HeydəR ƏLİyev fondu miLLİ yaddaşin keşİYİNDƏ II ciLD



Yüklə 1,7 Mb.
səhifə85/93
tarix25.06.2018
ölçüsü1,7 Mb.
#51864
1   ...   81   82   83   84   85   86   87   88   ...   93

195

Tədbirdə  Bursa  şəhəri  Nilüfər  və  Osmanqazi  bələdiyyələrinin  nümayən-

dələri, Uludağ Universitetinin müəllim və tələbə heyəti, Bursada fəaliyyət gös­

tərən ictimai təşkilatların nümayəndələri iştirak etmişlər. 

2010­cu il mart ayının 17­də Heydər Əliyev Fondu Türkiyə Nümayəndəli-

yinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə İzmir şəhərində təhsil alan 

azərbaycanlı tələbələrə ziyafət verilmişdir.

İzmir şəhərinin mərkəzində, gözə bir guşədə təşkil olunmuş və 300 nəfərin 

yer aldığı tədbirdə tələbələrlə bərabər İzmir şəhərində fəaliyyət göstərən azər-

baycanlı sənətçi və elm xadimləri, İzmir bölgə valisinin birinci müavini və təh-

sil şöbəsinin müdiri, Bornova bələdiyyəsinin keçmiş başqanı, Türkmənistan və 

İordaniya konsulları, Azərbaycan təhsil attaşesi, Azərbaycan diaspora qurumla-

rının nümayəndələri iştirak etmişlər. 

Azərbaycan  xalqının  Ümummilli  Lideri,  dahi  dövlət  xadimi  Heydər  Əli-

yevin anadan olmasının 87­ci ildönümü münasibətilə 2010­cu il mayın 8 və 

9­da İstanbul şəhərində Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyinin 

təşkilatçılığı  ilə  təntənəli  mərasimlər  keçirilmişdir.  Azərbaycan  Respublikası-

nın İstanbuldakı Baş konsulluğunun da dəstəklədiyi tədbirlər mayın 8­də Tür-

kiyədə təhsil alan tələbələr arasında Ulu Öndərin xatirəsinə həsr olunmuş fut-

bol turniri ilə başlamışdır. 

Mayın  9­da  isə  Ümummilli  Liderin  adını  daşıyan  parkda  Heydər  Əliyev 

Fondunun Türkiyə nümayəndəliyinin və konsulluq əməkdaşlarının, Türkiyədə 

yaşayan həmvətənlərimiz və bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin işti-

rakı ilə Ulu Öndərin xatirəsi yad edilmişdir. Anma mərasimində Heydər Əliyev 

Fondunun Türkiyə nümayəndəliyinin rəhbəri Ümummilli Lider Heydər Əliye-

vin  Azərbaycan  xalqının  tarixində  tutduğu  şərəfli  yerdən,  mədəniyyətimizin, 

dövlətçiliyimizin və müstəqilliyimizin inkişaf etməsi və güclənməsində göstər-

diyi əzmkar və uzaqgörən fəaliyyətindən bəhs etmişdir. 

2010­cu il iyun ayının 15­də Heydər Əliyev Fondunun Türkiyə Təmsilçiliyi 

İzmir  bələdiyyəsinin  salonunda  15  İyun  –  Milli  Qurtuluş  Günü  münasibətilə 

“Türkiyə­Azərbaycan münasibətləri və Heydər Əliyev” mövzusunda elmi kon-

frans keçirmişdir.

Konfransın açılışında çıxış edən Heydər Əliyev Fondunun Türkiyə təm-

silçisi  Samir  Cəfərov,  İzmir  valisinin  müavini  Məhmət  Ərdoğan,  İzmirdəki 

azərbaycanlı  tələbələrin  nümayəndəsi  Cavid  Əliyev  tədbir  iştirakçılarını 

Milli  Qurtuluş  Günü  münasibətilə  təbrik  edərək,  Ulu  Öndərin  Azərbay-

can xalqı qarşısında xilaskarlıq missiyasından, onun “bir millət, iki dövlət” 

adlandırdığı Türkiyə və Azərbaycanın gələcəyi naminə göstərdiyi səylərdən 

ətraflı bəhs etmişlər.



196

İzmirdəki Doqquz Sentyabr Universitetinin iqtisadiyyat kafedrasının müdürü, 

professor  Rəcəb  Kök  “Müstəqillikdən  sonra  Türkiyə­Azərbaycan  əlaqələri” 

mövzusunda  məruzəsində  Ulu  Öndər  Heydər  Əliyevin  “Əsrin  müqaviləsi”, 

habelə Bakı­Tbilisi­Ceyhan əsas ixrac boru kəməri, Bakı­Tbilisi­Ərzurum təbii 

qaz kəməri layihələri ilə iki qardaş ölkə arasında iqtisadi əməkdaşlığı güclən-

dirdiyini, xalqlarımızın rifahına böyük töhfələr verdiyini konkret faktlarla əsas-

landırmışdır. Ulu Öndərin siyasəti bu gün də uğurla davam etdirilir. Azərbay-

can  Prezidenti  İlham  Əliyevin Türkiyəyə  son  səfəri  zamanı  imzaladığı  enerji 

sazişləri bunun bariz nümunəsidir.

Türkiyə  Strateji  Araşdırmalar  Mərkəsinin  sədri  Sinan  Oğan  “Türkiyə­ 

Azərbaycan əlaqələrində Heydər Əliyevin rolu” mövzusunda məruzəsində Ulu 

Ön dərin hələ Naxçıvan Ali Məclisinə rəhbərlik etdiyi dövrdən, qardaş Türkiyə-

nin rəhbərləri ilə sıx əməkdaşlığından, Azərbaycan Prezidenti kimi Türkiyənin 

maraqlarına cavab verən addımlarından ətraflı bəhs etmişdir.

Egey Universitetinin Türk dünyası araşdırmaları İnstitutunun nümayəndəsi, 

dosent Əli Erol Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən bəhs edən 

məruzə etmiş, İzmir valiliyinin əməkdaşı Fadıl Ünal Ulu Öndər Heydər Əliye-

vin İzmirə səfərindən, onunla şəxsi görüşündən danışmışdır.

2010­cu il 16 və 17 noyabr tarixlərində Heydər Əliyev Fondu Türkiyə Nü­

mayəndəliyi  müqəddəs  Qurban  Bayramı  münasibətilə  Türkiyədə  təhsil  alan 

azərbaycanlı tələbələr üçün Azərbaycan Respublikasının Ankaradakı Səfirliyi, 

İstanbuldakı Başkonsulluğu və Təhsil Nazirliyi ilə birlikdə və AİRMED firma-

sının maddi dəstəyi ilə çoxsaylı tədbirlər keçirmişdir. İstanbul, Ankara, İzmir, 

Bursa, Adana, Samsun, Əskişəhər, Çanaqqala və Qocaəli şəhərlərindəki Qur-

ban  bayramı  proqramları  çərçivəsində  təhsil  alan  minlərlə  azərbaycanlı  tələ-

bəyə  bayram  ziyafəti  verilmiş  və  qurban  əti  paylanmışdır.  Nümayəndəliyin 

rəhbəri Samir Cəfərov tədbirlərdə çıxış edərək tələbələri bayram münasibətilə 

təbrik etmiş və onlara təhsillərində müvəffəqiyyətlər arzulamışdır. Öz növbə­

sində,  Türkiyədə  yaşayan  və  fəaliyyət  göstərən  azərbaycanlı  elm  və  sənət 

xadimləri çıxış edərək tədbirlərin hazırlanması və həyata keçirilməsi ilə tələbə­

lərə göstərdiyi yüksək münasibətə görə Heydər Əliyev Fonduna minnətdarlıq-

larını bildirmişlər.

2010­cu il dekabrın 30­da Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi 

İstanbuldakı “Çırağan” sarayında Dünya Azərbaycanlılarının Həmrəylik Günü 

və Yeni il münasibətilə tədbir keçirmişdir.

Fondun  Türkiyə  nümayəndəliyinin  rəhbəri  Samir  Cəfərov  Heydər  Əliyev 

Fondunun prezidenti, UNESCO­nun və İSESCO­nun xoşməramlı səfiri Meh-

riban xanım Əliyevanın bayram təbrikini tədbir iştirakçılarına çatdırmışdır. O 



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə