HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə83/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   79   80   81   82   83   84   85   86   ...   93

190

deputatlar, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, türk­tatar icmaları-

nın, Buxarestdə akkreditə olunmuş səfirliklərin və beynəlxalq nümayəndəliklə-

rin, qeyri­hökumət təşkilatlarının təmsilçiləri və jurnalistlər iştirak etmişlər.

Çıxış edənlər Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən törədil-

miş  qırğının  ağır  nəticələrindən  danışmış,  soyqırım  qurbanlarının  xatirəsinin 

dünyanın bir sıra ölkələrində anıldığını bildirmişlər.

İştirakçılara faciə ilə bağlı Azərbaycanda və dünyanın bir çox ölkələrində 

İslam  Konfransı  Gənclər  Forumunun  mədəniyyətlərarası  dialoq  üzrə  baş  əla­

qələndiricisi,  Heydər  Əliyev  Fondunun  vitse­prezidenti  Leyla  xanım  Əliye-

vanın təşəbbüsü ilə irəli sürülmüş “Xocalıya ədalət” Beynəlxalq kampaniyası 

haqqında  ətraflı  məlumat  verilmişdir.  Kampaniyaya  dair  interaktiv  təqdimat 

nümayiş etdirilmiş və bu təşəbbüs yüksək qiymətləndirilmişdir.

Mərasim  iştirakçıları  Heydər  Əliyev  Fondu  tərəfindən  hazırlanmış  “Qara-

bağ həqiqətləri” seriyasından olan kitabçalarla, “Xocalı soyqırımı” və rumın di­

lində çapdan çıxmış “Xocalı faciəsi”, “Erməni mifi. Erməni ekstremizmi: onun 

səbəbləri və tarixi məzmunu” kitabları ilə tanış olmuşlar.

“Xocalı uşaqların gözü ilə” rəsm sərgisi və faciənin dəhşətlərini əks etdirən 

fotosərgi də təşkil edilmişdir.

İştirakçıları  Ermənistanın  işğalçılıq  siyasəti  və  onun  nəticələri  ilə  əyani 

şəkildə  tanış  etmək  məqsədilə  tədbirin  keçirildiyi  binalarda  Xocalı  faciəsinin 

dəhşətlərini  əks  etdirən  fotosərgilər  təşkil  edilmişdir.  Tədbir  iştirakçılarına, 

həmçinin  Heydər  Əliyev  Fondu  tərəfindən  hazırlanmış  “Qarabağ  haqqında 

həqiqi  faktlar”  seriyasından  olan  kitabçalar,  Ermənistan­Azərbaycan,  Dağlıq 

Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqqında kitablar paylanmışdır.

31 mart 2011­ci il tarixində Heydər Əliyev Fondu – Rumıniya nümayəndə­

liyinin,  Rumıniya­Azərbaycan  Dostluq  Cəmiyyətinin,  Azərbaycan­ Rumıniya 

Mədəniyyət və Gənclər Assosiasiyasının və ARDNŞ­nin Rumıniyadakı nüma­

yəndəliyinin rəhbər və idarə heyəti, ölkədə yaşayan və təhsil alan azərbaycan-

lılar, İran azərbaycanlıları, KİV nümayəndələrinin iştirakı ilə Azərbaycanlıların 

Soyqırımı Gününə həsr olunmuş geniş tədbir keçirilmişdir. Tədbirdə azərbay­

canlıların  soyqırımının  tarixi,  xüsusi  olaraq,  1905­1907­ci  illərdə  ermənilər 

tərəfindən Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Eçmiədzin, Ca­

vanşir  və  Qazaxda  törədilmiş  vəhşiliklər,  275  kəndin  dağıdılması,  1918­ci 

ilin mart­aprel aylarında ermənilər tərəfindən Bakı, Şamaxı, Quba, Muğan və 

Lənkəran rayonlarında 50 min azərbaycanlının öldürülməsi, on minlərlə insa-

nın evlərindən didərgin düşməsi qeyd olunmuş, Qubada 122 kənd, Dağlıq Qa­

rabağda 150 kənd, Zəngəzurda 115 kənd, İrəvan quberniyasında 211 kənd və 

Qars  vilayətində  92  kəndin  dağıdıldığı  vurğulanmışdır.  Bundan  başqa,  1918­

1920­ci  illərdə  repressiya  zamanı  indiki  Ermənistanda  yaşayan  575000  azər-

baycanlıdan 565000­nin qovulduğu və öldürüldüyü nəzərə çatdırılmışdır.



191

Çıxış edənlər 1948­1953­cü illərdəki deportasiyadan söhbət açaraq, 1946­

1947­ci illərdə Suriyadan, Yunanıstandan, Livandan, İrandan, Bolqarıstandan, 

Fələstindən,  Fransadan, ABŞ­dan,  Misirdən,  İraqdan  və  Rumıniyadan  86300 

erməninin keçmiş SSRİ ərazisinə köçürülməsi və bununla bağlı 1948­1950­ci 

illərdə SSRİ Nazirlər Şurasının qərarları ilə 100000 azərbaycanlının öz yaşayış 

yerlərini tərk etməyə məcbur olması barədə geniş məlumat vermişlər. 

Ermənistan­Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi  zamanı  baş  vermiş 

hadisələrdən  danışaraq,  Ermənistanın  işğalçılıq  siyasəti,  26  fevral  1992­ci  il 

tarixində Xocalı faciəsi, 2 aprel 1993­cü il tarixində Azərbaycan Respublikası-

nın Kəlbəcər rayonunun işğal olunması, onların ağır nəticələri və bu soyqırımın 

mahiyyət etibarilə Ermənistanın separatçılıq, terrorçuluq siyasətinin tərkib his-

səsi olduğu barədə konkret faktlarla tədbir iştirakçılarını məlumatlandırmışlar.

Qeyd  olunmuşdur  ki,  26  mart  1998­ci  ildə  Azərbaycan  xalqının  Ümum-

milli  Lideri  Heydər  Əliyevin Azərbaycanlıların  Soyqırımı  Gününün  31  Mart 

tarixində qeyd olunmasına dair verdiyi Fərman böyük tarixi əhəmiyyətə malik-

dir  və  azərbaycanlıların  soyqırımına  beynəlxalq  siyasi,  hüquqi  qiymət  veril-

məsi dövlətimizin qarşımızda qoyduğu əsas vəzifələrdən biridir.

Həmçinin, Azərbaycanlıların  Soyqırımı  Günü  ilə  bağlı  səfirlik  tərəfindən 

hazırlanmış  geniş  press­reliz  Rumıniyanın  dövlət  orqanlarına,  qeyri­hökumət 

təşkilatlarına, Rumıniyada fəaliyyət göstərən diplomatik nümayəndəliklərə də 

göndərilmişdir.

2011­ci il may ayının 10­da Azərbaycan xalqının Ümummilli Lideri Heydər 

Əliyevin anadan olmasının 88­ci ildönümü ilə əlaqədar Rumıniyanın paytaxtı 

Buxarest şəhərində tədbirlər keçirilmişdir.

Tey Parkın Heydər Əliyev xiyabanında keçirilən tədbirdə bu ölkədə yaşa-

yan və təhsil alan soydaşlarımız, Heydər Əliyev Fondunun Rumıniyadakı nü­

mayəndəliyi, Rumıniya­Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya­Azərbaycan 

Ticarət və Sənaye Palatası, Rumıniya­Azərbaycan Gənclər və Mədəniyyət As­

sosiasiyası, Rumıniya Müsəlman Tatar Türklərinin Demokrat Birliyi və Rumı-

niya Türk Demokrat Birliyinin üzvləri də iştirak etmişlər.

Tədbirdə dərin tarixi köklərə malik Azərbaycan ilə Rumıniya münasibətlə-

rinin müasir şəraitdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində Heydər Əli-

yevin xüsusi rolu olduğu diqqətə çatdırılmışdır. Heydər Əliyev şəxsiyyətinin və 

siyasətinin yalnız Azərbaycan çərçivəsində deyil, ümumiyyətlə regional və qlo-

bal miqyasda da dəyərləndirilməsinin vacibliyi xüsusi qeyd olunmuşdur.

 



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə