HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə81/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   77   78   79   80   81   82   83   84   ...   93

186

Türkologiya  və  Mərkəzi Asiya Araşdırmalar  İnstitutu  ilə Akademik  Ziya 

Bünyadov adına Şərqşünaslıq İnstitutu arasında əməkdaşlıq memorandumu im­

zalanmışdır. Bu memorandum yeni yaradılmış Türkologiya və Mərkəzi Asiya 

Araşdırmalar  İnstitutunun  ilk  ikitərəfli əməkdaşlıq sənədidir.  Memorandumda 

iki  institut  arasında  birgə  elmi  tədqiqatlar  və  onların  nəşri,  türk  və  Mərkəzi 

Asiya xalqlarının tarixi və mədəniyyəti üzrə mühazirələr oxumaq üçün alim-

lərin qarşılıqlı səfərlərinin təşkili, kitabxanalar və arxivlərdən qarşılıqlı istifadə 

üçün şəraitin yaradılması, mütəxəssislərin hazırlanması və onların ixtisas kurs-

larında qarşılıqlı yardımların göstərilməsi, birgə seminar, konfrans və simpozi-

umların təşkili və bir sıra digər əməkdaşlıq sahələri əksini tapmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Türkologiya və Mərkəzi 

Asiya Araşdırmaları İnstitutunun fəaliyyətinin dəstəklənməsi məqsədilə Azər-

baycan dövləti adından maddi yardımın göstərilməsi konfransda açıqlanmış və 

ayrılmış vəsaitin çeki institutun direktoru T.Cəmilə təqdim edilmişdir. Azərbay-

can  dövlətinin  instituta  hərtərəfli  dəstəyini  tədbir  iştirakçıları  yüksək  qiymət-

ləndirmiş və alqışlamışlar. İnstitutda fəaliyyət göstərən Avropada ilk azərbay-

canşünaslıq  bölməsinin  də  vacibliyi  diqqətə  çatdırılmış,  səmərəli  fəaliyyətinə 

əminlik ifadə edilmişdir.

Mərkəzi və Şərqi Avropada yeganə olan və yeni fəaliyyətə başlamış institut 

türk irsinin, mədəniyyətinin, dilinin, incəsənətinin öyrənilməsi və təbliğ olunma-

sına, eyni zamanda Rumıniyada və türkdilli ölkələrdə yaşayan xalqlar arasında 

əlaqələrin daha da yaxınlaşması və möhkəmlənməsinə səy göstərir. Heydər Əli-

yev Fondunun təşəbbüsü ilə Avropanın tanınmış ali təhsil müəssisəsində ilk dəfə 

azərbaycanşünaslığın tədris və təbliğ olunması böyük əhəmiyyət kəsb edir. 

Tədbirdə “Şərq­Qərb qarşılıqlı əlaqəsində tarixdən ibrətlər”, “Şərq və Qərb 

arasında  dialoq  üçün  imkanlar  və  təhdidlər”,  “Yeni  beynəlxalq  kontekstdə 

qadın  siyasətçilərin  və  QHT­lərin  iştirakı”,  “Sivilizasiyalararası  dialoqda  elm 

adamlarının rolu” mövzularında sessiyalar keçirilmişdir.

AMEA­nın şərqşünaslıq institutunun rəhbəri Gövhər Baxşəliyeva “Sivi-

lizasiyalararası  dialoq  prosesində  mədəni  sintez  məsələləri”  mövzusunda 

çıxışı  zamanı  Azərbaycan  dövləti  tərəfindən  elmin  inkişafı,  təhsil  sistemi 

sahəsində  həyata  keçirilmiş  islahatlar,  həmçinin  Ermənistanın Azərbaycana 

qarşı  təcavüzü,  qaçqın  və  məcburi  köçkünlərin  vəziyyəti  barədə  iştirakçı-

lara dolğun məlumat vermişdir. Tanınmış azərbaycanlı şərqşünas­alim Aida 

İmanquliyevanın  elmi  irsi  nümunəsində  Şərq  və  Qərb  ədəbiyyatının  qarşı-

lıqlı təsirlərini təhlil etmişdir.

Millət vəkili Gültəkin Hacıbəyli Azərbaycanın Avropaya inteqrasiyası, Azər-

baycanla  Rumıniya  arasında  qarşılıqlı  əməkdaşlıq  məsələlərinə  toxunmuşdur. 

O,  “Yeni  beynəlxalq  kontekstdə  qadın  siyasətçilərin  və  QHT­lərin  iştirakı” 




187

mövzusunda  sessiyada  çıxışı  zamanı  qadın  siyasətçilərin  rolu,  Azərbaycanda 

qadınların  hüquqlarının  təmin  olunması  istiqamətində  aparılan  islahatlar  və 

işlər, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNES-

CO­nun və İSESCO­nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban 

Əliyevanın  nəcib  və  aktiv  fəaliyyəti,  çoxsaylı  humanist  təşəbbüsləri  barədə 

geniş məlumat vermişdir.

11 avqust 2010­cu il tarixdə Heydər Əliyev Fondunun Rumıniya nümayən-

dəliyinin  təşəbbüsü  və  dəstəyi  ilə  Rumıniyanın  Tekirgöl  şəhərinin  mərkəzi 

küçələrindən  birinə  böyük  Azərbaycan  alimi,  professor  Bəkir  Çobanzadənin 

adı verilmişdir.

Açılış  mərasimində  çıxış  edən Tekirgöl  şəhərinin  meri Adrian  Stan  Bəkir 

Çobanzadənin həyat yolundan danışmış, qəbul olunmuş qərarın şəhərin türk və 

tatar icmaları tərəfindən böyük məmnuniyyət hissi ilə qarşılandığını, tanınmış 

alimin şərəfinə adlandırılmış küçənin şəhərin mərkəzi küçələrindən biri oldu-

ğunu bildirmişdir. Gələcəkdə bu küçədə B.Çobanzadənin büstünün də qoyula-

cağını diqqətə çatdırmışdır. 

Rumıniya  tatar  icmasının  parlamentdəki  nümayəndəsi  Aledin  Amet  təm-

sil etdiyi milli azlıq adından Azərbaycan dövlətinə, səfirliyə və Heydər Əliyev 

Fonduna irəli sürülən təşəbbüsə görə təşəkkürünü bildirmiş, bənzər təşəbbüsün 

Konstansa vilayətinin türk və tatar icmalarının yığcam şəkildə məskunlaşdığı 

Məcidiyyə şəhərində də həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirmiş-

dir. Burada görkəmli alimin adının şəhərin əsas parklarından birinə veriləcəyi 

qeyd olunmuşdur. 

2010­cu  il  oktyabrın  20­də  Buxarestdəki  Zabitlər  Sarayının  Mədəniyyət 

Mərkəzində “Polemos” kitab sərgisi açılmışdır.

Sərgi  çərçivəsində  Buxarest  Yazıçılar  Assosiasiyasının  sədri  Horia  Qırb-

yanın  Rumıniyanın  “Top  Form”  nəşriyyatında  çapdan  çıxmış  “Azərbaycan  – 

canlı  alov”,  Heydər  Əliyev  Fondunun  Rumıniya  Nümayəndəliyinin  direktoru 

İqbal  Hacıyevin  “Azərbaycan  Respublikasının  Mərkəzi  Asiya  dövlətləri  ilə 

əlaqələri”  və  respublikamızın  Rumıniyadakı  səfirliyinin  mədəniyyət  attaşesi 

Fəxri  Kərimlinin  “Azərbaycan  Respublikası  və  Rumıniya  arasındakı  münasi-

bətlər (1993­2004)” kitablarının təqdimat mərasimi keçirilmişdir.

Mərasimdə çıxış edən “Top Form” nəşriyyatının direktoru, nüfuzlu “Geo-

politika” toplusunun redaktoru Vasile Similyanu təqdimatı keçirilən kitabların 

əhəmiyyətindən  danışmış,  rəhbərlik  etdiyi  qurumlarla  Azərbaycan  arasında 

əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə inamını ifadə etmişdir. 

O,  həmçinin  “Geopolitika”  toplusunun  növbəti  nömrələrindən  birinin  bütöv-

lükdə Azərbaycan mövzusuna həsr olunması layihəsinin həyata keçirilməsinin 

nəzərdə tutulduğunu bildirmişdir.




Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə