
arasında ödənilmiş və ya alınmış effektiv faiz dərəcəsinin tərkib hissəsini təşkil edən
bütün komissiyalar daxildir.
133
Maliyyə aktivləri. Qrup maliyyə aktivlərini aşağıdakı kateqoriyalara təsnifləşdirir:
a) mənfəət və ya zərərdə ədalətli dəyərlə göstərilən maliyyə aktivləri; b) kreditlər və
debitor borcları; c) ödəniş tarixinədək saxlanılan maliyyə aktivləri və d) satıla bilən
maliyyə aktivləri. Bu təsnifləşdirmə maliyyə aktivlərinin əldə edilməsi məqsədindən
asılıdır. Rəhbərlik maliyyə aktivlərini ilkin uçot zamanı təsnifləşdirir.
Maliyyə aktivlərinin qiymətləndirilməsi onların aşağıdakı təsnifatından asılıdır:
(a) Mənfəət və ya zərərdə ədalətli dəyərlə göstərilən maliyyə aktivləri. Mənfəət
və ya zərərdə ədalətli dəyərlə göstərilən maliyyə aktivləri satış üçün nəzərdə tu-
tulan maliyyə aktivləri (maliyyə aktivi əsasən qısa müddətdə satış üçün əldə
edildiyi təqdirdə bu kateqoriyada təsnifləşdirilir) və ilkin olaraq mənfəət və ya
zərərdə ədalətli dəyərlə uçota alınan maliyyə aktivləridir. Derivativlər heclər kimi
müəyyən edilmədiyi təqdirdə, satış üçün nəzərdə tutulan aktivlər kimi təsnifləşdirilir.
Bu kateqoriyaya daxil olan aktivlər cari aktivlər kimi təsnifləşdirilir.
(b) Kreditlər və debitor borcları. Kreditlər və debitor borcları bazarda sərbəst
surətdə alınıb satıla bilməyən, təsbit edilmiş və ya müəyyən edilə bilən ödənişlərlə
qeyri-derivativ maliyyə aktivləridir. Ödəmə müddəti maliyyə vəziyyəti haqqında he–
sabat tarixindən sonra 12 aydan çox olan kreditlər və debitor borcları istisna olmaqla,
bunlar cari aktivlər kimi təsnifləşdirilir. Bu istisna olunmuş aktivlər isə uzunmüddətli
aktivlər kimi təsnifləşdirilir. Kreditlər və debitor borcları maliyyə vəziyyəti haqqında
hesabatda debitor borcları kimi əks etdirilir.
(c) Ödəniş tarixinədək saxlanılan investisiya qiymətli kağızları. Bu kateqoriyaya
Qrupun ödəniş müddətinədək saxlamaq niyyəti və imkanı olan qiyməti təyin edilmiş
sabit və ya ödəniş müddəti müəyyən edilmiş qeyri-derivativ maliyyə aktivləri daxildir.
Rəhbərlik ödəniş tarixinədək saxlanılan investisiya qiymətli kağızlarını ilk dəfə uçota
alınması ərəfəsində təsnifləşdirilməsini müəyyənləşdirir və hər maliyyə vəziyyəti
haqqında hesabat tarixində təsnifləşdirmənin uyğunluğunu yenidən qiymətləndirir.
Ödəniş tarixinədək saxlanılan investisiya qiymətli kağızları amortizasiya olunmuş
dəyərdə uçota alınır.
(d) Satıla bilən maliyyə aktivləri. Satıla bilən maliyyə aktivləri bu kateqoriya
üçün nəzərdə tutulan və yaxud hər hansı digər kateqoriyalarda təsnifləşdirilməmiş
qeyri-derivativlərdir. Rəhbərliyin maliyyə vəziyyəti haqqında hesabat tarixindən
etibarən 12 ay ərzində investisiyaları satmaq niyyəti olmadığına görə bu aktivlər
uzunmüddətli aktivlər kimi tanınır.
Maliyyə aktivlərinin müntəzəm alışı və satışı, əqdin bağlandığı tarixdə (yəni,
Qrup aktivi almaq və ya satmaq öhdəliyini üzərinə götürdüyü tarixdə) uçota alınır.
İnvestisiyalar əvvəlcə mənfəət və ya zərərdə ədalətli dəyərdə uçota alınmayan bü–
tün maliyyə aktivləri üzrə əməliyyat xərcləri daxil olmaqla, ədalətli dəyərlə uçota
alınır. Mənfəət və ya zərərdə ədalətli dəyərdə əks etdirilən maliyyə aktivləri əvvəlcə
ədalətli dəyərdə uçota alınır, əməliyyat xərcləri isə ümumi gəlirlər haqqında hesa-
Dostları ilə paylaş: |