HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD


HEYDƏR ƏLİYEV FONDUNUN AMERİKA



Yüklə 1,7 Mb.
səhifə84/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   80   81   82   83   84   85   86   87   ...   93

192

HEYDƏR ƏLİYEV FONDUNUN AMERİKA 

BİRLƏŞMİŞ ŞTATLARINDAKI NÜMAYƏNDƏLİYİNİN FƏALİYYƏTİ

Heydər Əliyev Fondunun ABŞ­dakı nümayəndəliyi 2008­ci ilin avqust ayında 

açılmışdır. Nümayəndəliyin rəhbəri Paşayeva Seyidzadə Cəmilədir. 

Nümayəndəlik  Azərbaycan  Respublikasının  beynəlxalq  nüfuzunun  artırıl­

ması ilə bağlı tədbirlərin həyata keçirilməsinə, Azərbaycan həqiqətlərinin dün

ya  ictimaiyyətinə  çatdırılmasına  yardım  göstərir, Azərbaycan  mədəniyyətinin 

geniş təbliği ilə bağlı aparılan işlərə kömək edir, xüsusi qayğıya ehtiyacı olan 

insanlara  kömək  göstərir,  digər  fondlar,  QHT­lər,  ictimai  təşkilatlarla,  təhsil 

müəssisələri ilə əməkdaşlıq edir.

Heydər Əliyev Fondu və ABŞ Konqresinin kitabxanası arasında əməkdaşlı­

ğın əsasını qoymaq üçün, eyni zamanda Dünya Elektron Kitabxanası təşəbbü-

sünə  qoşulmaq  məqsədilə  2009­cu  ildə  Heydər  Əliyev  Fondunun  ABŞ­dakı 

nümayəndəsi ilə kitabxananın yüksək rütbəliləri arasında bir sıra görüşlər keçi-

rilmişdir. Aprel ayında Fondun nümayəndəsi ilə Konqresin kitabxanaçısı cənab 

Ceyms  Bilinqton  görüşmüş,  Azərbaycanda  geniş  spektrli  fiziki  və  elektron 

kitabxananın yaradılmasını və Konqresin kitabxanası tərəfindən lazımi texniki 

dəstəyin təmin edilməsini müzakirə etmişlər. 

Qısa  müddətdən  sonra  Dünya  Elektron  Kitabxanasının  Baş  Məsləhətçisi 

Con Van Oudenaren ilə görüş keçirilmiş və bu görüşdə Azərbaycana məxsus 

olan  çox  nadir  sənədlərin  və  nəşrlərin  dünya  ictimaiyyətinə  açıq  şəkildə  təq-

dim  olunması  layihəsinin  yaradılması  imkanları  müzakirə  edilmişdir.  Dünya 

Elektron  Kitabxanası  (DEK)  təşəbbüsü  Azərbaycanın  mədəni  irsinin  təşviqi 

üçün yüksək potensiala malik olduğu üçün görüşün əsas müzakirə mövzusu idi. 

Bundan başqa ölkədə yalnız Dünya Elektron Kitabxanası üçün deyil, həm də 

milli və beynəlxalq layihələr, xüsusi materialların hazırlanması üçün elektron-

laşdırma mərkəzinin yaradılması da müzakirə edilmişdir.

Görüşlər zamanı Dünya Elektron Kitabxanası təşəbbüsünə qoşulma məsələ-

sində  Azərbaycanın  birinci  xanımı,  Heydər  Əliyev  Fondunun  prezidenti, 

UNESCO­nun və İSESCO­nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi 

rolu qeyd edilmişdir. DEK təşəbbüsü Konqresin Kitabxanası və UNESCO tərə-

findən  başlanan  təşəbbüsdür.  Fondun  nümayəndəsi  xüsusi  olaraq Azərbayca-

nın birinci xanımının Azərbaycanın mədəni irsinin yenidənqurması və qorun-

masında əvəzolunmaz rolunu qeyd etmişdir. Bu qorunub saxlanan irsin xüsusi 

nümunələri DEK­in məzmununu zənginləşdirə bilər. Əlavə olaraq Fondun nü­




193

mayəndəsi təşkilatın fəaliyyəti və onun səhiyyəyə, mədəniyyətə, elmə və Azər-

baycanın sosial həyatına verdiyi töhfədən danışmışdır. Konqres kitabxanasına 

Fondun  nəşrlərindən  olan  eksklüziv  kitab  və  musiqi  kolleksiyaları  hədiyyə 

olunmuşdur.

Onu da qeyd etmək lazımdır ki, DEK təşəbbüsü mədəniyyətlərarası anla-

yışın təşviqinə, internetdə mədəni məzmunun həcminin və müxtəlifliyinin ge­

nişləndirilməsinə,  ictimaiyyət  və  elmi  institutlar  üçün  resursların  təmin  edil-

məsinə və ölkələr arasında elektron bölgünün azaldılması məqsədilə partnyor 

institutların potensialının gücləndirilməsinə yönəlmişdir. Kitabxananın məqsədi 

internetdə  ödənişsiz,  çoxdilli  formatda  dünyanın  müxtəlif  mədəniyyətlərindən 

götürülən əlyazmaları, nadir kitabları, xəritələri, yazıları, filmləri, fotoları, arxi-

tektura  xəritələrini  və  başqa  önəmli  mədəni  resursları  dünyaya  açıq  təqdim 

etməkdir. DEK dünyanın 30 əsas milli kitabxanası və tanınmış dünya institut-

ları ilə əməkdaşlıq edir. 



194

HEYDƏR ƏLİYEV FONDUNUN TÜRKİYƏ 

CÜMHURİYYƏTİNDƏKİ NÜMAYƏNDƏLİYİNİN FƏALİYYƏTİ

Heydər  Əliyev  Fondunun  Türkiyədəki  nümayəndəliyi  2008­ci  ilin  sent-

yabrında açılmışdır. Nümayəndəliyin rəhbəri Cəfərov Samirdir. 

Nümayəndəlik Türkiyədə Azərbaycan həqiqətlərinin ictimaiyyətə çatdırıl­

ması, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qo­

runması  ilə  bağlı  tədbirlər,  elm,  təhsil,  mədəniyyət,  səhiyyə,  idman,  ekoloji 

sahələrə  aid  proqram  və  layihələr  həyata  keçirir,  müxtəlif  fondlar,  QHT­lər, 

ic timai təşkilatlarla əməkdaşlıq edir, yerli əhəmiyyətli sosial problemlərin həl-

linə yardımçı olur.

20  fevral  2009­cu  ildə  Heydər  Əliyev  Fondunun  Türkiyə  Nümayəndəliyi 

Xocalı faciəsinin 17­ci ildönümü ilə bağlı Uludağ Universitetində “Dünəndən 

bu günə Qarabağ problemi və Xocalı faciəsi” mövzusunda elmi konfrans ke­

çirmişdir.  Konfransda  Azərbaycanın  İstanbuldakı  baş  konsulu,  Bursa  şəhəri 

bələdiyyələrinin  rəisləri,  Uludağ  Universitetinin  müəllim  və  tələbələri,  KİV 

nümayəndələri iştirak etmişlər.

Uludağ Universitetinin rektorluq binasında Türkiyə və Azərbaycan himnlə-

rinin səsləndirilməsi ilə başlayan konfransı Heydər Əliyev Fondunun Türkiyə 

nümayəndəliyinin  rəhbəri  Samir  Cəfərov  açdı.  O,  Heydər  Əliyev  Fondunun 

Xocalı  faciəsinin  unudulmaması  və  dünya  ictimaiyyətinə  həqiqətlərin  çatdı-

rılması  istiqamətində  gördüyü  işlər,  həmçinin  Ermənistan  Respublikasının  və 

erməni diasporunun çeşidli psixoloji müharibə fəaliyyətləri, yalan və iftiralarla 

dolu təbliğatları barədə iştirakçıları məlumatlandırdı.

Konfransda çıxış edən Bursa Yıldırım bələdiyyəsinin rəisi Özgən Kəskin, 

Uludağ  Universiteti  Beynəlxalq  Əlaqələr  fakültəsinin  dosenti  Barış  Özdal, 

hüquq professoru Mehmet Genç, Azərbaycanın İstanbuldakı baş konsulu Səy-

yad Salahlı Qarabağ probleminin tarixi kökləri haqqında danışaraq problemin 

siyasi və hüquqi aspektdən analizini vermiş, Qarabağ münaqişəsinə dünya icti-

maiyyətinin  ikili  standartlarla  yanaşdığını  konfrans  iştirakçılarının  diqqətinə 

çatdırmışlar. Məruzəçilər Azərbaycanın günü­gündən inkişaf etdiyini vurğula-

mış, ölkəmizin istər sülh, istərsə də müharibə yolu ilə öz torpaqlarını geri qay-

tarmaq qüdrətində olduğunu bildirmişlər. 

31 dekabr 2009­cu il tarixdə Heydər Əliyev Fondunun Türkiyə nümayəndə-

liyinin təşkilatçılığı ilə Bursadakı Uludağ Universitetində təhsil alan azərbay­

canlı  tələbələrin  iştirakı  ilə  Dünya  Azərbaycanlılarının  Həmrəyliyi  Günü  və 

Yeni il münasibətilə tədbir keçirilmişdir. 



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə