HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə86/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   82   83   84   85   86   87   88   89   ...   93

197

bildirmişdir ki, Heydər Əliyev Fondu yola saldığımız ildə dünyamiqyaslı hu­

manitar  layihələr  həyata  keçirmiş,  mədəni  irsimizin  təbliği,  kimsəsiz  və  əlil 

uşaqlara qayğı göstərilməsi istiqamətində mühüm addımlar atmışdır.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyə Böyük Millət Məc-

lisi sədrinin müavini Meral Akşener, İstanbul valisi Hüseyn Avni Mutlu, ölkə-

mizin İstanbuldakı baş konsulu Həsən Zeynalov son illər regionda ən yüksək 

inkişafa nail olmuş və dünyada nüfuzunu daha da artırmış Azərbaycan dövləti-

nin tərəqqisindən, Prezident İlham Əliyevin Türk və Azərbaycan diaspor təşki-

latlarının həmrəyliyinə verdiyi əhəmiyyətdən, qardaş ölkələrimizin Ulu Öndər 

Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamına uyğun olaraq gündən­günə 

daha da möhkəmlənən əlaqələrindən ətraflı bəhs etmişlər.

2011­ci il fevral ayının 23­də İzmir şəhərindəki Atatürk Mərkəzində Xo calı 

faciəsinin 19­cu ildönümü ilə əlaqədar Heydər Əliyev Fondu Türkiyə Nü ma­

yəndəliyinin  təşkilatçılığı  ilə  Azərbaycan  Respublikası  İstanbul  Baş  konsul-

luğu, İzmir şəhərində təhsil alan azərbaycanlı tələbələr və diaspora qurumları 

ilə birlikdə elmi­aktual konfrans keçirilmişdir. Tədbirdə İzmir şəhəri bələdiy­

yəsi  başqan  vəkili,  xarici  ölkələrin  İzmirdəki  fəxri  konsulları,  İzmir  şəhər 

məclisi  nümayəndələri,  diaspora  təşkilatları,  ziyalılar  və  kütləvi  informasiya 

vasitələri nümayəndələri iştirak etmişlər.

Konfransda Türkiyənin 9 Eylül Universitetindən professor Rəcəb Kök, Girə-

sun universitetindən professor Aygün Attar, Cəlal Bayar universitetindən dosent 

Nəjdat Bilgi, Azərbaycan Elmlər Akademiyası Tarix İnstitunun müdiri profes-

sor Yaqub Mahmudov Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsi ilə əlaqə-

dar elmi çıxışlar etmişlər. Çıxışlardan sonra azərbaycanlı tələbələrin hazırladıq-

ları “Xocalı Harayı” adlı səhnə göstərilmişdir. 

2011­ci  il  fevral  ayının  25­də  Beynəlxalq  Stratejik  Araşdırmalar  Mərkə-

zində (BSAM) Heydər Əliyev Fondu Türkiyə Nümayəndəliyinin və Azərbay-

can Səfirliyinin təşkilatçılığı ilə “Regional Problemlər Prizmasından Azərbay-

canın  Xarici  Siyasəti”  mövzusunda  elmi  konfrans  keçirilmişdir.  Konfransda 

Ankarada fəaliyyət göstərən xarici diplomatik korpusların nümayəndələri, icti-

mai  xadimlər  və  nüfuzlu  elmi­araşdırma  mərkəzlərinin  nümayəndələri  iştirak 

etmişlərdir.  Konfransı  giriş  sözü  ilə  açan Ankaradakı  səfirimiz  Faiq  Bağırov, 

Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Azər-

baycanın haqq işinin dəstəklənməsi istiqamətində elmi araşdırmaların önəmin-

dən bəhs etmişdir. Sonra konfransın birinci hissəsində professor Cəmil Həsənli 

Azərbaycanın diplomatiya tarixindən və Qarabağ hadisələrinin tarixi köklərin-

dən, millət vəkili Qənirə Paşayeva Xocalı soyqırımının beynəlxalq ictimaiyyət 

tərəfindən  qəbul  edilməsinin  zəruriliyindən,  millət  vəkili  Elman  Məmmədov 



198

Xocalı hadisələrinin canlı şahidi olaraq ermənilər tərəfindən günahsız soydaş-

larımıza  qarşı  törədilən  dəhşətlər  haqqında  konfrans  iştirakçılarını  məlumat-

landırmışlar.  Heydər  Əliyev  Fondu  Türkiyə  nümayəndəliyinin  rəhbəri  Samir 

Cəfərov  Xocalı  faciəsi  və  Ermənistan­Azərbaycan  münaqişəsinin  geopolitik 

məsələlərini dəyərləndirmişdir. Konfransın ikinci hissəsində Beynəlxalq Araş-

dırmalar  Mərkəzinin  vitse­prezidenti  professor  Kamer  Qasım  Dağlıq  Qara-

bağ  münaqişəsinin  nizamlanması  yollarından,  professor  Tayyar  Arı  Cənubi 

Qafqazda gedən siyasi proseslərdən, dosent Barış Özdal isə Dağlıq Qarabağ və 

ətraf rayonların erməni əsgərləri tərəfindən işğal olunmasından bəhs etmişlər. 

2011­ci  il  may  ayının  16­da  Heydər  Əliyev  Fondunun  Türkiyə  təmsilçi-

liyi  Türkiyənin  Bursa  şəhərindəki  Uludağ  Universiteti  ilə  birlikdə  “Cənubi 

Qafqazda  təhlükəsizliyin  yenidən  dəyərləndirilməsi  və  Türkiyə­Azərbaycan 

əlaqələri” mövzusunda beynəlxalq konfrans keçirmişdir.

Konfransı  açan  Heydər  Əliyev  Fondunun  Türkiyə  təmsilçiliyinin  rəhbəri 

Samir  Cəfərov  dünyanın  müxtəlif  ölkələrindən  gəlmiş  diplomat,  politoloq  və 

elm  adamlarının  bu  mühüm  tədbirdə  iştirakının  əlamətdar  olduğunu  vurğula-

mış, Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasında qeyri­hökumət 

təşkilatlarının rolunun gücləndirilməsi baxımından bu cür müzakirələrin vacib-

liyini qeyd etmişdir. Onun sözlərinə görə, bu gün Cənubi Qafqazda destruktiv 

rol oynayan Ermənistan Türkiyə, Azərbaycan və Gürcüstana qarşı əsassız ərazi 

iddiaları irəli sürür. Azərbaycan və Türkiyə gəncləri humanizm və bəşəri dəyər-

lərə ehtiram ruhunda böyüyür, lakin onların Ermənistanda olan həmyaşıdlarına 

qonşu xalqlara qarşı nifrət hissləri aşılanır. İşğal etdiyi Azərbaycan torpaqlarını 

daxili siyasət alətinə çevirmiş Ermənistan Rusiya Xarici İşlər nazirinin də söy-

lədiyi kimi, Moskvanın forpostuna çevrilmişdir.

ABŞ­ın Kentukki Universitetinin professoru, keçmiş səfir Keri Kavano isə 

bildirmişdir  ki,  Sovet  İttifaqı  dağıldıqdan  sonra  Türkiyənin  Cənubi  Qafqaz 

re gionunda təsiri və rolu artmışdır. Dahi siyasətçi Heydər Əliyevin də vurğu­

ladığı  kimi,  “bir  millət,  iki  dövlət”  olan  Türkiyə  və Azərbaycan  əvvəllər  bir 

çoxlarının  inanmadığı  Bakı­Tbilisi­Ceyhan,  Bakı­Tbilisi­Ərzurum  və  Bakı ­

Tbilisi­Qars  kimi  mühüm  layihələri  həyata  keçirməklə  öz  iqtisadiyyat  və 

nüfuzlarını artırmışlar. Bu əlaqələri ABŞ və İngiltərə xalqlarının yaxın müna-

sibətilə müqayisə edən amerikalı diplomat vurğulamışdır ki, Azərbaycan daim 

Türkiyəyə güvənə bilər. Ankara da, öz növbəsində, Dağlıq Qarabağ problemi-

nin həllində daha fəal iştirak edə bilər.

ATƏT­in Minsk qrupunun həmsədri olduğu dövrdə – 2001­ci ilin mart­aprel 

aylarında ABŞ­ın Ki Vest qəsəbəsində aparılmış sülh danışıqlarında Ümummilli 

Lider  Heydər  Əliyevin  Ermənistan­Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi-



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə