“Hidrologiya”



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/40
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22116
1   ...   8   9   10   11   12   13   14   15   ...   40

mənsəb yanı sahədən aşağı sərhəddindən deltanın dəniz kənarı ilə və ya estuarinin 
adalar yaranan hissəsidir. Dəniz kənarı  şərti xətdir.  III mənsəb yanı  dəniz sahili 
mənsəb hissəsinin aşağı  sərhədindən  (dəniz kənarından), çay suyunun dəniz 
rejiminə təsiri cüzi olan və duzluluq ciddi artan zonasıdır.  
 
 
 
 
 
 
3
Behruz Melikov
Behruz Melikov


9. Çay dərəsi və çay məcrası. 
 
Mənsəbə doğru uzanan, yatağı meyillik və əyriliyə malik olan nisbətən ensiz 
və uzunsov dərinləşmiş relyef formasına  dərə  deyilir. Dərələr heç bir vaxt bir-
birini kəsib keçə bilməz, onlar ancaq birləşərək vahid çay dərəsi sistemi əmələ 
gətirirlər. Mənşyinə görə dərələei tektonik, erozion, vulkanik və buzlaq dərələrinə 
ayrılır. İllər keçdikcə su axınının təsiri altında dərələr öz formasını dəyişir.dərənin 
əsas ünsürləri aşağıdakılardır: 
1.Yamacları - çaya tərəf meylliyi olan qurunun hündür sahəsi; 
2.Qaşı - ətraf ərazi ilə yamacı birləşdirən xətt; 
3.Dibi - ən aşağı hissə; 
4.Məcrası (yatağı) - ən aşağı su səviyyəsində belə çay axınının tutduğu yer; 
5.Terraslar – dərənin dibi üzərində müxtəlif hündürlükdə yerləşən nisbətən 
üfüqi sahələr. 
6.Subasar – gursululuq və daşqın dövründə dərənin su ilə örtülmüş ən aşağı 
terrasıdır. 
7.Yamacların dabanı – dərənin dibi ilə yamaclarının birləşdiyi xətt. 
Su axan dərələrə  çay dərələri  deyilir. Dərələr formalarına görə  aşağıdakı 
tiplərə bölünürlər: 

 
yarıq şəkilli dərələr; 

 
kanyonvari dərələr; 

 
trapesiyavari dərələr; 

 
V-vari dərələr; 

 
təknəvari dərələr və s. 
Çay dərələrinin dərinliyi böyük diapazonda dəyişir: düzənliklərdə bir neçə 
metrdən 200-300 m-ə, dağlıq sahələrdə isə 2-4 km-ə  qədər. Dərənin eni çayın 
yuxarı hissəsindən aşağıya getdikcə artır. Qeyd etmək lazımdır ki, onun 
yamaclarının dikliyi ilə  dərinliyi arasında heç bir əlaqə yoxdur. Dərə dibinin su 
axan hissəsi çay məcrası adlanır və çayın su rejimi dəyişdiyi üçün onun ölçüsü də 
dəyişir. Dərənin məsəbə doğru ən dərin nöqtələrini birləşdirən xəttə talveq deyilir. 
Çay məcrasının aşağıdakı morfometrik ünsürləri var: 

 
 su kəsiyinin tam sahəsi; 

 
canlı en kəsik sahəsi; 

 
çayı eni; 

 
isalnmış perimetr; 

 
hidravliki radius; 

 
orta dərinlik; 

 
maksimal dərinlik; 
Su kəsiyi dedikdə aşağıdakı çayın dibi, yanlardan sahillrə, üstdən su səthi ilə 
hüdudlanmış və axın istiqamətinə perpendikulyar keçirilmiş müstəvi sahə nəzərdə 
tutulur. Bəzən çay məcrasının su kəsiyində elə zona olur ki, orada çayın axını 
istiqamətində  hərəkət sürəti sıfıra bərabərdir. Bu zona durğun (ölü) zona adlanır. 
Su kəsiyinin tam sahəsindən durğun zonanın sahəsini çıxdıqda canlı en kəsik 
sahəsi alınır. Çox hallarda en kəsiyinin bütün nöqtələrində axın istiqamətində 
 
1
Behruz Melikov
Behruz Melikov


hərəkət sürəti olur. Belə olduqda su kəsiyinin tam sahəsi canlı en kəsik sahəsinə 
bərabərdir. En kəsiyinin formasını təyin etmək üçün dərinlik ölçü işləri aparılır və 
onların nəticələrinə  əsasən en kəsik profili qurulur. Səviyyə  dəyişdikcə en kəsik 
sahəsi də dəyişdiyi üçün səviyyənin sahəsi yenidən hesablanır.  
Çayın en kəsiyinin sahəsi profilə görə hesablanır. Sahəni planimetrləməklə və 
ya onu həndəsi fiqurlara bölərək analitik üsulla hesablamaq mümkündür. En kəsik 
profilinin qrafikində sol və sağ sahil hissələr düzbucaqlı üçbucaq qalan hisslər isə 
trapesiya kimi qəbul edilir.  
Çayın məcrasındakı suyun səviyyəsi ilə sahillərin kəsişmə  xətti su kəsimi 
adlanır. Çaylarda sağ və sol su kəsimləri olur. Enli və çox dərin olmayan çayların 
orta dərinlikləri (h
or
) onların hidravliki radiusuna bərabər olur. Ümumiyyətlə 
düzənlik çayları üçün h
or
=R qəbul olunur. 
Çayların təbii məcraları  əlaqəsiz qruntlardan keçən yerlərdə parabolaya
əlaqəli qruntlardan keçdikdə isə ellipsə yaxın formada olur. Canlı en kəsik 
formasını x
n
 kəmiyyəti səciyyələndiri: 
max
h
h
x
or
n
=
 
Çayın canlı en kəsiyi ölçülərindən və formasından başqa axan suya 
müqavimət göstərmə qabiliyyəti ilə də səciyyələnə bilər. Çayın dibi və yamacları 
kələ-kötür olur və hamar məcralardakı orta sürətdən böyük olur. Kələ-kötürlük 
mütləq və nisbi olur. Mütləq kələ-kötürlük (
Δ) çay dibinin düz olmayan səthində 
çıxıntıların orta hündürlüyüdür. Nisbi kələ-kötürlük (
ε) isə mütləq kələ-kötürlüyün 
çayın orta dərinliyinə olan nisbətidir: 
or
h
Δ
=
ε
 
Düsturdan göründüyü kimi, çayda dərinlik artdıqca nisbi kələ-kötürlük azalır, 
çünki 
Δ dəyişmir. 
 
 
 
 
 
 
 
 

 
2
Behruz Melikov
Behruz Melikov


10. Çayların eninə və uzununa profili. 
 
Çayın en kəsiyinin formasını  və morfometrik ünsürlərini təyin etmək üçün  
eninə profil qurulur. 
 
 
Hər bir en kəsik profili üçün aşağıdakı morfometrik ünsürlər hesablanır: 
1. En kəsiyinin sahəsi (
ω
), m
2
-la; 
2. Çayın eni (B), m-lə; 
3. İslanmış perimetrin uzunluğu (
χ
), m-lə; 
4. Ən böyük dərinlik (h
max
), m-lə; 
5. Orta dərinlik (h
or
), m-lə; 
6. Hidravliki radius (R), m-lə; 
Bu ünsürlərdən su sərfini hesabladıqda və Q=f(H), 
ω=f(H)  əlaqələrini 
qurarkən istifadə edilir.  
İslanmış perimetr çayın sualtı konturunun su kəsimləri arasındakı 
uzunluğudur. İslanmış perimetr (
χ) belə hesablanır: 
2
1
2
2
1
2
2
1
2
1
2
2
2
2
1
2
1
)
(
)
(




+
+
+
+
+
⋅⋅

+

+
+
+
=
n
n
n
n
n
h
b
h
h
b
h
h
b
h
b
χ
 
Hidravliki radius (R)-su kəsiyinin sahəsinin (
ω), islanmış perimetrə (χ) olan 
nisbətidir. 
χ
ω
=
R
 
Çayın eni (B) sağ  və sol su kəsimləri arasındakı  məsarədir. Orta dərinlik 
aşağıdakı düsturdan təyin edilir: 
B
h
or
ω
=
 
Ən böyük dərinlik (h
max
) ölçü jurnalından götürülür. Su kəsiyinin profilinin 
morfometrik ünsürləri su səviyyəsinin yüksəkliyinin dəyişməsindən asılıdır. Bunun 
 
1
Behruz Melikov
Behruz Melikov


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə