Ölçmə nəzarət vasitələri
24
çarx-tamasa ötürməsi, yay kimi mexaniki
elementlərdən istifadə edildiyi halda, optik-
ölçmə cihazlarında çevricilər işıq hadisələrinə
əsaslanır. Çevricilər elektrik hadisələri –
induktivlik, fotoelektrik effekti və s. əsasında,
pnevmatik cihazlarda isə çevricilər nazik
deşikdən vahid zamanda keçən hava axının
miqdarına nəzarət etməklə işləyirlər. Cihazın
istismar xassələrini müəyyən edən əsas
metroloji göstəricilər bölgünün qiyməti, ölçmə
diapazonu, ölçmənin xətaları və həddidir.
Son zamanlar ölçmə cihazlarının hazırlan-
masında
müasir
kompyüter
texnikasının
imkanlarından geniş istifadə edilir. Cihazların
çevriciləri alınan siqnalları bir başa analoq və
ya rəqəmli elektrik siqnallarına çevirərək kom-
pyüterə ötürür. Bu yolla alınan nəticələr xüsusi
proqramların köməyi ilə asan-
lılqa və yüksək dəqiqliklə emal
olunaraq texnoloji proseslərin
keyfiyyətinin artırılmasına bir
başa və ya dolayı yolla təsir
etməyə imkan verir.
(alm. das Prüfmittel, ingl. Mea-
suring and test equipement)
Ölçmə obyekti fiziki sistemin
ölçü daşıyıcısıdır. Maşınqayır-
mada ölçü obyekti adətən pəs-
tah, alət və ya ölçmə cihazı ola
bilər.
Ölçmə obyektinin xassələri
ölçmənin nəticələrinə təsir edən
mühüm amillərdən sayılır. Qeyri
stabil hissələrin ölçülməsi za-
manı onların deformasiyası nəticəsində forma
və ölçü xətaları yaranır. Bundan əlavə hissənin
səthlərinin halı da ölçmə üçün vacibdir.
Məsələn, optik ölçmə zamanı səthin refleksiya
xassəsi, toxunma üsulla aparılan ölçmədə isə
səthin kələkötürlüyü ölçmənin nəticələrinin
dəqiqliyinə təsir edir.
Bu xətaları aradan qaldırmaq üçün ölçmə
obyektlərinin bərkidilməsinə müəyyən tələblər
qoyulur. Onlar ölçmə avadanlıqlarında xüsusi
tərtibatların köməyi ilə elə yerləşdirilməlidir
ki, bərkitmə zamanı hissədə deformasiya ya-
ranmasın. Səthin refleksiv xassəsini azaltmaq
üçün onun üzərinə xüsusi mayei püskürdülür.
(alm. das Meßobjekt, ingl. Device under test)
Ölçmə otağı müəyyən ölçmə əməliyyatlarını
aparmaq üçün lazım olan vacib ətraf mühitin
şəraitini, o cümlədən temperatur, rütubət və s.
təmin etmək və stabil saxlamaqdan ötrü
istifadə olunan yerdir. Əsasən temperatur
metaldan olan hissələrin ölçülməsində mühüm
rol oynayır, çünki onlar istiliyə qarşı
həssasdırlar. Məsələn, uzunluğu 1m olan polad
blok 1°C temperatur dəyişməsi nəticəsində 10
mkm genişlənir. Bu temperatur təsiri əgər
hesabi yolla nəzərə alınmazsa, onda o
ölçmənin nəticəsinin meyillənməsinə səbəb
olur. Bu səbəbdən ölçmə otaqları həmişə
müəyyən bir iqlimə malikdir, hava daimi
filtrdən keçirilir və dövr etdirilir (şəkil 1).
Şəkil 1. Ölçmə otağının sxematik təsviri
Bəzən, ölçmə otaqlarında sexlərdə istifadə
olunan adi alətlərlə də ölçmə aparılır, çünki
burada sexdə mövcud olan kənar amillərin
təsirini yoxa endirmək mümkündür. Ölçmə
otqalarında son illər yaradılmış və inkişaf
etdirilmiş bahalı ölçmə vasitələri (koordinat
ölçmə maşını, profilometr, laserinterferometr
və s.) yerləşdirilir.
Müasir ölçmə otaqlarının döşəmələri həm də
kənardan ötürülən titrəmələri söndürmə ele-
mentləri ilə təchiz olunurlar. Bunun üçün ya
Ölçmə otağı
25
bütün bina, ya da ölçmə otağın altında böyük
beton lövhəsi çınqıllı yataqda yerləşdirilir.
(alm. der Meßraum, ingl. Measuring room)
Ölçmə texnikası araşdırılan obyektin və is-
tehsal
proseslərini
səciyyələndirən
para-
metrlərin qiymətləri haqqında informasiyanın
sınaq yolu ilə alınması üçün tətbiq olunan üsul
və vasitələri öyrənən elm və texnika sahəsidir.
Ölçmə elm və texnikanın bütün sahələrində
tədqiqatçı və sınaqçıların fəaliyyətinin əsas
mərhələsi sayılır. Ölçmə cihazları elmi-təd-
qiqat institutlarının, laboratoriyaların, texnoloji
proseslərin ayrılmaz hissəsidir.
Müasir ölçmə cihazları təkcə insan his-
siyatına (məsələn: siqnal ilə nəzarətçiyə xəbər
verilməsi) təsir etmir, həm də ölçmə zamanı
əldə edilən kəmiyyətlərin avtomatik qeydiyyatı
və riyazi emalı, eləcə də onları prosesin idarəsi
üçün uzaq məsafəyə verilməsini təmin edir.
Ölçmə kanallarının müxtəlif yerlərində akustik
siqnallar, amplituda, tezlikli və faza mo-
dulyasiyalar, ən çox olaraq impuls və rəqəmli
siqnallarla işləyən mexaniki, elektrik, pnev-
matik, hidravlik, optik və izləyici sistemlərdən
istifadə olunur. Cihaz ilə ölçmə prosesi ölçülən
qiyməti konkret tətbiq üçün əlverişli formaya
salmaqdan ibarətdir. Məsələn, bütün elektrik
ölçmə cihazlarının məqsədi ondan ibarətdir ki,
onların köməyi ilə ölçülərın parametri insan
hiss üzvləri tərəfindən lazımınca qiymət-
ləndirlə bilmədikdə, o müəyyən mexaniki yer-
dəyişmələrə çevrilsin (əqrəb, işıq şüası).
Mexaniki ölçmə cihazlarının işləmə prinsipi də
bununla eynidir.
(alm. die Messtechnik, ingl. Metrology)
Ölçü zənciri maşınqayırmada hissələrin səth-
lərinin, hissələrin düyümdə və ya düyümlərin
maşında qarşılıqlı vəziyyətini müəyyən edən
xətti və bucaq ölçülərinin qapalı kontur üzrə
düzülmə ardıcıllığıdır. Ölçü zənciri hissələrin
ölçülərinin cizgidə əlverişli göstərilməsi və
tam qarşılıqlı əvəzolunma şərti daxilində
müsaidələrin
optimallaşdırılmasına
imkan
verir. Əsasən aşağıdakı ölçü zəncirləri fərq-
lənirlər:
Konstruktor (yığma)- maşında ölçü əlaqələ-
rini müəyyən edir, burada hissələrin mə-
mulda qarşılıqlı əvəzolunması, yığılması və
işləmə qabiliyyəti təmin edilir.
Texnoloji – texnoloji prosesin və ya onun
hissəsinin yerinə yetirilməsi zamanı ölçü
əlaqələrini müəyyən edir, burada emal edilən
səthlərin alətin kəsici tilinə nəzərən vəziyyəti
təmin edilir.
Ölçü - hissənin dəqiqlik parametrlərinin öl-
çülməsi zamanı ölçü əlaqələrini müəyyən
edir, burada səthlərin digər səthlərə nəzərən
ölçülməsi, avadanlığın sazlanması, əməliy-
yatlararası ölçülər təmin edilir.
Ölçü zəncirinin tərtib edilməsi və hesabatı
maşının keyfiyyətinin təmin edilməsində, onun
kinemtaik və dinamik analizi ilə bərabər əsas
vasitələrdən biri sayılır.
Ölçü zəncirinə daxil olan ölçülərə bəndlər
deyilir. Qapayıcı və təşkiledici bəndlər möv-
cud olur. Hər bir ölçü zəncirinin bir qapayıcı
bəndi olur. Qapayıcı bənd ölçü zəncirinin
hesablanmasında məsələnin düzgün həllində,
məmulun layihələndirilməsi ərəfəsində, həm-
çinin yığma zamanı sonuncu alınan və hesabat
zamanı məsələnin tərs həllində ilk olan bəndir.
Bu bənd ona görə qapayıcı adlanır ki, o yığma
zamanı və ya emal zamanı digər ölçü
bəndlərinindən ibarət zənciri qapayır. Qapayıcı
bənd bir başa yerinə yetirilmir, o yalnız digər
bəndlərin qovuşmasından alınır. Qapayıcı
bəndlərə yüksək tələbat qoyulur, çünki, o his-
sənin keyfiyyətinin əsas istismar göstricilərini
və hər şeydən əvvəl təyinat göstəricilərini,
etibarlığını və qarşılıqlı əvəzolunması imkan-
larını təyin edir.
Bəndin vəziyyətindən asılı olaraq müstəvi və
fəza ölçü zənciri fərqlənir. Müstəvi ölçü
zəncirləri yalnız xətti ölçülərdən və ya paralel
müstəvilər üzərində yerləşən xətti və bucaq
ölçülərindən ibarət olur.
Ölçü zəncirlərinin hesabatında iki məsələ
həll olunur- düzünə və tərsinə. Məsələnin
düzünə həlli zamanı qapayıcı bəndin ölçüsü
verilir və təşkiledici bəndlərin tapılması tələb
olunur. Tərsinə məsələnin həlli zamanı isə
təşkiledici bəndlərin qiyməti məlum olub,
qapayıcı bəndin ölçüsünün tapılması qarşıya
qoyulur. Ölçü zəncirlərinin hesabatında tam
qarşılıqlı əvəzolunma, natamam qarşılıqlı
əvəzolunma, qrup üzrə qarşılıqlı əvəzolunma,