128
şəkildə düzəliş verilməlidir. Qeyri-nəzarət payına verilən düzəliş məbləği və
ödənilən məbləğ arasındakı fərq birbaşa kapitalda uçota alınmalıdır və Qrupun pay
sahiblərinə aid edilməlidir.
Qeyri-nəzarət payı olan səhmdarlarla əməliyyatlar - “baş müəssisə
modeli” - 1 yanvar 2010-cu il tarixinə qədər
Qrup qeyri-nəzarət payı olan səhmdarlarla əməlyyatları Qrupa daxil olmayan
tərəflərlə əməliyyatlar kimi uçota alır. Qeyri-nəzarət payının alınması qudvilin
yaranmasına səbəb olur. Qudvil, alınmış qeyri-nəzarət payının balans dəyərindən
artıq ödənilmiş məbləği əks etdirir. Törəmə müəssisələrin xalis aktivlərinin balans
dəyəri ödənilmiş məbləğin dəyərindən artıq olduqda, yaranan fərq mənfəət və
ya zərərdə qeydə alınır. Törəmə müəssisə üzərində nəzarət itirilmədən, törəmə
müəssisədəki iştirak payında baş verən dəyişiklik kapital əməliyyatı kimi uçota alınır.
Birgə nəzarət altında olan müəssisələrlə birləşmələr
Qrup birgə nəzarət altında olan müəssisələrin birləşdirilməsini mühasibat uçotunun
alış metodu ilə əks etdirir.
Əlaqəli müəssisələrə investisiyalar. Əlaqəli müəssisələr Qrupun əhəmiyyətli
dərəcədə təsir göstərdiyi, lakin nəzarət etmədiyi müəssisələrdir. Əlaqəli müəssisələrə
investisiya qoyuluşları maliyyə vəziyyəti haqqında hesabatda investisiyalar üzrə yığılmış
dəyərsizləşmə çıxılmaqla, əlaqəli müəssisədəki xalis aktivlərdə Qrupun payındakı alışdan
sonra dəyişiklikləri üstə gəlməklə, ilkin dəyərlə uçota alınır. Əlaqəli müəssisəyə aid olan
qudvil investisiyanın balans dəyərinə daxil edilir. Belə qudvil amortizasiya edilmir və ya
dəyərsizləşmə üzrə ayrıca olaraq yoxlanılmır.
Alışdan sonra əlaqəli müəssisələrin mənfəətində və ya zərərində Qrupun payı mənfəət
və ya zərərdə, sair ümumi gəlir və ya zərərdə qeydə alınan xalis aktivlərdə dəyişikliklərdə
isə Qrupun payı sair ümumi gəlir və ya zərərdə qeydə alınır. Alış tarixindən sonra
yaranmış məcmu dəyişikliklər investisiyanın balans dəyərinə təsir göstərir. Əgər əlaqəli
müəssisənin zərərində Qrupun payı, onun əlaqəli müəssisədəki payına, eləcə də Qru-
pun əlaqəli müəssisədəki investisiya qoyuluşunun müddətinin artırılması ilə əlaqədar ya-
ranan hər hansı debitor borclarına bərabər və ya ondan artıq olarsa, Qrup yalnız həmin
əlaqəli müəssisənin adından üzərinə öhdəlik götürdüyü və ya ödənişlər etdiyi halda,
gələcək zərərləri qeydə alır.
Qrup və onun əlaqəli müəssisələri arasında aktivlərin köçürülməsi ilə bağlı əməliyyatlar
üzrə realizasiya olunmamış gəlirlər Qrupun əlaqəli müəssisələrdəki payına proporsio–
nal həcmdə silinir. Bundan əlavə, realizasiya olunmamış zərərlər həmçinin köçürülən
aktivlərin dəyərsizləşməsini sübuta yetirən əməliyyat olmadığı halda silinir. Lazım ol–
duqda əlaqəli müəssisələrin uçot siyasəti Qrup tərəfindən qəbul edilmiş qaydalara uyğun
olmaq üçün dəyişdirilir.
129
Birgə fəaliyyətdə iştirak payı. İki və ya daha çox tərəfin (sahibkarların) birgə
nəzarət tətbiq edilməsi şərtilə həyata keçirdikləri iqtisadi fəaliyyəti əks etdirən
müqavilə razılaşmasıdır. Birgə nəzarət yalnız iqtisadi fəaliyyətlə əlaqədar strateji
maliyyə və əməliyyat qərarları sahibkarların birgə razılığı ilə tələb edildikdə mövcud
olur. Birgə nəzarət olunan müəssisə, Qrupun öz sahibkarları ilə birlikdə nəzarət
etdiyi iqtisadi fəaliyyəti həyata keçirmək üçün müəssisə, tərəfdaşlıq və ya digər
müəssisənin təsis olunmasını nəzərdə tutan birgə fəaliyyətdir.
Birgə nəzarət olunan müəssisələrin maliyyə nəticələri, aktivləri və öhdəlikləri
pay iştirakı üzrə uçot metoduna əsasən konsolidasiya edilmiş hazırkı maliyyə
hesabatlarına daxil edilir. Pay iştirakı üzrə uçot metoduna əsasən birgə nəzarət olu-
nan müəssisədəki investisiya alış tarixindən sonra birgə nəzarət olunan müəssisənin
xalis aktivlərində Qrupun payındakı dəyişikliklər daxil olmaqla və alınmış ödənişlər
və investisiyanın dəyərindəki hər hansı dəyərsizləşmə çıxılmaqla maliyyə vəziyyəti
haqqında hesabatda uçota alınır. Birgə nəzarət olunan müəssisənin mənfəət və ya
zərərində Qrupun payı ümumi gəlir haqqında hesabatda və birgə nəzarət olunan
müəssisənin uçota aldığı hər hansı gəlir və xərclər sair ümumi gəlir və ya zərərdə
əks etdirilir.
Birgə nəzarət olunan müəssisələrin maliyyə hesabatları Qrupda olduğu kimi eyni
hesabat dövrü üçün hazırlanır. Lazım olduqda, istifadə edilən uçot siyasətinin Qru-
pun qəbul etdiyi uçot siyasətinə uyğun olması üçün həmin maliyyə hesabatlarına
düzəlişlər edilir.
Qrup birgə fəaliyyətə bir daha birgə nəzarət etmədikdə və ya əlaqəli müəssisəyə
əhəmiyyətli təsir göstərmədikdə və ya iştirak payı satış üçün nəzərdə tutulduqda,
pay iştirakı üzrə uçot metodunu istifadə etmir.
Hasilatın Pay Bölgüsü haqqında Sazişlər (HPBS) ilə tənzimlənən Qrupun kəşfiyyat
və hasilat seqmenti üzrə bəzi fəaliyyət növləri birgə fəaliyyət vasitəsilə həyata
keçirilir. Bu halda sahibkarlar birgə fəaliyyətdə birbaşa mülkiyyət payına sahib olur
və onun aktivlərinə birgə nəzarət edirlər. Bu cür fəaliyyət birgə nəzarət olunan
aktivlər kimi uçota alınır. Müvafiq olaraq, Qrupun birgə nəzarət olunan aktivlər və
öhdəliklərdəki payı, eləcə də birgə nəzarət olunan aktivlər ilə bağlı gəlir və xərclər
Qrupun payına proporsional şəkildə qeydə alınır.
HPBS, kommersiya neft və qaz şirkətinin təcrübəsindən istifadə etməklə mineral
ehtiyatların hasilatı üsuludur. Yekun hasilatın miqdarından asılı olmayaraq, mine-
ral ehtiyatlar üzrə mülkiyyət hüququ və əksər hallarda ehtiyatların hasilatı üçün
yaradılmış bütün əsas vəsaitlər üzrə qanuni hüquqlar Dövlətə məxsusdur. Dövlət,
razılaşdırılmış qiymət formuluna əsasən məhsul və ya nağd pulla təchiz edilmiş
məhsullardan müəyyən faiz götürür. Müqavilə tərəfləri ancaq müəyyən xərcləri və
razılaşdırılmış mənfəət faizini əldə etmək hüququna malik ola bilərlər. O, həmçinin
müəyyən vaxt müddətindən sonra ehtiyatları hasil etmək hüququ qazana bilər.
Dostları ilə paylaş: |