Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə10/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   6   7   8   9   10   11   12   13   ...   211

Oval dişli çarxlar 

 

18 


 

vəziyyətini  dəyişir  (şəkil  1).  Ona  görə  də,  bir 

dövrdə ani ötürmə i

a

 və ya orta ötürmə ədədi i



o

 

fərqləndirilir.  Orta  ötürmə  ədədi  tam  ədəd 



olmalıdır.  Çox  vaxt  i=1  götürülür.  İlişmənin 

yaxşı  işləməsi  üçün  dişlər  arasında  kifayət 

qədər  təmas  xəttinin  və  araboşluğun  olması 

zəruridir.      

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 1. Oval dişli çarx ilişməsi 

 

(alm. unrundes Zahnrad, ingl.

 

Noncircular gear ) 

 

Ovuntu  metallurgiyası  əsas  təşkiledicini 

əritmədən  metal  və  ona  oxşar  materialların 

ovuntularının hazrlanması üsullarını əhatə edir. 

Ovuntu 

metallurgiyasında 



tətbiq 

olunan  


texnologiya aşağıdakı mərhələlərdən ibarətdir:  

 

 Ovuntu  materiallarının  əldə  olunması  və 



onlardan  verilmiş  kimyəvi  tərkibdə  və 

texnoloji xassəli qarışığın hazırlanması,   

 

 Ovuntu  və  ya  onun  qarışığından  verilmiş 



formada və ölçüdə pəstahın hazırlanması, 

 

Sinterləmə (bişirmə), yəni metalın və onun 



əsas  hissəsinin  ərimə  temperaturundan  aşa-

ğıdakı temperaturda termiki emalı. 

→Sinterləmədən sonra adətən məsaməli (30-

40%-ə  qədər,  bəzi  hallarda  60%-ə  qədər) 

məmul  alınır.    Məsaməliliyi  azaltmaq,  me-

xaniki  xassələri  yaxşılaşdırmaq  və  ölçü 

dəqiqliyinin  çatdırılması  üçün  məmul   əlavə  

olaraq  təzyiq  altında  emala  (soyuq  və  ya  isti) 

uğradılır,  bəzi  hallarda  həmçinin  termiki, 

termiki-kimyəvi  və  ya  termomexaniki  emal 

üsulları da tətbiq olunurlar. 

 Metalların  xırdalanması  yivli,  titrəmə  və 

kürəli  dəyirmanlarda  aparılır.  Digər  əlverişli 

üsul ərimiş metallı səpələməkdir. Bunun üstün 

cəhəti  ondan  ibarətdir  ki,  onu  yüksək  məhsul-

darlıq  şəraitində  digər  qarışıqlardan  təmiz-

ləmək  olur.  Dəmir,  mis,  volfram,  molibden 

ovuntularının  metalın  karbon  və  hidrogenlə 

yüksək  temperaturda  bərpa  olunması  yolu  ilə 

alınması geniş yayılmışdır. Mis tozlarının əldə 

olunması  üçün  çox  vaxt  onun  məhlullarının 

elektrolizindən istifadə olunur.  

Metal  ovuntularının  formaya  salınması  üçün 

əsas  üsul  materialı  tablandırılmış  poladdan 

olan formalarda 200÷1000 МPa  təzyiq altında 

tezgedişli  avtomatik  preslərdə  (dəqiqədə  20 

dəfə  basma)  presləməddən  ibarətdir.  Preslən-

miş  yarımməmul  sonrakı  mərhələdə  icra 

olunacaq sinterləmə və digər termiki emalların 

təsirini  nəzərə  almaqla  müəyyən  ölçüyə  və 

sıxlığa malik olur. Ovuntuların preslənməsində 

hər tərəfli təsir edən izostatik presləmə, yayma 

və ekstruziyadan da istifadə olunur. 

Sinterləmə  qoruyucu  mühitdə  (vakuum, 

hidrogen,  karbon)  mütləq  ərimə  temperatu-

runun  70-85%    təşkil  edən  temperaturda  apa-

rılır. Çox komponentli xəlitələrdə emal tempe-

raturu ən asan əriyən komponentin ərimə tem-

peraturudan  müəyyən  qədər  yuxarıda  götü-

rülür. 


Qoruyucu mühit oksidlərin bərpa olunmasına 

şərait  yaratmalı  və  məmulun  lazımsız  tərkiblə 

çirklənməsinə  və  ayrı-ayrı  komponentlərin 

yanmasına  yol  verməməli,  sinterləmə  prose-

sinin  təhlükəsizliyini  təmin  etməlidr.  Sinter-

ləmə  sobalarının  konstruksiyası  təkcə  mate-

rialın  qızmasını  yox,  həm  də  onun  qoruyucu 

mühitdə soyumasına şərait yaradır. 

Ovuntu metallurgiyası müəyyən üstünlüklərə 

malikdir.  Buna  ənənəvi  üsulla  əldə  oluna-

bilməyən  materialların  hazırlanması  aiddir. 

Buraya  çətinəriyən  metallar  (volfram,  tantal) 

və  onların  kompozisiyası  əsasında  alınan 

xəlitələr,  ərinti  halında  qarışmayan  metallar 

(əsasən  kəskin  fərqli  ərimə  temperaturuna 

malik  metallar:  volfram-mis),   metal  və qeyri-

metalların  kompozisiyası  (mis-qarfit,  dəmir- 



Ovuntu metallurgiyası  

 

19 


 

 

plastmas), 



məsaməli 

materiallar 

(yastıq 

filtrləri,  kipləşdiricilər,  istilik  mübadiləedici-

ləri) və s. daxil edilir.    

Ovuntu  metallurgiyasının  çatışmayan  cəhə-

tinə  ovuntuların  hazırlanmasının  əməktutumlu 

olması  və  sinterləmənin  qoruyucu  mühitdə 

aparılmasıdır.  Bu  üsulla  böyük  ölçülü  hissələ-

rin  hazırlanması  da  demək  olar  ki,  mümkün 

deyil.  Hissələrin  məsaməli  olması  onların 

mexaniki xassələrini kəskin aşağı salır. 

 

(alm. die Pulvermetallurgie,  ingl. Powder metallur-



gy)    

 

Oynaqlı  mexanizm  bəndləri  yalnız  fırlanma 

hərəkəti  icra  edən  kinematik  cütlərdən  ibarət 

olan  mexanizmdir.  Hərəkət  xarakterinə  görə 

oynaqlı  mexanizmlər  yastı,  sferik  və  fəza 

növlərinə  bölünürlər  (şəkil  1).  Yastı  oynaqlı 

mexanizmlərdə 

oynaqların 

oxları 

paralel 


olduğundan  bütün  bəndlər  paralel  müstəvilər 

üzrə hərəkət edir. 

Ən  sadə  yastı  oynaqlı  mexanizm  4  bənddən 

ibarətdir  və  oynaqlı  dördbəndli  (iki  çarxqollu 

mancanaq)  adlanır.  Sferik  oynaqlı  mexanizm-

lərdə  oynaqların  oxları  bir  nöqtədə  kəsişir. 

Onun  bəndlərinin  sayı  da  4-dür.  Sferik  dörd-

bəndli  mexanizm  (şəkil  2)  çoxporşenli  nasos-

larda  və  üçan  aparatların  stabilləşdirici 

qurğularında  tətbiq  olunurlar.  Dördbəndli  fəza 

mexanizminin  xüsusi  halı  oxları  bir-birinə 

perpendikulyar  olan  →kardan  birləşməsidir. 

Fəza  oynaqlı  mexanizmlərin  oynaqlarının 

oxları müxtəlif bucaqlar altında kəsişə bilərlər. 

Verilən  hərəkəti  yerinə  yetirmə  üsuluna  görə 

oynaqlı  mexanizmlərin  işçi  bəndləri  yerdə-



yişən,  yönəldici,  ötürücü  və  fasiləli  hərəkət 

edən  mexanizmlərə  bölünürlər.  Yerdəyişən 

oynaqlı  mexanizm  işçi  bəndin  vəziyyətini  bir 

yerdən  başqasına  dəyişməyə  xidmət  edir. 

Bəndin  vəziyyətlərinin  sayı  2,  bəzi  hallarda  3 

və  ya 4 ola bilir. Bu növ oynaqlı mexanizmlər 

metallurgiya  və  yeyinti  sənayesində  istifadə 

olunan avtomatlarda tətbiq olunur. 

Yönəldici  oynaqlı  mexanizmlər  işi  tələb 

olunan bəndin bir nöqtəsinin verilmiş əyri üzrə 

hərəkət etdirir. Ən geniş yayılmış növləri qövs 

üzrə hərəkət edənlər və düzxətli-yönəldici me- 

xanizmlərdir  (məsələn:  Çebışev  paraleloq- 

ramı).  Həmçinin  oynaqlı  mexanizmlərdən  pa-

rabolların  çəkilməsi  və  əyilməsi  üçün  də  isti-

fadə  olunur  (məsələn:  astronomik  cihazların 

güzgülərinin pardaqıanması). 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1. Oynaqların növləri 

 

Ötürücü  oynaqlı  mexanizimlər  icrası  tələb 

olunan  bəndin  fırlanma  hərəkətinin  müəyyən 

qanunla  çevrilməsi  üçün  tətbiq  olunur.  Bəzən 

onları verilmiş funksiyanı icra edən mexanizm 

də adlandırırlar. 




Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə