Oynaqlı mexanizm
20
Şəkil 2. Dördbənli oynaqlı mexanizm
Fasiləli hərəkətli oynaqlı mexanizm işçi
bəndləri bir əməliyyatı yerinə yetirdikdən
sonra fasilə edən avtomatlarda tətbiq olunur.
Şəkil 3-də AB bəndinin fasiləsiz hərəkətini EF
bəndin eyni vəziyyətdə uzunmüddətli dayan-
malarla hərəkətinə çevirən altıbəndli oynaqlı
mexanizm təsvir olunmuşdur. Bu oynaqlı
mexanizmin əsasıni ABCD çevrəvi mexanizmi
təşkil edir. ABCD mexanizmində bəndlər elə
seçilmişdir ki, M nöqtəsinin trayektoriyası
sxemdə qalın xətlərlə göstərilən hissədə
dairənin radiusu ilə üst-üstə düşür. Əgər EM
bəndi R radiusuna bərabər olarsa və E nöqtəsi
bu zaman çevrənin mərkəzi ilə üst-üstə
düşərsə, onda M nöqtəsi bu sahədə hərəkət
etdikdə EF bəndi tərpənməz qalır. M nöqtəsi
hərəkət etdikdə EF bəndi müəyyən bucaq üzrə
dönür və dayanma vəziyyətinə gəlir.
Şəkil 3. Fasiləli hərəkətli oynaqlı mexanizm
Oynaqlı mexanizmlər texnikanın bir çox sa-
hələrində tətbiq olunur. Onların üstün cəhətləri
sadə olması və etibarlı işləməsidir. Çatış-
mayan cəhətilərinə qabarit ölçüsünün böyük
olmasından və təsir edən qüvvənin hərəkət
istiqamətinə perpendikulyar vəziyyətə yaxın
olduqda böyük reaksiya qüvvələrin yarat-
masından ibarətdir.
(alm. die Gelenkgetriebe, ingl. Joint mechanisms)
Oynaqlı-lingli mexanizmlər hərəkətin istiqa-
mətini lazımi tərəfə yönəltməyə xidmət edir.
Məsələn, üfüqi istiqamətdə baş verən hərəkəti
şaquliyə çevirmək, sağa, sola və ya müəyyən
bucaq altında döndərmək üçün bu mexanizm-
lər geniş tətbiq olunurlar. Bəzi hallarda işçi lin-
gin gediş yolunu böyütmək və ya kiçiltmək
lazım gəlir.
Şəkil 1-də digər mexanizmlərlə əlaqədə olan
oynaqlı-linli mexanizmlər təsvir edilmişdir.
Lingli mexanizm çarxqolundan yırğalanma
hərəkətini alır və →sürüngəcə verir. Oynaqlı-
linli mexanizmlərdə işçi yolun gedişini lingin
qolunun uzunluğunu artırmaqla əldə eidlir.
Şəkil 1. Oynaqlı-lingli mexanizmlərə aid müxtəlif
misallar
Oynaqlı muftalar
21
(alm. gelenkige Verbindungen, ingl. Articulated
joints)
Oynaqlı muftalar çəngəlşəkilli iki yarımmuf-
tadan ibarət olub, oxları bir-birinə çarpaz olan
vallar arasında moment ötürmə qabiliyyətinə
malikdir (şəkil 1). Bu muftaların diametri 8÷40
mm və ötürə biləcəyi moment 11,2÷1120 Nm
arasında yerləşir. Momenti böyük məsafəyə
ötürmək üçün qoşalaşdırılmış oynaqlı muftalar
tətbiq edilir. Onların oxları arasındakı bucaq
maksimum 45° ola bilir. Konstruksiya ilə
şərtlənən, dönmədən asılı olaraq valların bucaq
sürətləri arasında nisbət mövcuddur. Belə ki,
aparan valın bucaq sürəti
ω
1
bir dövr ərzində
(
ω
1
⋅
cos
β
)
≤
ω
2
≤
(
ω
1
/cos
β
) arasında dəyişir.
Qoşalaşdırılmış
oynaqlı
muftalarda
bu
çatışmayan cəhət çəngəllərin oxlarını bir
müstəvidə yerləşdirməklə aradan qaldırmaq
mümkündür. Burada muftların oxları aralıq
valın oxu ilə eyni bucaq əmələ gətirməlidir
(
β
1
=
β
2
). Oynaqlı muftalar belə yoxlanılır:
kT
≤
T
cos
β
, burada
T
-hesablanan mufta
üçün
β
=0 olduqda buraxılabilən moment, k
ehtiyat əmsalıdır. Oynaqlı muftalar avtomobi-
lin ötürməsində, qazma qurğularının mancanaq
dəzgahlarında, metalyayma maşınlarında və s.
geniş tətbiq olunur.
Şəkil 1. Oynaqlı mufta
(alm. die Gelenkkupplung, ingl. Universal joint)
Overlok tikiş məhsullarının yan tərəflərini
kəsmək və emal etmək üçün istifadə olunan
texniki qurğudur. Bu tikiş maşını ilə paltarların
çıxıntılı hissələrinin, trikotaj və elastiki
parçaların emalı, dekorativ naxışların vurul-
ması mümkündür. Overloklar işçi sapların
(2÷10 arası) sayına görə fərqlənirlər. Tekstil
sənayesində geniş istifadə edilir.
Şəkil 1. Overlok tikişi vurulmuş parça
(alm. die Overlok-Nähmaschine, ingl. Overlock
sewing machine)
Oymaqlı yaylı mufta dönməyə elastiki olan
kompensasiyaedici →muftadır. Elastiklik oy-
maq yayın köməyi ilə yaradılır (şəkil 1). Fır-
lanma momenti kinematik ilişmə sayəsində
ötürülür, bu zaman oymaq yayı gərilir.
Mufta yağ ilə doldurulur. İş zamanı yayın
sıxılması nəticəsində yağ onun arasına püskür-
dülür və bununla əlavə olaraq dempferləyici
xassə əldə edilir. Oymaqlı yaylı mufta