HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə80/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   76   77   78   79   80   81   82   83   ...   93

184

liyi,  Rumıniya­Azərbaycan  Dostluq  Cəmiyyəti,  Rumıniya­Azərbaycan Ticarət 

Palatasının üzvləri, ARDNŞ­nin Rumıniyadakı nümayəndəliyinin əməkdaşları, 

burada yaşayan həmvətənlərimiz, o cümlədən bu ölkədə təhsil alan tələbələri-

miz və s. iştirak etmişlər. 

29  mart  2010­cu  ildə  Buxarest  şəhərindəki Aqronomiya  və  Tibb  Elmləri 

Universitetində “Canlı alov – Azərbaycan təəssüratları” konfransı təşkil olun-

muşdur.  Tədbir  Buxarest  Yazıçılar  Assosiasiyası,  Heydər  Əliyev  Fondunun 

Rumıniya nümayəndəliyi və Azərbaycan Respublikasının Rumıniyadakı səfirli-

yinin təşəbbüsü və dəstəyi ilə keçirilmişdir.

Konfransda Buxarest Yazıçılar Assosiasiyasının sədri doktor Horia Qırbea 

Azərbaycan təəssüratlarını bölüşmüş və fotosərgi nümayiş etdirmişdir. H.Qır-

bea  Ermənistanın  Azərbaycana  qarşı  təcavüzünün  ağır  nəticələrindən  bəhs 

etmiş və erməni silahlı qüvvələri tərəfindən XX əsrin ən qanlı səhifələrindən 

biri adlandırdığı Xocalı faciəsi zamanı törədilən vəhşiliklərin üzərində, xüsu-

silə dayanmışdır. Rumın yazıçısı, eyni zamanda 20 Yanvar hadisələri və Quba 

kütləvi məzarlığı haqqında faktları təqdim etmişdir. 

H.Qırbea qeyd etmişdir ki, xristian dininin dövlət dini elan edildiyi ilk ölkə­

nin  Ermənistan  olmadığı  və  Azərbaycanda  daha  erkən  xristian  abidələrinin 

aşkar  edilməsi  haqqında  onun  səsləndirdiyi  fikirlər  Rumıniya  Yazıçılar  İtti-

faqındakı erməni mənşəli yazıçılar tərəfindən dərin narahatlıqla qarşılanmış və 

ona bu kimi fikirləri bir daha səsləndirməməsi məqsədilə iradlar tutulmuşdur. 

Heydər  Əliyev  Fondunun  Rumıniya  nümayəndəliyinin  dəstəyi  ilə  rumın 

dilinə tərcümə olunmuş Azərbaycan müəlliflərinin kitabları və Heydər Əliyev 

Fondu tərəfindən hazırlanmış “Qarabağ haqqında həqiqi faktlar” seriyasından 

olan kitabçalar nümayiş etdirilmiş və iştirakçılar arasında yayılmışdır. 

Elə həmin gün Buxarestdəki Avropa Nikolae Titulesku Fondunda bu ölkədə 

təhsil almış azərbaycanlı tədqiqatçıların doktorluq elmi işlərindən ibarət kitab-

ların təqdimat mərasimi keçirilmişdir. 

Bunlar  ölkəmizin  Rumıniyadakı  səfirliyinin  əməkdaşı  Fəxri  Kərimlinin 

“Azərbaycan  Respublikası  və  Rumıniya  arasında  münasibətlər  (1993­2004)”, 

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyevin 

“Azərbaycan  və  Mərkəzi Asiya  dövlətləri  arasındakı  əlaqələr”  (1991­2003)”, 

ARDNŞ­nin  Rumıniya  nümayəndəliyinin  direktoru  Həmzə  Kərimovun  “Neft 

sənayesində investisiya qərarının əsaslandırılması” kitablarıdır. 

Avropa Nikolae Titulesku Fondunun icraçı direktoru professor Corce Potra 

bildirmişdir ki, üç gənc azərbaycanlı müəllifin rumın dilində elmi iş müdafiə 

etmələri və kitablarının nəşri böyük əhəmiyyət daşıyır. Belə ki, onların sayə-

sində rumın ictimaiyyəti region və Azərbaycan haqqında daha geniş məlumat 

almaq imkanı qazanır. 




185

Babeş­Bolyai  Universiteti  Türkologiya  və  Mərkəzi  Asiya  Araşdırmalar 

İnstitutunun direktoru, Rumıniyanın Azərbaycan və Türkmənistandakı keçmiş 

səfiri professor Təhsin Cəmil Rumıniyanın tanınmış ali təhsil ocaqlarında dok-

torluq  elmi  dərəcəsinə  layiq  görülmələri  münasibətilə  gənc  tədqiqatçıları  bir 

daha  təbrik  etmiş, Avropa  İttifaqının  üzvü  olan  Rumıniyanın  Qafqaz  və  Orta 

Asiya  regionu,  xüsusilə  Azərbaycan  ilə  əlaqələrinin  inkişafına  xüsusi  diqqət 

yetirməsinin vacib olduğunu bildirmişdir. 

2010­cu il mayın 10­da Rumıniyanın paytaxtı Buxarestdə Azərbaycan xal­

qının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 87­ci ildönümü ilə 

əlaqədar mərasim keçirilmişdir. 

Ulu  Öndər  Heydər  Əliyevin  adını  daşıyan  parkda  keçirilmiş  mərasimdə 

səfirliyin  əməkdaşları,  Heydər  Əliyev  Fondunun  Rumıniya  nümayəndəliyi, 

Rumıniya­Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya­Azərbaycan Ticarət Pala-

tası, ARDNŞ­in  Rumıniya  nümayəndəliyi, Azərbaycan­Rumıniya  Gənclər  və 

Mədəniyyət Assosiasiyası, həmvətənlərimiz, rumın, türk və tatar ictimaiyyəti-

nin təmsilçiləri iştirak etmişlər. 

Mərasimdə  çıxış  edənlər  Azərbaycan  xalqının  Ümummilli  Lideri  Heydər 

Əliyevin həyat və fəaliyyətindən danışmış, Ulu Öndərin xalqının müstəqilliyi, 

suverenliyi  və  tərəqqisi  uğrunda  ağır  mübarizədə  keçən  məşəqqətli  və  şərəfli 

həyat yolundan ətraflı bəhs etmişlər. Dərin tarixi köklərə malik Azərbaycan ilə 

Rumıniya arasında hazırda mövcud olan strateji tərəfdaşlıq əlaqələrinin təməli-

nin Heydər Əliyev tərəfindən qoyulması xüsusi vurğulanmışdır. 

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin binasında isə Hey-

dər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi təşkil olunmuş və Ulu 

Öndərə həsr olunmuş sənədli film göstərilmişdir.

Heydər  Əliyev  Fondunun  təşəbbüsü  ilə  akademik  Ziya  Bünyadov  adına 

Şərqşünaslıq İnstitutunun, Rumıniyadakı Türkologiya və Mərkəzi Asiya Araş-

dırmaları İnstitutunun və Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı 

və dəstəyi sayəsində 2010­cu il iyunun 17­18­də Rumıniyanın təhsil mərkəzi 

Kluj­Napoka  şəhərində  “Şərq  və  Qərb  arasında  dialoq”  mövzusunda  beynəl­

xalq konfrans keçirilmişdir.

Bir sıra ölkələrin şərqşünas alimlərinin, tədqiqatçıların, elm adamlarının, 

siyasətçilərin və tələbələrin qatıldığı tədbirdə Milli Məclisin deputatı, Şərq­

şünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva, deputatlar Gültəkin Ha­

cıbəyli, Fazil Mustafa, Şərqşünaslıq İnstitutunun alimləri və elmi işçiləri işti-

rak etmişlər.

Konfransda  Rumıniya  Prezidentinin  müşaviri  P.Kovaks,  Rumıniya  parla-

menti  təhsil  komissiyası  sədrinin  müavini  K.İosif,  Ruminiya  mədəniyyət  və 

milli irs nazirinin müavini V.Timiş çıxış etmişlər.




Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə