Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə13/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   9   10   11   12   13   14   15   16   ...   211

Ölçmə nəzarət vasitələri  

 

24 


 

çarx-tamasa  ötürməsi,  yay  kimi  mexaniki 

elementlərdən  istifadə  edildiyi  halda,  optik-

ölçmə  cihazlarında  çevricilər  işıq  hadisələrinə 

əsaslanır.  Çevricilər  elektrik  hadisələri  – 

induktivlik,  fotoelektrik  effekti  və  s.  əsasında, 

pnevmatik  cihazlarda  isə  çevricilər  nazik 

deşikdən  vahid  zamanda  keçən  hava  axının 

miqdarına  nəzarət  etməklə  işləyirlər.  Cihazın 

istismar  xassələrini  müəyyən  edən  əsas 

metroloji göstəricilər bölgünün qiyməti,  ölçmə 

diapazonu, ölçmənin xətaları və həddidir. 

Son  zamanlar  ölçmə  cihazlarının  hazırlan-

masında 


müasir 

kompyüter 

texnikasının 

imkanlarından  geniş  istifadə  edilir.  Cihazların 

çevriciləri  alınan  siqnalları  bir  başa  analoq  və 

ya rəqəmli elektrik siqnallarına çevirərək kom-

pyüterə ötürür. Bu yolla alınan nəticələr xüsusi 

proqramların  köməyi  ilə  asan-

lılqa  və  yüksək  dəqiqliklə  emal 

olunaraq  texnoloji  proseslərin 

keyfiyyətinin  artırılmasına  bir 

başa  və  ya  dolayı  yolla  təsir 

etməyə imkan verir.    

 

 (alm.  das  Prüfmittel,  ingl.    Mea-



suring and test equipement

 

Ölçmə  obyekti  fiziki  sistemin 

ölçü  daşıyıcısıdır.  Maşınqayır-

mada  ölçü  obyekti  adətən  pəs-

tah,  alət  və  ya  ölçmə  cihazı  ola 

bilər.   

Ölçmə  obyektinin  xassələri 

ölçmənin  nəticələrinə  təsir  edən 

mühüm amillərdən sayılır. Qeyri 

stabil  hissələrin  ölçülməsi  za-

manı  onların  deformasiyası  nəticəsində  forma 

və ölçü xətaları yaranır. Bundan əlavə hissənin 

səthlərinin  halı  da  ölçmə  üçün  vacibdir. 

Məsələn, optik ölçmə zamanı səthin refleksiya 

xassəsi,  toxunma  üsulla  aparılan  ölçmədə  isə 

səthin  kələkötürlüyü  ölçmənin  nəticələrinin 

dəqiqliyinə təsir edir. 

Bu  xətaları  aradan  qaldırmaq  üçün  ölçmə 

obyektlərinin  bərkidilməsinə müəyyən  tələblər 

qoyulur.  Onlar  ölçmə  avadanlıqlarında  xüsusi 

tərtibatların  köməyi  ilə  elə  yerləşdirilməlidir 

ki,  bərkitmə  zamanı  hissədə  deformasiya  ya-

ranmasın.    Səthin  refleksiv  xassəsini  azaltmaq 

üçün onun üzərinə xüsusi mayei püskürdülür. 

(alm. das Meßobjekt,  ingl. Device under test

 

Ölçmə  otağı  müəyyən  ölçmə  əməliyyatlarını 

aparmaq  üçün  lazım  olan  vacib  ətraf  mühitin 

şəraitini, o cümlədən temperatur, rütubət və s. 

təmin  etmək  və  stabil  saxlamaqdan  ötrü 

istifadə  olunan  yerdir.  Əsasən  temperatur 

metaldan  olan hissələrin  ölçülməsində mühüm 

rol  oynayır,  çünki  onlar  istiliyə  qarşı 

həssasdırlar. Məsələn, uzunluğu 1m olan polad 

blok  1°C  temperatur  dəyişməsi  nəticəsində  10 

mkm  genişlənir.  Bu  temperatur  təsiri  əgər 

hesabi  yolla  nəzərə  alınmazsa,  onda  o 

ölçmənin  nəticəsinin  meyillənməsinə  səbəb 

olur.  Bu  səbəbdən  ölçmə  otaqları  həmişə 

müəyyən  bir  iqlimə  malikdir,  hava  daimi 

filtrdən keçirilir  və dövr etdirilir (şəkil 1).  

 

 



Şəkil 1. Ölçmə otağının sxematik təsviri 

 

Bəzən,  ölçmə  otaqlarında  sexlərdə  istifadə 



olunan  adi  alətlərlə  də  ölçmə  aparılır,  çünki 

burada  sexdə  mövcud  olan  kənar  amillərin 

təsirini    yoxa  endirmək  mümkündür.  Ölçmə 

otqalarında  son  illər  yaradılmış  və  inkişaf 

etdirilmiş  bahalı  ölçmə  vasitələri  (koordinat 

ölçmə  maşını,  profilometr,  laserinterferometr 

və s.) yerləşdirilir.  

Müasir  ölçmə  otaqlarının döşəmələri həm  də 

kənardan  ötürülən  titrəmələri  söndürmə  ele-

mentləri  ilə  təchiz  olunurlar.  Bunun  üçün  ya




Ölçmə otağı 

 

25 


 

 

bütün  bina,  ya  da  ölçmə  otağın  altında  böyük 



beton lövhəsi çınqıllı yataqda yerləşdirilir.  

 

(alm. der Meßraum, ingl. Measuring room



 

Ölçmə  texnikası    araşdırılan  obyektin  və  is-

tehsal 


proseslərini 

səciyyələndirən 

para-

metrlərin  qiymətləri  haqqında  informasiyanın 



sınaq yolu ilə alınması üçün tətbiq olunan üsul 

və vasitələri öyrənən elm və texnika sahəsidir. 

Ölçmə  elm  və  texnikanın  bütün  sahələrində 

tədqiqatçı  və  sınaqçıların  fəaliyyətinin  əsas 

mərhələsi  sayılır.  Ölçmə  cihazları  elmi-təd-

qiqat institutlarının, laboratoriyaların, texnoloji 

proseslərin ayrılmaz hissəsidir.  

Müasir  ölçmə  cihazları  təkcə  insan  his-

siyatına  (məsələn:  siqnal  ilə  nəzarətçiyə  xəbər 

verilməsi)  təsir  etmir,  həm  də  ölçmə  zamanı 

əldə edilən kəmiyyətlərin avtomatik qeydiyyatı 

və riyazi emalı, eləcə də onları prosesin idarəsi 

üçün  uzaq  məsafəyə  verilməsini  təmin  edir. 

Ölçmə kanallarının müxtəlif yerlərində akustik 

siqnallar,  amplituda,  tezlikli  və  faza  mo-

dulyasiyalar,  ən  çox  olaraq  impuls  və  rəqəmli 

siqnallarla  işləyən  mexaniki,  elektrik,  pnev-

matik, hidravlik, optik və izləyici sistemlərdən 

istifadə olunur. Cihaz ilə ölçmə prosesi ölçülən 

qiyməti  konkret  tətbiq  üçün  əlverişli  formaya 

salmaqdan  ibarətdir.  Məsələn,  bütün  elektrik 

ölçmə cihazlarının məqsədi ondan ibarətdir ki, 

onların  köməyi  ilə  ölçülərın  parametri  insan 

hiss  üzvləri  tərəfindən  lazımınca  qiymət-

ləndirlə  bilmədikdə,  o  müəyyən mexaniki  yer-

dəyişmələrə  çevrilsin  (əqrəb,  işıq  şüası). 

Mexaniki ölçmə cihazlarının işləmə prinsipi də 

bununla eynidir.   

 

(alm. die Messtechnik, ingl. Metrology)  



 

Ölçü  zənciri  maşınqayırmada  hissələrin  səth-

lərinin,  hissələrin  düyümdə  və  ya  düyümlərin 

maşında  qarşılıqlı  vəziyyətini  müəyyən  edən 

xətti  və  bucaq  ölçülərinin  qapalı  kontur  üzrə 

düzülmə  ardıcıllığıdır.  Ölçü  zənciri  hissələrin 

ölçülərinin  cizgidə  əlverişli  göstərilməsi  və 

tam  qarşılıqlı  əvəzolunma  şərti  daxilində 

müsaidələrin 

optimallaşdırılmasına 

imkan 


verir.  Əsasən  aşağıdakı  ölçü  zəncirləri  fərq-

lənirlər: 

 

Konstruktor (yığma)- maşında ölçü əlaqələ- 

rini  müəyyən  edir,  burada  hissələrin  mə-

mulda  qarşılıqlı  əvəzolunması,  yığılması  və 

işləmə qabiliyyəti təmin edilir. 

 

Texnoloji  –  texnoloji  prosesin  və  ya  onun 

hissəsinin  yerinə  yetirilməsi  zamanı  ölçü 

əlaqələrini müəyyən edir, burada emal edilən 

səthlərin alətin kəsici tilinə nəzərən vəziyyəti 

təmin edilir. 

 

Ölçü - hissənin dəqiqlik parametrlərinin öl-

çülməsi  zamanı  ölçü  əlaqələrini  müəyyən 

edir,  burada  səthlərin  digər  səthlərə  nəzərən 

ölçülməsi,  avadanlığın  sazlanması,  əməliy-

yatlararası ölçülər təmin edilir.  

Ölçü  zəncirinin  tərtib  edilməsi  və  hesabatı 

maşının keyfiyyətinin təmin edilməsində, onun 

kinemtaik  və  dinamik  analizi  ilə  bərabər  əsas 

vasitələrdən biri sayılır.  

Ölçü  zəncirinə  daxil  olan  ölçülərə  bəndlər 

deyilir.  Qapayıcı  və  təşkiledici  bəndlər  möv-

cud  olur.  Hər  bir  ölçü  zəncirinin  bir  qapayıcı 

bəndi  olur.  Qapayıcı  bənd  ölçü  zəncirinin 

hesablanmasında  məsələnin  düzgün  həllində, 

məmulun  layihələndirilməsi  ərəfəsində,  həm-

çinin yığma zamanı sonuncu alınan və  hesabat 

zamanı məsələnin tərs həllində ilk olan bəndir.

 

Bu bənd ona görə qapayıcı adlanır ki, o yığma 



zamanı  və  ya  emal  zamanı  digər  ölçü 

bəndlərinindən ibarət zənciri qapayır. Qapayıcı 

bənd  bir  başa  yerinə  yetirilmir,  o  yalnız  digər 

bəndlərin  qovuşmasından  alınır.  Qapayıcı 

bəndlərə  yüksək  tələbat  qoyulur,  çünki,  o  his-

sənin  keyfiyyətinin  əsas  istismar  göstricilərini 

və  hər  şeydən  əvvəl  təyinat  göstəricilərini, 

etibarlığını  və  qarşılıqlı  əvəzolunması  imkan-

larını təyin edir. 

Bəndin vəziyyətindən asılı olaraq müstəvi və 



fəza  ölçü  zənciri  fərqlənir.  Müstəvi  ölçü 

zəncirləri  yalnız  xətti  ölçülərdən  və  ya  paralel 

müstəvilər  üzərində  yerləşən  xətti  və  bucaq 

ölçülərindən ibarət olur.  

Ölçü  zəncirlərinin  hesabatında  iki  məsələ 

həll  olunur-  düzünə  və  tərsinə.  Məsələnin 

düzünə  həlli  zamanı  qapayıcı  bəndin  ölçüsü 

verilir  və  təşkiledici  bəndlərin  tapılması  tələb 

olunur.  Tərsinə  məsələnin  həlli  zamanı  isə 

təşkiledici  bəndlərin  qiyməti  məlum  olub, 

qapayıcı  bəndin  ölçüsünün  tapılması  qarşıya 

qoyulur.  Ölçü  zəncirlərinin  hesabatında  tam 

qarşılıqlı  əvəzolunma,  natamam  qarşılıqlı 

əvəzolunma,  qrup  üzrə  qarşılıqlı  əvəzolunma,




Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə