Presləmə maşını
96
maksimal gücü 100 MN, vintli maşınınkı isə
125 MN-dur.
(alm. die Pressmaschine, ingl.
Press machine )
Prizma dəzgah tərtibatı olub, metalkəsən dəz-
gahlarda pəstahların emal zamanı sərt bər-
kidilməsində, həmçinin ölçmə maşınlarında
nəzarət işlərinin icra olunmasında tətbiq tapır.
Konstruksiyasından asılı olaraq prizmalar
hərəkətli, yerləşdirmə, dayaq və tərpənməz
olaraq təsnifatlaşdırılırlar (şəkil 1).
Şəkil 1. Prizmanın növlərinə aid misallar
a, b- dayaq prizmaları, c,d,q-mərkəzləyici prizmalar
Prizma üzərində hissə xarici əyrixətli səthi
üzrə oturur. Məsələn, şatunların və qolların
emalında pəstahın yerləşməsi başlıq və xarici
əyrixətli səthlər boyunca baş verir (şəkil 2).
Ümumi tərtibat üzərində bərkidilmiş prizmanın
biri hərəkətli yerləşir. O, pəstahı digər
prizmaya sıxır. Pəstah yuxarıya qalxmasın
deyə prizmanın işçi səthləri aşağıya tərəf maili
hazırlanır. Prizma pəstahı onun simmetriya
oxu boyunca mərkəzləyir.
Özümərkəzləyən
tərtibatlarda
prizmaların
tətbiqi pəstahın iki perpendikulyar müstəvi
üzrə yerləşməsini təmin edir. Bu halda priz
malar eyni zamanda mərkəzə tərəf hərəkət
edirlər. Prizma əsasən 20X poladından və ya
mexaniki göstəriciləri ondan yaxşı olan polad
markalarından hazırlanır. Prizma termiki emala
uğradıldıqdan sonra onun işçi səthlərinin
bərkliyi 56
÷
61 HRC-ə çatır. Yeyilmənin qarşı-
sını almaq üçün işçi səthlər əlavə olaraq
0,8
÷
1,2 mm qalınlığında sementitləşdirilir.
Şəkil 2. Pəstahın tərtibatda prizmanın köməyi ilə
bərkidilməsi
(alm. prismatische Auflage, ingl. Prismatic bea-
ring)
ProEngineering (həm də
ProE) 3D-CAD sis-
temi olub, hissələrin parametrik modelləş-
dirilməsinə imkan verir. Bu sistemin köməyi
ilə müxtəlif obyektlər 3D şəklində qurula bilir
və ondan cizgilər əldə olunur. ProE-nin əsas
xüsusiyyətləri bunlardır:
Tam parametrik: həndəsənin bütün ölçüləri
verilir, bir ölçünün dəyişdirilməsi uyğun ola-
raq yerdə qalan həndəsənin dəyişilməsinə
gətirib çıxarır.
Biderksional assosiativlik: Həndəsi modeldə
edilən dəyişiklik düyüm, cizgi və ya alınmış
NC-modelini avtomatik aktuallaşdırır. Cizgi-
də edilmiş ölçü dəyişikliyi əks istiqamətdə
təsir edərək 3D modelinin əsas formasının
dəyişməsinə gətirir.
Konstruksiya elementinə əsaslanan: Modellər
çox az sayda elementlərdən təşkil olunur ki,
bu da onların hərəkətini asanlaşdırır.
ProE
97
Şəkil 1. Qayış ötürməli mexanizmin ProE ilə konst-
ruksiya edilmiş rəqəmsal maketi
ProE sistemi avtomobil sənayesində güc
ötürmə sistemlərinin layihələndirilməsində,
maşınqayırmada və yüngül sənayedə geniş
istifadə olunur. Onun tətbiq sahələrindən biri
də maşın mexanizmlərinin rəqəmsal modelinin
yaradılması və kinematik hərəkətlərin simul-
yasiyasıdır.
(alm. das ProEngineering, ingl. ProEngineering)
Profil presləmə
üsulu metalların təzyiq altında
emalı üçün tətbiq olunan presləmə üsuludur.
Proses zamanı qızdırılmış metal blok kamera
daxilinə qoyularaq presləmə ştampı vasitəsilə
basılır. Nəticədə matrisanın gözündən keçən
metal onun formasını alır (şəkil 1). Defor-
masiya olunmuş metal qıfa bənzər gözlük-
lərdən keçərək içiboş və bütöv profilli müxtəlif
uzunsov hissələrin hazırlanmasına imkan verir.
Materialın en kəsiyinin dəyişməsi 100-10000
arasında yerləşə bilir. Presləmə zamanı sərt və
maye təsiri ilə işləyən alətdən istifadə olunur.
Alətin işçi hissələri xüsusi profillərə malik
matrisalardan ibarətdir (şəkil 2). Matrisalar
profil presləmənin məhsuldarlığını təyin edir-
lər. Onlar çətin iş şəraitində işlədiklərindən
yüksək keyfiyyətli poladlardan hazırlanırlar.
Presləmə aləti müxtəlif güc mənbələrinə malik
presləmə maşınlarında (→presləmə maşını)
oturdulur.