HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə82/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   78   79   80   81   82   83   84   85   ...   93

188

Rumıniyanın Azərbaycandakı ilk səfiri, Babeş­Bolyai Universitetinin Tür-

kologiya  və  Mərkəzi  Asiya  Araşdırmalar  İnstitutunun  direktoru,  professor 

Tasin Cəmil azərbaycanlı kitab müəlliflərinin elmi rəhbəri olduğunu vurğulaya-

raq, təqdim edilən nəşrlərin rumın dilində Azərbaycan və Orta Asiya haqqında 

yazılmış  fundamental  əsərlər  olduğunu  diqqətə  çatdırmış,  ölkənin  rəsmi  və 

elmi dairələrini bu sahədə tədqiqatların sayını artırmağa çağırmışdır.

Kitabların  müəllifləri  Azərbaycanın  tarixi,  mədəniyyəti,  ədəbiyyat  və 

iqtisadiyyatı, habelə Rumıniya­Azərbaycan əlaqələrinin ötən il imzalanmış 

strateji tərəfdaşlığa dair müqaviləyə qədər keçdiyi yol haqqında ətraflı məlu-

mat vermişlər.

5  noyabr  2010­cu  il  tarixində  Heydər  Əliyev  Fondunun  Rumıniya  nü ma­

yəndəliyinin  və Azərbaycan  Respublikasının  Rumıniyadakı  səfirliyinin  təşəb-

büsü ilə Rumıniyanın Kluj­Napoka şəhərindəki Ahıllar üçün Qayğı və Yardım 

Mərkəzinə  humanitar  yardım  aksiyası  həyata  keçirilmişdir.  Mərkəzin  pasi-

yentlərinin  hər  biri  üçün  ərzaq,  yataq  və  geyim  dəstləri,  dərman  preparatları, 

sanitar­ gigiyena ləvazimatları və zəruri məişət texnikası təqdim edilmişdir.

Qayğı  və Yardım  Mərkəzinin  130  sakini  üçün  nəzərdə  tutulmuş  humani-

tar  yardımın  təqdimetmə  mərasimində  Mərkəzin  rəhbəri  doktor  Liviu  Popa 

çıxış edərək ömrünün ahıl yaşını yaşayan vətəndaşları unutmaması və həmişə 

olduğu  kimi  bu  il  də  növbəti  dəfə  humanitar  yardım  göstərilməsinə,  qayğıya 

və  diqqətə  ehtiyacı  olan  ahıllara  qarşı  xeyirxah  münasibətə  görə Azərbaycan 

Respublikasının Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun 

Prezidenti  xanım  Mehriban  Əliyevaya  dərin  təşəkkürünü  bildirmiş,  Fondun 

Kluj­Napoka  Qayğı  və  Yardım  Mərkəzinə  yardımlarının  birinci  dəfə  həyata 

keçirilmədiyini, bunun artıq bir ənənə halını aldığını məmnunluqla bildirmişdir.

Doktor  L.Popa,  Kluj­Napoka  Qayğı  və  Yardım  Mərkəzinin  Rumıniyanın 

qədim Transilvaniya bölgəsinin mərkəzlərindən hesab olunan bu tarixi şəhərdə 

dövlət  tərəfindən  yaşlı  insanlara  xidmət  göstərən  yeganə  müəssisə  olduğunu, 

demək  olar  ki,  tam  şəkildə  yalnız  dövlət  büdcəsindən  maliyyələşdirildiyini 

xatırlatmışdır.  Rumıniyada  davam  edən  iqtisadi  böhranın  nəticələrinin  ahıllar 

evi üçün də təsirsiz ötüşmədiyini təəssüflə diqqətə çatdırmışdır. Onun sözlərinə 

görə, tələbin çox olmasına baxmayaraq, Mərkəz yalnız məhdud sayda insanlara 

xidmət göstərə bilir. Burada təxminən sosial xidmət əməkdaşları və tibb bacı-

ları tərəfindən gündəlik olaraq 130 ahıl insana yardım və qayğı göstərilir.

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Ha­

cıyev Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun ünvanına söylənilən 

xoş  sözlərə  görə  minnətdarlığını  bildirmiş,  Fondun  Rumıniyadakı  hu manitar 

fəaliyyəti  haqqında  Mərkəzin  əməkdaşlarına  məlumat  vermiş,  Heydər  Əliyev 

Fondunun  Prezidenti  xanım  Mehriban  Əliyevanın  göstərişinə  əsasən  bundan 




189

sonra da Kluj­Napoka Qayğı və Yardım Mərkəzindəki ahıllara hərtərəfli diqqə-

tin əsirgənilməyəcəyini bildirmişdir.

10 noyabr 2010­cu il tarixində Heydər Əliyev Fondunun Rumıniya nü ma­

yəndəliyinin təşəbbüsü ilə Buxarest şəhərinin 2­ci sektorundakı 64 saylı nata-

mam  orta  məktəbdə  Rumıniya­Azərbaycan  dostluğuna  həsr  olunmuş  tədbir 

keçirilmişdir. 

Tədbiri  giriş  sözü  ilə  açan  məktəbin  direktoru  Violeta  Daskalu  (Violeta 

Dascalu) Rumıniya və Azərbaycan arasında əlaqələrin qədim tarixə malik oldu-

ğunu,  ölkəmizin  hələ  kəşf  olunmamış  böyük  mədəni  potensiala  malik  oldu-

ğunu bildirərək, başçılıq etdiyi məktəbin Azərbaycan ilə əlaqələrin qurulmasına 

böyük  önəm  verdiyini  qeyd  etmişdir.  Xanım  V.Daskalu  məktəb  şagirdlərinin 

azərbaycanlı həmyaşıdları ilə yazışmaq istəyində olduqlarını və yaxın günlərdə 

onların ilk məktublarının səfirliyə təqdim olunacağını bildirmişdir.

Buxarest Yazıçılar Assosiasiyasının sədri, yazıçı və dramaturq Horia Qırbya 

2009  və  2010­cu  illərdə Azərbaycana  etdiyi  səfərləri  haqqında  təəssüratla rını 

bölüşmüş,  müəllifi  olduğu  şəkillərdən  ibarət  slaydın  müşayiəti  ilə  Azərbay-

canın  tarixi,  mədəniyyəti,  mənəvi  dəyərləri  və  müasir  həyatı  haqqında  geniş 

məlumat  vermiş,  həmçinin  yenicə  çapdan  çıxmış  “Azərbaycan  –  canlı  alov” 

kitabını təqdim etmişdir.

2010­cu  il  dekabrın  13­də  Buxarestdəki  Rumın­Amerikan  Universitetində 

(RAU) Azərbaycana  həsr  olunmuş  konfrans  keçirilmişdir.  Tədbir  Universitet 

rəhbərliyinin, Buxarest Yazıçılar Assosiasiyasının, və Heydər Əliyev Fondunun 

Rumıniya nümayəndəliyinin təşəbbüsü və dəstəyi ilə keçirilmişdir.

Buxarest Yazıçılar Assosiasiyasının sədri doktor Horia Qırbya tədbirdə çıxış 

edərək Azərbaycan haqqında təəssüratlarını danışmış, Azərbaycana dair əlamət-

dar məqamları özündə ehtiva edən və şəxsən özünün müəllifi olduğu fotosər-

gini nümayiş etdirmişdir. H.Qırbya Ermənistanın Azərbaycana qarşı təcavüzü­

nün ağır nəticələrindən bəhs etmiş və XX əsrin ən qanlı səhifələrindən biri olan 

Xocalı  faciəsi  zamanı  erməni  silahlı  qüvvələri  tərəfindən  törədilən  vəhşilik-

lərin üzərində xüsusilə dayanmışdır. Rumın yazıçısı, eyni zamanda 20 Yanvar 

hadisələri, azərbaycanlıların soyqırımı və Quba kütləvi məzarlığı haqqında da 

ətraflı məlumat vermişdir. H.Qırbya qeyd etmişdir ki, xristianlığın dövlət dini 

elan edildiyi ilk ölkə Ermənistan deyildir və Azərbaycanda daha erkən dövrlərə 

aid xristian abidələrinin aşkar edilməsi bu faktı bir daha sübut edir.

2011­ci  il  fevral  ayının  26­da  Heydər  Əliyev  Fondunun  Rumıniya  nü ma­

yəndəliyi və Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən Xocalı faciəsinin 19­cu 

ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir. 

Mərasimdə ziyalılar, Rumıniyanın Avropa İttifaqı institutlarında, o cümlə-

dən Avropa Parlamentindəki təmsilçiləri, ölkənin sabiq və hazırkı senatorları, 




Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə