Oval dişli çarxlar
18
vəziyyətini dəyişir (şəkil 1). Ona görə də, bir
dövrdə ani ötürmə i
a
və ya orta ötürmə ədədi i
o
fərqləndirilir. Orta ötürmə ədədi tam ədəd
olmalıdır. Çox vaxt
i=1 götürülür. İlişmənin
yaxşı işləməsi üçün dişlər arasında kifayət
qədər təmas xəttinin və araboşluğun olması
zəruridir.
Şəkil 1. Oval dişli çarx ilişməsi
(alm. unrundes Zahnrad, ingl.
Noncircular gear )
Ovuntu metallurgiyası əsas təşkiledicini
əritmədən metal və ona oxşar materialların
ovuntularının hazrlanması üsullarını əhatə edir.
Ovuntu
metallurgiyasında
tətbiq
olunan
texnologiya aşağıdakı mərhələlərdən ibarətdir:
Ovuntu materiallarının əldə olunması və
onlardan verilmiş kimyəvi tərkibdə və
texnoloji xassəli qarışığın hazırlanması,
Ovuntu və ya onun qarışığından verilmiş
formada və ölçüdə pəstahın hazırlanması,
Sinterləmə (bişirmə), yəni metalın və onun
əsas hissəsinin ərimə temperaturundan aşa-
ğıdakı temperaturda termiki emalı.
→Sinterləmədən sonra adətən məsaməli (30-
40%-ə qədər, bəzi hallarda 60%-ə qədər)
məmul alınır. Məsaməliliyi azaltmaq, me-
xaniki xassələri yaxşılaşdırmaq və ölçü
dəqiqliyinin çatdırılması üçün məmul əlavə
olaraq təzyiq altında emala (soyuq və ya isti)
uğradılır, bəzi hallarda həmçinin termiki,
termiki-kimyəvi və ya termomexaniki emal
üsulları da tətbiq olunurlar.
Metalların xırdalanması yivli, titrəmə və
kürəli dəyirmanlarda aparılır. Digər əlverişli
üsul ərimiş metallı səpələməkdir. Bunun üstün
cəhəti ondan ibarətdir ki, onu yüksək məhsul-
darlıq şəraitində digər qarışıqlardan təmiz-
ləmək olur. Dəmir, mis, volfram, molibden
ovuntularının metalın karbon və hidrogenlə
yüksək temperaturda bərpa olunması yolu ilə
alınması geniş yayılmışdır. Mis tozlarının əldə
olunması üçün çox vaxt onun məhlullarının
elektrolizindən istifadə olunur.
Metal ovuntularının formaya salınması üçün
əsas üsul materialı tablandırılmış poladdan
olan formalarda 200÷1000 МPa təzyiq altında
tezgedişli avtomatik preslərdə (dəqiqədə 20
dəfə basma) presləməddən ibarətdir. Preslən-
miş yarımməmul sonrakı mərhələdə icra
olunacaq sinterləmə və digər termiki emalların
təsirini nəzərə almaqla müəyyən ölçüyə və
sıxlığa malik olur. Ovuntuların preslənməsində
hər tərəfli təsir edən izostatik presləmə, yayma
və ekstruziyadan da istifadə olunur.
Sinterləmə qoruyucu mühitdə (vakuum,
hidrogen, karbon) mütləq ərimə temperatu-
runun 70-85% təşkil edən temperaturda apa-
rılır. Çox komponentli xəlitələrdə emal tempe-
raturu ən asan əriyən komponentin ərimə tem-
peraturudan müəyyən qədər yuxarıda götü-
rülür.
Qoruyucu mühit oksidlərin bərpa olunmasına
şərait yaratmalı və məmulun lazımsız tərkiblə
çirklənməsinə və ayrı-ayrı komponentlərin
yanmasına yol verməməli, sinterləmə prose-
sinin təhlükəsizliyini təmin etməlidr. Sinter-
ləmə sobalarının konstruksiyası təkcə mate-
rialın qızmasını yox, həm də onun qoruyucu
mühitdə soyumasına şərait yaradır.
Ovuntu metallurgiyası müəyyən üstünlüklərə
malikdir. Buna ənənəvi üsulla əldə oluna-
bilməyən materialların hazırlanması aiddir.
Buraya çətinəriyən metallar (volfram, tantal)
və onların kompozisiyası əsasında alınan
xəlitələr, ərinti halında qarışmayan metallar
(əsasən kəskin fərqli ərimə temperaturuna
malik metallar: volfram-mis), metal və qeyri-
metalların kompozisiyası (mis-qarfit, dəmir-
Ovuntu metallurgiyası
19
plastmas),
məsaməli
materiallar
(yastıq
filtrləri, kipləşdiricilər, istilik mübadiləedici-
ləri) və s. daxil edilir.
Ovuntu metallurgiyasının çatışmayan cəhə-
tinə ovuntuların hazırlanmasının əməktutumlu
olması və sinterləmənin qoruyucu mühitdə
aparılmasıdır. Bu üsulla böyük ölçülü hissələ-
rin hazırlanması da demək olar ki, mümkün
deyil. Hissələrin məsaməli olması onların
mexaniki xassələrini kəskin aşağı salır.
(alm. die Pulvermetallurgie, ingl. Powder metallur-
gy)
Oynaqlı mexanizm bəndləri yalnız fırlanma
hərəkəti icra edən kinematik cütlərdən ibarət
olan mexanizmdir. Hərəkət xarakterinə görə
oynaqlı mexanizmlər yastı, sferik və fəza
növlərinə bölünürlər (şəkil 1). Yastı oynaqlı
mexanizmlərdə
oynaqların
oxları
paralel
olduğundan bütün bəndlər paralel müstəvilər
üzrə hərəkət edir.
Ən sadə yastı oynaqlı mexanizm 4 bənddən
ibarətdir və oynaqlı dördbəndli (iki çarxqollu
mancanaq) adlanır. Sferik oynaqlı mexanizm-
lərdə oynaqların oxları bir nöqtədə kəsişir.
Onun bəndlərinin sayı da 4-dür. Sferik dörd-
bəndli mexanizm (şəkil 2) çoxporşenli nasos-
larda və üçan aparatların stabilləşdirici
qurğularında tətbiq olunurlar. Dördbəndli fəza
mexanizminin xüsusi halı oxları bir-birinə
perpendikulyar olan →kardan birləşməsidir.
Fəza oynaqlı mexanizmlərin oynaqlarının
oxları müxtəlif bucaqlar altında kəsişə bilərlər.
Verilən hərəkəti yerinə yetirmə üsuluna görə
oynaqlı mexanizmlərin işçi bəndləri yerdə-
yişən,
yönəldici, ötürücü və
fasiləli hərəkət
edən mexanizmlərə bölünürlər. Yerdəyişən
oynaqlı mexanizm işçi bəndin vəziyyətini bir
yerdən başqasına dəyişməyə xidmət edir.
Bəndin vəziyyətlərinin sayı 2, bəzi hallarda 3
və ya 4 ola bilir. Bu növ oynaqlı mexanizmlər
metallurgiya və yeyinti sənayesində istifadə
olunan avtomatlarda tətbiq olunur.
Yönəldici oynaqlı mexanizmlər işi tələb
olunan bəndin bir nöqtəsinin verilmiş əyri üzrə
hərəkət etdirir. Ən geniş yayılmış növləri qövs
üzrə hərəkət edənlər və düzxətli-yönəldici me-
xanizmlərdir (məsələn: Çebışev paraleloq-
ramı). Həmçinin oynaqlı mexanizmlərdən pa-
rabolların çəkilməsi və əyilməsi üçün də isti-
fadə olunur (məsələn: astronomik cihazların
güzgülərinin pardaqıanması).
Şəkil 1. Oynaqların növləri
Ötürücü oynaqlı mexanizimlər icrası tələb
olunan bəndin fırlanma hərəkətinin müəyyən
qanunla çevrilməsi üçün tətbiq olunur. Bəzən
onları verilmiş funksiyanı icra edən mexanizm
də adlandırırlar.