HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə79/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   75   76   77   78   79   80   81   82   ...   93

182

ilə  Buxarest  şəhəri  2­ci  sektorunun  Mədəniyyət  Mərkəzində  “Canlı  alov  – 

Azərbaycan təəssüratları” mövzusunda konfrans təşkil olunmuşdur. 

Konfransda Buxarest Yazıçılar Assosiasiyasının sədri, doktor Horia Qırbea 

Azərbaycanla bağlı təəssüratlarını bölüşmüş və fotosərgi nümayiş etdirmişdir. 

H.Qırbea Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ağır nəticələrin-

dən  bəhs  etmiş,  Xocalı  soyqırımının  XX  əsrin  ən  dəhşətli  faciələrindən  biri 

olduğunu bildirmişdir. Rumın yazıçısı, eyni zamanda 20 Yanvar hadisələri və 

Qubadakı kütləvi məzarlıq haqqında faktları diqqətə çatdırmışdır. 

Ölkəmizə  hərbi  təcavüz  haqqında  ətraflı  məlumat  verilmiş,  ermənilərin 

həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox azər-

baycanlının qaçqın və məcburi köçkünə çevrildiyi qeyd edilmiş, Dağlıq Qara-

bağ münaqişəsinin həllində tutduğu ədalətli mövqeyə görə Rumıniya dövlətinə 

minnətdarlıq bildirilmişdir. 

Heydər  Əliyev  Fondunun  Rumıniya  nümayəndəliyinin  rəhbəri  İqbal  Hacı-

yev “Xocalıya ədalət” kampaniyası barədə iştirakçıları məlumatlandırmış, daha 

sonra  Mədəniyyət  Mərkəzinin  əlaqələndiricisi  xanım  Mihaela  Popesku,  Buxa-

rest  şəhəri  2­ci  sektorunun  Gənclər  Parlamentinin  rəhbəri  Aleksandra  Dobra, 

Rumıniya­ Azərbaycan Dostluq Cəmiyyətinin sədri Dumitru Balan çıxış etmişlər. 

Konfransda “TVR Cultural” televiziyası, “Radio Romania”, “Romania Lite-

rara”, “Luceafarul”, “Cultura”, “Viata Romeanasca”, “Observatorul Cultural”, 

“Evenimentul Zilei”, “Adevarul”, “Jurnalul National” qəzetlərinin, “Rompress”, 

“Mediafax”, “Newsin” xəbər agentliklərinin nümayəndələri iştirak etmişlər. 

Tədbirdə Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin dəstəyi ilə 

rumın  dilinə  tərcümə  olunmuş Azərbaycan  müəlliflərinin  kitabları  və  Heydər 

Əliyev Fondu tərəfindən hazırlanmış “Qarabağ haqqında həqiqi faktlar” seriya-

sından olan kitabçalar nümayiş etdirilmiş və iştirakçılar arasında paylanmışdır. 

26 noyabr 2010­cu il tarixdə Heydər Əliyev Fondunun Rumıniya nümayən-

dəliyi  və Azərbaycan  Respublikasının  bu  ölkədəki  səfirliyi  tərəfindən  Xocalı 

faciəsinin 18­ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir. 

Tədbir  iştirakçıları  Xocalı  faciəsinin  Azərbaycan  tarixinin  unudulmaz  və 

qanlı səhifələrindən olduğunu vurğulamış, ermənilər tərəfindən törədilmiş qır-

ğının dəhşətli nəticələrindən danışmış, soyqırımı qurbanlarının xatirəsinin dün-

yanın bir çox ölkələrində anıldığını bildirmişlər. 

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin rəhbəri İqbal Hacı-

yev,  Xocalı  faciəsi  barədə  şeir  yazmış  Rumıniya  Müsəlman  Tatar  Türkləri-

nin Demokratik Təşkilatının Buxarest üzrə sədri Kiyaseddin Uteu, keçən ilin 

noyabrında Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda səfərdə olmuş 

gənclər qrupunun rəhbəri, Buxarest şəhəri 2­ci sektorunun Gənclər Parlamen-

tinin sədri Aleksandra Dobra, Buxarest Yazıçılar Assosiasiyasının sədri Horia 

Qırbea və digər ziyalılar Xocalı faciəsi ilə bağlı öz fikirlərini bildirmişlər.



183

Tədbir iştirakçılarına İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədə-

niyyətlərarası  dialoq  üzrə  baş  əlaqələndiricisi  Leyla  xanım  Əliyevanın  təşəb-

büsü ilə başlanmış “Xocalıya ədalət” beynəlxalq kampaniyası haqqında məlu-

mat  verilmişdir.  Kampaniya  çərçivəsində  həyata  keçirilən  Xocalı  faciəsinin 

insanlığa  qarşı  törədilmiş  cinayət  kimi  tanınmasına  dair  dünya  liderlərinə 

ünvanlanacaq petisiyanın imzalanması başa çatdırılmışdır. 

Tədbir  iştirakçıları  Heydər  Əliyev  Fondu  tərəfindən  hazırlanmış  “Qarabağ 

haqqında həqiqətlər” seriyasından olan kitabçalarla, “Xocalı soyqırımı” və rumın 

dilində  çapdan  çıxmış  “Xocalı  faciəsi”,  “Erməni  mifi.  Erməni  ekstremizmi: 

onun  səbəbləri  və  tarixi  məzmunu”  və  “Erməni  (mənimsənilmiş)  xalq  nağıl-

ları” kitabları ilə tanış olmuşlar. 

Quba kütləvi məzarlığına həsr olunmuş “Qubadakı sümüklər” şeirinin müəl-

lifi, Buxarest Yazıçılar Assosiasiyasının sədri Horia Qırbeanın nüfuzlu “Luce-

afarul” nəşrində Xocalı faciəsi ilə bağlı məqaləsi dərc olunmuşdur. H.Qırbea-

nın şəxsi internet səhifəsində Xocalı faciəsi haqqında məlumatlar və “Xocalıya 

ədalət” beynəlxalq kampaniyasının internet səhifəsi ilə petisiyanın imzalanma-

sına dair linki yerləşdirmişdir. 

Mərasimdə  Rumıniya­Azərbaycan  Dostluq  Cəmiyyətinin,  Azərbaycan­ 

Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının, Rumıniya­Azərbaycan Sə­

naye  və Ticarət  Palatasının  üzvləri, ARDNŞ­nin  Rumıniya  nümayəndəliyinin 

əməkdaşları,  Rumıniyanın  sabiq  və  hazırkı  senatorları,  deputatlar,  bu  ölkədə 

yaşayan və təhsil alan azərbaycanlılar, türk­tatar icmalarının, Buxarestdə ak kre­

ditə olunmuş səfirliklərin və beynəlxalq nümayəndəliklərin, qeyri­hökumət təş-

kilatlarının təmsilçiləri və jurnalistlər iştirak etmişlər.

2010­cu il martın 21­də Heydər Əliyev Fondunun Rumıniya nümayəndəli-

yinin dəstəyi ilə Buxarestdə Novruz bayramı qeyd olunmuşdur. 

Tədbirdə Novruz bayramının Azərbaycan xalqının adət və ənənələri ara-

sında özünəməxsus yer tutduğu, Novruzun xalqımızın bütün varlığını özündə 

cəmləşdirən bayram olduğu iştirakçıların diqqətinə çatdırılmışdır. BMT Baş 

Assambleyasında  qəbul  olunmuş  “Beynəlxalq  Novruz  günü”  qətnaməsinin 

Azərbaycan tərəfindən irəli sürülməsinin təsadüfi olmadığını və qətnamənin 

əsasında  martın  21­nin  Beynəlxalq  Novruz  günü  elan  edildiyi  bildirilmiş-

dir. Geniş mənada desək, mərasimdə iştirakçılara Novruz bayramı haqqında 

ətraflı məlumat verilmişdir. 

Tədbirdə Rumıniyanın Baş naziri Emil Bok, parlament sədrinin birinci müa-

vini  İoan  Oltean,  Rumıniya  Prezidentinin  milli  təhlükəsizlik  məsələləri  üzrə 

müşaviri Yulian Fota, digər yüksək səviyyəli rəsmilər, tanınmış din, mədəniy-

yət və incəsənət xadimləri, Buxarest şəhərində akkreditə olunmuş xarici ölkələ-

rin  səfir  və  diplomatları,  Heydər  Əliyev  Fondunun  bu  ölkədəki  nümayəndə-




Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə