154
4. Yeni və ya yenidən i̇şlənmiş standartların və onlara dair şərhlərin
tətbiqi
a) 1 yanvar 2010-cu il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün
qüvvəyə minmiş standartlar
Aşağıdakı yeni standartlar və onlara dair şərhlər 1 yanvar 2010-cu il tarixindən Qrup
üçün qüvvəyə minmişdir:
BMHŞK 17, Nağd olmayan aktivlərin səhmdarlar arasında bölüşdürülməsi
(1 iyul 2009-cu il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir). Bu
şərh, nağd olmayan aktivlərin səhmdarlara dividend şəklində ödənilməsi zaman uçot
qaydasını əks etdirir. Müəssisə, nağd olmayan aktivlərin dividend şəklində səhmdarlara
ödənilməsi öhdəliyini bölüşdürüləcək aktivlərin ədalətli dəyərində qiymətləndirməlidir.
Bölüşdürülmüş nağd olmayan aktivlərin silinməsindən yaranan gəlir və ya zərər
müəssisə tərəfindən dividendlər ödənildikdən sonra il üzrə mənfəət və ya zərərdə
qeydə alınmalıdır. Qrup yenidən işlənmiş standartın hazırkı konsolidasiya edilmiş
maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir etmədiyi qənaətinə gəlmişdir.
BMS 27, Konsolidasiya edilmiş və fərdi maliyyə hesabatları (2008-ci ilin yan-
var ayında yenidən işlənmişdir; 1 iyul 2009-cu il və ya bu tarixdən sonra başlayan illik
dövrlər üçün qüvvəyə minir). Yenidən işlənmiş BMS 27 şirkətdən ümumi gəlirlərin baş
müəssisə sahiblərinə və qeyri-nəzarət paya (bundan əvvəl “azlığın payı”) qeyri nəzarət
payı üzrə nəticələrin defisiti olduğu təqdirdə belə aid edilməsini tələb edir (əvvəlki stan-
dart əksər hallarda artıq zərərlərin baş müəssisənin sahiblərinə aid edilməsini tələb
edirdi). Bundan əlavə, yenidən işlənmiş standartda göstərilir ki, baş müəssisənin törəmə
müəssisədəki iştirak payında nəzarətin itirilməsi ilə nəticələnməyən dəyişikliklər səhm
alətləri üzrə əməliyyatlar kimi uçota alınmalıdır. Standart həmçinin törəmə müəssisə
üzrə nəzarətin itirilməsi nəticəsində yaranan hər hansı mənfəət və ya zərərin müəssisə
tərəfindən necə qiymətləndirilməsini müəyyənləşdirir. Nəzarətin itirildiyi tarixdə keçmiş
törəmə müəssisədə saxlanılmış investisiyalar ədalətli dəyərlə ölçülməlidir.
Əvvəllər Qrupun müəssisə üzərində nəzarəti və ya əhəmiyyətli təsiri itdikdə,
investisiyaların nəzarətin və ya əhəmiyyətli təsirin itmə tarixinə balans dəyəri saxlanılan
iştirak paylarının əlaqəli müəssisələr, birgə müəssisələr və ya maliyyə aktivləri kimi
sonrakı uçotu məqsədilə istifadə edilən dəyərə çevrilirdi. Qrup 1 yanvar 2010-cu il
və ya bu tarixdən sonra həyata keçirilmiş əməliyyatlara yeni uçot qaydaları tətbiq
etmişdir. Bunun nəticəsində maliyyə hesabatlarında əvvəllər əks etdirilmiş məbləğlərə
hər hansı düzəlişlərin aparılması zəruri olmamışdır.
BMHS 3, Müəssisələrin birləşməsi (2008-ci ilin yanvar ayında yenidən işlənmişdir;
alış tarixi 1 iyul 2009 və ya bu tarixdən sonra başlayan birinci illik hesabat dövrünün