HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə75/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   71   72   73   74   75   76   77   78   ...   93

170


171


172


173

HEYDƏR ƏLİYEV FONDUNUN 

RUMINİYA NÜMAYƏNDƏLİYİNİN FƏALİYYƏTİ

Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyi 2007­ci il sentyabr 

ayının 24­də açılmışdır. Nümayəndəliyin rəhbəri İqbal Hacıyevdir. 

Nümayəndəlik Rumıniyadakı uşaq və ahıllar evlərinə mütəmadi yardımlar 

göstərir,  valideyn  qayğısından  məhrum  uşaqların  cəmiyyətə  reinteqrasiyasına 

kömək məqsədi ilə müxtəlif layihələr həyata keçirir. 

Heydər  Əliyev  Fondunun  Rumıniyadakı  nümayəndəliyinin  əlaqə  qurduğu 

və əməkdaşlıq etdiyi qurumlar və cəmiyyətlər bunlardır:

1) Fundatia İon Pop de Popa – İon Pop de Popa Fondu.

2)  Fundatia Organizatiilor Neguvernamentale Pentru Protectia Drepturile 



Copiilor  –  Uşaq  Hüquqlarının  Müdafiəsi  Qeyri­Dövlət  Təşkilatlarınin 

Birliyi (200­ə qədər təşkilat).

3)  Directiile Sociale ale Primariilor din Bucuresti – Buxarest şəhəri Sosial 

Yardım Departamenti.

4)  Agentia Nationala Pentru Protectia Drepturilor Copiilor – Uşaq Hüquq-

larının Müdafiəsi milli agentliyi.

5) UNİCEF Romania – UNİCEF Rumıniya.

6)  Primaria  Sectorului  2  din  Bucuresti  –  Buxarest  şəhəri  2­ci  sektorunun 

İcra Hakimiyyəti.

7)  Fundatia İnternationala Pentru Copii si Familie – Beynəlxalq Uşaq və 

Ailə Fondu.

8)  Centru de Resurse pentru Profesiuni Sociale – Sosial Profesiyalar üçün 

Resurs Fondu.

9) Kluj şəhəri İcra Hakimiyyəti.

10) Kluj şəhəri Sosial Yardım Departamenti.

11) Kluj şəhərində yerləşən “Prison Fellowship” Fondu.

12) Kluj Dövlət Universiteti.

13) Konstanta Dövlət Universiteti.

14) Buxarest Dövlət Universiteti. 

15) Oradea şəhərində Uşaq Protezləri klinikası.

16) Turnu Severin şəhərində “Omenia” Xeyirxahlıq Fondu.

17) GOD BLESS THE CHİLDREN UK – Romania branch.

18) Rumıniyanın Mədəniyyət Nazirliyi.



174

2007­ci il sentyabr ayının 24­də Azərbaycan Prezidenti İlham Əliyev və 

Rumıniya  Prezidenti  Trayan  Besesku  öz  xanımları  ilə  birlikdə  Buxarestin 

mər kəzində  Heydər  Əliyev  Fondunun  nümayəndəliyinin  açılış  mərasimində 

iş tirak etmişlər.

Heydər  Əliyev  Fondunun  Rumıniya  nümayəndəliyinin  açılması  ilə  bağlı 

müvafiq  sənədlər  toplusu  Rumıniyanın  Elmi  Tədqiqatlar  Agentliyi,  Elmlər 

Akademiyasının  Rəyasət  heyəti,  səhiyyə,  xarici  işlər,  ədliyyə,  mədəniyyət  və 

təhsil  nazirliklərinin,  Baş  nazirin  müavininin  imzaları  ilə  təsdiq  olunduqdan 

sonra Nazirlər Kabinetinin tam tərkibli iclasında müzakirə edilərək, Baş nazirin 

sərəncamı ilə müvafiq qərar qəbul olunmuşdur. Qərar Rumıniyanın rəsmi döv-

lət bülletenində çap edildikdən və Rumıniya Ali Məhkəməsinin qərarı ilə təsdiq 

olunduqdan sonra qüvvəyə minmişdir.

Nümayəndəliyin  humanitar  fəaliyyəti  ölkə  ictimaiyyəti  tərəfindən  dəstək-

lənmişdir. Məsələn, nümayəndəlik ahıllar evlərindən birini hamiliyə götürmüş-

dür.  Nümayəndəliyin  Buxarestin  mərkəzində  yerləşən  binası  XX  əsrin  əvvə-

lində tikilmiş memarlıq abidəsidir.

Renomed  Form  tibb  mərkəzinin  rəhbəri  Dayan  Babesku  həmin  mərkəzin 

nəzdində fəaliyyət göstərən, Krayova şəhərində yerləşən dializ və nevrologiya 

klinikasına Heydər Əliyevin adının verilməsi barədə qərarın surətini Azərbay-

can Prezidentinə təqdim etmişdir.

2007­ci  ilin  dekabr  ayının  12­də Azərbaycan  xalqının  Ümummilli  Lideri 

Heydər  Əliyevin  vəfatının  dördüncü  ildönümündə  Ulu  Öndərimizin  xatirəsi 

Rumıniyada  anılmışdır.  Azərbaycan  Respublikasının  Rumıniyadakı  səfirliyi 

tərəfindən təşkil olunan anma mərasiminə Parlament və Senat nümayəndələri, 

ölkənin  tanınmış  siyasət,  elm  və  mədəniyyət  xadimləri,  Rumıniyada  fəaliyyət 

göstərən xarici səfirlik və nümayəndəliklərin rəhbərləri, Buxarest şəhərinin 2­ci 

sektorun  Meri  Nikolay  Untsyanu,  Rumıniya­Azərbaycan  Dostluq  Cəmiyyəti-

nin, Azərbaycan­Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının, Rumıniya­ 

Azərbaycan  Sənaye  və  Ticarət  Palatasının,  Buxarestdəki  türk  və  tatar  cəmiy-

yətlərinin üzvləri, Heydər Əliyev adına təqaüdə layiq görülmüş tələbələr dəvət 

olunmuşlar. Tədbir iştirakçıları Buxarest şəhərindəki Heydər Əliyev Fondunun 

Rumıniya Nümayəndəliyini ziyarət etmişlər.

Azərbaycan  Respublikasının  müstəqilliyinin  möhkəmləndirilməsində, 

de mokratik,  dünyəvi  dövlət  quruculuğunda,  ölkəmizdə  sabitliyin  bərqərar 

olunmasında  Heydər  Əliyevin  misilsiz  xidmətləri  yüksək  səviyyədə  qiy-

mətləndirilmişdir. 

Rumıniya­Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Professor Dimitri Balan 

iki ölkə arasında dostluq və siyasi tərəfdaşlıq əlaqələrinin yaradılmasında Hey-

dər Əliyevin misilsiz rolu barədə düşüncələrini ifadə etmişdir.




175

2008­ci  ilin  13­14  fevral  tarixlərində Azərbaycan  Respublikasının  Rumı-

niyadakı  səfiri  Eldar  Həsənovun  rəhbərliyi  ilə  nümayəndə  heyətinin  Kluj 

şəhərinə  səfəri  həyata  keçirilmişdir.  Heyətin  tərkibinə  Heydər  Əliyev  Fondu 

– Ru mı niya nümayəndəliyinin direktoru İqbal Hacıyev, Rumıniya­ Azərbaycan 

İkitərəfli Ticarət və Sənaye palatasının sədri Alev Balgi, Rumıniya­  Azərbaycan 

Dostluq  Cəmiyyətinin  idarə  heyətinin  üzvü  və  Rumıniya­Türkiyə  İki tə rəfli 

Ticarət  və  Sənaye  palatasının  sədri  Tamer  Atalay,  Rumıniya­Azərbaycan 

Dostluq Cəmiyyətinin sədr müavini Ruslan Vələdov, Səfirliyin II katibi Sey-

ran Mirzəzadə daxil idi.

Qeyd edək ki, Kluj şəhəri əhalisinin sayına görə Rumıniyanın ikinci şəhəri-

dir. Ölkənin ən vacib elm, təhsil, mədəniyyət, sənaye və istehsalat mərkəzlərin-

dən, sürətlə inkişaf edən bölgələrindən biridir.

Səfər çərçivəsində Heydər Əliyev Fondu – Rumıniya nümayəndəliyi adın-

dan Kluj şəhərinin Ahıllar Evinə humanitar yardım və köməklik göstərilmişdir. 

Bura şəhərin yeganə Ahıllar Evidir və orada 110 nəfərdən artıq ahıla qayğı və 

xidmət göstərilir. Humanitar yardım Ahıllar Evinin rəhbərliyi tərəfindən əvvəl-

cədən təqdim edilmiş siyahı üzrə həyata keçirilmişdir. Bu siyahıya əsasən İtali-

yadan xüsusi olaraq sifariş edilmiş və Ahıllar Evinin son illərdə ən çox ehtiyac 

duyduğu  paltarların  tez  qurudulması  üçün  generator,  dərman  ləvazimatları,  o 

cümlədən antibiotik və vitaminlər, 110 nəfərlik yataq və çarpayı dəstləri, zəruri 

qida məhsulları Ahıllar Evinə təqdim edilmişdir. 

Heydər Əliyev Fondunun direktoru İ.Hacıyev yerli televiziya kanalına rumın 

dilində müsahibə vermişdir. Müsahibədə İ.Hacıyev Azərbaycan xalqının Ümum-

milli Lideri Heydər Əliyevin Azərbaycan xalqının rifahı və dövlətçiliyimiz na­

minə  tarixi  xidmətləri,  Rumıniya ilə Azərbaycan arasında  dostluq, əməkdaşlıq 

əlaqələrinin inkişafındakı danılmaz rolu, Heydər Əliyev Fondunun Prezidenti, 

UNESCO­nun  və  İSESKO­nun  xoşməramlı  səfiri  Mehriban  xanım  Əliyeva-

nın rəhbərliyi ilə Fondun nəcib işləri, əsas fəaliyyət istiqamətləri, sosial, təhsil, 

mədəniyyət, səhiyyə sahəsində həyata keçirilən layihələri, uşaq evləri, əqli və 

fiziki çatışmazlıqları olan insanlara, kimsəsizlərə qayğısı, bu yaxınlarda Pakis-

tanda qızlar üçün orta məktəbin inşası barədə ətraflı məlumat vermişdir.

Kluj  şəhərinin  meri  şəhərdə  yeni  yetimlər  evinə  ehtiyac  duyulduğunu 

nəzərə çatdıraraq, burada Heydər Əliyev Fondu tərəfindən belə bir mərkəzin 

tikilməsini xahiş etmişdir. Bu məqsədlə mer tərəfindən torpaq ayrılacağını 

və yetimlər evinə Heydər Əliyevin adının veriləcəyini bildirmişdir. Bunun 

Kluj  şəhərinin  deyil,  eyni  zamanda  hakim  partiyanın  mövqeyi  olduğunu 

diqqətə çatdırmışdır.  

İ.Hacıyev Heydər Əliyev Fondu barədə dolğun məlumat verdikdən sonra, 

rumın dilinə tərcümə edilmiş “Heydər Əliyev Fondu. 2004­2007” bro şürala­




Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə